Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2653/2020 24.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə,İddiaçı, onun nümayəndəsi X1, Cavabdeh vəkili və nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 2(026)-106/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qobustan Rayon Məhkəməsinin 2(026)-106/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Mirələm Quliyev) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh 15750 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, 2015-ci ildən Cavabdeh ilə şərikli xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olmuşdur. Sonuncu dəfə Cavabdeh heyvanları nisyə satdığını deyərək 15750 manat pulu ona ödəməmişdir. Cavabdeh dəfələrlə dəymiş ziyanı ödəməsini tələb etsə də, bundan qərəzli şəkildə imtina edir. Qətnamədən açıq-qaydın görünür ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını araşdırmamış formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün müəyyən edilən əsaslardandır. Beləliklə, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırmamış, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, mübahisəyə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Bu səbəbdən apelyasiya şikayətinin təmin edilməsini, Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(026)106/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması, Cavabdeh 15750 manat və dövlət rüsumu üçün 15 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək apelyasiya şikayətinin təmin edilməsini, Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(026)106/2020 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması, Cavabdeh 15750 manat və dövlət rüsumu üçün 15 manat pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, təxminən 2012-ci ildən İddiaçı ilə cavabdeh xırda buynuzlu heyvanların ticarəti ilə məşğul olmuşlar, aralarında olan hesab nağd olmuşdur. Afiqlə xırda buynuzlu heyvan alveri edərkən Afiq onun yanında olub pulları Afiq almış, həmin puldan cavabdehə vermişdir. Cavabdehin Afiqə heç bir borcu yoxdur. Bir-birilərinə borcları qalmamışdır. İddiaçı iddiasının heç bir dəlillə sübut edə bilmir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Qobustan Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(026)106/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçını, nümayəndəsini və və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında Şahid ifadə verərək göstərmişdir ki, ,İddiaçı ilə Cavabdeh uzun müddətdir ki tanıyır və onların birlikdə xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olduğunu da bilir. Əkbərin Afiqə borcu yoxdur. Birinci instansiya məhkəməsi iş materaiallarına istinadən iddiaçının iddianın əsasını təşkil edən halların sübuta yetirilməməsi əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər ortaqlı xırda buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olmuşlar. Cavabdeh tərəf alqısatqının nağd şəkildə aparıldığını bildirmiş, iddiaçı tərəf isə cavabdehin ona borclu qalmasını bildirsə də, cavabdehin ona borclu qalmasınına dair sübutlar təqdim etməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddiasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X8 Məhkəməsinin «X3rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları, sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Qobustan Rayon Məhkəməsinin 2(026)-106/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı oğlunun apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2653/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2653/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver