Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2657/2020 26.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı Qurbanova (İsgəndərova) Dünya İsgəndər qızının, onun vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 nümayəndəsi və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-1750/2019 saylı qətnaməsindən Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-1750/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Sevinc Quliyeva) İddiaçı Cavabdeh qarşı evə köçürmə tələbinə dair iddiası təmin edilmiş, İddiaçı azyaşlı X18 ilə birlikdə Cavabdeh yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdeh İddiaçı qarşı cavabdehə məxsus əşyaların onun evindən çıxarılması barədə iddiasının təmin edilməməsi qət edilmiş, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)- 4263/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1750/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiasının təmin edilməməsi, müstəqil tələb irəli sürən 3-cü şəxs X10 İddiaçı qarşı evdən əşyaların çıxarılması tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı məxsus yataq dəsti mebeli, kamod, divan, iki ədəd kreslo, soyuducu, yorğan-döşəklərin müstəqil tələb irəli sürən üçüncü şəxs X14 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, döngə 2 ünvanındakı torpaq sahəsində yerləşən evdən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-2774/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-4263/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək oğlu Rəsulla birlikdə Cavabdeh yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2008-ci ildə faktiki nikaha daxil olaraq evlənmiş, xx.xx.2009cu il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Rəsul adlı uşaqları anadan olmuşdur. Cavabdehlə birgə nikah dövründə Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, döngə 2 ünvanında fərdi yaşayış evi tikməklə oraya köçmüş və yaşamışlar. Lakin münasibətləri pozulduqdan sonra cavabdeh evin çöl giriş-çıxış qapısının açarını dəyişərək onu evə buraxmır. Halbuki onun bütün əmlakı həmin evdədir. O, hazırda qonşuluqda olan anasının evində müvəqqəti yaşayır. Cavabdehlə nikahları Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(012)-3599/2018 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı azyaşlı X18 ilə birlikdə Cavabdeh yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Cavabdeh ərizəsi əsasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(012)- 3599/2018 saylı qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 iddia ilə məhkəməyə müraciət edərək Qurbanova X16 məxsus yataq dəsti mebeli, kamod, divan, iki ədəd kreslo, soyuducu, yorğan-döşəklər və müxtəlif qablardan ibarət əşyaların onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, döngə 2 ünvanındakı torpaq sahəsində yerləşən evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı 2008ci ildə onun qardaşı Cavabdeh ilə evlənmiş, toydan sonra İddiaçı onun valideynlərinin o zaman yaşadığı Sümqayıt şəhəri, 48-ci məhəllədə yerləşən mənzilinə köçmüş, əşyalarını da oraya yerləşdirmişdir. Həmin mənzildə yaşadıqları müddətdə qardaşının 2 uşağı da orada anadan olmuşdur. 2013-cü ilin sonlarında Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, döngə 2 ünvanında torpaq sahəsi alınmış və orada biri valideynləri, digəri isə onun üçün olmaqla 2 ev inşa edilmişdir. Həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Hazırki iş üzrə mübahisəli ev onun vəsaiti hesabına inşa edilmişdir. Belə ki, o, Rusiya Federasiyasında ticarətlə məşğul olur və ailənin saxlanması yükü əsasən onun üzərindədir. Cavabdehin həyat yoldaşı olan qardaşı Cavabdeh qazancı ona ailəsi ilə ayrı qalmağa kifayət etmirdi. Buna görə də qardaşı Cavabdeh ailəsi, o cümlədən cavabdehlə birgə həmin evdə müvəqqəti yaşamasına icazə vermişdir. Cavabdeh artıq uzun müddətdir mübahisəli evdən çıxmışdır, həmin evdə 2017-ci ilin iyul ayından yaşamır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə qardaşı Cavabdeh nikahı pozulmuşdur. Cavabdehlə qardaşının ailə münasibətlərinə xitam verilməsinə, habelə onun evində hüququnun olmamasına, orada yaşamamasına baxmayaraq əşyaları hələ də onun evində qalmışdır. Cavabdehə həmin əşyaları evindən aparmaq təklif olunmuş, lakin cavabdeh əşyalarını bu günə qədər də evindən götürməmişdir. Bu isə onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır. Belə ki, o, iddiaçı ilə 2008-ci ildə faktiki, xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2009cu ildə Rəsul adlı uşaqları anadan olmuşdir. 2017-ci ilin ortalarında Qurbanova X11 faktik olaraq ayrılmış, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, həmin qətnaməyə əsasən o, iddiaçının xeyrinə bir uşağın saxlanması üçün aliment ödəyir. Toylarından sonra iddiaçı onun valideynlərinə məxsus Sumqayıt şəhəri, 48-ci məhəllə, 1 saylı evin 77 saylı mənzilə gəlin gəlmiş, əşyalarını da orada yerləşdirmişdir. X22 2013-cü ildə Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, döngə 2 ünvanında torpaq sahəsi almışdır. Hazırda orada biri valideynlərinin və bir də qardaşı Vaqifin olmaqla 2 ev inşa edilmişdir. Sumqayıt şəhərində olan mənzili atası satdığından İddiaçı ilə onun həmin mənzildən istifadə hüququ məhkəmənin qətnaməsi əsasında itirilmişdir. Bundan sonra kirayələrdə qalmaq üçün maddi imkanı olmadığından X22 özü üçün tikdiyi evi müvəqqəti yaşamağı üçün ona vermişdir. İddiaçı 2014-cü ildən mübahisəli evdə onunla birlikdə qeydiyyatsız yaşamağa başlamış, 2017-ci ilin ortalarında bu evdən çıxıb getmiş, mübahisəli evdə təxminən 3 ilə yaxın yaşamışdır. O, özü də qardaşına məxsus həmin evdən çıxmışdır, hazırda orada yaşamır, başqa qadınla ailə qurmuşdur. Saray qəsəbə inzibati ərazi nümayəndəliyi tərəfindən təsdiq edilmiş aktda İddiaçı həyat yoldaşı Cavabdeh və övladları X18 ilə birlikdə 2014-cü ildən etibarən onlar üçün tikilmiş fərdi yaşayış evində qeydiyyatsız yaşamaları, İddiaçı cehiz əşyalarının hazırda həmin evdə olduğu göstərilir. Bu akt maraqlı tərəfin əldə etdiyi sənəddir. Bununla belə iddiaçının bu evdə qeydiyyatsız yaşaması və əşyalarının bu evdə qalması bir faktdır. Bunu onların özləri də təsdiq edirlər, lakin bu ev onun və həyat yoldaşı İddiaçı üçün tikilməmişdir. Bu evi X22 öz vəsaiti hesabına, qanuni torpaq sahəsində özü üçün tikmişdir. Başqasının torpaq sahəsində o, özünə ev tikə bilməzdi. İnzibati ərazi nümayəndəsi evin İddiaçı və onun üçün tikilibtikilmədiyini bilə bilməzdi. Bu akt evə köçürülmə üçün hüquqi sənəd, sübut hesab oluna bilməz. Məhkəmə belə qənaətə gəlmişdir ki, Sumqayıt şəhərindəki mənzil satıldıqdan sonra iddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçüb cavabdehlə bərabər həmin evdən istifadə etmiş, onlar arasında etibarlı ailə münasibətləri olmuş, əri ilə müqavilə bağlanmasına lüzum olmamışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan normaları tətbiq olunsa belə, məhkəmə nəzərə almamışdır ki, Saray qəsəbəsindəki ev X22un xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsində tikilmişdir. İddiaçı qardaşının ailə üzvü olmamış, birgə təsərrüfat aparmamış, etibarlı ailə əlaqəsi qurmamışdır. Torpaq sahəsi X22a məxsus olduğu kimi orada tikilən ev də qardaşına məxsusdur. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi, X10 iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır. İddiaçı ilə onun qardaşı Cavabdeh 2008-ci ildə faktiki, xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2009-cu ildə Rəsul adlı uşaqları doğulmuşdur. 2017-ci ilin ortalarında Cavabdeh İddiaçı faktiki olaraq ayrılmış, xx.xx.2018-ci ildə nikahları pozulmuş, məhkəmə qətnaməsinə əsasən qardaşı iddiaçının xeyrinə bir uşağın saxlanması üçün aliment ödəyir. Ailə qurduqdan sonra İddiaçı onun valideynlərinə məxsus Sumqayıt şəhəri, 48-ci məhəllə, 1 saylı evin 77 saylı mənzilə gəlin gəlmiş, əşyalarını da orada yerləşdirmişdir. O, 2013-cü ildə Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, döngə 2 ünvanında torpaq sahəsi almışdır. Hazırda orada biri valideynlərinin və bir də özünün olmaqla 2 ev inşa edilmişdir. Sumqayıt şəhərində olan mənzili atası satdığından İddiaçı ilə qardaşı Cavabdeh həmin mənzildən istifadə hüququ məhkəmənin qətnaməsi əsasında itirilmişdir. Bundan sonra qardaşının kirayələrdə qalmaq üçün maddi imkanı olmadığından o, özü üçün tikdiyi evi müvəqqəti yaşamağı üçün Cavabdeh vermişdir. İddiaçı 2014-cü ildən mübahisəli evdə qeydiyyatsız yaşamağa başlamış, 2017-ci ilin ortalarında bu evdən çıxıb getmiş, yəni mübahisəli evdə təxminən 3 ilə yaxın yaşamışdır. Qardaşı da ona məxsus həmin evdən çıxmış, hazırda orada yaşamır. Məhkəmə qətnamədə Saray qəsəbə inzibati ərazi nümayəndəliyi tərəfindən təsdiq edilmiş akta istinad etmişdir. Həmin aktdan görünür ki, İddiaçı həyat yoldaşı Cavabdeh və övladları X18 ilə birlikdə 2014-cü ildən etibarən onlar üçün tikilmiş fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar, İddiaçı cehiz əşyaları hazırda həmin evdədir. Bu akt maraqlı tərəfin əldə etdiyi sənəddir. Bununla belə iddiaçının bu evdə qeydiyyatsız yaşaması və əşyalarının bu evdə qalması bir faktdır. Bunu onların özləri də təsdiq edirlər, lakin bu ev Cavabdeh və həyat yoldaşı İddiaçı üçün tikilməmişdir. Bu evi o, öz vəsaiti hesabına, öz qanuni torpaq sahəsində özü üçün tikmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Sumqayıt şəhərindəki mənzil satıldıqdan sonra İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, döngə 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçüb Cavabdehla bərabər həmin evdən istifadə etmiş, onlar arasında etibarlı ailə münasibətləri olmuş, əri ilə müqavilə bağlanmasına lüzum olmamışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, Saray qəsəbəsindəki ev onun xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsində tikilmişdir, İddiaçı onun ailə üzvü olmamış, onunla birgə təsərrüfat aparmamış, etibarlı ailə əlaqəsi qurmamışdır. Torpaq sahəsi ona məxsus olduğu kimi orada tikilən ev də ona məxsusdur. Onun İddiaçı məxsus əşyaların evdən çıxarılmasına dair iddia tələbi təmin olunmalı idi. Məhkəmənin qətnaməsində göstərilir ki, onun əşyaların evdən çıxarılması tələbini qaldırmağa subyektiv hüququ olmamışdır və o, mülkiyyət hüququnun pozulmasını iddia etsə də, onun evə dair mülkiyyət hüququ sübut olunmamış, onun hüquq və azadlıqları, maraqları pozulmamış, onun tələb etmək hüququ olmamışdır. O, məhkəmənin bu dəlili ilə razılaşmır. Halbuki evin sahibi kimi onun iddia qaldırmağa subyektiv hüququ olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 apelyasiya şikayətində qətnamənin tamamilə ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddiasının rədd olunması, onun iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək qətnamənin ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı yaşayış evinə köçürülmə tələbinə dair iddiasının rədd olunması, X10 iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətlərinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X19 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından 10 mart 2009-cu il tarixdə X18 anadan olmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-718/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşağın himayədə qalması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009-cu il tarixdə qeydə alınmış nikahın pozulması, Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X12 boşanmadan sonra anası İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(060)-2377/2015 saylı qətnaməsinin surətindən görünür ki, X5 X29 oğluna və qeyrilərinə qarşı mənzilə yaşayış hüququna xitam verilməsi barədə iddiası təmin edilmiş, cavabdehlər X29 oğlunun, X3, X6, Cavabdeh, X8 və İddiaçı ünvan 2 ünvanında yerləşən 77 saylı mənzilə yaşayış-istifadə hüquqları itirilmiş hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X10 adına xx xxxxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 508 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı həyat yoldaşı Cavabdeh və övladları X18 ilə birlikdə 2014-cü ildən etibarən onlar üçün tikilmiş fərdi yaşayış evində qeydiyyatsız yaşayıblar, İddiaçı cehiz əşyaları hazırda həmin evdədir. İş üzrə verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, X10 xüsusi mülkiyyətində olan 0,06 ha torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, plan və ölçü təqdim olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X10 mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, döngə 2-də yerləşən fərdi yaşayış evinin üst-üstə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. İş materiallarında olan “Azərsu” açıq səhmdar cəmiyyətinin “Abşeron Sukanal” İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adına **********000 nömrəli Saray qəsəbəsi Yeni məhəllə ünvanında abonent qeydiyyatı vardır, hazırda abonentin ünvanında Alfasu-20 markalı, 49820094 nömrəli smart-kart tipli sayğacdır və sayğac göstəricisi 176 m3 olmaqla abonentin hesabında borc yoxdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə qaz sayğacının **********08180 nömrəli kodu Cavabdeh adınadır. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı Cavabdeh ilə 2008-ci ildə faktiki, xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuş, ailə qurduqdan sonra qayınatası Eldar Qurbanovun mülkiyyətində olan və ünvan 2 ünvanında yerləşən 77 saylı mənzilə gəlin köçmüş, birgə nikahdan xx.xx.2009-cu ildə Rəsul adlı uşaqları anadan olmuş, həmin mənzil xx.xx.2013-cü il tarixdə X9 adlı şəxsə satılmış, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(060)-2377/2015 saylı qətnaməsi ilə həm İddiaçı, həm də Cavabdeh həmin mənzildən istifadə hüququ itirilmiş hesab edilmişdir. Mənzil satıldığı vaxtdan iddiaçı, əri, qayınatası və digər ailə üzvləri mənzili tərk etmiş, əmlaklarını da çıxarmışlar. İddiaçı mübahisəli evin tikintisi zamanı onunla Cavabdeh birgə vəsaitinin sərf edildiyini, onların yaşayış evinə aidiyyatının olduğunu göstərmişdir. İddiaçının bu izahatı iş materiallarında olan akt, kommunal xidmətlərə dair abonent saldoları və işin digər halları ilə müəyyən edilir. İddiaçı Cavabdeh təşəbbüsü ilə həmin evə köçürülməsi, ailə üzvü kimi orada yaşaması, sonradan evi könüllü surətdə deyil, cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etməsi də iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçı mübahisəli evdə yaşaması iştirak edən şəxslərin izahatları, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli aktla da müəyyən edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisəli evin kommunal xidmətləri də abonent kimi Cavabdeh adına rəsmiləşdirilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ünvanda eyni layihə üzrə inşa edilmiş 2 yaşayış evi vardır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Vaqif Qurbanovun 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ xx xxxxxx 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş üzrə verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə görə həmin torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, döngə 2-də yerləşən fərdi yaşayış evinin üst-üstə düşüb-düşməməsinin araşdırılması mümkün olmamışdır. İş materiallarından görünür ki, mübahisənin predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, döngə 2-də yerləşən fərdi yaşayış evi özbaşına tikilidir, evin hüquqi statusuna dair işdə heç bir sübut yoxdur. İş üzrə tərəflərin həmin yaşayış evinə hər hansı hüquqlarının olması müəyyən edilmir. Qanunvericilikdə özbaşına inşa edilmiş fərdi yaşayış evlərinə köçürülmə ilə bağlı hüquq normaları mövcud olmadığından məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisəyə qanunun analogiyası tətbiq edilməklə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməlidir. Belə ki, İddiaçı ilə Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, döngə 2-də yerləşən fərdi yaşayış evi ilə bağlı münasibətləri 2014-cü ildən yaranmışdır. Azərbaycan Respublikası MM-nin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə görə sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Uşaq hüquqları haqqında” qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Həmin qanunun 20-ci maddəsində göstərilir ki, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisəyə Azərbaycan Respublikası MM-nin 228-ci maddəsini tətbiq etsə də, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin İddiaçı məxsus əşyaların mübahisəli evdən çıxarılmasına dair iddia tələbi İddiaçı evə köçürülmə tələbinin təmin olunub-olunmamasından asılıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə bininci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X10 apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(012)-1750/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2657/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2657/2020
26.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver