Məhkəmə qərarları › İş №2(105)-2667/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2667/2021

04.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2667/2021 04.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçı2, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə açıq məhkəmə iclasında, Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(067)-1199/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(067)-1199/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Sərxan Səmədzadə) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mirasın qəbul edildiyi faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək 27 mart 2013-cü il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən onların paylarına münasibətdə mirasın onlar tərəfindən qəbul edildiyinin müəyyən edilməsi, Xaçmaz şəhəri, M.Ə.Sabir küçəsi 59 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən hər birinin ¼ hissədə paylarının müəyyən edilməsi və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən hər birinin ayrılıqda payına düşən ¼ hissəsinin istifadələrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərinii onunla əsaslandırmışlar ki, X2 27 mart 2013-cü il tarixdə, anaları X11 07 sentyabr 2007-ci il tarixdə vəfat etmişlər. Valideynləri 17 noyabr 1971-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, birgə nikahlarından Kəmalə, Pərvanə, Mayis və Samir adlı uşaqları anadan olumşdur. Valideynləri birgə nikahları dövründə, 1984-cü ildə ünvan 1 ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi alaraq orada fərdi yaşayış evi tikmişlər. X2 öldüyü məqamda ünvan 1 ünvanda yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 62,0 kv.m yaşayış sahəsi, 164.0 kv.m köməkçi sahəsi, 226.0 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinə malik olmuş və vəfat etdiyi günədək vəsiyyətnamə qoymamışdır. Miras açıldığı gündən birinci növbəli vərəsələr olan onlar, Cavabdeh və Maraqlı şəxs miras evində atalarının yas mərasimini birgə keçirmiş, miras qoyanın əmlakını birgə idarə edərək əmlaka faktiki sahiblik etmiş, miras qoyanın qırxı və ili ilə bağlı mərasimlərini də həmin miras evində birgə keçirərək mirası faktiki qəbul etdiklərini açıq nümayiş etdirmişlər. Xaçmaz Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2(067)-81/2020 saylı qətnaməsi ilə X5 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına münasibətdə mirasın iddiaçı Maraqlı şəxs tərəfindən qəbul edildiyinin müəyyən edilməsi və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçı Maraqlı şəxs ¼ hissədə payının müəyyən edilməsi qət edilmişdir. Həmin iş üzrə son məhkəmə aktı olan Sumqayıt Apellyasiya Məhkəməsinin 25.11.2020-ci il tarixli, 2(105)-2651/2020 saylı qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 17.03.2020-ci il tarixli, 2(067)-81/2020 saylı qətnaməsi qismən-“X5 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 24,0 kv.m olan üst otağı naturada bölünməklə iddiaçı Maraqlı şəxs verilsin” hissəsində ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin-“X5 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına münasibətdə mirasın iddiaçı Maraqlı şəxs tərəfindən qəbul edildiyi müəyyən edilsin, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçı Maraqlı şəxs ¼ hissədə payı müəyyən edilsin və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0.04 ha həyətyanı torpaq sahəsindən iddiaçının payına düşən ¼ hissə, yaşayış evinin 24,0 kv.m olan alt otaq, həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsi istifadə etdiyi otaqdan girişçıxış qapısı açıldığı istiqamətdə naturada bölünməklə iddiaçı Maraqlı şəxs istifadəsinə verilsin” hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Onlar Sumqayıt Apellyasiya Məhkəməsinin 25.11.2020- ci il tarixli, 2(105)-2651/2020 saylı qətnaməsi ilə bağlı işdə iddiaçı olmasalar da və onlar tərəfindən mirasın qəbul edilməsi faktı mübahisələndirilməsə də, mirasın onlar tərəfindən qəbul edilməsi təsdiq olunur. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə ilə məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2651/2020 saylı, 25.11.2020-ci il tarixli qanuni qüvvəsini almış qətnamənin nəticə hissəsindən görünür ki, X6 miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyatyanı torpaq sahəsindən payına münasibətdə mirasın iddiaçı Maraqlı şəxs tərəfindən qəbul edildiyi müəyyən edilmiş, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçı Maraqlı şəxs ¼ hissədə payı müəyyən edilmiş və M.Ə.Sabir küçəsi, 59 saylı ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçının payına düşən ¼ hissəsi, yaşayış evinin 24.0 kv.m olan alt otaq, həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsi istifadə etdiyi otaqdan giriş-çıxış qapısı açdığı istiqamətdə naturada bölünməklə iddiaçı Maraqlı şəxs istifadəsinə verilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-81/2020 saylı, 17.03.2020-ci il tarixli qanuni qüvvəsini almış qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı1 izahatında bildirmişdir ki, o da ünvan 4 ünvanında yaşayır. Bacısı Maraqlı şəxs X2 sağ ikən və vəfat etdikdən sonra miras qalmış ünvan 1 evdə yaşayır, evin və həyətyanı torpaq sahəsinin bir hissəsi Pərvanənin istifadəsindədir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-81/2020 saylı, 17.03.2020-ci il tarixli qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı2 izahatında bildirmişdir ki, atasının ölümündən sonra ev və torpaq sahəsi miras qalmışdır. Atalarının vəfatından sonra həmin evdə hazırda bacısı Maraqlı şəxs, qardaşı Cavabdeh və digər bacısı İddiaçı1 yaşayırlar. O isə, həmin miras evdən çıxmış və hazırda başqa ünvanda yaşayır. Həmin əmlakdan payların qanuna müvafiq qaydada ayrılmasına heç bir etirazı olmamışdır. Göründüyü kimi, hazırki mülki iş üzrə onlar atalarından miras qalmış torpaq sahəsinə və fərdi yaşayış evinə dair digər məhkəmə prosesində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində çıxış etmiş və qanuni qərar qəbul edilməsini xahiş etmişlər. Bununla da qanuni qüvvəsini almış məhkəmə qətnamələrindən görünür ki, X5 miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlak faktiki olaraq Maraqlı şəxs və Cavabdeh tərəfindən qəbul olunmuşdur. Məhkəmə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2651/2020 saylı, 25.11.2020-ci il tarixli qətnaməsini, o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.2, 1134.1,1243.2 və 1246-cı maddələrini düzgün təfsir etməmişdir. Belə ki, Sumqayıt Apelliyasiya Məhkəməsinin 25.11.2020-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində göstərilir ki, iddiaçının atası X9, anası isə X11 olmuş, onlar 17 noyabr 1971-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Əsədulla ilə Böyükxanımın birgə nikalarından Kəmalə, Pərvanə, Mayis və Samir adlı uşaqları anadan olmuşdur. İddiaçının valideyinləri birgə nikah dövründə 1984cü ildə ünvan 1 ünvanda 0,04 ha həyətyanı torpaq sahəsi alaraq həmin torpaq sahəsində 1984-cü ildə fərdi yaşayış evi tikmişlər. Fərdi yaşayış evi X7 adına qeydə alınmışdır. İddiaçının anası X13 02.09.2007-ci il tarixdə, atası X9 isə 27 mart 2013-cü il tarixdə vəfat etmişlər. Əsədulla Abasovun ölümündən sonra ünvan 3 ünvanda yerləşən yaşayş evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi miras qalmışdır. Əsədulla Abasov vəfat ediyi günədək miras əmlaklara dair vəsiyyətnamə qoymamışdır. Sonuncunun vəfatından sonra həmin evdə iddiaçı Maraqlı şəxs, cavabdeh, qardaşı Cavabdeh və üçüncü şəxs İddiaçı1 yaşamış və hazırda da həmin ünvanda yaşayırlar. Miras qalmış ev və torpaq sahəsi iddiaçı Maraqlı şəxs, Cavabdeh və İddiaçı1 tərəfindən faktiki olaraq natura şəklində aralarında bölünməklə istifadə olunur. Yaşayış evi iki mərtəbəli olmaqla hər mərtəbə 3 otaqdan, 1 eyvandan və giriş qəfəsindən ibarətdir. İddiaçı Maraqlı şəxs evin birinci mərtəbəsində yerləşən 24,0 kv.m olan bir otağından istifadə edir. Bundan başqa, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Kəmalə Abasova da miras evdən özlərinə yaşayış sahəsi ayırmışlar. İddiaçı evin həyətyanı torpaq sahəsinin 0,01 ha hissəsindən istifadə edir və bu torpaq sahəsi iddiaçinin istifadə etdiyi otağın istiqamətinə uyğundur. İddiaçı evə giriş-çıxış qapısını istifadə etdiyi otağın istiqamətində istifadəsində olan torpaq sahəsindən açmış, hətta həmin hissədə yardımçı tikililər də tikmişdir. İddiaçı miras əmlakdan payların sənəd üzrə müəyyən edilməsini və əmlakların istifadələrinə uyğun olaraq naturada bölünməsini istəyir. Lakin cavabdeh qarşılıqlı razılaşmadan imtina etdiyindən və vərəsəliklə bağlı bölgüyə razılaşmadığından notarius tərəfindən vərəsəlik işinin aparılması mümkün olmamışdır. Həmin qətnamə ilə məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyan X9 vəfat etdiyi günədək hər hansı vərəsənin və ya digər şəxsin adına vəsiyyətnamə qoymadığı üçün miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsinə dair vərəsəliyin aparılması qanun üzrə vərəsəlik qaydasında həyata keçirilməlidir. İş materiallarından müəyyən olunur ki, miras qoyan X7 vəfatından sonra birinci növbəli vərəsələri olaraq Maraqlı şəxs, Cavabdeh, İddiaçı1 və İddiaçı2 qalmışlar. Göründüyü kimi, Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(067)-1199/2021 saylı qətnaməsinin əsaslandırıcı hissəsində göstərilənlərin əksinə olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2651/2020 saylı, 25.11.2020-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində İddiaçı1 mirası faktiki qəbul etdiyi və hazırda da həmin evdə yaşadığı öz təsdiqini tapmışdır. Bununla da qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2651/2020 saylı, 25.11.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, onlar Azərbaycan Respublikasının MM-nin 1159.1, 1243.1 və 1243.1-ci maddələrinə müvafiq olaraq 27 mart 2013-cü il tarixdə vəfat etmiş X2nun ölümündən sonra ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən ibarət mirası qəbul etmişlər. Həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2651/2020 saylı, 25.11.2020-ci il tarixli qətnaməsi ilə həmin iş üzrə iddiaçı Maraqlı şəxs miras əmlaka tam hissədə yox, ¼ hissədə payı müəyyən edilmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı2, onun və İddiaçı1 nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşıb, izahatında İddiaçı1 mübahisəli evdən pay verilməsinə etiraz etmədiyini göstərərək iş üzrə məhkəmə qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasında apellyasiya şikayətinin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı1 məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qətnamə İddiaçı1 aid hissədə ləğv edilməli, ona aid hissədə iddia qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinin 992 və 993 saylı, 03 mart 2021-ci il tarixli arayışlarından görünür ki, İddiaçı1 və Abasov X12 şəhəri, M.Ə.Sabir küçəsi, 59 saylı ünvanda yaşayırlar. İş materiallarında Xaçmaz rayon Qeydiyyat şöbəsinin akt qeydlərindən 11 mart 2020-ci il tarixli çıxarışdan görünür ki, X9 ilə X10 17 noyabr 1971-ci il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 02 sentyabr 2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 27 mart 2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(067)-81/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs Əsədulla qızının Cavabdeh qarşı mirasın qəbulu faktının müəyyən edilməsi və miras əmlakdan payların ayrılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, X7 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına münasibətdə mirasın iddiaçı Maraqlı şəxs tərəfindən qəbul edildiyinin müəyyən edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçı Maraqlı şəxs ¼ hissədə payının müəyyən edilməsi, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçının payına düşən ¼ hissə, yaşayış evinin 24,0 kv.m olan alt-üst otaqları, həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsi istifadə etdiyi otaqlardan giriş-çıxış qapısı açdığı istiqamətdə naturada bölünməklə iddiaçı Maraqlı şəxs istifadəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.11.2020-ci il tarixli, 2(105)-2651/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 17 mart 2020-ci il tarixli, 2(067)-81/2020 saylı qətnaməsi qismən- “X7 miras qalmış ünvan 1 ünvanda fərdi yaşayış evinin 24,0 kv.m olan üst otağı naturada bölünməklə iddiaçı Maraqlı şəxs istifadəsinə verilsin” hissəsində ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmiş, qətnamə - “X7 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına münasibətdə mirasın iddiaçı Maraqlı şəxs tərəfindən qəbul edildiyi müəyyən edilsin, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçı Maraqlı şəxs ¼ hissədə payı müəyyən edilsin və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən iddiaçının payına düşən ¼ hissə, yaşayış evinin 24,0 kv.m olan alt otaq, həyətyanı torpaq sahəsinin isə 0,01 ha hissəsi istifadə etdiyi otaqdan giriş-çıxış qapısı açdığı istiqamətdə naturada bölünməklə iddiaçı Maraqlı şəxs istifadəsinə verilsin” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəlləsinin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə acılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanını ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsə hesab edilirlər. İşin mübahisə edilməyən hallarından görünür ki, X9 27 mart 2013-cü il tarixdə ölmüş, onun ölümündən sonra ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi miras kimi qalmışdır. X7 birinci növbədə vərəsələri uşaqları Cavabdeh, Maraqlı şəxs, İddiaçı2 və İddiaçı1dır. Azərbaycan Respublikası MM-nin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı1 aid hissədə gəldiyi nəticə qanuni və əsaslı, eləcə də işin faktiki hallarına uyğun deyildir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 atasının sağlığında mübahisəli evdə yaşamış, atasının vəfatından sonra da həmin evdə yaşamışdır. X9 27 mart 2013-cü il tarixdə öldükdən sonra İddiaçı1 birinci növbədə vərəsə kimi Cavabdeh və Maraqlı şəxs ilə birgə miras əmlaka faktiki sahiblik etməyə və miras əmlakın idarə edilməsində iştirak etməyə başlamış, bununla da Azərbaycan Respublikası MM-nin 1243cü maddəsinin tələblərinə uyğun olaraq mirası faktiki qəbul etmişdir. Qeyd olunan hal qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.11.2020-ci il tarixli, 2(105)-2651/2020 saylı qətnaməsi ilə də müəyyən edilmişdir. Belə ki, həmin qətnamə ilə müəyyən edilmişdir ki, Əsədulla Abasovun vəfatından sonra ünvan 3 evdə Maraqlı şəxs, Cavabdeh və İddiaçı1 yaşamışlar hazırda da həmin ünvanda yaşayırlar, miras qalmış ev və torpaq sahəsi Maraqlı şəxs, Cavabdeh və İddiaçı1 tərəfindən faktiki olaraq natura şəklində aralarında bölünməklə istifadə olunur. Məhkəmə kollegiyası tərəfindən tələb edilərək nəzərdən keçirilmiş 2(067)-81/2020 saylı mülki işdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.11.2020-ci il tarixli, 2(105)-2651/2020 saylı qətnaməsi qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 mirası faktiki qəbul etdiyindən ünvan 3 ünvanda yerləşən evdə və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsində İddiaçı1 ¼ hissədə payı müəyyən edilməlidir. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı1 həm də ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsindən payına düşən ¼ hissənin istifadəsinə verilməsini tələb etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsində miras əmlak kimi ¼ hissədə payı müəyyən edildiyindən həmin hissələr onun istifadəsinə deyil, mülkiyyətinə verilməlidir və İddiaçı1 miras əmlakda payı qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alındıqdan sonra əmlakdan payının naturada ayrılmasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyyən edilmişdir ki, İddiaçı2 atası X1 mübahisəli evdən getmiş, atasının ölümündən sonra qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etdiyi barədə notariat kontoruna ərizə verməmiş, miras əmlaka faktiki sahiblik etməmiş, miras əmlakın idarə edilməsində iştirak etməmişdir və iş materiallarında İddiaçı2 mirası qəbul etməsini təsdiq edən hər hansı bir sübut yoxdur. Məhkəmə kollegiyası tərəfindən tələb edilərək nəzərdən keçirilmiş 2(067)-81/2020 saylı mülki işin materiallarında olan İddiaçı2 izahatından da görünür ki, atası X9, anası isə X11 olmuşlar. X3 02.09.2007-ci il tarixdə, atası X9 isə 27 mart 2013-cü il tarixdə vəfat etmişlər. ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsi mərhum atası X7 adına qeydə alınmışdır. Atasının ölümündən sonra ev və torpaq sahəsi miras qalmışdır. Atasının vəfatından sonra həmin evdə hazırda bacısı Maraqlı şəxs, qardaşı Cavabdeh və digər bacısı Kəmalə Mahmudova yaşayırlar. Həqiqətən də iddiaçı olan bacısı Maraqlı şəxs X2 sağ ikən və vəfat etdikdən sonra miras qalmış Xaçmaz şəhəri M.Ə.Sabir küçəsi 59 saylı evdə yaşamış, evin və həyətyanı torpaq sahəsinin bir hissəsi Pərvanənin istifadəsindədir. O, həmin miras evdən çıxmış və hazırda başqa ünvanda yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı2 aid hissədə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qətnamə İddiaçı1 aid hissədə ləğv edilməli, ona aid hissədə iddia qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(067)-1199/2021 saylı qətnaməsi İddiaçı1 aid hissədə ləğv edilsin, ona aid hissədə iddia qismən təmin edilsin. ünvan 3 ünvanda yerləşən evin və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi İddiaçı1 tərəfindən qəbul edilməsi müəyyən edilsin. ünvan 3 ünvanda yerləşən evdə və həmin evin yerləşdiyi 0,04 ha həyətyanı torpaq sahəsində İddiaçı1 ¼ hissədə payı müəyyən edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar