Məhkəmə qərarları › İş №2(105)-2671/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2671/2021

20.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2671/2021 20.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X20 Tağızadənin sədrliyi və məruzəsi, X7 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdehlər: Cavabdeh1 Zülfüqarov, Cavabdeh3, Cavabdeh2, 3-cü şəxs: X10 ştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Zülfüqar Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Zülfüqar Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə və yaşayış sahəsindən istifadə hüququnun tanınması tələbinə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq onun azyaşlı övladı X11 ilə birlikdə cavabdehlər Zülfüqarov Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 və X1 olan ünvan 1 ünvanındakı yaşayış evinə köçürülməklə həmin evdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərə məxsus ünvan 1 ünvanına el adəti ilə gəlin köçmüşdür. Cavabdehlərin qardaşı Ramil Zülfüqarovla 22.01.2014-cü il tarixdə ailə qurmuşdur. Birgə nikahlarından 06.07.2015-ci il tarixdə Xədicə adlı qızı dünyaya gəlmişdir. Həmin mənzildə Ramil ilə 4 il yaşadıqdan sonra 23.01.2018-ci ildə həyat yoldaşı Ramil vəfat etmişdir. Ramilin ölümündən bir müddət sonra cavabdehlər onu və qızı Xədicəni evdən qovmuşlar. Evdən qovulduqdan sonra bir neçə dəfə evə qayıtmaq üçün cəhd etsə də heç bir mənası olmamışdır. Evdən qovulan zaman özü ilə apardığı cehiz əmlakı qeyd etdiyi mənzildə qalmışdır. Məsələ mübahisəli olduğu üçün cavabdehlər ona bildirmişlər ki, ev ataları Ramizə aiddir. Evin qaynatası Ramizə aid olmaması aşkar olunmuşdur. O, evə gəlin köçdükdən sonra evin sahibləri ilə birlikdə ümumi təsərrüfatın aparılmasında iştirak etmişdir. Hazırda azyaşlı uşağı ilə birlikdə gəlin köçdüyü evə qayıdaraq orada yaşamaq istəyir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə çıxarılandan sonra ona məlum olmuşdur ki, faktiki olaraq qaynatasına məxsus ünvan 2 ünvanındakı mənzili cavabdeh Akif Babayev 2005-ci ilin mart ayında 10.000 ABŞ dollarına deyil, faktiki olaraq son vaxtlar qaynatasının digər övladlarına cavabdehlərə 36000 manat verərək həmin mənzili öz adına sənədləşdirmiş, həyat yoldaşı payı olan 6500 manat pulu isə ona və azyaşlı qızına verməmişdir. Həmin mənzildə 4 il yaşamışdar və həmin mənzildə 22 yanvar 2014-cü il təvəllüdlü qızı Xədicə dogulmuşdur. Lakin həmin xüsusatları məhkəmə nəzərə almamışdır. Xaçmaz Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli 2(067)- 967/2021 saylı qətnaməsinin ləğv edilməsini və işin faktiki hallarına uyğun yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehlər Cavabdeh1Zülfüqarov, Cavabdeh4, Cavabdeh2 və 3-cü şəxs A.A.Babayev apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadılar və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçının mübahisəli mənzilə köçürülməsinə heç bir əsasın olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1Zülfüqarov ilə İddiaçı arasında nikah 22.01.2014-cü ildə bağlanmışdır. Bu nikahdan X11 06.07.2015-ci ildə anadan olmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1Zülfüqarov 23.01.2018-ci ildə ölmüşdür. İşə əlavə olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Binəqədi rayonu Ə.Naxçıvani küçəsi ev 27 mənzil 135-də qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli 2(067)-780/2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ev 74, mənzil 20-də yerləşən mənzilin mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı üzrə cavabdehlər R.Cavabdeh4, Cavabdeh1Zülfüqarova, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 (Zülfüqarova) məxsus əmlak olması müəyyən edilmiş və qeyd olunan mənzilin alqı-satqısına dair iddiaçı A.A.Babayev ilə cavabdehlər X5, Zülfüqarov Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Məmmədova (Zülfüqarova) Pərvanə Ramiz qızı arasında 25 mart 2005-ci il tarixdə bağlanmış əqd etibarlı hesab edilmişdir. İşdə olan Xaçmaz Rayon Məhkəməsinin 27.12.2019-cu il tarixli 2(067)-3385/2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, cavabdehlər X6, Zülfüqarov Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, X9, Cavabdeh4, X2, Zülfüqarov Hümbət Cavabdeh1 oğlunun, X14, Mustafayeva Yeganə Cavabdeh1 qızının, X13 və X17 iddiaçı A.A.Babayevin xüsusi mülkiyyətinə aid Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 74 nömrəli evin 20 nömrəli mənzilindən istifadə hüquqları itirilmiş hesab edilmişdir. İş materiallarından müəyyən olunur ki, ********** qeydiyyat nömrəli, **********24- 05101-093067 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 3 ünvanda yerləşən mənzil tam mülkiyyət hüququ üzrə A.A.Babayevin adına daşınmaz əmlakın dövlət reyestrində 18.06.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İşdən müəyyən olunur ki, mərhum X4 1977-ci ildən 12 iyun 2018-ci il tarixədək Xaçmaz şəhərində yaşamış və 12 iyun 2018-ci il tarixdə vəfat etmişdir. Vəfatından sonra ailə tərkibi olaraq oğlu Zülfüqarov Cavabdeh1, qızları Cavabdeh4, Cavabdeh2 və Məmmədova (Zülfüqarova) Pərvanə Ramiz qızı qalmışlar. İş materiallarından müəyyən olunur ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 74 saylı evin 20 saylı mənzili 12.05.1977-ci il tarixli 93 nömrəli orderə əsasən R.Cavabdeh4 və ailə üzvlərinin istifadəsinə verilmişdir. Göründüyü kimi, iddiaçı ilə digər cavabdehlər arasında ailə hüquq münasibətləri 2014-cü ildən yaranmışdır. İddiaçının əri 2018-ci ildə vəfat etmiş və ailə münasibətlərinə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 74 saylı evin 20 saylı mübahisəli mənzili 12 may 1977-ci il tarixli, 93 nömrəli orderə əsasən R.S.Zülfüqarovun və ailə üzvlərinin qanuni istifadəsinə verilmiş əmlakdır, mübahisəli mənzilə əvvəllər Ramiz Zülfüqarov və ailə üzvləri olan digər cavabdehlərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da həmin əmlak üzərində R.Zülfüqarovun və digər cavabdehlər Zülfüqarov Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Məmmədova (Zülfüqarova) Pərvanə Ramiz qızının istifadə və sahiblik hüquqları yaranmış və bu mənzil sonunculara məxsus əmlak olmuşdur. Tərəflərin izahatlarından müəyyən olunur ki, iddiaçı cavabdehlərin qardaşı Ramil Zülfüqarovla 22.01.2014-cü il tarixdə ailə qurmuşdur. ünvan 1 ünvanında 1-2 ay müddətində müvəqqəti yaşamış, hazırda isə həmin evdə yaşamır. Göründüyü kimi, mübahisəli ev əvvəllər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin evə dair order olmuşdur. İş materiallarından müəyyən olunur ki, mübahisəli ev əvvəllər iddiaçının qayınatasının və onun ailə üzvlərinin qanuni sahibliyində olmuşdur, lakin iş materiallarında iddiaçının mübahisəli evə istifadə hüquqlarının yarandığını təsdiq edən mülkiyyətçi və yaxud da qanuni sahibi ilə bağlanan yazılı razılaşma yoxdur. Məhkəmə kollegiyası İddiaçı ona və qızına düşən 6500 manat pulun verilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, hazırkı iş üzrə iddiaçının belə bir tələbi olmamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qeyd olunan hüquq normalarından göründüyü kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İş materiallarından müəyyən olunur ki, İddiaçı 2014-cü ildə X15 ilə rəsmi nikaha daxil olmuş və 2018-ci ildə əri Ramil Zülfüqarov vəfat etməklə ailə münasibətlərinə xitam verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə 2000-ci ilin sentyabr ayının 1-dək yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun, 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı yaranmış mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin qaydalarına uyğun həll edilir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə kollegiyası İddiaçı cavabdehlər tərəfindən ona düşən 6500 manat pulun verilməməsi barədə gətirdiyi dəlili qəbul etmir və qeyd edir ki, həmin tələb mübahisə predmeti olmamışdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 29 aprel 2021-ci il tarixli 2(060)-967/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar