Məhkəmə qərarları › İş №2(105)-2676/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2676/2020

28.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2676/2020 28.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin boşaldılması tələbinə dair” mülki iş üzrə İddiaçı Şamaxı Rayon Məhkəməsinin hakimi X2 verdiyi etiraza baxaraq, MÜƏYYƏN ET Dİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən onun mülkiyyətində olan ünvan 1 saylı ünvandakı evin 0,0316 ha torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikililərin cavabdeh tərəfindən onun vəsaiti hesabına sökülməsi və ərazinin təmizlənməsi zamanı ortaya çıxan bütün maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə mahiyyəti üzrə baxılarkən İddiaçı yazılı etiraz edərək göstərmişdir ki, Şamaxı Rayon Məhkəməsi tərəfindən onunla Cavabdeh arasında 2008-ci ildən Şamaxı şəhəri, Qədirli küçəsi, 69 saylı ünvanda yerləşən ona məxsus 0,316 ha torpaq sahəsinə dair mübahisəyə dəfələrlə Şamaxı Rayon Məhkəməsində həmin məhkəmənin hakimləri tərəfindən baxılmışdır. Onun hazırki iddiası da, ünvan 1 saylı ünvandakı torpaq sahəsi ilə bağlıdır. Şamaxı Rayon Məhkəməsinin hakimi E.Hümbətov Cavabdehlə arasında olan torpaq mübahisəsinə dair iddialara baxdığına görə həmin hakimin eyni mübahisəli torpaq sahəsinə dair işə yenidən baxması qanunun tələblərinə ziddir. Ona görə də, mülki işin baxılması üçün başqa məhkəməyə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 19.1.3, 19.2.2 və 19.2.3-cü maddələrinə əsasən hakim əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin baxılmasında iştirak etmişsə, hakim tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa, hakim şəxsən, bilavasitə və dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da obyektivliyinə və qərəzliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazının əsaslarını sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 23.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özüözünə etiraz təmin edilmişsə, bu halda iş apelyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Məhkəmə kollegiyası hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin hakiminə etiraz etmək üçün göstərdiyi dəlil əsassızdır və həmin məhkəmənin hakiminin işin nəticəsi ilə maraqlı olmasına və ya obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran əsaslar yoxdur. Ona görə də iddiaçının verdiyi etiraz təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 19, 21-22 və 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALİR: İddiaçının İddiaçı Şamaxı Rayon Məhkəməsinin hakimi X2 verdiyi etiraz təmin edilməsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar