Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2697/2020 05.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı istifadə qaydalarının müəyyən olunması və mənzilə köçürülmə tələbinə dair ilk, Cavabdeh İddiaçı1 qarşı mənzildən çıxarılma barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1135/2018 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı istifadə qaydalarının müəyyən olunması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək azyaşalı uşaqları ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, istifadə hüquqlarının tanınması və onların fərdi yaşayış evində yaşamqları üçün cavabdehin maneə törətməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh İddiaçı1 qarşı mənzildən çıxarılma barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən məznildən çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)1135/2018 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilərək İddiaçı1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması qət edlmişdir (hakim Sevinc Quliyeva) Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti vermişlər. Abşeron Rayon Məhkəməsinin 2(012)-1135/2018 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır (hakim Cəmilə Səfiyeva). Qərardaddan iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayət verərək qərardadın ləğv edilməsi, işin apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1135/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 şikayəti müdafiə edərək göstərdi ki, məhkəmə qətnaməsi qəbul edilən zaman səhhətində problemlər olmuş, həmin vaxtlar övladı doğulmuşdur. Övladının səhhətində də problemlər olduğundan övladının müalicəsinə başı qarışmışdır və apelyasiya şikayətini gec vermişdir. Odur ki, şikayətin təmin edilərək, qərardadın ləğv edilməsi, apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında yeri və vaxtı barədə İddiaçı2 və Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası AR Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1135/2018 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)1135/2018 saylı qətnaməsinin İddiaçı1 tərəfindən xx xxxxx 2018-ci il tarixdə, İddiaçı2 tərəfindən xx xxxxx 2018-ci il tarixdə xəbərnaməyə imza edilməklə şəxsən qəbul edilməsini, qətnamədən apelyasiya şikayətini xx.xx.2020-ci il tarixdə vermələrini müəyyən edərək apelyasiya şikayətini geri qaytarmış, gəldiyi nəticəni də AR Mülki Prosessual Məcəlləsinin 360,363.1.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(012)1135/2018 saylı qətnaməsinin İddiaçı1 tərəfindən xx xxxxx 2018-ci il tarixdə, İddiaçı2 tərəfindən xx xxxxx 2018-ci il tarixdə məhkəmə qəbzinə imza edilməklə alınmışdır. İş materiallarından o da görünür ki, iddiaçıların apelyasiya şikayəti xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərilmiş və xx xxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apelyasiya şikayətinin müddət ötürülməklə verilməsi əsası ilə apelyasiya şikayətinin geri qaytarması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.2-128.3-cü maddələrinə əsasən prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-130.3-cüi maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materialları ilə müəyyən edilir ki, barəsində şikayət verilən qətnaməni iddiaçlar İddiaçı1 tərəfindən xx xxxxx 2018-ci il tarixdə, İddiaçı2 tərəfindən xx xxxxx 2018-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə almış, qətnamədən 1 ay müddətində şikayət verməli olduğu halda, şikayəti 2 il 2 aydan çox müddət keçdikdən sonra xx.xx.2020-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərmişlər. Bununla da iddiaçılar müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Belə olan halda, qanunvericiliyin tələbinə görəiddiaçılar qətnamədən xx.xx.2020-ci il tarixdə apelyasiya şikayəti verərkən müddətin bərpası barədə ərizə də verməli idi. Lakin belə bir ərizə verilməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsinin AR Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə istinadən apelyasiya şikayətini geri qaytarması işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1135/2018 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1135/2018 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2697/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2697/2020
05.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver