Məhkəmə qərarları › İş №2(105)-2698/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2698/2020

02.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2698/2020 02.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şamaxı Rayon Məhkəməsinin hakimi Etibar Hümbətova verdiyi etiraza Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2 Cavabdeh1 və Cavabdeh2 qarşı onların yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Şamaxı rayonu, Y.Məmmədəliyev adına qəsəbədə yerləşən 5 mərtəbəli yaşayış binasının 86 kv.metr olan 3 otaqlı 15 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə gedişatında işə baxılarkən cavabdehlər Şamaxı Rayon Məhkəməsinin hakimi Etibar Hümbətova etiraz vermişlər. Cavabdehlər etirazını onunla əsaslandırmışlar ki, onlar tərəfindən iddia ərizəsinə etiraz verilmiş, iddianın baxılmamış saxlanılması, iş üzrə icraatın dayandırılması və ya icraata xitam verilməsini məhkəmədən xahiş etsələr də, onların bu ərizələrinə qiymət verilməmiş, məhkəmə baxış iclası xx xxxxxx 2020-ci il tarixinə təyin edilmişdir. E.Hümbətov onlara qarşı çoxlu sayda qərar, qətnamə və hökm qəbul etmişdir. Ona görə də hesab edirlər ki, hakim E.Hümbətovun məhkəmədə hazrki mübahisəyə baxması onun obyektiv həllinə mane ola bilər. Göstərilənlərə əsasən mülki işə başqa məhkəmədə baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 etirazı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclaslarına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh2, habelə Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və etiraz ərizəsini araşdıraraq hesab edir ki, etiraz təmin olunmalıdır. AR MPM-nin 19.2-ci maddəsində hakimə etiraz etmənin konkret əsasları sadalanmışdır. Həmin əsaslar aşağıdakılardır: o, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və ya qohumu olmuşsa; o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Yenə həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazın əsasını sübut etməlidir. AR MPM-nin 22.5-ci maddəsinə görə əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, etiraz ərizəsində hakimə etiraz üçün MPM-in 19.2.3-cü maddəsində nəzərdə tutulmuş kifayət qədər əsaslar olmasa da, bununla belə, qəbul ediləcək qərarın hakimə etiraz etmiş şəxslərdə şübhə doğuracağı ehtimalını nəzərə alaraq, işin baxılmasında obyektivliyin təmin olunması üçün etirazın təmin olunması məqsəduyğundur. Buna görə də iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şamaxı Rayon Məhkəməsinin hakimi Etibar Hümbətova verdiyi etiraz təmin edilməlidir. AR MPM-nin 23.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin bütün tərkibinə və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 19, 21-22 və 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L İ N D İ: İddiaçı Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şamaxı Rayon Məhkəməsinin hakimi Etibar Hümbətova verdiyi etiraz təmin edilsin. İş mahiyyəti üzrə baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar