Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2700/2020 05.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X1 və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi ilə, Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-500/2020 saylı qərardadından Cavabdeh verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-500/2020 saylı qərardadı ilə (hakim Ç.Ə.İsgəndərov) Cavabdeh İddiaçı Nadiq qızına qarşı mənzil qeydiyyatından çıxarılma tələbi barədə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh şikayət verərək Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)- 500/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(031)-500/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh Maral oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edrək İddiaçı ünvan 2 ünvanından pasport qeydiyyatından çıxarılması barədə qşətnqamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ilkin iddiaçının tələbi mənzilə köçürülmədir. Qarşşılıqlı iddiaçının tələbi ismə mənzildən pasport qeydiyüatından çıxarılmadır. Qarşılıqlı iddia cavabdeh üçün həm hüququn müdafiə vasitəsidir, həm də ilk iddiadan müdafiə vasitəsidir. Odur ki, qanuni əsaslar olmadan qərşılıqdı iddianın qəbul edilməsindən imtina olunması cavabdehin ilk iddadan müdafiə olunmaq hüququnun pozulması hesab olunur. Hazırkı işdə qanuni əsaslar olmadan qarşılıqlı iddianın qəbul edilməsindən imtina olunmuşdur. Mənzil qeydiyyatından çıxarılma tələbi özü-özlüyündə istifadə hüququnun itirilməsini ehtiva edir. İddiaların bir-biri ilə bağlılığı, qarşılıqlı əlaqəsi var və hazırkı qarşılıqlı iddia tələbinə inzibati məhkəmədə yox, ümumi məhkəmədə baxılmalıdır. Qarşılıqlı iddianın mümkünlüyü məsələsinə baxılarkən məhkəmə onun iddianın predmetini, əsasını dəyişmək hüququnun olmasını da nəzərə almamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilmsəsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qarşılıqı iddia ərizəsini icraata qəbul etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 156.1.1 - 156.1.3-cü maddələrinə istinad edib hesab etmişdir ki, qarşılıqlı iddia ilkin iddianın tam və ya qismən qarşılıqlı ödənilməsini aradan qaldırmır və müxtəlif tərkibli iddialardır. Qarşılıqlı iddia ərizəsində göstərilən qeydiyatdan çıxma tələbi Azərbaycan Respublikası DİN-nin müvafiq qrumlarına aiddir. Həmin işə İnzibati Məhkəmə icraatı qaydasında baxılmalıdır. Verilmiş şikayət əsasında qarşılıqlı iddia ərizəsinin icraat qəbul edilməsindən imtina barədə birinci instansiya məhkəməsinin qərardadını yenidən araşdıran məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 155.1-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia verməyə haqlıdır. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 156.1-ci və 156.1.2-ci maddələrinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə və qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa hakim qarşılıqlı iddianı qəbul edir. Qarşılıqlı iddia tələblərinin ümumi məzmunundan aydın olur ki, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə və ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırmır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən Cavabdeh şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin icraata qəbul etməkdən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 155, 156, 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Cavabdeh verdiyi şikayət təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(031)-500/2020 saylı qərardadı Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Elman Rəhimov Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2700/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2700/2020
05.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver