Məhkəmə qərarları › İş №2(105)-2705/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2705/2021

03.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2705/2021 03.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata götürülüb-götürülməməsi haqqında Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(060)-5133/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, övladları: 04.03.2004-cü il təvəllüdlü X4, 26.09.2008-ci il təvəllüdlü X3, 25.02.2013-cü il təvəllüdlü X2, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən 41/14 saylı evin 6 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 09.06.2021-ci il tarixdə Cavabdeh1 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi məhkəməyə daxil olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(060)-5133/2021 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilməsi dair 2(060)-5133/2021 saylı mülki iş üzrə Cavabdeh1 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır (hakim Ə.Q.Ələkbərov). Həmin qərardaddan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(060)-5133/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 şikayətini onunla əsaslandırmışdır ki mənzilin alqı-satqısı zamanı razılaşdırılmış qiymətdən 400 manat iddiaçı tərəfindən ödənilməmiş və onların pasport qeydiyyatından çıxdıqları halda veriləcəyi barədə danışıqları olmuş, hazırda isə həmin pul İddiaçı tərəfindən ödənilmir.Qeyd olunanlara əsasən şikayətin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(060)-5133/2021 saylı, 12.07.2001-ci il tarixli qərardadı ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 şikayəti təmin edilməmiş və baxılması üçn Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(060)-5133/2021 saylı qərardadının ləğv edilərək qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı şikayətin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(060)-5133/2021 saylı qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş edirəm. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşdən görünür ki, qarşılıqlı iddia tələbinin predmeti, həm də əsasları başqadır. Cavabdeh qızının qarşılıqlı iddia ərizəsi üzrə tələbi ilə İddiaçı iddia tələbinin arasında heç bir əlaqə yoxdur. Həmçinin qarşılıqlı iddia o vaxt verilə bilər ki, onun təmin edilməsi ilk iddianı tam və ya qismən təmin edilməsini aradan qaldırsın. Ancaq qarşılıqlı iddiadan da görünür ki, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsinə əsas vermir. Bu əsaslarla cavabdeh X1 ayrıca iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianıqarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə və qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa qəbul edir. Azərbaycan Respublikası MPM-nin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci, 400-cü , 149-152-ci, 155-156-cı və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(060)-5133/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür:hakim Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar