Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-271/2024 06.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X11 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)- 4518/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı başçısının 09 oktyabr 2006-cı il tarixli 380 saylı “torpaq sahəsinin icarəyə verilməsinə dair” sərəncamından müəyyən edilir ki, Abşeron rayonuna təhkim edilmiş 9 saylı “Quldar” adlanan qış otlaq ərazisində, örüş sahədən ibarət olmaqla X13 kimi uçota alınmış torpaqdan kənd təsərrüfatı məqsədi ilə X5 473 ha torpaq sahəsi 99 il müddətinə icarə qaydasında torpaq sahəsinin ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin plan və ölçüsündən müəyyən edilir ki, reyestr nömrəsi **********45 olan torpaq sahəsinin hüquqi sahibi X6r.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonuna təhkim edilmiş 9 saylı “Quldar” adlanan qış otlaq ərazisində yerləşən 100,20 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixdən başlayaraq 99 il xx.xx.2006-cı il tarixli 380 saylı icarə müqaviləsi və xx.xx.2008-ci il tarixli 4Ə/15-2901 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi üzrə xx.xx.2009-cu il tarixdə Cavabdeh xeyrinə daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 185 nömrəli vərəqində qeydə alınmışdır.
4. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X8 xx.xx.2014-cü il tarixdə İddiaçınə müraciət edərək, Cavabdeh icarəsində olan 473,00 ha torpaq sahəsinin 210,00 ha hissəsinin X12 geri qaytarılması və həmin torpaq sahəsi üzərində Cavabdeh icarə hüquqlarına xitam verilməsini xahiş etmişdir.
5. İddiaçı başçısının 379 saylı 18 avqust 2014-cü il tarixli sərəncamından müəyyən edilir ki, Abşeron rayonu 9 saylı “Quldar” adlanan qış otlaq sahəsi ərazisində yerləşən Cavabdeh 99 illik icarəsində olan 473,00 ha torpaq sahəsinin 210,00 ha hissəsi üzərində icarə hüquqlarına xitam verilmiş, qalan 263 ha torpaq sahəsi üzərində icarə hüquqlarının saxlanılması, icarəçi ilə bağlanmış icazə müqaviləsi və digər torpaqayırma sənədlərində müvafiq dəyişiklilərin edilməsi DT və XK-nın Abşeron rayon şöbəsinə həvalə edilmişdir.
6. İddiaçı Başçısının 387 saylı 25 avqust 2014-cü il tarixli sərəncamından görünür ki, Abşeron rayonu 9 saylı “Quldar” qış otlaq sahəsindən 50,0 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasından çıxarılaraq yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilmiş və çoxmərtəbəli yaşayış binalarının tikintisi məqsədilə məcburi köçkünlər öz doğma yurdlarına qayıdana qədər Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə ayrılması qərara alınmışdır.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 dekabr 2014- cü il tarixli 401 S saylı sərəncamına əsasən Sumqayıt şəhərinin yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 2900 ailəlik, bütün zəruri sosial-texniki infrastruktura malik çoxmərtəbəli binalardan ibarət yeni yaşayış kompleksinin salınması üçün Abşeron rayonunun inzibati ərazisindəki 9 saylı “Quldar” qış otlaq sahəsindən 50,0 ha torpaq sahəsinin təyinatının dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilməklə, Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin istifadəsinə verilməsi barədə həmin Komitənin İddiaçı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Cavabdeh qarşı çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarışın və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə fiziki şəxs Cavabdeh arasında bağlanmış 09 oktyabr 2006-cı il tarixli, 380 saylı “torpaq sahəsinin icarəyə verilməsinə dair” müqaviləyə əsasən 9 saylı “Quldar” adlanan qış otlaq ərazisindən 473 ha torpaq sahəsi Cavabdeh icarəsinə verilmiş, torpaq sahəsi üzərində icarə hüquqları dövlət qeydiyyatına alınmış və icarəçiyə reyestrdən çıxarış verilmişdir. Sonradan Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək 09 oktyabr 2006-cı il tarixli, 380 saylı “torpaq sahəsinin icarəyə verilməsinə dair” müqavilə ilə icarəyə verilmiş 473 ha torpaq sahəsindən istifadə edə bilmədiklərini, həmin torpaq sahəsindən 210 ha üzərində Cavabdeh icarə hüquqlarına xitam verilməsini və torpaq sahəsinin X12 geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmiş, müraciət İddiaçı başçısının 379 saylı, 18 avqust 2014-cü il tarixli sərəncamı ilə təmin edilmiş, Cavabdeh icarəsinə ayrılmış 473 ha torpaq sahəsindən 210 ha torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilmiş, torpaq sahəsi X12 geri qaytarılmışdır. Cavabdeh icarə hüquqlarına xitam verilmiş 210 ha torpaq sahəsinin 50 ha hissəsi sonradan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin müraciəti əsasında İddiaçı Başçısının 387 saylı, 25 avqust 2014-cü il tarixli sərəncamı ilə həmin komitəyə ayrılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə ayrılmış torpaq sahəsində Sumqayıt şəhərinin yataqxanalarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binalarının tikintisi nəzərdə tutulmuşdur. Bu məqsədlə 50 ha torpaq sahəsinin təyinatı Azərbaycan Respublikası Baş Nazirinin 22 dekabr 2014-cü il tarixli 401 S saylı sərəncamı ilə kənd təsərrüfatı təyinatından yaşayış məntəqələrinin torpaqları təyinatına dəyişdirilmişdir. Həmin ərazidə Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən şəhərcik inşa olunaraq istifadəyə verilmişdir. Müəyyən edilmişdir ki, Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə ayrılmış 50 ha torpaq sahəsi MH seriyalı ******* saylı reyestrdən çıxarışa əsasən vaxtilə Cavabdeh icarəsində olmuş, lakin icarəçinin müraciəti əsasında icarə hüququna xitam verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Lakin Cavabdeh icarə hüququna xitam verilmiş torpaq sahələrinin reyestrdən çıxarışlarında müvafiq düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmir, bu da Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə ayrılmış 50 ha torpaq sahəsi və orada inşa olunmuş tikililərin sənədləşməsi və digər məsələlərdə müəyyən problemlərə gətirib çıxardığından Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarış və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü ləğv edilməlidir.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-4518/2019 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia təmin edilərək, Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarışın və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi qərara alınmışdır.
11. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-4518/2019 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-4518/2019 saylı qətnaməsində olan yanlışlığın düzəldilməsi, qətnamədə “**********45 reyestr nömrəli torpaq sahəsi” ifadəsinin “**********46 reyestr nömrəli torpaq sahəsi” ifadəsi kimi oxunması qərara alınmışdır.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X8 təmsil etdiyi şəxsin icarəsində olan 473,00 ha torpaq sahəsinin 210,00 ha hissəsinin X12 geri qaytarılması və həmin torpaq sahəsi üzərində Cavabdeh İfraim icarə hüquqlarına xitam verilməsini xahiş etdiyindən və İddiaçı başçısının 379 saylı 18 avqust 2014-cü il tarixli sərəncamı ilə Abşeron rayonu 9 saylı “Quldar” adlanan qış otlaq sahəsi ərazisində yerləşən Cavabdeh 99 illik icarəsində olan 473,00 ha torpaq sahəsinin 210,00 ha hissəsi üzərində icarə hüquqlarına xitam verildiyindən, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarış və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü ləğv edilməlidir.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci, Mülki Məcəllənin 89.1, 14.2, 77.1, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, 25 dekabr 2008-ci il tarixdə X9 ilə Cavabdeh arasında Abşeron rayonuna təhkim olunmuş 9 saylı “Quldar” adlanan qış otlaq sahəsində yerləşən 100,20 torpaq sahəsinə dair icarə hüququnun alqı-satqı müqaviləsi bağlanmış, göstərilən alqı-satqı müqaviləsi 25 dekabr 2008-ci il tarixdə Abşeron rayonu 1 saylı notariat kontoru tərəfindən 4Ə/15-2901 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Göstərilən alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu 9 saylı “Quldar” adlanan qış otlaq sahəsində yerləşən 100,20 torpaq sahəsinə dair Cavabdeh icarə hüququ daşınmaz əmlakın dövlət reeystrində qeydə alınaraq xx.xx.2009-cu il tarixdə Cavabdeh adına Seriya MH № 0027054, reyestr nömrəsi **********46 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, ləğv edilməsinə dair iddia tələbi irəli sürülmüş MH seriyalı, ******* saylı reyestrdən çıxarış və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsü İddiaçı başçısının 380 saylı, 09 oktyabr 2006-cı il tarixli sərəncamı əsasında deyil, 25 dekabr 2008-ci il tarixli X9 ilə Cavabdeh arasında bağlanmış icarə hüququnun alqı-satqı müqaviləsi əsasında verilmişdir. Həmin alqı-satqı müqaviləsinin qanunililiyi isə iddia tələbi ilə mübahisələndirilməmişdir. Beləliklə də, Cavabdeh adına MH seriyalı, ******* saylı reyestrdən çıxarışın və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün verilməsinə dair X9 ilə Cavabdeh arasında bağlanmış 25 dekabr 2008-ci il tarixli icarə hüququnun alqı-satqı müqaviləsi hazırda da qüvvədədir. Göstərilənlərə əsasən, “Quldar” adlanan qış otlaq sahəsi ərazisində yerləşən 99 illik icarəsində olan 473,00 ha torpaq sahəsinin 210,00 ha torpaq sahəsi üzərində icarə hüququna xitam verilməsinə dair Abşeron rayon İHB-nin 379 saylı, 18 avqust 2014-cü il tarixli sərəncamı Cavabdeh adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarışın və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, şərh olunduğu kimi, Abşeron rayonu 9 saylı “Quldar” adlanan qış otlaq sahəsində yerləşən 100,20 ha torpaq sahəsinə dair Cavabdeh icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq xx.xx.2009-cu il tarixdə Cavabdeh adına Seriya MH № 0027054, reyestr nömrəsi **********46 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin tarixdən 5 il 7 aydan sonra nümayəndə R.Piriyev 473,0 hektar torpaq sahəsindən 210 hektar torpaq sahəsinin X10ytarılmasını xahiş etmişdir. R.Piriyevin ərizəsi Cavabdeh onunla Z.İsmayılov arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilə əsasında xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 100,20 hektar torpaq sahəsinə təsir edə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçınə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 6. Mülki qanunvericiliyin prinsipləri 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 6.4. Mallar, xidmətlər və maliyyə vəsaiti Azərbaycan Respublikasının bütün ərazisində sərbəst hərəkət edir. Əgər insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının və sağlamlığının müdafiəsi, təbiətin və mədəniyyət sərvətlərinin qorunması üçün zəruridirsə, malların və xidmətlərin hərəkəti üçün məhdudiyyətlər qanuna müvafiq surətdə tətbiq edilə bilər.
20. Maddə 17. Mülki hüquqların müdafiəsi 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.
21. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (...) 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; (...)
22. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
23. Maddə 141 . Daşınmaz əmlakın dövlət reyestrində düzəlişin aparılması 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
24. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. (...)
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
26. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
27. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
31. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.
35. İş materiallarından görünür ki, İddiaçı başçısının 09 oktyabr 2006-cı il tarixli 380 saylı “torpaq sahəsinin icarəyə verilməsinə dair” sərəncamına əsasən Abşeron rayonuna təhkim edilmiş 9 saylı “Quldar” adlanan qış otlaq ərazisində, örüş sahədən ibarət olmaqla X13 kimi uçota alınmış torpaqdan kənd təsərrüfatı məqsədi ilə X5 473 ha torpaq sahəsi 99 il müddətinə icarə qaydasında torpaq sahəsinin ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir.
36. İşə apellyasiya qaydasında baxılarkən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən sorğu əsasında məhkəməyə təqdim edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonuna təhkim edilmiş 9 saylı “Quldar” adlanan qış otlaq ərazisində yerləşən 100.2 ha torpaq sahəsi üzərində xx.xx.2006-cı ildən başlayaraq 99 il müddətinə X2 icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində 22 dekabr 2006-cı il tarixdə qeydə alınmışdır.
37. AN seriyalı, ******* nömrəli, 25 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, X9 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş 5076 nömrəli arayışa əsasən Abşeron rayonuna təhkim edilmiş 9 saylı “Quldar” adlanan qış otlaq ərazisində yerləşən ümumi sahəsi 100,20 ha olan torpağın müvəqqəti istifadə hüquqlarını xx.xx.2006-cı ildən başlayaraq 99 il müddətinə Cavabdeh istifadəsinə verir.
38. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, Abşeron rayonuna təhkim edilmiş 9 saylı “Quldar” adlanan qış otlaq ərazisində yerləşən 100,20 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixdən başlayaraq 99 il xx.xx.2006-cı il tarixli 380 saylı icarə müqaviləsi və xx.xx.2008-ci il tarixli, 4Ə/15-2901 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi üzrə xx.xx.2009-cu il tarixdə Cavabdeh xeyrinə daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 185 nömrəli vərəqində qeydə alınmışdır.
39. Göründüyü kimi, Abşeron rayonuna təhkim edilmiş 9 saylı “Quldar” adlanan qış otlaq ərazisində yerləşən 100,20 ha torpaq sahəsi üzərində Cavabdeh icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına əsas xx.xx.2008-ci il tarixli, 4Ə/15- 2901 reyestr nömrəli icarə hüququnun alqı-satqı müqaviləsi olmuşdur.
40. Birinci instansiya məhkəməsi qeyd edilən halı nəzərə almadan Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 İddiaçınə Cavabdeh icarəsində olan 473,00 ha torpaq sahəsinin 210,00 ha hissəsinin X12 geri qaytarılması və həmin torpaq sahəsi üzərində Cavabdeh icarə hüquqlarına xitam verilməsi barədə müraciətinə istinad etmiş və İddiaçı başçısının 379 saylı 18 avqust 2014-cü il tarixli sərəncamını əsas gətirərək iddia tələbini təmin etmişdir.
41. İddiaçı başçısının 379 saylı 18 avqust 2014-cü il tarixli sərəncamından müəyyən edilir ki, Abşeron rayonu 9 saylı “Quldar” adlanan qış otlaq sahəsi ərazisində yerləşən Cavabdeh 99 illik icarəsində olan 473,00 ha torpaq sahəsinin 210,00 ha hissəsi üzərində icarə hüquqlarına xitam verilmiş, qalan 263 ha torpaq sahəsi üzərində icarə hüquqlarının saxlanılması, icarəçi ilə bağlanmış icarə müqaviləsi və digər torpaqayırma sənədlərində müvafiq dəyişiklilərin edilməsi DT və XK-nın Abşeron rayon şöbəsinə həvalə edilmişdir.
42. Qeyd edilən sərəncama əsasən icarəçi ilə bağlanmış icarə müqaviləsinə dəyişikliklər edilməsi nəzərdə tutulsa da, iş materiallarından müəyyən edilir ki, müqaviləyə və digər torpaqayırma sənədlərində hər hansı dəyişiklik edilməmişdir.
43. İddia ərizəsində cavabdehin icarə hüququna xitam verilmiş torpaq sahələrinin reyestrdən çıxarışlarında müvafiq düzəliş edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməməsi göstərilsə də, sərəncama əsasən müvafiq dəyişiklilərin edilməsi DT və XK-nın Abşeron rayon şöbəsinə həvalə edilmişdir.
44. Digər tərəfdən, işdə olan sənədlərin tədqiqi zamanı müəyyən olunur ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas X9 ilə Cavabdeh arasında 25 dekabr 2008ci il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əsas olmuşdur ki, həmin müqavilə hazıradək qüvvədədir.
45. Mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş alğı-satqı müqaviləsi qüvvədə olduğundan, ləğv və etibarsız hesab edilmədiyindən kollegiya hesab edir ki, həmin alğı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğvi haqqında mövcud iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
46. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
47. Həmçinin, iddia ərizəsindən və iş materiallarından görünür ki, icarəyə verilmiş 473,00 ha torpaq sahəsinin 210,00 ha hissəsi üzərində icarə hüquqlarına xitam verilmiş, 263 ha torpaq sahəsi üzərində isə icarə hüquqları saxlanılmışdır. Mübahisələndirilən çıxarışda və torpaq sahəsinin plan və ölçü sənədlərində isə qeydə alınmış torpaq sahəsi 100,20 ha-dır. İddia ərizəsindən görünür ki, cavabdeh tərəfin imtina etdiyi 210 ha torpaq sahəsinin 50 ha hissəsi sonradan Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin müraciəti əsasında İddiaçı başçısının 25 avqust 2014-cü il tarixli sərəncamı ilə həmin komitəyə ayrılmışdır. Lakin mübahisələndirilən çıxarışa əsasən 100.20 ha torpaq sahəsinin icarəyə verilmiş 473 ha torpaq sahəsinin imtina olunan 210 ha hissəsinə aid olması barədə məhkəməyə iddiaçı tərəfindən hər hansı sübut növü təqdim edilməmişdir.
48. Kollegiya həmçinin qeyd edir ki, mübahisələndirilən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün ləğvi onun verilməsinə əsas olmuş alğı-satqı müqaviləsinin ləğv və ya etibarsız hesab edilməsilə mümkündür ki, həmin müqavilə də hazırkı iş üzrə iddianın əsasını təşkil etməmiş və araşdırma predmeti olmamışdır.
49. Digər tərəfdən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. (Mülki Məcəllənin 141.1-ci maddəsi)
50. Hazırkı iş üzrə torpaq sahəsi ilə bağlı verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarışın və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi barədə iddiaçının tələbi isə onu verən orqana qarşı deyil, iddiaya cavab verməli şəxs hesab edilərək fiziki şəxs Cavabdeh qarşı yönəlmişdir.
51. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni işin hallarına uyğun hesab etmir.
53. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
54. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-4518/2019 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı cavabdehə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı, ******* saylı reyestrdən çıxarışın və **********45 reyestr nömrəli torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.