Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2718/2020 24.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi nümayəndəsi X1,maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondununun nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-301/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon Şöbəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun, 2005-ci il tarixdən 2016-cı ilə qədər 1936-cı il təvəllüdlü qaynanası X4 qulluq etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 2(031)-301/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi 2005-ci ildən 2016-cı ilədək 1936-cı il təvəllüdlü qaynanası X4 qulluq etməsi faktının müəyyən edilməsi qət edilmişdir ( hakim Çingiz İsgəndərov). Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon Şöbəsi tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondununun nümayəndəsi X9 izahatında apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Şabran Rayon Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir və hüquqi faktın müəyyən olunması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 3.9-cu bəndinə görə, İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında Dövlət Sosial Müdafiə Fondunun səhər (rayon) şöbələri) və ya İdarənin (Hərbi Qulluqçular və Xüsusi Rütbəli şəxslərlə iş İdarəsi) nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Eyni zamanda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarlarının 1-ci maddəsində Məhkəmələrin diqqəti hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması ilə əlaqədar meydana çıxan hüquqi nəticələrin vacibliyinə və bu xarakterli işlərə baxılarkən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinin zəruriliyinə cəlb edilməsini qeyd edir.Bundan başqa Ali Məhkəmənin qeyd olunan Plenum qərarının 1.2-ci maddəsində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Daha sonra həmin qərarın 1.4-cü maddəsində qeyd edilir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı Qaydasının nəzərdə tutulmaması, yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü nəzərdə tutulur. Şabran Rayon Məhkəməsi qətnamə qəbul edərkən yuxarıda qeyd edilən normativ aktlara istinad etməmiş və həmin normativ aktların tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda nəzrədə tutulmuş qaydada Şöbənin nümayəndələrindən ibarət komissiya tərəfindən tərtib olunan akt əsasında ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilməli olduğu halda belə bir müraciət edilməmiş və Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarlarında nəzərdə tutulmuş qaydada imtina edilməmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Şabran rayon Məhkəməsinin 2(031)-301/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi nümayəndəsi X2 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, anası xx xxxxxx 1957-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli X7 rayon İcra Hakimiyyəti Şabran rayon Dövlət Arxivinin xx xxxxxx 2018-ci il tarixli 45 saylı Arxiv çıxarışından da göründüyü kimi Ərizəçi həqiqətən də 1981-1997-ci illərdə Şabran (keçmiş Kuybışev) adına sovxozda fəhlə işləmişdir. Həmin sovxozda işləmiş fəhlə və qulluqçuların iş stajının müəyyən edilməsinə dair komissiyanın 1992-ci il tarixli protokolundan da aydın olur ki, bu çıxarış Şabran üzümçülük sovxozunun əmrlər kitabından edilmişdir. İş materiallarına əlavə edilmiş İT-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən də görünür ki, o, xx xxxxxxx 1997-ci ildən xx xxxxxx 2005-ci il tarixə qədər 13 nömrəli X3 2-ci sahədə gözətçi işləmişdir. Həmin vaxtdan sonra da ahıl qaynanasına qulluq etmək üçün işləyə bilməmişdir. 2005-ci il tarixdən 2016-cı ilə qədər də qaynanası, yəni nənəsi X4 qulluq etmişdir. Ərizəçi 25 ildən çox iş stajı var ki, bu da yaşa görə əmək pensiyası almaq hüququnun olmasına əsas verir. Bütün bunlara baxmayaraq xx xxxxxx 2019-cu il tarixli müraciətinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon Şöbəsi tərəfindən verilən imtina məktubunda qeyd edilir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən sığorta stajı əmək kitabçasına görə müəyyən edilir. Ərizəçi təqdim etdiyi sığorta stajı barədə arxiv arayışı olduğundan, sığorta stajının məhkəmə qaydasında təsdiq edildikdən sonra ona əmək pensiyası təqdim etmək mümkündür. Odur ki, ərizəçi əmək pensiyasını ala bilmir. Bununla bağlı olaraq Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və orada da 2005-ci il tarixdən 2016-cı ilə qədər qaynanası X4 qulluq etməsi faktının müəyyən olunmasının zəruri olduğu ona bildirilmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Şabran rayon Məhkəməsinin 2(031)-301/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi ha¬ki¬min məruzəsini, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayət qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarından göründüyü kimi ərizəçi 2005-ci il tarixdən 2016-cı ilə qədər 1936-cı il təvəllüdlü qaynanası X4 qulluq etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və birinci instansiya məhkəməsi işə xüsusi icraat qaydasında baxaraq ərizəni təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırda maraqlı şəxs DSMF-nin Şabran rayon Şöbəsi Ərizəçi 2005-ci il tarixdən 2016-cı ilə qədər 1936-cı il təvəllüdlü qaynanası X4 qulluq etməyi faktını mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə hüquq haqqında mübahisə vardır. Belə ki, maraqlı şəxs ərizəçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda nəzrədə tutulmuş qaydada Şöbənin nümayəndələrindən ibarət komissiya tərəfindən tərtib olunan akt əsasında ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilməli olduğu halda belə bir müraciət eetməməsini mübahisələndirmişdır. Bütün bunlar hazırki iş üzrə hüquq haqqında mübahisənin olduğunu göstərir və belə olan halda, Ərizəçi ərizəsinə xüsusi icraat qaydasında baxıla bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ərizəçi hazırki mübahisə ilə bağlı öncə müvafiq orqana müraciət etməli, onun müraciətindən imtina edildikdə həmin imtinanı məhkəmə qaydasında mübahisələndiməlidir. Hazırda iş materiallarından görünür ki, ərizəçi belə bir müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və işdə iştirak edən ərizəçiyə, maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 2(031)-301/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanmalı, ərizəçinin ümumi əsaslarla məhkəməyə iddia vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 306.4, 372.1, 372.6, 372.7, 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şabran Rayon Məhkəməsinin 2(031)-301/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Apelyasiya şikayəti təmin edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2718/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2718/2020
24.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver