Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2724/2020 06.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə,İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və s. tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1763/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh MMC-nin baş direktoru R.Q.Rüstəmovun xx.xx.2015-ci il tarixli 21 k nömrəli əmrinin qanunsuz hesab edilərək onun əvvəllər işlədiyi Cavabdeh MMC-nin istehsalat şöbəsinin meyvə-tərəviz sexinə operator vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1763/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işin hazırlıq icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır (hakim Anar Sadıqov) Həmin qərardaddan iddaçı İddiaçı şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1763/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilib iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1763/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayəti belə əsaslandırdı ki, məhkəmənin qərardadı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə daha əvvəllər onun Cavabdeh ASC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiasının olması, onun iddiasının Səbail Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə təmin edilməməsini, həmin qətnamənin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiysaının xx.xx.2015-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmasını, həmin qətnamənin də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il taixli qərarı ilə dəyişdirilmədən saxlanılmasını, beləliklə onun daha əvvəlki iddia tələbinin hazırki tələbin predmet bə əsaslarının eyni olmasını müəyyən edərək belə nəticəyə gəlmişdir ki, bununla razı deyildir. Hazırki iddia ilə əvvəlki iddianın əsasları fərqlidir. Əvvəlki iddia tələbində iddianın əsası kimi cavabdeh tərəfindən onun işdən çıxarılması barədə əmrin əmək qanunvericiliyinin tələblərinin pozulmasına istinad etmişdisə, hazırki iddianın əsası kimi əmək qanunvericiliyinin tələblərinin pozulmasına, həm də milli ayrıseçkiliyə yol verilməsinə istinad etmişdir. Odur ki, əvvəlki və hazırki iddia ərizələrinin əsası bir birindən fərqlidir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1763/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilib iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh MMC-yə məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli,Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1763/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Səbail Rayon Məhakəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(009)-2996/2015 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa olunma və məcburi iş buraxma müddəti dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli 2(103)-7537/2015 saylı qətnaməsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2016-cı il tarixli 2(102)-1994/16 saylıi qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli 2(103)7537/2015 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi qeyd edilən məhkəmə qərarlarına əsasən daha əvvəl iddiaçının eyni predmet və əsaslarla məhkəməyə müraciət etdiyini, hazırki iddia üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olmasını müəyyən edərək mülki işin hazırlıq icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən xitam verilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Göründüyü kimi, iddiaçı hazırki iddia tələbi ilə daha əvvəl məhkəməyə müraciət etmiş, iddiası təmin edilməmiş, məhkəmə qərarları qanuni qüvvəsini almışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizə üzrə işə xitam verilməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1763/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1763/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Telman Quliyev Şəmsəddin Abasov
Məhkəmə qərarları › İş №2(105)-2724/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2724/2020
06.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver