Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2731/2020 20.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-549/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-549/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2014-cü ildə doğulmuş Zəhra adlı uşağı ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, 4 saylı evin 11 saylı mənzilinə köçürülməsi qət edilmiş, qalan hissədə iddia təmin olunmamışdır. (hakim R.Qoşqarlı) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-549/2020 saylı qətnaməsinin qismən ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxx 2014-cü il təvəllüdlü qızı Zəhra ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4də yerləşən 11 saylı mənzilə istifadə hüququnun tanınması və köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, mübahisəli 11 saylı mənzil Sumqayıt şəhəri, S.Vürğün küçəsi, 1 saylı yataqxana, 4 saylı binada yerləşir və cavabdeh həmin mənzildə qeydiyyatdadır. O, cavabdehlə xx xxxxxx 2013-cü ildə rəsmi nikah münasibətlərinə daxil olmuş və həmin vaxtdan bu mənzilə gəlin köçmüşdür və bu mənzildə ailə üzvü kimi yaşamaqla onlarla birgə təsərrüfat idarə etmişlər. Lakin 2014-cü ilin fevral ayında cavabdeh onu hamilə vəziyyətində aldadaraq bu mənzildən çıxarmışdır, buna baxmayaraq, onun bəzi əmlakları hələ də həmin mənzildədir. xx xxx 2014-ci il tarixdə onların birgə nikahdan Zəhra adlı bir qızları anadan olmuşdur. Lakin uşaq onun keçirdiyi stres və əsəblərdən dolayı psixoloji inkişafın pozulması diaqnozu ilə dəfələrlə xəstəxanalarda stasionar şəraitdə müalicələr almış, cavabdeh uşağın xəstə olduğunu bilərək onlara sahib çıxmamış və nikahın pozulması barədə Masallı Rayon Məhkəməsində iddia qaldırmışdır. Masallı Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah ləğv olunmuşdur. O, mübahisəli mənzildən çıxan vaxtdan kirayələrdə yaşayır. Həmin mənzil yataqxana olmaqla dövlət fondundadır. Onun yaşamağa başqa yaşayış yeri yoxdur, hazırki vaxta qədər valideynlərinin maddi dəstəyi ilə mənzil kirayə haqlarını ödəmişdir, lakin artıq buna imkanı yoxdur. Buna görə də o, istifadə hüququ əldə etdiyi və yaşadığı mənzilə hüququnun tanınmasını və ora köçürülməsini istəyir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması nəticəsində çıxarıldığından qismən ləğv olunmalıdır. Belə ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Hazırda tərəflərin nikahı məhkəmə qaydasında pozulduğundan onlar ailə üzvləri hesab edilmirlər. Bu baxımdan, cavabdehin hüquqları qeydə alınmayan mənzildə yaşaması, iddiaçının daha əvvəllər bir müddət orada yaşaması onun həmin mənzilə köçürülməsi üçün əsas hesab edilə bilməz. Digər tərəfdən, məhkəmə nəzərə almamışdır ki, iddiaçını mübahisəli mənzildən zorla heç kəs çıxarmamışdır, o, özü könüllü olaraq mübahisəli mənzili tərk etmişdir. İddiaçının azyaşlı uşağı ilə mübahisəli mənzilə köçürülməsi darısqal olan mənzildə onun uşağı, cavabdehin valideynləri, eləcə də onun yeni həyat yoldaşı və övladı ilə birgə yaşaması imkanını faktiki olaraq qeyri-mümkün edir. Tərəflər arasında münasibətlərin olduqca pis olması da mütləq nəzərə alınmalı amildir. Tərəflər arasında münasibətlər xx xxxxxx 2013-cü ildə yarandığından hazırkı münahisə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin təsiri altına düşür. Bu maddəyə görə isə ailə münasibətlərinə xitam verilirsə, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Məhkəmə isə sadalanan hallara düzgün qiymət verməmiş, mübahisəli mənzilə iddiaçının istifadə hüququnun olmaması barədə nəticəyə gəlsə də, bunun ziddinə olaraq, onun həmin mənzilə köçürülməsi barədə qanunsuz qərar qəbul etmişdir. Buna görə də qətnamə iddianın təmin edilməsi hissəsində ləğv olunmalı, mənzilə köçürülmə barədə İddiaçı iddiası təmin edilməməlidir. Apelyasiya baxışı zamanı Cavabdeh vəkili və nümayəndəsi X9 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edib eyni məzmunlu izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib göstərdi ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmış və ədalətli qərar qəbul etmişdir. Buna görə də şikayət təmin olunmamalıdır. İddiaçı əlavə etdi ki, mənzil sənəd üzrə 1 otaqlı olsa da, sonradan bölünərək 2 otaq düzəldilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə kollegiyasının iclasına göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış və Sumqayıt şəhər qeydiyyat şöbəsində xx xxxxxx 2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1314 nömrə ilə qeydə alınmış nikahın pozulması və xx xxx 2014-cü ildə doğulmuş X6 anası İddiaçı yanında qalması qət edilmişdir. İş materiallarında olan AZ-İ 326140 saylı, xx.xx.2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2016-cı il tarixdə pozulmuşdur. Yenə iş materiallarında olan AZE 11757799 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2014-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Yenə də iş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4 mənzil 11-də yaşayıb-yaşamaması barədə 21 saylı MKS-nin sahə ustası Hacıyeva Zöhrə Naib qızı apardığı sorğu zamanı İddiaçı xx.xx.2013-cü ildən 2014-cü ilədək orada gəlin olub və orada yaşamasını şifahi olaraq təsdiq etmişlər, lakin akta imza etmələrinə etiraz etmişlər. Ona görə də akt tərtib olunmamışdır. İşə əlavə edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, H.Zeynalabdin qəsəbəsi. S.Vurğun küçəsi, 1 saylı yataqxana, bina 4, mənzil 11-ə dair heç bir hüquqi sənəd yoxdur. Bina 2007-ci il tarixdən 21 saylı MKS-nə təhvil verilib, həmin gündən 11 saylı otaqda X7, X2, Cavabdeh, X4 və X10 yaşayırlar. Yenə işə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X5 xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4-də yerləşən 11 saylı mənzillə bağlı hər hansı hüquqların qeydiyyata alınması barədə dövlət reyestrində məlumat aşkar olunmamışdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Həsənov X3 şəhəri, H.Zeynalabdin qəsəbəsi, 1 saylı yataqxana, S.Vurğun küçəsi, ev 4, mənzil 11-də yaşayır və burada qeydiyyatdadır. Yenə işdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal Sahəsinin xx xxxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, Həsənova X8 şəhəri, 5-ci məhəllə, ev 27/18, mənzil 7dəqeydiyyatsız yaşayır. Yenə də işdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 21 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 1 saylı yataqxana, ev 4, 11 saylı mənzilin sahəsi 38 kv.metrdir. Bu mənzildə X7, arvadı X2, övladı Cavabdeh, gəlini X4 və nəvəsi X10 yaşayırlar. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilib İddiaçı xx.xx.2014-cü ildə doğulmuş Zəhra adlı uşağı ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, 4 saylı evin 11 saylı mənzilinə köçürülməlidir. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası MPM-nin 372.6-cı maddəsinə əsasən həmin hissədə araşdırma aparmır. İşdən görünür ki, tərəflər arasında hüquq münasibətləri onların nikaha girdikləri vaxt, yəni xx xxxxxx 2013-cü il tarixdə yaranmışdır və məhkəmə kollegiyası MPM-nin 217.2-ci maddəsinə əsasən hesab edir ki, yaşayış sahəsinə köçürülmə barədə mübahisə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına istinad etməklə həll edilməlidir. İş materiallarından görünür ki, iddiaçının azyaşlı uşağı ilə birlikdə köçürülməsi tələb edilən yaşayış sahəsi yataqxana otağıdır və bu yaşayış sahəsilə bağlı hər hansı kirayə müqaviləsi bağlanmamışdır. Yaşayış sahəsi 38 kv.metrdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər xx xxxxxx 2013-cü il tarixdə nikah münasibətlərinə daxil olmuşlar və bu nikahdan onların xx xxx 2014-cü ildə Zəhra adlı uşaqları olmuşdur. Nikahdan sonra iddiaçı mübahisəli yaşayış sahəsinə köçmüş, orada birgə təsərrüfat aparmış, lakin 2014-cü ilin fevral ayında münasibətlər pisləşmiş, iddiaçı oranı tərk etmişdir. Tərəflərin nikahı məhkəmə qətnaməsinə əsasən xx xxxxxxxx 2015-ci il tarixdə pozulmuş, birgə nikahdan doğulmuş uşaq anasının himayəsində qalmışdır. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxx 2014-cü il təvəllüdlü qızı Zəhra ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, ev 4-də yerləşən 11 saylı mənzilə istifadə hüququnun tanınması və köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, işə baxan birinci instansiya məhkəməsi maddi hüquq normalarının tərbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmə qətnaməni Mülki Məcəllənin 228.2, 228.5-ci maddələrinə, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Halbuki, istər Mülki Məcəllənin 228-ci, istərsə də Mənzil Məcəlləsinin 30-cu maddələri mülkiyyətdə olan yaşayış sahələrinə dair münasibətləri tənzimləyir. Qeyd edildiyi kimi mübahisəli yaşayış sahəsi yataqxanadır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mübahisəyə məhz Mənzil Məcəlləsinin yataqxanalarla bağlı münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 91.1 və 91.1.2-ci maddəsinə görə yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Yenə həmin Məcəllənin 93-cü maddəsinə görə yataqxanalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulur. Yataqxanalar bu məqsədlər üçün xüsusi olaraq inşa edilmiş və yenidən təchiz edilmiş binalar və ya onların hissələrində yerləşir. Yataqxanalarda yaşayış sahələri mebel ilə və vətəndaşların orada yaşaması üçün zəruri olan digər əşyalarla təmin edilir. Eyni Məcəllənin 99-cu maddəsinə görə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Mənzil Məcəlləsinin 104.1-ci maddəsinə görə yataqxanalarda yaşayış sahələri adambaşına düşən yaşayış sahəsinin altı kvadratmetrdən az olmaması şərti ilə verilir. Qeyd edildiyi kimi, mübahisəli yaşayış sahəsi yataqxanada yerləşir və bu sahə ilə bağlı hər hansı şəxslə kirayə müqaviləsi bağlanmamışdır. Başqa sözlə, məhkəmə kollegiyasının qənaətinə görə mübahisəli yaşayış sahəsilə bağlı tərəflərin hüquqları bərabərdir və iddiaçının 2013-cü ildə nikahdan sonra oraya köçürülməsi, sonradan isə bu və ya digər səbəbdən cavabdeh tərəfindən oradan çıxarılması qüvvədə olan Mənzil Məcəlləsinin 5-ci maddəsinə ziddir. Belə ki, həmin Məcəllənin 5-ci maddəsinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Qeyd edildiyi kimi, mübahisə predmeti olan yaşayış sahəsi hər hansı şəxsin adına qeydə alınmadığından, tərəflərin hər ikisinin bu yaşayış sahəsilə bağlı hüquqları bərabər hesab edilməlidir. Mübahisəyə bu baxımdan yanaşılqdığında isə həmin mübahisəli yataqxana otağına köçürülməsi barədə İddiaçı iddiasının əsaslı olması şübhə doğurmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbayca Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə kollegiyası sadalanan bu normaların tələbi baxımından çıxış edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı xx.xx.2014-cü ildə doğulmuş Zəhra adlı uşağı ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, 4 saylı evin 11 saylı mənzilinə köçürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda, Cavabdeh mübahisəli otaqda cavabdehin valideynlərinin, onun yeni həyat yoldaşının və uşağının yaşaması, tərəflər arasındakı münasibətlərin pis olması, ailə münasibətlərini xitam verilməsi faktından, yəni hüquqdan sui-istifadə etməsi İddiaçı güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Mənzilin darısqallığı barədə cavabdehin apelyasiya şikayətinin dəlili də əsasızdır, çünki işdən görünür ki, yaşayış sahəsi 1 otaqlı (faktiki isə 2 otaqlı) olsa da, sahəsi 38 kv.metrdir və iddiaçının oraya köçürülməsi Mənzil Məcəlləsinin 104.1-ci maddəsinə uyğundur. Məhkəmə kollegiyasının da qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarları və s.) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evə dair tərəflər eyni hüquqlara malik olduqlarından iddia təmin edilməli, İddiaçı mübahisəli yaşayış sahəsinə köçürülməlidir. Məhkəmə kollegiyası bir məsələyə də münasibət bildirməyi zəruri hesab edir. İddiaçı iddia tələbində özü ilə yanaşı azyaşlı uşağının də mübahisəli yataqxana otağına köçürülməsini tələb etmişdir. AR Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki halda azyaşlı Zəhranın yaşayış yeri onların valideyinlərindən hansı ilə qalması, yəni həmin valideyinin yaşayış yeri ilə müəyyən edilir. AR MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları hazırki tələb üzrə əsasən sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan hallara düzgün qiymət verməmiş, iddianı mənzilə köçürülmə hissəsində təmin etsə də, mübahisəyə tətbiq edilməli normanı deyil, tamamilə başqa normanı tətbiq etmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X12 Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X13rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını səhv tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə iş üzrə yeni qətnamə qəbul edilərək İddiaçı xx.xx.2014cü ildə doğulmuş Zəhra adlı uşağı ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, 4 saylı evin 11 saylı mənzilinə köçürülməlidir. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinin tələblərinə əsasən cavabdehin apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 10,40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)- 549/2020 saylı qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv olunsun. Bu hissədə yeni qətnamə qəbul edilsin və iddia həmin hissədə təmin olunsun. İddiaçı xx.xx.2014-cü ildə doğulmuş Zəhra adlı uşağı ilə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı yataqxana, 4 saylı evin 11 saylı mənzilinə köçürülsün. Cavabdeh apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 10,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2731/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2731/2020
20.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver