Məhkəmə qərarları › İş №2(105)-2736/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2736/2021

12.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2736/2021 12.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər Quba şəhər Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı ümumi istifadə olan torpaq sahəsindən istifadə hüquqlarının məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin e- 2(027)-81/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin e-2(027)-81/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinin 04.07.2019-cu il tarixində keçirdiyi hərracın nəticələrinin etibarsız hesab olunması, Quba şəhər Bələdiyyəsi ilə X2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsinin təyinatının ümumi istifadədə olan torpaqdan yaşayış məntəqəsi olan torpağa dəyişdirilərək 2015-ci ildə Quba Bələdiyyəsinin torpaq üzərində hüquqların qeydiyyata alınmasının ləğv olunması və qeyd olunan ərazinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təyinatının yenidən yaşayış məntəqəsi olan torpaqdan ümumi istifadədə olan torpağa dəyişdirilməsinin üzərlərinə vəzifə olaraq qoyulması tələbinə dair iddiası təmin edilməmişdir (hakim İlqar Məmməov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinin 04.07.2019-cu il tarixində keçirdiyi hərracın nəticələrinin etibarsız hesab olunması, Quba şəhər Bələdiyyəsi ilə X2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsinin təyinatının ümumi istifadədə olan torpaqdan yaşayış məntəqəsi olan torpağa dəyişdirilərək 2015-ci ildə Quba Bələdiyyəsinin torpaq üzərində hüquqların qeydiyyata alınmasının ləğv olunması və qeyd olunan ərazinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təyinatının yenidən yaşayış məntəqəsi olan torpaqdan ümumi istifadədə olan torpağa dəyişdirilməsinin üzərlərinə vəzifə olaraq qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, məhkəmənin qətnaməsi əsassızdır. Bildirir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18.12.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd olunan torpaq sahəsi Quba şəhərinin 2020-ci ildə təsdiq olunmuş baş planına əsasən ümumi istifadədə olan torpaq sahəsidir. Quba Bələdiyyəsi tərəfindən hüquqların qeydiyyata alındığı 23.06.2016-cı il tarixindən əvvəlki dövr üçün müfəssəl plan elektron baza məlumatlarında olmadığından qeyd olunan torpaq sahəsinin Quba şəhər qəbristanlığının ərazisi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Quba şəhərinin 1965-ci ildə təsdiq olunmuş baş plan elektron baza məlumatlarında olmadığından həmin torpaq sahəsinin qəbiristanlıq, yaxud park ərazisi olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma Tikinti Məcəlləsinin 22-ci maddəsinə əsasən Baş planların qüvvədə olma müddəti 20 ildir. Quba şəhərinin 2020-ci ildə təsdiq olunmuş baş planına əsasən qeyd olunan ərazi bağlar, parklar və xiyabanlar ərazisidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, qeyd olunan torpaq sahəsi Quba şəhərinin 2020-ci ildə təsdiq olunmuş baş planına əsasən ümumi istifadədə olan torpaq sahəsidir. Quba Bələdiyyəsi tərəfindən hüquqların qeydiyyata alındığı 23.06.2016-cı il tarixindən əvvəlki dövr üçün müfəssəl plan elektron baza məlumatlarında olmadığından qeyd olunan torpaq sahəsinin Quba şəhər qəbirstanlığının ərazisi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Quba şəhərinin 1965-ci ildə təsdiq olunmuş baş plan elektron baza məlumatlarında olmadığından həmin torpaq sahəsinin qəbiristanlıq, yaxud park ərazisi olmasını müəyyən etmək mümkün olmamışdır. Quba şəhərinin 2020-ci ildə təsdiq olunmuş baş planına əsasən qeyd olunan ərazi bağlar, parklar və xiyabanlar ərazisidir. Quba Rayon Məhkəməsinin e-2(027)-81/2021 saylı, 11.06.2021-ci il tarixli qətnaməsində qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu "N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır, iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə qətnaməsində yuxarıda sadalananlar qeyd olunduqdan sonra bildirilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18.12.2020ci il tarixli mütəxəssis rəyinə əsasən qeyd olunan torpaq sahəsi Quba şəhərinin 2020-ci ildə təsdiq olunmuş baş planına əsasən ümumi istifadədə olan torpaq sahəsidir. Belə aydın olur ki, Dövlət mülkiyyətini tanıdığı hər hansısa bir şəxsin sonradan mülkiyyətini ümumi istifadədə olan torpaq kimi tanıya bilər və bu tanınmada ən yüksək Prezident tərəfindən təsdiqlənmiş baş plana əsasən olacaq. Quba Rayon Məhkəməsinin e-2(027)- 81/2021 saylı, 11.06.2021-ci il tarixli qətnaməsində 2016-cı ildə torpaq ərazisi satılarkən ümumi istifadədə olan torpaq sahəsi olmadığı halda 2020-ci ilin baş planında ümumi istifadədə olan torpaq sahəsi kimi Baş Planda necə təsdiqləndiyi barədə izahat verməmişdir. Məhkəmənin qətnaməsində qeyd olunub ki, sübutetmə yükü baxımından iddiaçı istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş üzrə əhəmiyyət kəsb edən bütün sübutların cavabdeh orqanlarda olması səbəbindən ilkin olaraq həmin sübutların əldə olunması üçün müraciət etsə də müraciətləri cavabsız qalmışdır. Quba Rayon Məhkəməsinə sübutları müstəqil əldə edə bilmədiyindən sübutların cavabdeh şəxslərdən tələb olunması üçün dəfələrlə vəsatətlə çıxış etmiş və vəsatətləri qəbul olunmuşdur. Lakin cavabdehlər tərəfindən məhkəmənin müraciətləri qeyri-dəqiq cavablandırılmış və əsas sübutlar olan xəritələr məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını, Quba Rayon Məhkəməsinin e-2(027)-81/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdehlər Quba şəhər Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə, maraqlı şəxs "xxxx" MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələriinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19.07.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsi ”Şaving İnşaat” MMC-nin xüsusi mükiyyətindədir. İş materiallarında olan 13 iyul 2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Quba Bələdiyyəsi mülkiyyətində olan Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsini ”Şaving İnşaat” MMC-nə satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18.12.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, qeyd olunan torpaq sahəsi Quba şəhərinin 2020-ci ildə təsdiq olunmuş baş planına əsasən ümumi istifadədə olan torpaq sahəsidir. Quba Bələdiyyəsi tərəfindən hüquqların qeydiyyata alındığı 23.06.2016-cı il tarixindən əvvəlki dövr üçün müfəssəl plan elektron baza məlumatlarında olmadığından qeyd olunan torpaq sahəsinin Quba şəhər qəbirstanlığının ərazisi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Quba şəhərinin 1965-ci ildə təsdiq olunmuş baş plan elektron baza məlumatlarında olmadığından həmin torpaq sahəsinin qəbiristanlıq yaxud park ərazisi olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 22-ci maddəsinə əsasən Baş planların qüvvədə olma müddəti 20 ildir. Quba şəhərinin 2020-ci ildə təsdiq olunmuş baş planına əsasən qeyd olunan ərazi bağlar, parklar və xiyabanlar əsazisidir. İş üzrə keçirilmiş 14.01.2021-ci il tarixli ekspert rəyindən görünür ki, qeyd olunan torpaq sahəsi Quba şəhərinin 2020-ci ildə təsdiq olunmuş baş planına əsasən ümumi istifadədə olan torpaq sahəsidir. Quba Bələdiyyəsi tərəfindən hüquqların qeydiyyata alındığı 23.06.2016-cı il tarixindən əvvəlki dövr üçün müfəssəl plan elektron baza məlumatlarında olmadığından qeyd olunan torpaq sahəsinin Quba şəhər qəbirstanlığının ərazisi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Quba şəhərinin 1965-ci ildə təsdiq olunmuş baş plan elektron baza əməlumatlarında olmadığından həmin torpaq sahəsinin qəbiristanlıq, yaxud park ərazisi olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 22-ci maddəsinə əsasən Baş planların qüvvədə olma müddəti 20 ildir. Quba şəhərinin 2020-ci ildə təsdiq olunmuş baş planına əsasən qeyd olunan ərazi bağlar, parklar və xiyabanlar ərazisidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Belə ki, sübuetmə yükü baxımından İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracın Təşkili üzrə Auksion Mərkəzinin 04.07.2019cu il tarixində keçirdiyi hərracın nəticələrinin etibarsız hesab olunması, Quba şəhər Bələdiyyəsi ilə X2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba şəhərində yerləşən 0,04 ha torpaq sahəsinin təyinatının ümumi istifadədə olan torpaqdan yaşayış məntəqəsi olan torpağa dəyişdirilərək 2015-ci ildə Quba Bələdiyyəsinin torpaq üzərində hüquqların qeydiyyata alınmasının ləğv olunması və qeyd olunan ərazinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən təyinatının yenidən yaşayış məntəqəsi olan torpaqdan ümumi istifadədə olan torpağa dəyişdirilməsinin üzərlərinə vəzifə olaraq qoyulmasını tələb etsə də istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» 27.08.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı iddiasını və apellyasiya şiayətinin dəlillərini əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Belə ki, apelyant apellyasiya şikayətinin dəlillərini əsasdandıra bilməmişdir. Məhkəmə qətaməsi isə formal əsaslara görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Quba Rayon Məhkəməsinin e-2(027)-81/2021 saylı, 11 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar