Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2756/2020 21.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X7, İddiaçı, üçüncü şəxs Nümayəndəsi X1 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-283/2020 saylı qətnaməsindən üçüncü şəxs Nümayəndə rəisi N.Məmmədovun verdiyi apelyasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ET Dİ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-283/2020 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı cavabdehlər Paşalıyev Zəkəriyyə, Paşalıyeva Xanımzadə, X2, X3 və Cavabdeh5 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası təmin edilib, iddiaçı X4 Şamaxı rayon Mədrəsə qəsəbəsi M.Ə.Sabir küçəsi ərazisindən alqı-satqı müqaviləsinə əsasən aldığı fərdi yaşayış evinin yerləşdiyi 0.08 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Paşaliyev Zəkəriyyə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 adına tərtib edilmiş JN-195A, Kod 41002016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız hesab edilmiş X4 mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi 0.08 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qət edilmişdir. Üçüncü şəxs Nümayəndə rəisi N.Məmmədov apelyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-283/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Paşaliyev Zəkəriyyə, Cavabdeh2 və uşaqları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adlarına verilmiş JN-1954-A KOD 41002016 KOD-lu torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab olunması və həmin torpaq üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Üçüncü şəxs Nümayəndə rəisi N.Məmmədov verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası İPM-nin 2-ci maddəsinin tələbi pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Nümayəndəsi X6 verilmiş apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehlər Paşalıyev Zəkəriyyə, Paşalıyeva Xanımzadə, X2, X3 və Cavabdeh5 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Z.Paşalıyev, X.Paşalıyeva, G.Z.Paşalıyeva, E.Z.Paşalıyeva və Cavabdeh5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X8 cavabdehlər Paşaliyev Zəkəriyyə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Paşaliyev Zəkəriyyə, həyat yoldaşı Cavabdeh2 və uşaqları Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adlarına verilmiş JN-1954-A KOD 41002016 KOD-lu torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə etibarsız hesab olunması və həmin torpaq üzərində mülkiyyət hüququnun Daşınmaz Əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmiş və birinci instansiya məhkəməsi tərəfdən işə mahiyyəti üzrə baxılaraq iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş, məhkəmə aidiyyət qaydalarını pozmaqla səlahiyyətinə aid olmayan iddia tələbinə baxaraq yekun məhkəmə aktı qəbul etmişdir. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-195A KOD 41002016 saylı şəhadətnamənin surətindən görünür ki, Paşaliyev Zəkəriyyə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Şamaxı rayon AİK-nınxx xxxxxx 1998-ci il tarixli 16 saylı qərarı ilə 0,08 ha torpaq sahəsi verilmişdir. xx xxxx 2003-cü il tarixli № 189959 saylı müqavilənin surətindən görünür ki, Paşaliyev Zəkəriyyə tərəfindən verilmiş vəkalətnaməyə əsasən X14 1992-ci ildə tikilmiş ümumi sahəsi 53,6 kv.m yaşayış sahəsi 38,2 kv.m olan iki otaqlı fərdi yaşayış evini X5 ******* (iki milyon dörd yüz əlli min) manat satmışdır. Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş № 01/243 saylı Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Şamaxı rayonu Mədrəsə qəsəbəsi M.Ə.Sabir küçəsində yerləşən ümumi sahəsi 53,6 kv.m, yaşayış sahəsi 38,7 kv.m, 2 otaqlı 1 mərtəbəli yaşayış evi şəxsi Şamaxı rayon DNK-nun 4-ə-2ə196 saylı xx xxxx 2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X5 məxsusdur. xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Şamaxı rayon İ.H.B-nın Mədrəsə qəsəbə İƏDsi üzrə nümayəndəsinin müavini X11, Mədrəsə bələdiyyəsinin sədri X12, Mədrəsə qəsəbə sakinləri Paşaliyev Mamat, Əliyev Eldar Mövlud oğlu, qonşu Aliyev Mavlid tərtib edirik həmin aktı ondan ötrü ki, xx xxxx 2003-cı il tarixində Mədrəsə qəsəbə M.Ə.Sabir küçəsi 22 nömrəli evi həyətyanı sahəsi ilə birlikdə alqı-satqı müqaviləsi ilə Bakı şəhər sakini İddiaçı almışdır və halhazırda onun istifadəsindədir. Şamaxı RİHB-nın Mədrəsə qəsəbə İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Şamaxı rayonunun Mədrəsə qəsəbəsi M.Ə.Sabir küçəsi 22 nömrəli yaşayış evini və o evə məxsus 0.8 ha torpaq sahəsini xx xxxx 2003- cü il tarixində Paşaliyev Zəkəriyyədən almışdır. DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin xx xxxxxxx 2019-cu il tarixli X5 ünvanlanmış məktubundan görünür ki, fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə ləğv olunmuş DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən Paşaliyev Zəkəriyyəyə JN:195A (kod41002016) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Paylı mülkiyyət hüququ üzrə hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınmasına razılıq vermədiyiniz üçün müraciətinizin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci maddəsinə əsasən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddiaçının etibarsız hesab olunmasını tələb etdiyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Paşaliyev Zəkəriyyə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 adına tərtib edilmiş JN-195A, Kod 41002016 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Şamaxı Rayon Aqrar İslahat Komisiyyasının xx xxxxxx 1998-ci il tarixli qərarı ilə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul dilmişdirsə, Mülki Prosesual Məcəllənin 261.0. 261.0.1-ci madələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməli və iddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0, 261.0.1, 263-264, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Üçüncü şəxs Nümayəndə rəisi N.Məmmədovun verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-283/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Paşalıyev Zəkəriyyə, Paşalıyeva Xanımzadə, X2, X3 və Cavabdeh5 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia üzrə icraata xitam verilsin. İddiaçıya həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2756/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2756/2020
21.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver