Məhkəmə qərarları › İş №2(105)-2757/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2757/2020

21.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2757/2020 21.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, İddiaçı nümayəndəsi X11, cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X4 nümayəndəsi və vəkili X13 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-637/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-637/2020 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2rşı işə bərpa tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-637/2020 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2007-ci ildən X5 (ŞAR) böyük laborant kimi əmək fəaliyyətinə başlamış və xx.xx.2015-ci ildən 9-cu dərəcə ilə həmin vəzifəyə təsdiq edilmişdir. ŞAR-da işlədiyi müddətdə heç vaxt xəbərdarlıq, töhmət almamış və tutduğu vəzifəyə görə işinin öhdəsindən həmişə layiqincə gəlmişdir. 2004-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bakalavr dərəcəsi üzrə bitirmişdir. Ailəlidir, 2 övladı var, hazırda işsizdir. Bu ilin əvvəlindən (haqsız olaraq işdən çıxarıldığına görə) indiyədək əsəb-stress xəstəsi olmuş və buna görə Dövlət Səhiyyə Müsəssisələrində çoxsaylı müayinə və müalicələrdə olmuş və hazırda səhhəti nisbətən normallaşmışdır. Təqdim etdiyi sənədlər göstərir ki, xx xxxxxx 2010-cu ildən ŞAR-ın rəhbərliyi digər əməkdaşlarla olduğu kimi onunla da 5 illik fasiləsiz olaraq müddətli əmək müqaviləsi bağlamışdır. ŞAR-ın rəhbərliyi onunla daha sonra xx xxxxxx 2015-ci ildə yenə 1 (bir) il, 2016-cı ilin eyni tarixində yenə 1 (bir) il, 2017- ci ilin eyni tarixində 1.5 (il yarım) il, 2018-ci ilin 05 iyulunda yenə 1 (bir) il və nəhayət 2019- cu ilin 05 iyulunda isə 6 (altı) aylıq əmək müqavilələri bağlamaqla - bu qayda ilə onunla 10 (on) il fasiləsiz müddətli əmək müqavilələri bağlanmışdır. Lakin ŞAR-ın direktoru xx xxxxxx 2020-ci il tarixdə, 01-k saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsini əsas göstərməklə, əmək müqaviləmin uzadılmaması səbəbi ilə onun ŞAR-da əmək fəaliyyətinə xitam verdiyini bildirmişdir. Bununla bağlı əmək kitabçası ona çox gec verilmişdir. ŞAR-ın direktoru belə əmr verməklə, AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndini kobud surətdə pozmaqla onu qanunsuz olaraq işdən azad etmişdir. AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd etdiyi kimi ŞAR-ın rəhbərliyi xx xxxxxx 2010-cu il tarixdən etibarən onunla 10 illik fasiləsiz davam edən müddətli əmək müqavilələri bağlamışdır. Təkcə bir faktı göstərmək kifayətdir ki, ŞAR-ın rəhbərliyi xx xxxxxx 2010-cu il tarixdən - xx xxxxxx 2016-cı il tarixinədək onunla fasiləsiz olaraq 5 ildən artıq (6 il) müddətli əmək müqaviləsi bağlamışdır. Odur ki, AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tələbinə görə hətta 2016-cı ildən etibarən əmək müqaviləsi müddətsiz hesab olunmalıdır. Bu səbəbdən, Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinə ərizə ilə müraciət etmiş və bu işin AMEA daxilində həll edilməsi üçün müraciətinin cavabını gözləmişdir. İşə bərpa ilə bağlı müraciəti araşdırılmaq üçün AMEA-nın Həmkarlar Təşkilatının sədrinə verilmiş və ona 065/10-18 saylı, xx.xx.2020-ci il tarixli rəsmi cavab ünvanlanmışdır. Həmin cavabın göndərildiyi zərfin üstündəki möhürdən göründüyü kimi bu məktub xx xxx 2020-ci il tarixində Şamaxı rayon Poçtuna çatmış - ona isə xx xxx 2020-ci il tarixində verilmişdir. Görünür ki, bütün dünyanı bürümüş Koronavirus Pandemiyasına görə ona ünvanlanmış həmin məktub Bakıdan Şamaxıya çox gec yola salınmışdır. AMEA Həmkarlar Təşkilatı işə bərpa ilə bağlı müraciətini tam araşdırmış, həqiqətən də işi ilə bağlı AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tələblərinin pozulduğunu açıq şəkildə qeyd etmişdir. Həmin məktubda bildirilmişdir ki, müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən çox olduğuna görə işəgötürənin AR ƏM-nin 73.1-ci maddəsinin tələbinə əsasən onun əmək müqaviləsinə xitam verməsi əsassızdır. Ona görə də, X4 direktorunun işdən azad edilməyi ilə bağlı xx.xx.2020-ci il tarixli, 01-k saylı əmrini ləğv edib onu həmin tarixdən öz əvvəlki işinə (9-cu dərəcə ilə böyük laborant vəzifəsi) bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 73.1, 292 və 294-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməməsinin qətnaməsinin ləğv edib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Y.M.Məhərrəmov apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili F.Y.Nağıyev apelyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materillarında olan əmək müqaviləsinin (kontrakt) 2.3-cü bəndindən görünür ki, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X4 direktoru X14 işçi İddiaçı ilə bağlanmış əmək müqaviləsi AR ƏM maddə 47 bənd f (tərəflərin qarşılıqlı razılığı) səbəbə görə xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixinədək 6 ay müddətinə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X4 xx xxxxxx 2020-ci il tarixli 01-k saylı əmrindən görünür ki, “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük laborantı İddiaçı ilə bağlanmış 43 saylı xx.xx.2019-xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinin müddətinin bitdiyini əsas tutaraq və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsin 1-ci bəndinə uyğun olaraq ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük laborantı İddiaçı ilə bağlanmış xx.xx.2019-xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixində xitam verilməsi və ona son haqq-hesab ödənilməsi əmr edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X9 xx xxxxxx 2020-ci il tarixli aktının surətindən görünür ki, 2020- ci ilin yanvar ayının 07-də kadrlar şöbəsinin müdiri V.T.Mütəllimova “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin böyük laborantı İddiaçı müddətli əmək müqaviləsinin yeni müddətə uzadılmaması haqqında əmrin təsdiqlənmiş surətini İddiaçı təqdim etmişdir. Əmək kitabçasının götürülməsini təklif etsə də İddiaçı onu gəlib götürməmiş, 2020-ci ilin yanvar ayının 17-də kadrlar şöbəsinin müdiri V.T.Mütəllimova, kargüzar A.A.Seyidova və Həmkarlar Təşkilatının nümayəndəsi B.İ.Abdullayevin iştirakı ilə əmək kitabçasının əsli zərfə qoyularaq bağlanılmış və poçt vasitəsilə göndərmək üçün X19 yola salınmışdır. Azərpoçt MMC-nin poçt xəbərnaməsindən görünür ki, əmrin surəti və əmək kitabçası İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə alınmışdır. Azərbaycan Milli Elmlər X12 İttifaqının xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə də müddətli əmək müqaviləsi bağlanmış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü bəndinə əsasən “Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır”. Yəni bu halda da əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə” əsas kimi götürülüb. AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən “Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir”. İddiaçı əmək kitabçasında qeyd olunub ki, işəgötürən tərəf - X1 fasiləsiz olaraq 5 ildən artıq müddətli əmək müqaviləsi bağlayıb və bununla Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-cü bəndinin tələbləri pozulub. Məntiqi nəticəsi olaraq, İddiaçı ilə də müddətli əmək müqaviləsinin xitam verilməsinə əsas verən AR ƏM 73.1-ci maddəsinin Məcəlləyə görə “Müddətli əmək müqaviləsi”nin müddəti qurtardıqda xitam verilir) tətbiqi məqsədəmüvafiq sayıla bilməz. Qeyd edilən halda işəgötürənin (X8) əmək müqaviləsinə xitam verməsi əsassızdır və belə olduqda işçi fərdi əmək mübahisəsi zəminində öz hüquqlarının bərpa olunması üçün məhkəməyə iddia verə bilməsi izah olunmuşdur. Azərbaycan Respublikası Əmək və X15 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti X17 Şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, onun, Dövlət Əmək Müfəttişliyi Xidmətinin X17 Şöbəsinə xx xxxx 2020-ci il tarixdə **********8 saylı qeydiyyatla birbaşa daxil olmuş, 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 laborant vəzifəsində çalışmağın, xx xxxxxx 2010-cu il tarixdən müddətli əmək müqaviləsi ilə işləməyi, xx xxxxxx 2020-ci il tarixdə ŞAR-ın 01-K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən xitam verildiyini və AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci il tarixdən X5 öz işinizə bərpa olunmağınıza köməklik göstərilməsi ilə əlaqədar DƏMX-in X17 Şöbəsinə ünvanladığınız müraciətinizin qanunvericiliyin tələblərinə uyğun araşdırılması məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X6 xx xxxx 2020-ci il tarixli **********5 saylı məktub göndərilərək müvafiq sənədlərin Dövlət Əmək Müfəttişliyi Xidmətinin X17 şöbəsinə təqdim edilməsi xahiş edilmişdir. Eyni zamanda sizə də rəsmi məktub göndərilərək araşdırmada iştirak etmək üçün şöbəyə dəvət edilmisiniz. Araşdırma sizin yazdığınız izahat və müraciətə əlavə etdiyiniz sənədlər, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X3 göndərilmiş və Dövlət Əmək Müfəttişliyi Xidmətinin X17 Şöbəsinə xx xxxx 2020-ci il tarixdə **********2 saylı qeydiyyatla daxil olmuş xx xxxx 2020-ci il tarixli 32/72(Ş) saylı məktub və ona əlavə edilmiş sənədlər, eləcə də X10 X7 qeydiyyata alınmış məlumatlar əsasında aparılmışdır. Araşdırma zamanı müəyyən olundu ki, siz xx xxxx 2007-ci il tarixli 06-“k” saylı əmrlə X6 xx.xx.2007-ci il tarixdən laborant vəzifəsinə təyin edilmisiniz və sizinlə əmək müqaviləsi bağlanılaraq xx.xx.2014-cü il tarixdən X10 Alt Sistemində qeydiyyata alınmışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı X16ndən müəyyən olundu ki, sizinlə xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək 5 il müddətinə olmaqla müddətli əmək müqaviləsi bağlanılmış, qeyd olunan müddətli əmək müqaviləsinin müddəti başa çatdıqdan sonra əmək müqaviləsinə xitam verilmədən əmək müqaviləsində dəyişiklik edilməklə müqavilənin müddəti 1 il olmaqla xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Bu əməliyyat növbəti 2017-2019-cu illərdə də təkrarlanmış və əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək artırılmışdır. Qeyd olunan dəyişikliklər Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinə uyğun oiaraq X16 Alt Sistemində (ƏMBAS) qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X5 fasiləsiz olaraq 10 il müddətində müddətli əmək müqaviləsi ilə işləmisiniz. AR Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən ...“Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir”... . Deməli, sizinlə bağlanılmış müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam etdiyi üçün müddətsiz əmək müqaviləsi hesab edilməlidir. Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X4 təqdim etdiyi xx xxxxxx 2020-ci il tarixli 01-k saylı əmr və xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı X16ndən məlum olur ki, sizinlə bağlanmış əmək müqaviləsinə müddətli əmək müqaviləsinin müddətinin bitdiyi əsas götürülərək AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilmişdir ki, bu da öz növbəsində inzibati xətaya səbəb olmuşdur. Bu səbəbdən də Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X4 direktoru X14 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə xx xxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinin 2-ci hissəsinə əsasən, pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 3-cü maddəsinin 5-ci bəndinə görə əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx xxxxx 2007-ci ildən cavabdeh təşkilatda böyük laborant kimi əmək fəaliyyətinə başlamış və onunla xx xxxxxx 2010-cu ildə 5 illik, xx xxxxxx 2015-ci ildə 1 illik, xx xxxxxx 2016-cı ildə 1 illik, xx xxxxxx 2017-ci ildə 1.5 illik, xx xxxx 2018-ci ildə 1 illik və xx xxxx 2019-cu ildə 6 aylıq müddətli əmək müqavilələri bağlanmışdır. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli 01-k saylı əmri ilə müddəti qurtardığı üçün iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən xitam verilmişdir. Əmrin surəti və əmək kitabçası xx.xx.2020-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçı hazırkı tələblə xx xxxx 2020-ci il tarixdə müraciət etmişdir. İddiaçı tələbini onunla 10 il fasiləsiz müddətli əmək müqavilələri bağlandığı üçün müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi hesab edilməsi ilə əsaslandırmışdır. Cavabdeh iddiaya etirazını iddiaçı ilə əvvəlki əmək müqaviləsinin müddəti bitdikdə, həmin əmək müqaviləsinin müddətinin uzadılmaması, onunla hər dəfə yeni müddətli əmək müqaviləsi bağlanması və tərəflər arasında yeni əmək münasibətlərinin yaranması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası tərəflərin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, 5 il müddətinə bağlanmış x xxxxxx 2010-cu il tarixli müddətli əmək müqaviləsində göstərilən müddət qurtardığı vaxtdan, əmək münasibətləri davam etdirildiyindən və iş üzrə sübutlarla tərəflərdən hər hansı birinin müqaviləyə xitam verilməsini tələb etməsi, eləcə də həmin müqavilənin ləğv edilməsi barədə cavabdehin əsaslandırılmış əmrinin olması təsdiq edilmədiyindən, sonrakı müqavilələrinin mövcud olmasından asılı olmayaraq, x xxxxxx 2010-cu il tarixli müddətli əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə olmaqla x xxxxxx 2020-ci il tarixədək uzadılmış sayılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Cavabdeh ərizə ilə müraciət edərək hazırkı tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. İddiaçı işin Azərbaycan Milli Elmlər Akademiyasının daxilində həll edilməsini gözləməsi, həm də məhkəməyə təqdim olunması üçün ona mötəbər sübutların lazım olması, AMEA Həmkarlar Təşkilatının müraciəti ilə bağlı 065/10-18 saylı, xx.xx.2020-ci il tarixli cavab məktubunun xx xxx 2020-ci il tarixdə ona verilməsi əsası ilə müddəti ötürmədiyini iddia etmişdir. Məhkəmə, tərəflərin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, cavabdeh təşkilatın nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması və həmin orqanın hazırkı mübahisə üzrə qərar çıxarması təsdiq edilmədiyindən hazırkı fərdi əmək mübahisəsinə bilavasitə məhkəmə tərəfindən baxılmalı olmuş və iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi xx.xx.2020-ci il tarixdən etibarən 1 təqvim ayı ərzində mövcud sübutlarla məhkəməyə müraciət etməli olduğu halda, hazırkı tələblə xx xxxx 2020-ci il tarixdə müraciət etməklə iddia müddətini keçirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair xx xxxx 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2001- ci il tarixli qərarında qeyd etmişdir ki, Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. X20 Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasənməhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına X2rşı işə bərpa tələbinə dair iddia tələbi rədd edilməsi barədə gəldiyi nəticə qanuni və ədalətlidir. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair heç bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)-637/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar