Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2757/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X7, iddiaçı "xxxx" X11 Səhmdar Cəmiyyətinin nümayəndəsi X5, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(060)-3621/2021 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(060)-3621/2021 saylı qətnaməsi ilə (hakim E.X.Hüseynov) iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh və Həsənli İlkin İlham oğlunun ünvan 1-ə olan istifadə hüquqlarına xitam verilmiş və cavabdehlər Cavabdeh və Həsənli İlkin İlham oğlunun ünvan 1-dən çıxarılmaqla həmin mənzilin boşaldılması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(060)-3621/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 DƏDRX tərəfindən verilmiş çıxarış əsasında "xxxx" KB ASC-nin xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh və Həsənli İlkin İlham oğlu qeyd olunan mənzildə qeydiyyatda qalmaqdadırlar. Onların mənzildə qeydiyyatda qalması mənzillə bağlı bir sıra hüquqların həyata keçirilməsində çətinliklər yaradır. Ona görə də, cavabdehlər Cavabdeh və Həsənli İlkin İlham oğlunun ünvan 1-ə olan istifadə hüquqlarına xitam verilməsi və onların həmin mənzildən çıxarılmaqla həmin mənzil boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 17 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi K.X.Abdullayev apelyasiya şikayətini müdafiə dib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi S.Ə.Məmmədov apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh Həsənli İlkin İlham oğluna məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh İ.İ.Həsənlinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh apelyasiya şikayəti vermiş, digər cavabdeh apelyasiya şikayəti verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ancaq Cavabdeh aid hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ona aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2(060)-10650/2015 saylı qətnaməsi ilə iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh, X4 və X6 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək bankla Cavabdeh arasında bağlanmış 08 dekabr 2012-ci il tarixli və 17 sentyabr 2014-cü il tarixli kredit müqavilələrinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehlər Cavabdeh və X2 bankın xeyrinə 08 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 17.043,63 ABŞ dollarının, 17 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 15.318,55 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdeh X1 mülkiyyətində olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaiti hesabına borcun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi mənzil satıldıqdan sonra orada yaşayan şəxslərin 1 ay ərzində mənzildən çıxarılmaqla mənzilin boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli, 2(105)- 06/2019 saylı qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2015-ci il tarixli, 2(060)-10650/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 noyabr 2019-cu il tarixli, 2(102)-6916/2019 saylı qərarı ilə cavabdehlər Cavabdeh, T.N.Abdullayeva və K.X.Abdullayev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyun 2019-cu il tarixli, 2(105)-06/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İpoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 39/04 nömrəli protokol və “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə 20 oktyabr 2020-ci il tarixli müqavilənin surətindən müəyyən edilir ki, cavabdeh X1 mülkiyyətində olan ünvan 1 saylı mənzil 31.875 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən "xxxx" KB ASC əldə etmişdir. DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında verdiyi ******* nömrəli arayışından görünür ki, Cavabdeh və Həsənli İlkin İlham oğlu ünvan 1-də pasport qeydiyyatdadırlar. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə "xxxx" KB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli, 08.12.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, "xxxx" KB ASC və Cavabdeh arasında bağlanmış 08 dekabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik istifadə dərəcəsi 23 faiz olmaqla 45.000 ABŞ dolları məbləğində, 17 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 30 ay müddətinə illik istifadə dərəcəsi 23 faiz olmaqla 15.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 07 dekabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi X1 mülkiyyətində olan ünvan 1-də yerləşən mənzil ipoteka ilə yüklü edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Borc ödənilmədiyindən bank məhkəməyə müraciət etmiş, kredit borcu ipoteka predmeti olan əmlaka yönəldilmiş və banka olan kredit borclarının ödənilməsi müəyyən edilmişdir. Sözügedən mənzil hərracın yekunlarına dair çıxarışa əsasən bankın mülkiyyətinə keçmiş, bankın adına müvafiq çıxarış alınmışdır. Bank mülkiyyət hüququnun təmin edilməsi məqsədilə hazırki tələblə məhkəməyə müraciət edib, evin boşaldılmasını və orada qeydiyyatda olan cavabdehlər Cavabdeh və Həsənli İlkin İlham oğlunun istifadə hüququnun itirilmiş hesab edilməsi, cavabdehlər tərəfindən həmin mənzilin boşaldılması və mənzilin "xxxx" KB ASC-yə təhvil verilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı bank mübahisəli mənzilin mülkiyyətçisidir. Cavabdehlərin mübahisəli ev üzərində dövlət tərəfindən tanınan və qorunan heç bir hüquqları qalmamışdır. Belə ki, ipoteka müqaviləsi tərəflər arasında notarial qaydada təsdiq edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İpoteka müqaviləsinin şərtlərinə görə ipoteka qoyanla birlikdə digər ailə üzvləri ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlər və ona görə də tutma ipoteka ilə yüklü edilmiş yaşayış evinə yönəldilmiş, iddiaçı bank evi açıq hərracdan almış və mübahisəli ev tam mülkiyyət hüququ ilə iddiaçı bankın mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehlərin ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi nəticəsinə gəlmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, mənzil iddiaçı bankın mülkiyyətində olduğuna görə birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehlərin iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan, ünvan 1 ünvanında xüsusi mülkiyyət olan mənzildən çıxarılması, yaşayış evinin tamamilə boşaldılması və mülkiyyətçi "xxxx" KB ASC-yə təhvil verilməli olduğu nəticəyə gəlmişdir. Cavabdeh iddia tələbinin əsassızlığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Buna görə də, onun apelyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnanaməsinin Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(060)-3621/2021 saylı qətnaməsi Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2757/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2757/2021
22.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver