Məhkəmə qərarları › İş №2(105)-2785/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2785/2020

24.11.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2785/2020 24.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili X5, Cavabdeh nümayəndəsi və vəkili X11 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi iş buraxmaya görə ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli, 12T/HR saylı İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehndə Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, Cavabdehndən məcburi işburaxmaya görə İddiaçı işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)- 275/2020 saylı qətnaməsi ilə Cavabdehn apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-2985/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdehnə qarşı Cavabdehndə Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, onun xeyrinə məcburi işburaxmaya görə işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı və gecikdirilən hər günə görə 1% ödəncin tutulması və iddiaçıya ödənilməsi, habelə cavabdehdən xeyrinə 10000 manat məbləğində mənəvi ziyanın tutulması, cavabdehlə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 12T/HR saylı əmrin ləğv edilməsi barədə iddia tələbi təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 61,52 manatın İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-3581/2020 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək onun Cavabdehndə Hüquq Departamentinin rəhbəri vəzifəsinə bərpa edilməsi, Cavabdehndən onun xeyrinə məcburi işburaxmaya görə işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər orta əmək haqqı və gecikdirilən hər günə görə 1% ödəncin tutulması və ona ödənilməsi, Cavabdehndən onun xeyrinə 10000 manat məbləğində mənəvi ziyanın tutulması və ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci ildən etibarən Cavabdehndə Hüquq Departamentinin rəhbəri vəzifəsində işləmişdir. xx xxxxx 2019-cu il tarixdə cavabdeh 12T/HR saylı əmrlə onunla bağlanmış xx.xx.2017-ci il tarixli, 398 saylı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmişdir. İşdən çıxarma əmrinin xx.xx.2019-cu il tarixdə, yəni o, rəsmi olaraq məzuniyyətdə olduğu vaxt verilməsi həmin əmrin ləğv olunması və onun işə bərpa olunması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsi ilə məzuniyyətdə olan işçilərin hüquqi təminatı kimi, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Qanunsuz işdən çıxarıldığına görə cavabdeh ona işdənçıxarma gününün sonrakı günündən, yəni xx.xx.2019-cu ildən başlayaraq işə bərpa olduğu günə kimi orta aylıq əmək haqqını və əmək haqqı ödənişi gecikdirildiyi hər gün üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən 1% ödənc məbləğini, məcburi işburaxmaya görə ödəməyə borcludur. Məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi gün üçün, yəni xx.xx.2019-cu il tarixinə cavabdeh ona 7325 manat 98 qəpik ödəməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, yuxusuzluq, depressiya, yorğunluq, enerjisizlik kimi psixoloji problemlərdən əziyyət çəkmiş, bezgin ruh halı və əhval pozğunluğu kəskin formalar almışdır. Daimi yorğunluq fonunda istirahət etməyə daha çox ehtiyac hissi yaranmışdır, özünə güvən və inam hissi azalmış, kefsizlik və həyata marağın tükənməsi, diqqət pozğunluğu, düşünməyin çətinləşməsi, qorxaqlıq və əsəbilik, hər şeyi özünə almaq kimi pis vəziyyət yaranmışdır. İddiaçı iddia tələbinin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək Cavabdehn onunla əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2019-cu il tarixli, 12T/HR saylı əmrinin ləğv edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən aktlar qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını təhrif etmiş və onlara yanlış qiymət vermişdir. Belə ki, işə baxılarkən cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qətnaməsində iddia müddətinin tətbiqindən o əsasla imtina etmişdir ki, guya Abşeron Rayon Məhkəməsi iddianı təmin etmə barədə xx.xx.2019-cu il tarixli, 2(012)-2074/2019 saylı qərardadı cavabdehə iddiaçıya qarşı intizam tənbehinin tətbiqi qadağan edilmişdir, cavabdeh bu qərardadı icra etməmişdir və buna görə də iddiaçının tələbinə iddia müddəti tətbiq edilməməlidir. Abşeron Rayon Məhkəməsi iddianı təmin etmə barədə xx.xx.2019-cu il tarixli, 2(012)-2074/2019 saylı qərardadı ilə cavabdehə iddiaçıya qarşı qanunvericilikdə nəzərdə tutulmayan “iltizam” tənbehinin tətbiqi qadağan edilmişdir. Həmin qərardad məhkəmə tərəfindən cavabdehin iştirakı olmadan qəbul edilmişdir və qəbul ediləndən sonra qərardad barəsində cavabdehin dərhal məlumatlandırılması, qərardadın cavabdehə təqdim edilməsi üçün məhkəmə qanunvericilikdə nəzərdə tutulan vəzifələrini icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 159.3-cü maddəsinə əsasən qəbul edilmiş qərardad barədə işə onların iştirakı olmadan baxılmış işdə iştirak edən şəxslərə dərhal xəbər verilir. Həmin qərardadın cavabdehə göndərilməsi barədə məktub xx.xx.2019-cu il tarixdə imzalansa da, cavabdehə həmin məktub xx.xx.2019-cu il tarixdə çatdırılmışdır. Qərardadın göndərilməsi üçün istifadə olunan poçt zərfi üzərində “Azərbaycan AZ0100 xx-xx-2019 Çeşidləmə Abşeron MXŞ” ştampı əks olunmuşdur. Həmin ştamp təsdiq edir ki, məhkəmənin xx.xx.2019-cu il tarixi ilə imzaladığı məktub əslində xx.xx.2019-cu il tarixdə deyil, xx.xx.2019-cu il tarixdə cavabdehə göndərilmişdir. Beləliklə, mübahisələndirilən əmr qəbul edilərkən cavabdehin iddiaçıya qarşı intizam tənbehinin tətbiq edilməsini qadağan edən qərardad mövcud olmamışdır. İltizam tənbehinin qadağan edilməsi barədə qərardad isə cavabdehə xx.xx.2019-cu il tarixə kimi təqdim edilməmiş, hətta belə qərardad haqqında cavabdehi heç kim məlumatlandırmamışdır. Bu cür qərardadın olması iddiaçıya iş yerinə gəlmək, əmək funksiyalarını icra etmək vəzifələrindən azad etmir və cavabdehi bu cür qanun pozuntularına yol verən işçisinə qarşı intizam tənbehini tətbiq etmək hüququndan məhrum etmir. 3(012)-721/2019 saylı inzibati xəta haqqında iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Abşeron rayon icra və probasiya şöbəsinin Viacheslav Maltsev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdiyi protokol üzrə icraata xitam verilmişdir. Həmin qərarla təsdiq olunmuşdur ki, cavabdehin rəhbəri Abşeron Rayon Məhkəməsinin iddianı təmin etmə barədə xx.xx.2019-cu il tarixli, 2(012)-2074/2019 saylı qərardadını icra etməkdən yayınmamışdır. İddiaçının həmin qərardan verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təmin olunmamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsi bu faktları təhrif etmişdir və təhrif olunmuş faktlara əsaslanaraq cavabdehin verdiyi iddia tələbinə qarşı iddia müddətini tətbiq etməkdən əsassız olaraq yayınmışdır. İddiaçı xx xxxxx 2019-cu il tarixdə onunla əmək müqaviləsinə xitam verildikdən sonra 1 ay müddətində məhkəmədə iddia qaldıra bilərdi, lakin iddiaçı həmin müddəti ötürmüşdür. Belə ki, əmək müqaviləsinə xitam verildikdən sonra iddiaçı ilə son haqq-hesab aparılmış, pulları ödənilmiş, əmrin surəti, əmək kitabçası poçt ilə dərhal iddiaçıya göndərilmiş, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin portalına bu barədə rəsmi bildiriş yerləşdirilmişdir. Göründüyü kimi, həmin iddia tələbləri ilə bağlı iddia müddəti keçmişdir və buna görə də iddia rədd olunmalıdır. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, guya iddiaçının xx.xx.2019-cu il tarixdə 13:20-dən 15:45-dək işdə olmaması üzürlü səbəb kimi qiymətləndilməlidir, çünki iddiaçı dayısının qara bayramına getməsi barədə cavabdehi məlumatlandırmışdır. Lakin məhkəmənin bu mülahizəsi və qənaəti qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə özü bu qənaətini heç bir qanun norması ilə əsaslandırmamışdır. Məhkəmə qətnaməsində qeyd edilib ki, guya cavabdeh əmək qanunvericiliyini pozaraq iddiaçı ilə əmək müqaviləsinə bir neçə əsasla xitam vermişdir. Bu məlumat da təhrif olunmuşdur. Belə ki, mübahisələndirilən əmrin əsaslandırıcı hissəsində iddiaçının yol verdiyi pozuntular sadalansa da, əmrin nəticə hissəsində qeyd olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xitam verilir. Beləliklə, cavabdeh heç bir prosessual pozuntuya yol verməmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, guya cavabdeh belə bir təcrübə formalaşdırmışdır ki, işçinin ərizəsi üzərinə razılaşdırılması haqqında dərkənar qoyulması işçinin artıq işə gəlməməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun tələblərinə əsasən işgüzar adətlərlə yalnız o münasibətlər tənzimlənə bilər ki, onlar qanunvericiliyin normaları ilə tənzimlənməsin. Əmək Məcəlləsinin 138-ci maddəsinin 1-ci hissəsinə əsasən bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı, vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Beləliklə, məhkəmə qeyd edilən hüquqi məsələyə qiymət verərkən yuxarıda qeyd edilən qanunun normasına əsaslanmalı idi. İddiaçı özü hüquqşünasdır. Bu normaları gözəl bilir və anlayır ki, ərizənin verilməsi, hətta onun üzərinə dərkənarın qoyulması hələ ona məzuniyyətin verilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə qətnaməsində qeyd edir ki, guya boş ərizə blankının iddiaçının əlində olması haqqında cavabdehin dəlilləri inandırıcı deyildir. Halbuki, cavabdeh iddiaçının təqdim etdiyi xx.xx.2019-cu il tarixli ərizəsinin saxta olduğunu kifayət qədər əsaslandırmış və sübutların təmin edilməsi, daha da geniş araşdırma aparılması üçün şahidlərin dindirilməsi, ekspertizanın keçirilməsini xahiş etmişdir. Lakin, məhkəmə saxta sübutun saxtalığını müəyyən etmək üçün cavabdehə heç bir yardım göstərməmiş, həmin sübutun araşdırılmasında maraqlı olmadığını açıq-aşkar nümayiş etdirmişdir. Birincisi, həmin sənədin yalnız başlığının doldurulduğu və direktor tərəfindən “Approved” yazılaraq imzalanmış ilkin variantını cavabdeh məhkəməyə təqdim etmişdir. İkincisi, məhkəmə iclasında İddiaçı bildirmişdir ki, guya həmin ərizəni o yazıb baş direktor V.O.Maltsevə təqdim etmişdir. Lakin ərizənin başlığındakı “Həmin cəmiyyətin Hüquq işləri departamentinin rəhbəri İddiaçı” sözləri İddiaçı tərəfindən deyil, o zaman Cavabdeh İnsan resursları departamentində mütəxəssis kimi işləmiş X4 tərəfindən yazılmışdır. xx.xx.2019-cu il tarixdə X4 İnsan resursları departamentindən Marketinq departamentinə köçürülmüşdür. Bu faktı təsdiq edən əmrin surəti təqdim edilmişdir. Beləliklə, xx.xx.2019-cu il tarixdən sonra X4 bu sənədin başlığını doldura bilməzdi. Üçüncüsü, həmin ərizənin başlığındakı “Həmin cəmiyyətin Hüquq işləri departamentinin rəhbəri İddiaçı” sözləri və ərizənin mətnindəki rəqəmlər, İddiaçı sözləri qarşısındakı imza, “İddiaçı Tarix: xx.xx.2019 cu il” sözləri başqa rəngli qələmlə yazılmışdır. İddiaçı həmin ərizəni özü, tam mətnini eyni vaxtda doldursa idi, o zaman onun adından yazılan mətn tamamilə eyni qələmlə yazılmalı idi. Dördüncüsü, ərizədə qeyd olunub ki, guya İddiaçı xx.xx.2019-2020-ci ilin hesabına ona məzuniyyətin verilməsini xahiş edir. Lakin İddiaçı Cavabdeh MMC-də əmək fəaliyyətinə 5 yanvar tarixində başlamışdır. Bu səbəbdən onun iş ili xx.xx.2019-2020-ci il kimi qeyd olunmalı idi. Bu faktı təsdiq edən Cavabdeh əmək məzuniyyətlərinin qeydiyyatı sistemindən çıxarış da məhkəməyə təqdim edilmişdir. Həmin sistemdən açıq-aşkar görünür ki, iddiaçının əmək məzuniyyətləri xx.xx.2017-ci il tarixindən xx.xx.2018-ci il tarixə kimi və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinə kimi hesablanmışdır. Beşincisi, qeyd edilən ərizənin əslini İddiaçı məhkəməyə təqdim etmişdir. Halbuki, əgər bu ərizə cavabdehin rəhbəri tərəfindən təsdiqlənmişdirsə həmin ərizə aidiyyəti üzrə cavabdehin İnsan resursları departamentinə verilməli idi və həmin ərizə əsasında dərhal məzuniyyətin verilməsi barədə əmr hazırlanıb imzalanmalı idi. Ərizənin əslinin İddiaçı qalması qanunvericiliklə müəyyən olunmuş əmrin təsdiqlənməsi imkanını istisna edir. Altıncısı, Əmək Məcəlləsinin 138-ci maddəsinin 2-ci hissəsinə əsasən məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. İddiaçı məhkəməyə təqdim etdiyi ərizədə o, xx.xx.2019-cu il tarixini yazmışdır və xx.xx.2019-cu il tarixdən etibarən guya məzuniyyətin ona verilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilən normaya əsasən məzuniyyətin verilməsi barədə əmr məzuniyyətin başlanmasına azı beş gün qalmış verilməlidir. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi isə cəmi üç gün müddət müəyyən olunur. Həmin maddənin 3-cü hissəsinə əsasən işəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır. Yeddincisi, xx.xx.2018-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 6 saylı regional idarəsinə sübutların təqdim edilməsi və şahidlərin cəlb olunma haqqında vəsatətlə müraciət etmişdir. Həmin vəsatətdə cavabdeh İddiaçı əmək müfəttişliyindən xahiş edir ki, iddiaçının rəhbəri Viaçeslav Maltsevdən izahat alsın və onun qarşısında 7-ci sıra nömrəsi ilə qeyd olunmuş aşağıdakı sualı qoysun: “İddiaçı imzalı boş məzuniyyət ərizəsini hansı səbəblə vermisiniz?” Beləliklə, İddiaçı xx.xx.2018-ci il tarixdə öz imzası ilə təsdiqləmişdir ki, onun əlində iddiaçının rəhbərinin imzası ilə boş məzuniyyət ərizəsi vardır. Həmin sənəd Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 6 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi tərəfindən xx.xx.2019-cu il tarixli, **********8 saylı məktubla iddiaçıya göndərilmişdir. Eyni zamanda, iddiaçının rəhbərinin imzası ilə boş məzuniyyət ərizəsinin surəti də həmin dövrdə əmək müfəttişliyi tərəfindən iddiaçıya təqdim edilmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, guya iddiaçı həmkarlar təşkilatının üzvüdür və bu səbəbdən həmkarlar təşkilatının razılığı alınmadan cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verə bilməzdi. Məhkəmə bu faktı da təhrif etmişdir. Məhkəmə bu faktın hansı sübutlarla müəyyən edildiyini qətnaməsində qeyd etməmişdir. Əslində isə iddiaçı heç vaxt cavabdehin müəssisəsində fəaliyyət göstərən həmkarlar təşkilatının üzvü olmamışdır. Məhkəmə ən azından bu faktı yoxlamaq üçün cavabdehin müəssisəsində fəaliyyət göstərən həmkarlar təşkilatına sorğu verməli idi. Məhkəmə hüquqi məsələlərə qiymət verməkdən yayınmışdır və prosessual pozuntulara yol vermişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixdə keçirilən iclası zamanı cavabdehin nümayəndəsi tərəfindən bir neçə yazılı vəsatətlər, o cümlədən saxtalaşdırılmış yazılı sübutla əlaqədar kompleks məhkəmə xətşünaslıq və sənədin texniki ekspertizasının təyin edilməsi barədə vəsatət verilmişdir, lakin məhkəmə həmin vəsatətlərin mətni ilə tanış olmadan, müşavirə otağına getmədən vəsatətlərin heç birini təmin etməmişdir. Beləliklə, məhkəməyə saxta sübutun iddiaçı tərəfindən təqdim edilməsi barədə cavabdehin əsaslı dəlillərini və İddiaçı ədalət mühakiməsinə qarşı cinayət törətməsi faktını obyektiv araşdırmamışdır. Bundan başqa, məhkəmə zəruri sübutların tərəflərindən təqdim olunmasına şərait yaratmamışdır. Qeyd olunanlardan əlavə, məhkəmə eyni tərəflər arasında oxşar 2(012)-2074/2019 saylı işə baxarkən qərəzli olaraq xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçıya qarşı intizam tənbehinin tətbiqini cavabdehə qadağan etmişdir. Həmin qanunsuz qərardad Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ləğv olunmuşdur. xx.xx.2019-cu il tarixdə keçirilən məhkəmə iclasında məhkəmə İddiaçı təklif etmişdir ki, iddia ərizəsinə əlavə versin və onunla əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin xx.xx.2019-cu il tarixli əmrinin ləğv olunmasını məhkəmədən xahiş etsin. Cavabdehin nümayəndəsi məhkəmənin bu cür hərəkətlərinə etirazını bildirdirmişdir. Lakin nə məhkəmənin bu sözləri, nə də cavabdehin nümayəndəsinin etirazı protokolda əks olunmamışdır. xx.xx.2019-cu il tarixdə İddiaçı hakimin tövsiyyəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinə əlavə təqdim etdikdə, cavabdehin nümayəndəsi qanunvericiliyin tələblərinə əsasən yeni iddia tələbinə qarşı etirazını hazırlamaq, əlavə sübutları toplayıb, surətlərini təsdiqləyib məhkəməyə təqdim etmək üçün 10 gün vaxt verilməsini məhkəməyə bildirdirmiş, lakin məhkəmə bildirmişdir ki, o, yalnız 30 dəqiqə vaxt verə bilər və bundan artıq vaxt verə bilməz. Cavabdehin nümayəndəsi yenə də məhkəmənin bu cür hərəkətlərinə etirazını bildirmişdir. Lakin onun etirazı, məhkəmənin ona verdiyi cavablar yenə də protokolda əks olunmamışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X15 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi X9 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Cavabdeh üzrə 12T/HR saylı, xx xxxxx 2019-cu il tarixli əmrin surətindən görünür ki, Cavabdeh Hüquq departamentinin rəhbəri İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, vəzifələrini kobud şəkildə pozduğuna, illik fəaliyyət dəyərləndirməsi aşağı olduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx xxxxx 2019-cu il tarixdən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh baş direktoru tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019cu il tarixli, 85 saylı məktubun surətindən görünür ki, İddiaçı yol verdiyi intizam pozuntuları və əmək müqaviləsi üzrə öhdəliklərinin pozulması faktları ilə əlaqədar təcili Cavabdeh “İnzibati məsələlər və personal üzrə” departamentinə gəlməsi və izahat verməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh baş direktoru tərəfindən İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli bildirişin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixində 13:20-dən 15:54dək heç bir üzrlü səbəb bildirmədən işdə olmaması halı müəyyən edilmişdir. Bu səbəbdən göstərilən halla bağlı izahat verməsi məqsədilə İddiaçı həmin gün iş vaxtının sonunadək müəssisənin İnzibati məsələlər və personal üzrə departamentinə yaxınlaşması xahiş edilmişdir. Bildirişin sonunda İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixində “Tanış oldum. Bu məsələ ilə bağlı Kadrlar departamentinin direktoruna rəsmi şəkildə məlumat vermişəm və təsdiqləyə bilər” imzalı qeydi aparılmışdır. İş materiallarında olan İddiaçı Cavabdeh baş direktoruna ünvanladığı xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, həmin gün 10:30-dan 13:00-a kimi Abşeron Rayon Məhkəməsində inzibati işin baxışında olmuşdur. Saat 13:20-dən dayısı üçün qara bayram mərasiminə getməsi ilə bağlı iş yerində olmayacaqdır. Bu icazə formal olsa da, iş yerində olmamasının üzrlü hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh xx xxxxxx 2019-cu il tarixli, 02/CV saylı əmrinin surətindən görünür ki, Cavabdeh hüquq işləri üzrə departamentin rəhbəri vəzifəsində çalışan İddiaçı xx.xx.2018-xx.xx.2019-cu iş ili üzrə 36 təqvim günü müddətində istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilməsi barədə əmr verilmişdir. Əmrin əsasını İddiaçı ərizəsi təşkil etmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh baş direktoru X8 ünvanladığı xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, xx.xx.2019-2020-ci il hesabına alacağı növbəti məzuniyyətinin hesabından 10 təqdim günü xx.xx.2019-cu ildən verilməsini xahiş etmişdir. Ərizənin üzərində baş direktor tərəfindən “Approved” imzalı qeyd aparılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)- 2074/2019 saylı qərardadından görünür ki, İddiaçı ilə Cavabdeh arasında qanunsuz ixtisar və töhmət əmrinin ləğv olunmasına dair mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə kimi ikinci iltizam tənbehinin verilməsi cavabdehə qadağan edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)- 2074/2019 saylı qərardadından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-2074/2019 saylı qərardadının müəyyən etdi hissəsinin ikinci və üçüncü abzasında, eyni zamanda qərar verdi hissəsində “iltizam” sözünün “intizam” kimi oxunması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh üzrə xx xxxxxx 2019-cu il tarixli, 26/O saylı əmrin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-6538/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən Cavabdeh hüquq departamentində işçilərin sayı və ştatların ixtisarı və əmək müqaviləsinə xitam verilməsi haqqında 25 saylı, xx xxxxxx 2018-ci il tarixli əmrinin icrası iş üzrə məhkəmə qətnaməsi qüvvəyə minənə kimi dayandırılmışdır. İş üzrə keçirilmiş ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 31919/32036 saylı rəyindən görünür ki, mülki işin 100-cü səhifəsində olan ərizənin blankı, həmin mülki işin 55-ci səhifəsindəki xx xxxxx 2019-cu il tarixli ərizənin blankının kserosurətidir və mülki işin 100-cü səhifəsindəki ərizənin yuxarı sağ hissəsindəki əl yazı, sol hissəsindəki imza və aproved sözləri (Ərizə sözündən sonra gələn əl yazılardan və imzadan başqa) həmin mülki işin 55-ci səhifəsindəki xx xxxxx 2019-cu il tarixli ərizənin üzərindəki əlyazıların kserosurətidir. Mülki işin 55-ci səhifəsindəki ərizənin tərtib olunma tarixini, əlyazılarının və imzaların icra müddətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2074/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-982/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı əvəzetmə və məcburi işburaxma ilə bağlı ödənilməyən əmək haqqının, dəymiş mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdehndən İddiaçı xeyrinə baş direktorun vəzifəsini müvəqqəti icra etdiyi xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci ilin fevral ayına qədər olan müddət üzrə şirkət üzrə baş direktorun 2016-2019-cu illər üzrə orta əmək haqqı nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 162.1-ci maddəsinə müvafiq olaraq Cavabdeh baş direktorunun tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələr, artımlar ilə hüquq departamentinin rəhbərinin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək haqqına əlavələrin artımların arasında olan fərqin hesablanmaqla ödənilməsi, Cavabdehndən xx.xx.2018-dən xx.xx.2018-ci il tarixədək olan məcburi işburaxma müddəti üçün ödənilməyən əmək haqqının İddiaçı xeyrinə tutulması, Cavabdehndən İddiaçı xeyrinə 2018-ci iş ili üçün müəyyən edilmiş 25% illik mükafat məbləğinin tutulması, qalan hissədə iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan cavabdeh tərəfin təqdim etdiyi X14 hüquqi məsələlər üzrə Vitse- Prezidentinin Cavabdeh MMC-yə ünvanladığı məktubun surətindən görünür ki, “Carlsberg” şirkətinin X18 üzrə hüquqi funksiyaların rəhbəri kimi tərəfindən İddiaçı 2018-ci il üçün mükafatlandırma hədəfləri “0” faiz dəyərləndirilmişdir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 110-cu maddəsinin 1-ci hissəsinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. quna malikdirlər. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci hissəsinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 131-ci maddəsinin 3-cü hissəsinə əsasən işçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılıqla müəyyən edilən vaxtda verilə bilər. Həmin Məcəllənin 138-ci maddəsinin 1-ci hissəsinə görə bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Həmin Məcəllənin 138-ci maddəsinin 2-ci hissəsinə əsasən məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. Həmin Məcəllənin 134-ci maddəsinin 2-ci hissəsinə görə əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndnə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş hissələrində gəldiyi nəticə qanuni və əsaslıdır. İşdən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış əmək müqaviləsinə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, vəzifələrini kobud şəkildə pozduğuna, illik fəaliyyət dəyərləndirməsi aşağı olduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ˝ç˝ bəndinə əsasən xx xxxxx 2019-cu il tarixdən xitam verilmişdir. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İddiaçı xx xxxxx 2019-cu il tarixli, 12T/HR saylı əmrlə işdən çıxarılması və həmin əmrin surətinin vaxtında iddiaçıya verilməsi işin mübahisəsiz halıdır. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmri xx xxxxx 2019-cu il tarixdə almış, işə bərpa tələbinə dair iddia ilə xx xxxx 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hazırkı işdə iddia müddəti ilə bağlı mübahisəni həll etmək üçün onun mahiyyəti və güddüyü məqsədlə bağlı dəyərləndirməyə zərurət vardır. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında Konstitusiyası Məhkəməsi qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Elə həmin qərarda qeyd edilir ki, iddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxx 2017-ci il tarixli qərarında göstərilir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Göründüyü kimi, iddia müddətinin məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək, işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların mötəbərliyi itmədən məhkəməyə müraciət olunmasını təmin etmək, tərəfi əsaslandırılmamış çəkişmələrdən qorumaq, müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etmək məqsədi daşıyır. Qanunvericilikdə müxtəlif mübahisələr üzrə müxtəlif iddia müddətlərini nəzərdə tutan qaydalar müəyyən edilmişdir. Qüvvədə olan əmək qanunvericiliyi fərdi əmək mübahisələri ilə bağlı daha qısaldılmış iddia müddəti nəzərdə tutmuşdur. Belə qısaldılmış iddia müddətinin tətbiqi təsadüfi deyildir. Məqsəd ilk növbədə işçinin, işəgötürənin və bunun nəticəsində hüquq və mənafeləri pozula biləcək üçüncü şəxsləri artıq risklərdən qorumaqdır. Fərdi əmək mübahisələrində qısaldılmış iddia müddətləri ona xidmət edir ki, işçi pozulmuş əmək hüquqlarının müdafiəsi üçün daha tez məhkəməyə müraciət etsin, işçinin işdən çıxması ilə bağlı işlədiyi iş prosesində yaranmış münasibətlərdəki qeyri-müəyyənlik tezliklə aradan qalxsın, vakant ştatla bağlı qeyri-müəyyənlik tezliklə həll edilsin və.s. Hər bir halda qısaldılmış iddia müddəti tərəflərin mənafeyinə xidmət etmək üçün nəzərdə tutulmuşdur. Təsadüfi deyil ki, qanunverici digər tələblər üzrə ötürülmüş iddia müddətinin bərpası ilə bağlı ərizə verilməsini nəzərdə tutduğu halda, Əmək Məcəlləsinin 296-cı maddəsi fərqli qayda müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən-iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər Göründüyü kimi əmək mübahisələrində müddətinin bərpası məsələsi mübahisəni həll edən orqanın üzərinə qoyulur. İddia müddəti ilə bağlı iddiaçının dəlili ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin icraatında onun Cavabdehnə qarşı əmrin ləğvi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş olmuş, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə onunla Cavabdeh arasında qanunsuz ixtisar və töhmət əmrinin ləğv olunmasına dair mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə kimi ikinci intizam tənbehinin verilməsi cavabdehə qadağan edilmişdir. Ona görə iddiaçı işdən çıxarılan kimi həmin qərardadın icra olunmaması, qərardadın olmasına baxmayaraq onun barəsində intizam tənbeh tədbiri görüldüyü barədə məlumat verməklə qərardadın icrasını tələb etmişdir. İşdən görünür ki, qərardadın icra olunmaması əsası ilə cavabdeh təşkilatın icraçı direktorunun barəsində inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Eyni zamanda işdən görünür ki, iddiaçının cavabdehə qarşı əvvəllər də bir neçə mübahisəsi olmuş və həmin mübahisələrin hamısı əmək hüquqlarının müdafiəsi ilə bağlı olmaqla paralel olaraq davam etmişdir və elə başa düşürdü ki, həmin qərardadın qəbul edilməsi ilə onun işdən azad olunması dayandırılacaq, həmin qərardad icra olunacağı təqdirdə işdən çıxarılması barədə əmr ləğv ediləcəkdir. Əslində formal əsaslarla yanaşılsa, iddiaçı işdən azad olunan vaxt onun barəsində növbəti intizam tənbehi görülməməsi barədə qərardad qüvvədə idi. Bununla bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, həmin qərardadın qanuni və yaxud qanunsuz olması əhəmiyyət kəsb etmir və qərardadın icrası işdən çıxma barədə əmrin ləğv olunması ilə nəticələnməli idi. Çünki məhkəmənin həmin qərardadı işdən çıxma əmrindən əvvəl qəbul edilmişdi və həmin vaxt dərhal icra olunmalı idi. Belə ki, Azərbaycan Respublikası MPM-nin 160.1-ci maddəsinə əsasən iddianı təmin etmək haqqında qərardad dərhal icra edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Belə olan halda, iddiaçının həmin qərardadın icra olunaraq, cavabdeh tərəfindən ona hər hansı inzibati tənbehin verilməyəcəyi və hüququnun pozulmayacağı barədə gözləntisi qanunvericiliyin imperativ tələblərinə söykənməklə əsaslı olmuş, bu qərardadın icra olunaraq, ona hər hansı tənbehin, həmçinin onun əmək müqaviləsinə xitam verilməsinə əsas ola biləcək tənbehin verilməyəcəyinə əmin olmuşdur. Cavabdeh üzrə 12T/HR saylı, xx xxxxx 2019-cu il tarixli əmr onunla əsaslandırılmışdır ki, İddiaçı “Bakı Pivə” açıq səhmdar cəmiyyətinə qarşı tərəflər arasında bağlanmış müqavilə nüsxəsinin iddiaçıya verilməsi, əmək müqaviləsi tarixinin müəyyən edilməsi, əmək haqqının müəyyən edilməsi, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın verilməsi tələbinə dair iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin icraatında olan mülki işin xx.xx.2019cu il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı Cavabdeh ilə “Kermur ixtisaslaşmış vəkil bürosu” arasında xx.xx.2016-cı il tarixli, 03 saylı müqaviləyə 2018-ci ildə edilmiş əlavəni, habelə Cavabdeh ilə “Beyker və Makenzi-Si-Ay-Es Limited” şirkəti arasında xx.xx.2017-ci il tarixdə təsdiqlənmiş təhviltəslim aktını məhkəmənin tələbi olmadan məhkəməyə təqdim etməklə “Cavabdeh“ məhdud məsuliyyətli cəmiyyətində “Kommersiya sirrinin mühafizəsi qaydası Reqlamenti"nin 8-ci, 10-cu bəndlərini və Reqlamentə edilmiş 1 saylı Əlavənin tələblərini pozmaqla, şirkətin kommersiya sirrini yaymış, xx.xx.2019-cu il tarixdə səbəbsiz olaraq 14:00-dan 17:00-a kimi işə gəlməmiş, 2018-ci il üçün İddiaçı illik fəaliyyətinin dəyərləndirilməsi 0% kimi qiymətləndirilmiş, habelə xx.xx.2019-cu il tarixdə İddiaçı iş vaxtının sonuna kimi heç bir üzürlü səbəb olmadan işə gəlməmişdir. Bununla da İddiaçı əməli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin, 72-ci maddəsinin “d” bəndinin, 68-ci maddəsinin “e” bəndinin təsiri altına düşmüş, həmçinin o, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 8.9-cu bəndini, 8.5-ci bəndinin “b” yarımbəndinin tələblərini pozmuşdur. Göstərilən əmrlə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, İddiaçı cavabdeh təşkilatda sıravi işçi olmamış, uzun müddət şirkətin hüquq departamentinin rəhbəri vəzifəsində çalışmış, işdə olan və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə də təsdiq olunur ki, uzun müddət şirkətin icra orqanının rəhbərinin vəzifələrini icra etmişdir. Ona görə birdən-birə iddiaçının 2018-ci il üçün illik fəaliyyətinin dəyərləndirilməsinin 0% kimi qiymətləndirilərək işdən azad olunması əsası kimi qeyd edilməsi tərəflərin münasibətlərində ziddiyyətin olmasının göstəricidir. Belə ki, iddiaçı cavabdeh təşkilata qarşı tərəflər arasında bağlanmış müqavilə nüsxəsinin iddiaçıya verilməsi, əmək müqaviləsi tarixinin müəyyən edilməsi, əmək haqqının müəyyən edilməsi, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın verilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət etmiş, eyni zamanda uzun müddət şirkətin icra orqanının rəhbərinin vəzifələrini icra etməsinə görə həmin vəzifənin əmək haqqısının və digər imtiyazlarının ona şamil edilməsi tələbi irəli sürmüş, bundan sonra cavabdeh təşkilat həmin işə baxılanda iddiaçının şirkətin kommersiya sirrini yaymaqda təqsirləndirmiş (işdən çıxma əmrinin verilməsi əsaslarından biri), iddiaçının barəsində şiddətli töhmət və töhmət əmrinin verilməsi barədə əmrlər qəbul edilmiş, işdən çıxma əmrində Əmək Məcəlləsinini 190-cı maddəsinin 1-ci bəndinin ziddinə (intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur) işdən çıxma əsası kimi həmin hala istinad etmiş, artıq işdən çıxmasına hazırlıq getdiyinə əmin olan iddiaçı ona növbəti intizam tənbehi verilməməsi barədə məhkəmə qərarı qəbul edilməsinə nail olmuş, məzuniyyətə çıxmağa çalışmış, ərizə yazaraq onu qeydiyyatdan keçirmiş, ərizənin üzərinə dərkənar qoyulmuş, həmin ərəfədə bir gün işə çıxmaması əsası ilə işdən azad olunmuş, bu zaman uzun müddət rəhbər vəzifədə işləmiş şəxsin-iddiaçının izahatı, şirkətin həmkarlar təşkilatının razılığı alınmamışdır. Göründüyü kimi, tərəflər arasında münasibətlər qeyd olunan fonda inkişaf etmişdir. Münasibətlərin inkişafı ardıcıllığının məntiqi sonluğunun məhz iddiaçının işdən çıxarılması ilə nəticələnəcəyi aydın idi. Aydın görünən bir hadisəyə başqa cür qiymət verilməsi ədalət mühakiməsinin prinsplərinə ziddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Cavabdeh iddiaçıya izahat verməsi üçün məktub göndərməsinə istinad etmişdir. Lakin həmin məktubun iddiaçıya təqdim edilmədiyi iş materialları ilə öz təsdiqini tapmışdır. Qeyd edilən hal da tərəflər arasında mövcud olan münasibətlərin məntiqi sonluğu kimi iddiaçının işdən çıxarılmasına xidmət etməsi kimi dəyərləndirilməlidir. Cavabdeh apellyasiya şikayətində iddiaçının həmkarlar ittifaqının üzvi olmamasını göstərmiş, bu səbəbdən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqının razılığının tələb olunmamasına istinad etmişdir. Məhkəmə kollegiyası cavabdehin irəli sürdüyü bu dəlillə razılaşmır. Belə ki, iş materillarında olan Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin böyük əksəriyyətinin iştirak etdiyi və yetərsaya malik olan ümumi yığıncağının xx xxxx 2019-cu il tarixli protokolundan görünür ki, həmin yığıncaqda İddiaçı katib kimi iştirak etmiş, yığıncağın protokolunu imzalamışdır. Həmçinin ümumi yığıncağın qərarına əsasən Tural Niftaliyev Cavabdeh Həmkarlar təşkilatının sədri vəzifəsindən azad edilmiş, X2 təşkilatının sədri vəzifəsinə seçilmişdir. Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin böyük əksəriyyətinin səsvermə yolu ilə həmin iclasda sədr vəzifəsindən azad etdiyi Tural Niftaliyevin sonradan məhkəməyə təqdim edilmiş 10 saylı, xx xxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh” məhdud məsuliyyətli cəmiyyətinin Həmkarlar İttifaqı Komitəsinin üzvü olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ticarət, İctimai iaşə, Kooperasiya, Sağlamlıq ocaqları, Turizm, İdman, Otelçilik, Balıqçılıq, Quşçuluq, Taxılçılıq və digər xidmət sahələri işçiləri X1 55 saylı, 15 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh Həmkarlar İttifaqı təşkilatının üzvü deyildir və heç vaxt olmamışdır. xx xxxx 2019-cu il tarixdə keçirilən ümumi yığıncağın qərarının etibarsız hesab edilməsi və ya hər hansı digər formada mübahisələndirilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qeyd edilən qərar birinci instansiya məhkəməsinə təqdim olunmuş, lakin cavabdeh bu faktla bağlı birinci instansiya məhkəməsinə heç bir sübut və etiraz təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 372.2-ci maddəsinə əsasən əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Birinci instansiya məhkəməsi Cavabdeh üzrə 12T/HR saylı, xx.xx.2019-cu il tarixli əmrdə iddiaçının şirkətin kommersiya sirrini yaymasına dair göstərilənləri əsassız hesab edərkən “Kommersiya sirri haqqında” qanunun 10-cu maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Belə ki, “Kommersiya sirri haqqında” qanunun 10-cu maddəsinin tələbinə görə işçi kommersiya sirri təşkil edən məlumatı əldə etməyə buraxılması üçün ilk öncə onun razılığı tələb olunur. Yalnız belə razılığı vermiş işçi tanış olduğu kommersiya sirrinin yayılmasına görə məsuliyyət daşıya bilər. İşdən görünür ki, cavabdehin nümayəndəsi etirazında İddiaçı Cavabdeh “Kommersiya sirrinin mühafizəsi qaydası” Reqlamentinin və onun 1 saylı əlavəsi olan Cavabdeh kommersiya sirrini təşkil edən məlumatların siyahısının 44 və 45-ci bəndlərini pozmasına istinad etmişdir. Lakin İddiaçı həmin siyahı ilə tanış edilməsi və siyahıda olan məlumatları yaymayacağına dair razılığını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh üzrə 12T/HR saylı, xx.xx.2019-cu il tarixli əmrdə 2018-ci il üçün İddiaçı illik fəaliyyətinin dəyərləndirilməsi 0% kimi qiymətləndirilməsinə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “e” bəndində qeyd edilən hala istinad edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası, yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarının qəbul edilməsi nəzərdə tutulur. Həmin maddədinin qeydinə görə bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, habelə müəssisənin direktorlar şurası, elm və təhsil müəssisələrinin elmi şurası, pedaqoji şurası başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsində işçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri müəyyən ediılmişdir. İddiaçı illik fəaliyyətinin dəyərləndirilməsi 0% kimi qiymətləndirilməsinın hansı komissiya tərəfindən aparılması, həmin komissiyanın buna səlahiyyəti olub-olmamasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Halbuki qeyd edilən hallar qanunvericiliklə müəyyən edilmişdir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissələrində apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 61,52 manat Cavabdehndən tutularaq tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-2985/2019 saylı qətnaməsi iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 61,52 (altmış bir manat 52 qəpik) manat Cavabdehndən tutularaq tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar