Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2796/2021 09.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X2, Cavabdeh4 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qərardadı ilə (hakim C.İ.Səfiyeva) İddiaçı Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh3 mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, iddiaçıya iddia ərizəsinin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmamasının izah edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı cavabdehlər Cavabdeh2, X2, Cavabdeh4, Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri, Osman Sarıvəlli küçəsi döngə 1, ev 5B-dən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi üzrə cavabdehlər mübahisəli mənzil iddiaçıya satılandan sonra oradan qeydiyyatdan çıxmaq öhdəliyini götürsələr də, buna əməl etməmişlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Qərardadda ona cavabdehlərin qeydiyyatdan çıxarılmaları üçün əvvəl Abşeron RPİ-ə müraciət etməyi, onlardan imtina aldığı halda bu barədə inzibati məhkəməyə müraciət etməli olduğu göstərilmişdir. Halbuki, o, iddia tələbində cavabdehlərin qeydiyyatdan çıxarılmaları deyil, istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli 2(012)-4200/2021 saylı qərardadını ləğv edib, iddia ərizəsini icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Məhkəmə hesab edir ki, hazırkı halda iş ümumi məhkəmədə baxılmalı olmadığından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə görə geri qaytarılmalıdır. Ərizəçi cavabdehlərin qeydiyyatdan çıxarılmaları ilə bağlı Pİ-ə müraciət etməli, imtina aldığı halda bu barədə inzibati məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı mübahisəli mənzili 12 aprel 2021-ci il tarixdə cavabdehlərdən alqı-satqı yolu ilə əldə etmişdir. Cavabdehlər həmin mənzildən qeydiyyatdan çıxmalı olduğu halda bunu etməmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 01 iyul 2021-ci il tarixli 2(012)-4200/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.
Məhkəmə qərarları › İş №2(105)-2796/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2796/2021
09.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver