Məhkəmə qərarları › İş №2(105)-2808/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2808/2020

14.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2808/2020 14.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair bağlanmış əqdin etibarlı hesab olunması və mülkiyyət hüququnun tanınanaraq adına reyestrdən çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(027)-236/2008 saylı qətnaməsindən AR ƏMDX DƏDRX-nin 5 saylı X7 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Haşımov X3 Anar Tofiq oğluna və Cavabdeh2 qarşı iddia qaldıraraq, Quba rayonu, İqrik kəndində yerləşən 7199,86 kv.metr torpaq sahəsinə dair tərəflər arasında xx xxxxxx 2005-ci il tarixdə bağlanmış əqdin etibarlı hesab olunması və bu torpaq sahəsinə dair onun mülkiyyət hüququnun tanınanaraq adına reyestrdən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(027)-236/2008 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. (hakim F.Pənahov) DƏDRX-nin 5 saylı X7 qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti verilməsi üçün dövlət rüsumu ödənilmədiyindən, o cümlədən qəbul edilmiş qətnamənin apelyantın hüquq və vəzifələrinə toxunub-toxunmaması məsələsi araşdırma tələb etdiyindən məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinə etiraz edib, qeyri-mümkün hesab edilməsini xahiş edərək əlavə etdi ki, hazırda onunla cavabdehlər arasında heç bir mübahisə yoxdur. Məhkəmə qətnaməsi 12 il bundan əvvəl çıxarılıb və qanuni qüvvəsini almışdır. DƏDRXnin 5 saylı X7 qətnaməni icra etmək əvəzinə ondan şikayət vermişdir. Halbuki, qətnamə onların heç bir hüquqlarını pozmur. Pozulmuş hüquq məhkəmə qətnaməsilə bərpa edilmiş, mübahisə çoxdan bitmişdir. Belə çıxır ki, 5 saylı X7 mübahisənin həlli ilə razı deyil və onu yenidən başlamaq istəyir. İş üzrə Cavabdeh1 da məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinə etiraz edərək qeyri-mümkün hesab edilməsini xahiş etdi. Əlavə etdi ki, iddiaçı ilə onların arasında olan mübahisə çoxdan öz həllini tapıb. Onların arasında mübahisə olmaya-olmaya 5 saylı X6 bu işin nə aidiyyatı var. Digər Cavabdeh2 və AR ƏMDX DƏDRX-nin 5 saylı X7 məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normalarını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. AR ƏMDX DƏDRX-nin 5 saylı X7 apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə qətnaməsində JN 113 saylı, 30304038 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı əsasında özgəninkiləşdirilən torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məxsus olması göstərilmişdir. Lakin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən 5 saylı X6 təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında, o cümlədən kadastr məlumat bazasında olan pay torpaq sahəsi verilmiş subyektlərin (DBF) adlı siyahısında, aktın arxiv nüsxəsində JN 113 saylı, 30304038 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı digər şəxslərin, yəni Sultanlı Məmmədi Mövsüm oğlunun, Sultanlı Qönçə Şəmi qızının, X1 və X2 alarma qeydə alınmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə istinad edən AR ƏMDX DƏDRX-nin 5 saylı X7 hesab etmişdir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, işə obyektiv, tam və hərtərəfli baxmamışdırş buna görə də qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apelyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən məhkəməyə iddia ərizəsi verildikdə və məhkəmə aktlarından apelyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası «Dövlət rüsumu haqqında» Qanunun 8.4.12-ci maddəsinə əsasən müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu tutulur. Qeyd edilən Qanunun 8.4 və 8.4.1-ci maddələrinə əsasən apelyasiya şikayəti verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilməsi tələb edilən dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı hazırkı iddia ərizəsini verərkən dövlət büdcəsinə 19,80 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından müəyyən edilir ki, AR ƏMDX DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apelyasiya şikayəti verdikdə 20 manat dövlət rüsumunu ödəsə də, bu ödənişin təyinatı üzrə ödənildiyi iş materiallarından görünmür. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə görə apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bundan başqa, işdən görünür ki, hazırkı mübahisə torpaq sahəsilə bağlı tərəflər arasında bağlanmış əqdin etibarlı hesab edilməsi barədədir və bu mübahisə üzrə tərəflər İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2dır. İş materiallarından görünür ki, iş üzrə tərəflər bu qətnamə ilə razılaşmışlar və ondan apelyasiya şikayəti verməmişlər. Məhkəmə iclasında da hər iki tərəf hazırki iş üzrə aralarında heç bir mübahisəli hal qalmadığını, apelyasiya şikayətinə etiraz etdiklərini bildirmişlər. AR MPM-nin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Eyni Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Apelyasiya şikayətindən görünür ki, AR ƏMDX DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnaməni ona görə mübahisələndirir ki, əqdlə satılmış torpaq sahəsinə dair JN 113 saylı, 30304038 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı cavabdehlərin deyil, bağqa şəxslərin adlarına tərtib edilmişdir. Lakin 5 saylı X7 bu xüsusda qətnamənin onun hansı hüquq və vəzifələrinə toxunduğunu şikayətində əsaslandıra bilməmişdir. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(027)-236/2008 saylı qətnaməsindən AR ƏMDX DƏDRX-nin 5 saylı X7 tərəfindən verilmiş apelyasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilmədiyindən, həmçinin qəbul edilmiş qətnamənin onun hansı hüquq və vəzifələrinə toxunması məsələsinə birinci instansiya məhkəməsində qiymət verilmədiyindən işə apelyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi AR ƏMDX DƏDRX-nin 5 saylı X7 tərəfindən verilmiş apelyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş və həmin maddənin tələbini pozaraq apelyasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun əlavə edilib-edilməməsini, qəbul edilmiş qətnamənin onun hansı hüquq və vəzifələrinə toxunması məsələsini araşdırmamış və apelyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair bağlanmış əqdin etibarlı hesab olunması və mülkiyyət hüququnun tanınaraq adına reyestrdən çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(027)-236/2008 saylı qətnaməsindən AR ƏMDX DƏDRX-nin 5 saylı X7 tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apell-----ya--si-ya Məhkə-mə-si vasitəsi ilə Azər-bayc-an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şika--yəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar