Məhkəmə qərarları › İş №2(105)-282/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-282/2021

11.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-282/2021 11.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Cavabdeh2 Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3nə qarşı mənzil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və kirayə haqqının cavabdehdən tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-404/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh1nə və q.qarşı mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və kirayə haqqının cavabdehdən tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək ünvan 1 (yeni 113) saylı ünvanda tikilən binada 2 otaqdan (70-75 kv.metr) mənzilin ona verilməsi öhdəliyinin Cavabdeh1 üzərinə qoyulması və xx xxxxxx 2018-ci il tarixdən hesablanmaqla, yeni mənzil təhvil verilənədək hər ay üçün 450 manat olmaqla kirayə haqqının Cavabdeh1ndən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)404/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1ndən xx.xx.2018-ci il tarixdən ünvan 2 (yeni 113) saylı ünvanda 25 nömrəli mənzilin yerləşdiyi yaşayış binası tikilib təhvil verilənədək hər ay 450 manat kirayə haqqı kimi pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumuna görə pulun alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim C.Səfiyeva) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)3697/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, xx.xx.2018-ci il tarixdən başlayaraq, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə öhdəlikləri tam yerinə yetirilənədək, kirayə haqqı kimi 400 manat pulun Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddianın Cavabdeh1nə aid hissədə təmin olunmaması, qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılması, iddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi 15,80 manat dövlət rüsumunun 10 manat hissəsinin Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, Cavabdeh1n ödədiyi dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-2378/2020 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil1 məhkəmə kollegiyasına barışıq sazişini təqdim edərək göstərdi ki, tərəflər arasında razılıq əldə olunmuşdur. Barışıq sazişinin şərtlərinə görə Cavabdeh2 bir il ərzində Bakı şəhərinin hüdudlarında bir otaqdan ibarət olan mənzili oğlu X1 və İddiaçı birgə nikahından olan yetkinlik yaşına çatmayan X2 adına rəsmiləşdirərək əldə etməyi öz öhdəsinə götürür. Ona görə də xx.xx.2021-ci il tarixli Barışıq Sazişinə əsasən İddiaçı iddia tələblərindən imtina edir və həmin sazişin təsdiq edilməsini xahiş edir. Cavabdeh1 direktoru xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Bəhrtuz qızı ilə cavabdeh Məmmədova Lətifə Məcid qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli barışıq sazişinin qəbul edilməsini, məhkəmə qətnaməsinin ləğv edilməsini, apelyasiya şikayətindən imtina etdiklərini və barışıq sazişini təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası AZərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasına təqdim olunmuş tərəflər arasında bağlanmış xx xxxxxx 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar:

1. X1 və İddiaçı birgə nikahından olan uşaqlarının yaşayış sahəsi ilə təmin edilməsini X3 öz öhdəsinə götürür.

2. X3 bir il ərzində Bakı şəhərində bir otaqdan ibarət olan mənzili yetkinlik yaşına çatmayan X2 adına rəsmiləşdirərək əldə etməyi öz öhdəsinə götürür.

3. İddiaçı öz iddia tələblərindən imtina edir və gələcəkdə daşınmaz və digər əmlaka dair heç bir tələblərinin olmadığını bildirir.

4. Barışıq sazişi tərəfləri mülki iş üzrə tələblərindən imtina edərək qeyd olunan mübahisə ilə bağlı gələcəkdə iddia tələblərinin olmadıqlarını bildirirlər.

5. Tərəflər arasında bağlanmış bu barışıq sazişinin şərtləri pozulduqda onların məhkəməyə müraciət etmək hüququ vardır.

7. Barışıq sazişi üç nüsxədən ibarət tərtib və təsdiq edildi, onlardan biri notariat ofisində saxlanılır, digərləri tərəflərə verilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370.1-ci maddəsinə görə apelyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə görə ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası iş materiallarını, barışıq sazişinin şərtlərini araşdırıb, təqdim edilmiş ərizəni və izahatları nəzərə alaraq və barışıq sazişinə qiymət verərək, yuxarıda qeyd olunan prosessual hüquq normalarına istinadən, hesab edir ki barışıq sazişinin şərtləri qanuna zidd olmadığından, tərəflərin və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, barışıq sazişinin şərtləri təsdiq olunmalı, Abşeron Rayon Məhkəməsinin 2(012)-404/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Tərəflər arasında bağlanmış barışıq sazişini təsdiq etməklə, məhkəmə kollegiyası tərəflərə izah edir ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsi eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 263- 264, 370, 391 və 405.0.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA A L D İ:

İddiaçı və cavabdeh X3 arasında bağlanmış xx xxxxxx 2021-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. X1 və İddiaçı birgə nikahından olan uşaqlarının yaşayış sahəsi ilə təmin edilməsini Cavabdeh2 öz öhdəsinə götürür.

2. Cavabdeh2 bir il ərzində Bakı şəhərində bir otaqdan ibarət olan mənzili yetkinlik yaşına çatmayan X2 adına rəsmiləşdirərək əldə etməyi öz öhdəsinə götürür.

3. İddiaçı öz iddia tələblərindən imtina edir və gələcəkdə daşınmaz və digər əmlaka dair heç bir tələblərinin olmadığını bildirir.

4. Barışıq sazişi tərəfləri mülki iş üzrə tələblərindən imtina edərək qeyd olunan mübahisə ilə bağlı gələcəkdə iddia tələblərinin olmadıqlarını bildirirlər.

5. Tərəflər arasında bağlanmış bu barışıq sazişinin şərtləri pozulduqda onların məhkəməyə müraciət etmək hüququ vardır.

7. Barışıq sazişi üç nüsxədən ibarət tərtib və təsdiq edildi, onlardan biri notariat ofisində saxlanılır, digərləri tərəflərə verilir.

İddiaçı və cavabdeh X3 arasında bağlanmış xx xxxxxx 2021-ci il tarixli barışıq sazişi təsdiq edildiyindən Abşeron Rayon Məhkəməsinin 2(012)-404/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və hazırki mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişinin bağlanması və onun məhkəmə tərəfindən təsdiq edilməsinin eyni tərəflər arasında həmin predmet barəsində həmin əsaslarla yenidən iddia qaldırılmasını istisna edir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cavabdeh2 Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar