Məhkəmə qərarları › İş №2(105)-2820/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2820/2021

05.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2820/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vərəsə kimi payının müəyyən edilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-456/2020 saylı 09 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “vərəsə kimi payının müəyyən edilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı, (maraqlı şəxslər Abşeron rayon 1 saylı notariat ofisinə və Abşeron rayon 2 saylı notariat ofisi) qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçı ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermiş, göstərmişdir ki, məhkəmənin icraatında onun Cavabdeh qarşı 18 mart 2002-ci ildə verilmiş, Dövlət aktı qeydiyyat kitabında 4462 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (JN 1672, Kod 3********) torpağın mülkiyyətçisi kimi qeyd olunan X1 payından qanun üzrə vərəsə kimi ona düşən payın müəyyən edilməsi ilə bağlı mülki iş vardır. Dövlət aktı qeydiyyat kitabında 4462 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (JN 1672, Kod 3********) 5 nəfər şəxsin adı qeyd olunmuşdur (paylı mülkiyyət). Həmin aktda torpağın ümumi sahəsi 0,43 ha (43 sot) göstərilmişdir. 0,43 ha torpaq sahəsi X3 ilə birgə nikah dövründə əldə edildiyindən qanun üzrə vərəsə kimi onun payı aşağıdakı kimi müəyyən edilməlidir: 0,43 ha/5 = 0,086 ha (akt üzrə X2 düşən payın miqdarı); 0,086 ha/2 = 0,043 ha (birgə mülkiyyətdən ona çatası payın miqdarı); 0,043/2 = 0,0215 ha (qanun üzrə vərəsə kimi Cavabdeh çatası payın miqdarı); 0,043 ha+0,0215 = 0,0645 ha mərhum X1 qanun üzrə vərəsəsi kimi ona çatası payın miqdarı. 18 mart 2002-ci ildə verilmiş, Dövlət aktı qeydiyyat kitabında 4462 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (JN 1672, Kod 3********) torpağın mülkiyyətçisi kimi qeyd olunan X1 payından qanun üzrə vərəsə kimi ona düşən payın miqdarının 0,0645 ha müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbində, İddiaçı ilkin iddia tələbinin rədd edilməsi, mərhum atası X2 məxsus Abşeron rayonu, Novxanı bağları ərazisində yerləşən 747 nömrəli bağ-torpaq sahəsinə dair verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun mərhum atası X1 yeganə vərəsəsi kimi qanun üzrə vərəsə kimi miras əmlaka vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(012)-456/2020 saylı qərardadı ilə İddiaçı mirasın açıldığı yerdəki notariat orqanına müraciət etmədiyindən həmin tələbə məhkəmə qaydasında baxılmalı olmadığı əsası ilə “18 mart 2002-ci ildə verilmiş, Dövlət aktı qeydiyyat kitabında 4462 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (JN 1672, Kod 3********) torpağın mülkiyyətçisi kimi qeyd olunan X1 payından qanun üzrə vərəsə kimi ona düşən payın miqdarının 0,0645 ha müəyyən edilməsi” tələbinə dair ilkin iddiası üzrə işin icraatına, iş məhkəmədə baxılmalı olmadığından, xitam verilmişdir. Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(012)-456/2020 saylı qətnaməsi ilə qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, mərhum X2 məxsus Abşeron rayonu, Novxanı bağları ərazisində yerləşən 747 nömrəli bağ-torpaq sahəsinə dair Abşeron rayonu 2 saylı notariat kontoru tərəfindən 05 iyun 2018-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. İlkin İddiaçı qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(105)-1161/2021 saylı qərardadı ilə ilkin İddiaçı şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli və onunla bağlı 02 noyabr 2020-ci il tarixli qərardadları ləğv edilmiş, İlkin İddiaçı ilkin Cavabdeh qarşı vərəsəlik üzrə payın müəyyən edilməsi tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı cavabdeh İddiaçı qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s. ilə bağlı qarşılıqlı iddia tələblərinə dair işə tərəflərin iştirakı təmin edilməklə məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki işin Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(012)-2682/2021 saylı əlavə qətnaməsi ilə ilk iddia tələbi təmin edilmiş, 18 mart 2002-ci ildə verilmiş, Dövlət aktı qeydiyyat kitabında 4462 nömrə ilə qeydiyyata alınmış “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında (JN 1672, Kod 3********) torpağın mülkiyyətçisi kimi qeyd olunan X1 payından qanun üzrə vərəsə kimi İddiaçı düşən payın miqdarının 0,0645 ha olması müəyyən edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Habil Əhmədov). Abşeron Rayon Məhkəməsinin 2(012)-456/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı apelyasiya şikayəti vermişdir. İşə Sumqayıt Apelyasiya Məhkəməsində baxılarkən Cavabdeh izahatında göstərdi ki, məhkəmənin 17.05.2021-ci il tarixli, 2(105)2682/2021 saylı əlavə qətnaməsindən apelyasiya şikayəti vermiş və apelyasiya şikayəti 20.09.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblədi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş apellyasiya şikayətinin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(105)2682/2021 saylı əlavə qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti 20.09.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(105)2682/2021 saylı əlavə qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya məhkəməsinin baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan, məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(105)2682/2021 saylı əlavə qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya məhkəməsinin baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263, 264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Abşeron Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(105)2682/2021 saylı əlavə qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apelyasiya məhkəməsinin baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar