Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2840/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddianın təmin edilməsi, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B saylı ev İddiaçı BOKT ASC-nin mülkiyyətində olduğundan həmin evdə yaşayan Cavabdeh və qətnamənin icra olunduğu zaman icra məmuru tərəfindən müəyyən olunan bütün şəxslər əşyaları ilə birlikdə həmin evdən çıxarılmaları və həmin evin tam şəkildə boşaldılması, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı BOKT ASC Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B saylı evdən istifadə hüququna xitam verilməklə, əşyaları ilə birlikdə həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı 09.02.2021-ci il tarixdə AR MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B saylı evdən istifadə hüququna xitam verilməsinə, Cavabdeh və Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B saylı evdə yaşayan digər şəxslərin əşyaları ilə birlikdə həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 05.05.2021-ci il tarixdə AR MPM-nin 53-cü maddəsinə əsasən iddia həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B saylı evdə yaşayan və qətnamənin icra olunduğu zaman icra məmuru tərəfindən müəyyən olunan bütün şəxslərin əşyaları ilə birlikdə həmin evdən çıxarılması və Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 13 ünvanında yerləşən 21B saylı evin tam şəkildə boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2015-ci il tarixli İstehlak Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 28% hesablanmaq şərti ilə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını ipoteka predmeti kimi İddiaçı BOKT ASC təqdim etmiş və bu barədə 13 avqust 2015-ci il tarixli İpoteka Müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan iddiaçı cavabdehə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” Sabunçu Rayon Məhkəməsində iddia qaldırılmışdır. Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2016-cı il tarixli 2(008)-5814/2016 saylı qətnaməsi ilə iddia tələbimiz qismən təmin edilərək Cavabdeh yaranmış borcun tutulması və tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan əmlak hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2018-ci il tarixli 2(103)-1253/2018 saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2016-cı il tarixli 2(008)-5814/2016 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “Daşınar və Daçmmaz Əmlakların Satışı X8” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “Daşınar və Daçınmaz Əmlakların Satışı X8” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqısatqısı müqaviləsi” bağlanmış və X3 Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və X3 yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı BOKT ASCnin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır Lakin ipoteka predmeti olan əmlakın artıq İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh həmin əmlakı tərk etmir. Buna görədə hazırki iddianın qaldırılması zərurəti yaranmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı zamanı cavabdeh olaraq mübahisəli yaşayış sahəsi barədə əvvəlki qiymətləndirilmələrin düzgün aparılmaması barədə 20 aprel 2021-ci il tarixdə yazılı vəsatətləri məhkəməyə müraciət edilmişdir. Lakin məhkəmə tərəfindən işə etinasız yanaşılmış, heç bir araşdarma aparılmamışdır. Məhkəmə mübahisəli yaşayış sahəsində faktiki olaraq kimlərin yaşadıgını, həmin şəxslərin yaşayış və ya istifadə hüququnun olub-olmaması araşdırmamışdır. Abşeron Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(012)-44/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, mübahisəli evin iddiaçının mülkiyyətində olması və cavabdeh tərəfindən könüllü boşaldılmasına razı olmadığına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən, daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Qeydə alınmış hüququn məzmunu sənədlərlə və ya başqa şəkildə təsdiqlənə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nın Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* №-li Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı BOKT ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində 20.07.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Eyni zamanda, həmin Məcəllənin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Cavabdeh mübahisəli mənzildə başqa şəxslərin yaşamasının müəyyən edilməməsi barədə məhkəmənin bununla əlaqədar olaraq düzgün qətnamə qəbul edilməməsi barədə dəlili qəbul etmir. Belə ki, Abşeron RİH Masazır kəndi üzrə Nümayəndəliyi tərəfindən 18.08.2015-ci il tarixdə verilmiş arayışın surətindən görünür ki, Cavabdeh Abşeron rayonu, Masazır kəndi, Ə.Vahid küçəsi, 4 otaqlı 0.02 ha torpaq sahəsində 44.6 kv.m, yaşayış sahəsi, 28.0 kv.m, köməkçi sahəsi olan 21b nömrəli fərdi yaşayış evi onun adınadaır. Lakin həmin evdə heç kim pasport qeydiyyatında yoxdur. İşə əlavə olan Sabunçu RPİ tərəfindən 30.08.2018-ci il tarixdə verilmiş AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iş üzrə məhkəmə tərəfindən əmlakın qiymətləndirilməsi barədə vəsatətlərin təmin olunmaması barədə gətirdiyi dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli, 2(005)-2295/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublika Xammal və Əmtəə Birjası “Daşınar və Daşınmaz Əmlakların Satışı X8” X1, Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsinə və İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinə qarşı “çıxarışın ləğv edilməsi və xidmət haqqı” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09.04.2019-cu il tarixli, 2(102)-2121/2019 saylı qərarının surətindən görünür ki, Cavabdeh və vəkili Quliyev Mahir Xəlil oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2018-ci il tarixli, 2(103)1253/2018 saylı qətnaməsi onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlaılmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 12.06.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1053/2020 saylı 04.02.2020-ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2(103)-1053/2020 saylı qətnamə qanuni qüvvəsini almışdır. Mülki iş 15 may 2020-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulduğundan iddiaçı cavabdehə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” Sabunçu Rayon Məhkəməsində iddia qaldırılmışdır. Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2016-cı il tarixli 2(008)-5814/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh yaranmış borcun tutulması və tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunan əmlak hesabına yaranmış borcun bağlanması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2018-ci il tarixli 2(103)-1253/2018 saylı qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin 02 avqust 2016-cı il tarixli 2(008)-5814/2016 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün “Daşınar və Daçmmaz Əmlakların Satışı X8” MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən İddiaçı BOKT ASC-yə təklif edilmişdir. “Daşınar və Daçınmaz Əmlakların Satışı X8” MMC ilə İddiaçı BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı müqaviləsi” bağlanmış və X3 Yekun Protokol imzalanmışdır. Həmin müqaviləyə və X3 yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka İddiaçı BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır Lakin ipoteka predmeti olan əmlakın artıq İddiaçı BOKT ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh həmin əmlakı tərk etmir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mənasından görünür ki, əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Azərbaycan Respublikası Mülki–Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan rəsmi xəbərnamələrdən müəyyən olunur ki, Cavabdeh məhkəmənin yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmışdır və onun məhkəmə tərəfindən işə onsuz baxması barədə dəlili əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 10 (otuz) manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 24 may 2021-ci il tarixli 2(012)-44/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2840/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2840/2021
04.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver