Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2849/2021 03.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X8, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X22, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili X4 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(012)-111/2021 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(012)-111/2021 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı yaşayış hüququnun verilməsi, köçürülmə və əmlak bölgüsü tələbinə dair ilk iddia qismən təmin edilib, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 2 (köhnə sıralamada 30 nömrəli) mənzilə köçürülməsi, mənzilin 2,7 metr x 4,3 metr ölçüdə olan yataq otağının yaşamaq üçün İddiaçı istifadəsinə verilməklə, mənzilin sanitar qovşağı, dəhliz və mətbəx otağı birgə istifadədə saxlanılmış, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 2 (köhnə sıralamada 30 nömrəli) mənzildə olan birgə nikah dövründə alınmış iki ədəd LG televizor, bir ədəd soyuducu, bir ədəd “Samsung” televizor, mətbəx, dəhliz, qonaq və mebel dəstləri icra mərhələsində qiymətləndirilərək satılmsı, əldə ediləcək pul vəsaitinin ½ hissəsinin İddiaçı və Cavabdeh arasında bölünərək onlara verilməsi və ilk iddia qalan hissədə təmin edilməmişdir, Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyaları və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia qismən təmin edilib, Türkiyənin “Altınbaşaq” firmasına məxsus 750 əyarlı, çəkisi 35 qr olan brilliant qaşlı kolye və qolbağ dəsti - 2000 AZN dəyərində; zümrüd və brilliant qaşlarla bəzədilmiş 583 əyarlı, çəkisi 32 qr olan “fantaziya” üzük və sirqa dəsti - 1920 AZN dəyərində; “Badam” formalı 583 əyarlı, çəkisi 26 qr olan brilliant qaşlı sırğa və üzük dəsti - 1560 AZN dəyərində; İtalya istehsalı olan ağ qızıldan 750 əyarlı, çəkisi 25 qr olan sırğa, üzük və klon dəsti - 1750 AZN dəyərində; Rusiya istehsalı olan “moruq” formalı 750 əyarlı, çəkisi 55 qr olan boyunbağı 3850 AZN dəyərində; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 20 qr olan boyunbağı, qolbağ, sırğa və üzük dəsti - 1400 AZN dəyərində; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan “sonsuzluq” formalı sırğa və üzük dəsti - 1050 AZN dəyərində; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan brilliant qaşlı nişan üzüyü - 1125 AZN dəyərində; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 12 qr olan sırğa, üzük, boyunbağı və klondan ibarət brilliant qaşlı uşaq dəsti - 720 AZN dəyərində; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 18 qram “silsilə” formalı boyunbağı - 990 AZN dəyərində; İtalya istehsalı olan “tısbağa” formalı, 750 əyarlı, çəkisi 12 qr olan üzük - 840 AZN dəyərində; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş, 82 diaqonallı televizor - 70 AZN dəyərində; 1 ədəd “beko” markalı, istifadə olunmuş, böyük ölçülü soyuducu - 300 AZN dəyərində; 1 ədəd “beko” markalı, iki qapılı, istifadə olunmuş qabyuyan - 150 AZN; 1 ədəd “beko” markalı, istifafə olunmuş paltaryuyan - 150 AZN dəyərində; 1 ədəd güzgülü kamod, 1 ədəd 4 qapılı servant, 1 ədəd künc şkafından, 8 nəfərlik stol-stul dəstindən ibarət, qəhvəyi rəngli, taxtadan oyulma əl işləməsi olan, Malayziya istehsalı qonaq dəsti - 3000 AZN dəyərində; Malaziya istehsalı olan qonaq dəsti ilə eynilik təşkil edən yataq dəsti - 2000 AZN dəyərində; Polşa istehsalı olan qəhvəyi rəngli, 3 metr uzunluğu olan mətbəx mebeli - 500 AZN dəyərində; 1 ədəd qəhvəyi rəngli dəhliz şkafı - 300 AZN dəyərində, Krem rəngli 1 ədəd divan, 2 ədəd kreslodan ibarət yumuşaq dəst - 500 AZN dəyərində; 1 ədəd “Bohema” markalı, əmtəə nişanlı, böyük ölçülü zal üçün nəzərdə tutulmuş büllur çilçıraq 300 AZN dəyərində; 1 ədəd “Bohema” markalı, əmtəə nişanlı, yataq otağı üçün nəzərdə tutulmuş büllur çilçıraq - 300 AZN dəyərində; 1 ədəd Türkiyə istehsalı olan mətbəx üçün çilçıraq - 70 AZN dəyərində; qonaq, yataq otaqları və mətbəx üçün “capsella” firmasının pərdələri - 1100 AZN dəyərində; 2 ədəd yumru, balaca “kaşmir” xalçaları - 300 AZN dəyərində; 2 ədəd 2.5x5.5 ölçülü “kaşmir” xalçaları - 600 AZN dəyərində; 2 ədəd 3x5 ölçülü “merinos” firmasının xalçaları - 700 AZN dəyərində; 2 ədəd 2x3 ölçülü “imperial” firmasının xalçaları - 400 AZN dəyərində; 1 ədəd böyük ölçülü sandıq - 130 AZN dəyərində; Çexiya istehsalı, 12 nəfərlik yemək, çay, qəhvə dəstləri - 700 AZN dəyərində; 4 ədəd “bohema” markalı büllur qənd qabı - 300 AZN dəyərində; 4 ədəd “bohema” markalı büllur mürəbbə qabı - 300 AZN dəyərində; 2 dəst 6 nəfərlik büllur bokal böyük və balaca 250 AZN dəyərində; 6 ədəd büllur ləpə qabları - 180 AZN dəyərində; 1 ədəd böyük saat 150 AZN dəyərində; 4 ədəd “bohema” markalı büllur meyvə qabları - 200 AZN dəyərində; Türkiyə istehsalı, qırmızı rəngli, “tefal” markalı qazan-tava dəsti - 200 AZN dəyərində; 1 ədəd aliminium materiallı aş qazanı - 80 AZN dəyərində; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş ətçəkən maşın - 80 AZN dəyərində; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş tozsoran - 50 AZN dəyərində; 1 ədəd Türkiyə istehsalı olan buxarlı qazan - 100 AZN dəyərində; 1 ədəd Türkiyə istehsalı olan jurnal stolu - 250 AZN dəyərində; 1 ədəd “Beko” markalı, istifadə olunmuş şirəçəkən maşın - 30 AZN dəyərində; 1 ədəd “beko” markalı mətbəx elektrik dəsti (kombayn) - 50 AZN dəyərində; Çexiya istehsalı, 6 stəkan və 1 qrafindən ibarət kampot dəsti - 200 AZN dəyərində; 1 ədəd “Tefal” markalı, istifadə olunmuş çaydan - 20 AZN dəyərində; 1 ədəd “Beko” markalı, istifadə olunmuş toster - 30 AZN dəyərində; 1 ədəd Çexiya istehsalı, basma naxışlı büllur güldan - 160 AZN dəyərində; 1 ədəd qara rəngli, az istifadə olunmuş xəz dəri materialdan tikilmiş üst geyimi (şuba) - 1500 AZN dəyərində - olan qızılzinət əşyaları, cehiz və geyim əşyaları, onlar naturada aşkar olunmadıqda, hər birinin qeyd edilən məbləğdə pul dəyərinin X5 alınıb, Cavabdeh verilməsi, “Hyundai Veloster” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 1000 manat pulun ½ hissəsi, 500 manat məbləğində pul X5 alınıb, Cavabdeh verilməsi, qarşılıqlı iddia qalan hissədə təmin edilməmiş, ilk və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid edilməsi və məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul Cavabdeh tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(012)-111/2021 saylı qətnaməsinin ləğv edilərək qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(012)-111/2021 saylı qətnaməsinin ləğv edilərək ilk iddia ərizəsinin təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: X12 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 2 (köhnə sıralamada 30 nömrəli) mənzilə köçürülməsi, həmin mənzildən birgə istifadə qaydalarının müəyyən edilməsi, habelə həmin mənzildə yerləşən 8000 manat dəyərinə yaxın fərdi istifadə əşyalarının - 25 ədəd şalvar, 25 ədəd qısaqol köynək, 25 ədəd uzunqol köynək, 4 ədəd gödəkçə, 30 cüt ayaqqabı, 2 ədəd qiymətli nərd taxtası, bununla yanaşı mənzildə olan birgə nikah dövründə alınmış 2500 manat dəyərində LG televizor, 2500 manat dəyərində soyuducu, 600 manat dəyərində Samsung televizor, 230 manat dəyərində LG televizor, mətbəx, dəhliz, qonaq və mebel dəstlərinin də ½ nisbətdə olaraq bölünərək ona verilməsi, bu mümkün olmadığı təqdirdə sözügedən əmlaklar satılaraq, əldə edilən pul məbləğinin cavabdehlə onun arasında bölünməsi, eləcə də ayı 350 manat olmaqla 1 il 6 ay müddətində yaşamaq hüququnun pozulması səbəbindən məcburi olaraq kirayədə qalma xərclərinn cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 22 dekabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş və birgə nikahdan 26 yanvar 2007-ci il təvəllüdlü X16 və 24 avqust 2010-cu il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikah pozulmuş və övladları Cavabdeh himayəsində qalmış, onlar yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə ondan 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. O, cavabdehlə nikahda olduğu zaman Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 2 (köhnə sıralamada 30 nömrəli) mənzili almışlar. Cavabdeh işləmədiyi və evdar qadın olduğu üçün mənzilin pulunu o, ödəmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli 2(102)-5539/2019 nömrəli qərarına əsasən iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 2(105)-1158/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 2 (köhnə sıralamada 30 nömrəli) mənzildə onun və cavabdehin pay haqqları ½ hissədə müəyyən edilməsi və qətnamənin icrasının "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmışdır. Buna baxmayaraq, o, faktiki olaraq mənzilə olan yaşayış hüququndan istifadə edə bilmir. Hazırda yaşamağa evi yoxdur və birgə nikah dövründə aldıqları Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 2 (köhnə sıralamada 30 nömrəli) mənzilə cavabdeh tərəfindən buraxılmır. Cavabdeh tərəfindən yaşamaq hüququnun pozulması səbəbindən ayı 350 manat olmaqla, artıq 1 il 6 aydır ki, məcburi olaraq kirayədə qalır. Göstərilən evdən birgə yaşayış qaydaları müəyyən edilərək, onun yaşamaq hüququ bərpa edilməli və o, həmin evə köçürülməlidir. Bundan başqa sözügedən mənzildə ona məxsus olan 8000 manat dəyərinə yaxın fərdi istifadə əşyaları - 25 ədəd şalvar (hər birinin qiyməti 50 manat), 25 ədəd qısaqol köynək (hər birinin qiyməti 40 manat), 25 ədəd uzunqol köynək (hər birinin qiyməti 50 manat), 5 ədəd kostyum (hər birinin qiyməti 350 manat), 4 ədəd gödəkçə (biri 1250 ABŞ dolları, digərləri 350 manat), 30 cüt ayaqqabı (hər birinin qiyməti 100 manat) paltarlar olmaqla və ona məxsus olan 2 ədəd qiymətli nərd taxtası da (birinin qiyməti 500 manat, digəri 250 manat) həmin mənzildə qalmışdır. Bununla yanaşı, mənzildə olan və birgə nikah dövründə alınmış 2500 manat dəyərində LG televizor, 2500 manat dəyərində soyuducu, 600 manat dəyərində Samsung televizor, 230 manat dəyərində LG televizor, qonaq və mebel dəstlərinin də ½ nisbətdə olaraq bölünərək ona verilməsi təmin edilsin. Habelə birgə nikah dövründə mənzilə mətbəx mebeli, yataq dəsti, qonaq dəsti və dəhliz mebeli almışlar. Bu mümkün olmadığı təqdirdə sözügedən əmlaklar satılaraq, əldə edilən pul məbləği cavabdehlə onun arasında bölünməlidir. Ona məlum olmuşdur ki, sözügedən ev 2018-ci ilin may ayında satılmışdır. Bununla bağlı işə rəsmi sübut əlavə etmişdir. Birgə nikah dövründə əldə etdikləri əmlakın cavabdeh tərəfindən satılması qanuna zidd əməldir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 22 noyabr 2006-cı il tarixdə cavabdeh İddiaçı Qoxmaz oğlu ilə nikaha daxil olmuş və həmin nikahdan 26 yanvar 2007-ci il tarixində Sunay və 24 avqust 2010-cu il tarixində Qorxmaz adlı uşaqları anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli, 2(012)-2472/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş, azyaşlı uşaqları onun yanında saxlanılmış və cavabdehdən aliment təyin edilmişdir. Nikah bağlandıqdan sonra cavabdehlə birgə yaşayaraq ümumi birgə təsərrüfat fəaliyyəti aparmışlar. 2018-ci ilin mart ayının 3-dən 4-nə keçən gecə saat 3:00 radələrində İddiaçı Qoxmaz oğlu içkili vəziyyətdə evə qayıdaraq onunla heç bir əsas olmadan mübahisə etməyə başlamışdır. O da cavabdehə elə bir əhəmiyyət verməmişdir. Bundan əsəbləşərək cavabdeh ona şər ataraq, onu öldürməklə hədələməyə başlamışdır. Cavabdehi sakitləşdirmək istəsə də, o, daha da coşaraq onu vəhşicəsinə vurmağa başlamışdır. Cavabdeh qayçı ilə onun qarın nahiyəsinə, yumruq və təpiklə başına və bədəninin müxtəlif nahiyələrinə zərbə vuraraq xəsarət yetirmişdir. Səhər saat təxminən 11:00 radələrində cavabdeh uşaqlarını anasıgilə aparmış və qayıdıb təzədən onu döyməyə başlamışdır. Bu səsküyü eşidən qonşular onun Ucar rayonunda yaşayan anasına zəng edərək xəbər vermişlər. O, bu barədə 102 xidmətinə zəng edərək məlumat vermiş və atası ilə anası axşama yaxın özlərini onlara çatdırmışlar. Valideynləri çatan kimi polislər gəlmiş və Aqşini aparmışlar. Bundan sonra onun valideynləri, qardaşı və Aqşinin anası, qardaşı Sabir, əmisi oğlanları İlkin və Əbil onlara gəlmişlər. Aqşin də onlarla bir yerdə qayıtmışdır. Bundan sonra Aqşin təzədən atası ilə mübahisə etməyə başlamış və tərəflər arasında mübahisə yenidən genişlənmişdir. O, həmin vaxt özündə olmamış, döyülməkdən başı və bədəni bərk ağrımış, ürəyi bulanmışdır. Vəziyyəti belə görən valideynləri onu elə oradan ev paltarında tələm-tələsik rayona aparmışlar. Bu zaman Aqşin ondan evin açarını istəmişdir. O da evin açarını orada elə Aqşinin üstünə tullamışdır. Rayona gedəndən bir gün sonra, yəni 06 mart 2018-ci il tarixində Ucar Rayon Polis Şöbəsinə müraciət etmiş, ekspertizadan keçmiş və bu barədə araşdırma aparılmışdır. Bundan sonra 2018-ci ilin yayında o, özünün və uşaqlarının geyim paltarlarını gətirmək üçün Bakıya getmişdir. Evin açarı olmadığı üçün onlar Abşeron Rayon Polis Şöbəsinə müraciət etmişlər ki, Aqşindən açarı alıb onlara versinlər. Lakin həmin vaxt Abşeron Rayon Polis Şöbəsinin rəis müavini kimi özünü təqdim edən Elçin adlı şəxs “ev sizin adınızadırsa, gedin, qıfılı sındırın, girin evə” demişdir. Lakin buna baxmayaraq o, 102 xidmətinə zəng edərək bildirmişdir ki, onu öz evinə buraxmırlar və o, qıfılı qırıb evinə girəcəkdir. Bundan sonra evin qapısını açmaq üçün usta çağırmışlar. Usta 20 dəqiqəyə qapını açmışdır. Onlar evə daxil olarkən 102 xidmətinin əməkdaşları gəlib çatmışlar və onlar bir yerdə evə girmişlər. Həmin vaxt Aqşinin qardaşı Sabir də polislərlə birlikdə olmuşdur. Evə girəndə ev boş olmuşdur. Evdə bir soyuducu qalmışdır. Özünün və uşaqlarının paltarlarını götürərkən qızıl-ziynət əşyalarının və şubasının evdə olmadığını görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, ona və uşaqlarına məxsus olan qızılziynət əşyalarını və şubasını açarın onda olmasından istifadə edən Aqşin yığışdırıb aparmışdır. Bundan sonra o, evdə qalan soyuducunu da satmasın deyə qıfılı dəyişdirmişlər və evini mühafizə xidmətinə qoşdurmuşdur. Bundan sonra da rayona qayıtmışdır. Hazırda da uşaqları ilə birlikdə rayonda atasının evində yaşayır. Aşağıda qeyd olunan onun qızıl-ziynət, cehiz əşya və əmlakları cavabdehdə qalmışdır. Həmin əşyalar cavabdeh tərəfindən ona qaytarılmır. Qızıl-ziynət əşyaları: 1 ədəd İtaliya istehsalı olan toyda hədiyyə kimi verilmiş biriliant qaşlı boyunbağı və qolbaq dəyəri - 2000 manat; 1 ədəd İtaliya istehsalı olan briliyant fantaziya üzük və sırğa dəsti dəyəri - 3000 manat; 1 ədəd atasının ona hədiyyə etdiyi biriliant qaşlı badamı sırğa üzük dəsti dəyəri - 1800 manat; 1 ədəd İtaliya istehsalı olan ağ qızıldan boyunbağı, qolbağı, sırğa və üzük dəsti dəyəri - 4800 manat; 1 ədəd İtaliya istehsalı olan ağ qızıldan biriliant qaşlı üzük və sırğa dəsti dəyəri - 2800 manat; 1 ədəd Rusiya istehsalı olan Moruq boyunbağı 55qr dəyəri 5000 manat; 1 ədəd İtaliya istehsalı olan mirvari qızıl dəsti (boyunbağı, qolbaq, sırğa, üzük) dəyəri - 1000 manat; 1 ədəd İtaliya istehsalı səkkizvari sırğa və üzük dəsti dəyəri 300 manat; 1 ədəd Rusiya istehsalı olan “Rekert” boyunbağı və aypara klon dəyəri - 1500 manat; 1 ədəd Rusiya istehsalı olan Tros boyunbağı dəyəri - 500 manat; 1ədəd İtaliya istehsalı olan Nişan üzüyü qiyməti - 500 manat; Rusiya istehsalı olan anasının qızına verilmiş sırğa, üzük, sep və klon dəyəri - 400 manat; 1 ədəd Rusiya istehsalı olan nənəsi tərəfindən oğluna hədiyyə edilmiş qızıl bilərzik və üzük dəyəri - 200 manat; 1 ədəd Rusiya istehsalı olan silsilə sep dəyəri - 350 manat; 1 ədəd İtaliya istehsalı olan tıspağa üzük dəyəri - 500 manat; 1 ədəd şuba dəyəri - 1500 manat. Ümumilikdə 26.150 manat dəyərində qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. Bundan başqa o, gəlin köçərkən özü ilə apardığı aşağıda qeyd olunan cehiz əşyaları da cavabdehdə qalmışdır. Cehiz əşyaları: 1 ədəd “Samsunq” markalı televizor dəyəri - 580 manat; 1 ədəd “Beko” markalı soyuducu dəyəri –700 manat; 1 ədəd “Beko” markalı qabyuyan dəyəri - 500 manat; 1 ədəd “Beko” markalı paltaryuyan dəyəri - 500 manat; 1 ədəd divan kreslo dəsti dəyəri - 1200 manat; 1 ədəd lüstür xrustal “Baqema” dəyəri - 1200 manat; 1 ədəd yataq otağı üçün lüstür “Baqema” dəyəri - 300 manat; 1 ədəd Türkiyə istehsalı olan mətbəxt üçün lüstür dəyəri 70 manat; qonaq, yataq və mətbəx üçün “Kapsella” pərdələri dəyəri - 1100 manat; 2 ədəd yumru balaca “Kaşmir” xalçaları dəyəri - 300 manat; 2 ədəd 2,5x5,5 ölçüdə “Kaşmir” xalçaları dəyəri - 600 manat; 2 ədəd 3x5 ölçüdə “Meranos” xalçaları dəyəri - 700 manat; 2 ədəd 2x3 ölçüdə “İmperial” xalçaları dəyəri - 400 manat; 1 ədəd iri sandıq dəyəri - 130 manat; Çexiya istehsalı olan 12 nəfərlik yemək, çay, qəhvə dəstləri dəyəri - 700 manat; 4 ədəd “Baqema” qənd qabı dəyəri - 300 manat; 4 ədəd “Baqema” mürəbbə qabı dəyəri 300 manat; 12 dəst 6 nəfərlik xurustal bakal böyüklü balacalı dəyəri - 250 manat; 6 dəst xurustal ləpə qabları dəyəri - 180 manat; 1 ədəd böyük saat dəyəri - 150 manat; 4 ədəd xurustal meyvə qabları “Baqema” dəyəri - 200 manat; Türkiyə istehsalı qazan-tava dəsti dəyəri - 200 manat; 1 ədəd aş qazanı dəyəri – 80 manat; 1 ədəd “Samsunq” markalı ət çəkən maşın dəyəri - 180 manat; 1 ədəd “Samsunq” markalı tozsoran dəyəri - 200 manat; 1 ədəd Türkiyə istehsalı olan buxarlı qazan dəyəri – 150 manat; 1 ədəd Türkiyə istehsalı olan jurnal stolu dəyəri - 250 manat; 1 ədəd “Beko” markalı sok çəkən maşın dəyəri - 120 manat; 1ədəd “Beko” markalı mətbəxt kombayn dəyəri - 170 manat; 1 ədəd Çexiya istehsalı olan kompot qabı dəyəri - 200 manat; 1 ədəd “Tefal” çaydan dəyəri - 80 manat; 1 ədəd “Beko” markalı toster dəyəri - 60 manat; ümumilikdə 12.050 manat məbləğində cehiz əşyaları cavabdehdə qalmışdır. Hesab edir ki, yuxarıda qeyd olunan qızıl-ziynət və cehiz əşyaları ona qaytarılmalı, bu mümkün olmadığı təqdirdə onların dəyəri ona tam ödənilməlidir. Əlavə olaraq bildirir ki, 12 dəst qətvə, 24 dəst pastel, 12 ədəd dəsmal, 6 ədəd süfrə, 2 ədəd 2 nəfərlik pakrıval Polşa İstehsalı olan, 4 dəst 1 nəfərlik yorğan döşək, 8 yastıq, 1 dəst 2 nəfərlik yorğan döşək, 24 ədəd çay dəsmalı, 1 ədəd paltar ütüləyən stol, 1 ədəd ütü və digər qaşıq, çəngəl, bıçaq, stekan, nəlbəki, və s. çoxsaylı məişət avadanlıqları işlənildiyi üçün tələb etmir. Bundan başqa birgə nikah dövründə “Hyunday Veloster” markalı ** CG *** qeydiyyat nişanlı avtomobil alınmışdır. Belə ki, həmin avtomobilin üzərinə cavabdeh aliment ödəmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 8(012)-602/2018 saylı 10 sentyabr 2018-ci il tarixli qərardadı ilə həbs qoyulmuş, sonradan alimenti ödədiyi üçün həbsi götürülmüşdür. Qeyd olunan avtomobil birgə nikah dövründə alındığı üçün həmin avtomobilin ½ hissədə payı müəyyən edilməklə aralarında bölünməlidir. İddiaçı Qoxmaz oğlundan 1 ədəd İtaliya istehsalı olan toyda hədiyyə kimi verilmiş biriliant qaşlı boyunbağı və qolbaq dəyəri - 2000 manat; 1 ədəd İtaliya istehsalı olan briliyant fantaziya üzük və sırğa dəsti dəyəri -3000 manat; 1 ədəd atasının ona hədiyyə etdiyi biriliant qaşlı badamı sırğa üzük dəsti dəyəri -1800 manat; 1 ədəd İtaliya istehsalı olan ağ qızıldan boyunbağı, qolbağı, sırğa və üzük dəsti dəyəri 4800 manat; 1 ədəd İtaliya istehsalı olan ağ qızıldan biriliant qaşlı üzük və sırğa dəsti dəyəri - 2800 manat; 1 ədəd Rusiya istehsalı olan Moruq boyunbağı 55qr dəyəri - 5000 manat; 1 ədəd İtaliya istehsalı olan mirvari qızıl dəsti (boyunbağı, qolbaq, sırğa, üzük) dəyəri - 1000 manat; 1 ədəd İtaliya istehsalı səkkizvari sırğa və üzük dəsti dəyəri - 300 manat; 1 ədəd Rusiya istehsalı olan “Rekert” boyunbağı və aypara klon dəyəri - 1500 manat; 1 ədəd Rusiya istehsalı olan Tros boyunbağı dəyəri - 500 manat; 1ədəd İtaliya istehsalı olan Nişan üzüyü qiyməti - 500 manat; Rusiya istehsalı olan anasının qızına verilmiş sırğa, üzük, sep və klon dəyəri - 400 manat; 1 ədəd Rusiya istehsalı olan nənəsi tərəfindən oğluna hədiyyə edilmiş qızıl bilərzik və üzük dəyəri - 200 manat; 1 ədəd Rusiya istehsalı olan silsilə sep dəyəri - 350 manat; 1 ədəd İtaliya istehsalı olan tıspağa üzük dəyəri - 500 manat; 1 ədəd şuba dəyəri - 1500 manat; 1 ədəd “Samsunq” markalı televizor dəyəri - 580 manat; 1 ədəd “Beko” markalı soyuducu dəyəri - 700 manat; 1 ədəd “Beko” markalı qabyuyan dəyəri - 500 manat; 1 ədəd “Beko” markalı paltaryuyan dəyəri - 500 manat; 1 ədəd divan kreslo dəsti dəyəri - 1200 manat; 1 ədəd lüstür xrustal “Baqema” dəyəri - 1200 manat; 1 ədəd yataq otağı üçün lüstür “Baqema” dəyəri - 300 manat; 1 ədəd Türkiyə istehsalı olan mətbəxt üçün lüstür dəyəri - 70 manat; qonaq, yataq və mətbəx üçün “Kapsella” pərdələri dəyəri - 1100 manat; 2 ədəd yumru balaca “Kaşmir” xalçaları dəyəri - 300 manat; 2 ədəd 2,5x5,5 ölçüdə “Kaşmir” xalçaları dəyəri - 600 manat; 2 ədəd 3x5 ölçüdə “Meranos” xalçaları dəyəri - 700 manat; 2 ədəd 2x3 ölçüdə “İmperial” xalçaları dəyəri 400 manat; 1 ədəd iri sandıq dəyəri - 130 manat; Çexiya istehsalı olan 12 nəfərlik yemək, çay, qəhvə dəstləri dəyəri - 700 manat; 4 ədəd “Baqema” qənd qabı dəyəri - 300 manat; 4 ədəd “Baqema” mürəbbə qabı dəyəri - 300 manat; 12 dəst 6 nəfərlik xurustal bakal böyüklü balacalı dəyəri - 250 manat; 6 dəst xurustal ləpə qabları dəyəri - 180 manat; 1 ədəd böyük saat dəyəri – 150 manat; 4 ədəd xurustal meyvə qabları “Baqema” dəyəri 200 manat; Türkiyə istehsalı qazan-tava dəsti dəyəri - 200 manat; 1 ədəd aş qazanı dəyəri - 80 manat; 1 ədəd “Samsunq” markalı ət çəkən maşın dəyəri - 180 manat; 1 ədəd “Samsunq” markalı tozsoran dəyəri - 200 manat; 1 ədəd Türkiyə istehsalı olan buxarlı qazan dəyəri - 150 manat; 1 ədəd Türkiyə istehsalı olan jurnal stolu dəyəri - 250 manat; 1 ədəd “Beko” markalı sok çəkən maşın dəyəri- 120 manat; 1 ədəd “Beko” markalı mətbəxt kombayn dəyəri - 170 manat; 1 ədəd Çexiya istehsalı olan kompot qabı dəyəri - 200 manat; 1 ədəd “Tefal” çaydan dəyəri - 80 manat; 1ədəd “Beko” markalı toster dəyəri - 60 manat olan qızıl-ziynət və cehiz əşyalarının alınıb ona verilməsi, bu mümkün olmadıqda həmin əşyalarının dəyərinin ona verilməsi; birgə nikah dövründə alınmış “Hunday Veloster” markalı ** CG *** qeydiyyat nişanlı avtomobilin ½ hissədə payının müəyyən edilərək aralarında bölünməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən qarşılıqlı iddia ərizəsinə əlavə vermiş, ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı qarşı qaldırdığı qarşılıqlı iddia tələbi üzrə qızıl-zinət, cehiz əşyalarının və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair ərizəsində bir sıra əşyaları göstərməmişdir, cehiz və qızıl-zinət əşyalarının dəqiq qiymətlərini və xüsusiyyətlərini göstərə bilməmişdir. Bir sıra əşyalar isə tərəfindən ərizəsində göstərilməmişdir. Qızıllar ona valideynləri tərəfindən toyda neçə illərdir ki, hədiyyə edilmişdir. Qızılın qiyməti bu müddət ərzində bahalaşmışdır. Ona görə də onların qiymətlərini indiki bazar qiymətilə hesablamışdır. Aşağıdakı siyahıda adları çəkilən əmlakların və qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi, bu mümkün olmadıqda onların dəyərinin ona ödənilməsi, birgə nikah dövründə alınmış “Hyundai Veloster” markalı avtomobilin hazırki dəyərinin ½ hissədə payının müəyyən edilərək ona ödənilməsi, ilk iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir: Türkiyənin “Altınbaşaq” firmasına məxsus 750 əyarlı, çəkisi 35 qr olan brilliant qaşlı kolye və qolbağ dəsti - 2000 AZN-ə alınıb; zümrüd və brilliant qaşlarla bəzədilmiş 583 əyarlı, çəkisi 32 qr olan “fantaziya” üzük və sirqa dəsti - 3000 AZN alınıb; “Badam” formalı 583 əyarlı, çəkisi 26 qr olan brilliant qaşlı sırğa və üzük dəsti - 1800 AZN-ə alınıb; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 70 qr olan boyunbağı, qolbağ, sırğa və üzük dəsti 4800 AZN-ə alınıb; İtalya istehsalı olan ağ qızıldan 750 əyarlı, çəkisi 25 qr olan sırğa, üzük və klon dəsti - 2800 AZN-ə alınıb; Rusiya istehsalı olan “moruq” formalı 750 əyarlı, çəkisi 55 qr olan boyunbağı 5000 AZN; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 20 qr olan boyunbağı, qolbağ, sırğa və üzük dəsti - 1500 AZN; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan “sonsuzluq” formalı sırğa və üzük dəsti - 1000 AZN; Rusiya istehsalı olan “Rekert” formalı, 583 əyarlı, çəkisi 25 qr olan boyunbağı, 7 qr, 583 əyarlı klonla birlikdə 1500 AZN; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 22 qr olan boyunbağı, 583 əyarlı 12 qrlıq qolbaqla birlikdə (dəst) - 2500 AZN; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan brilliant qaşlı nişan üzüyü - 1500 AZN; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 12 qr olan sırğa, üzük, boyunbağı və klondan ibarət brilliant qaşlı uşaq dəsti - 750 AZN; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 10 qr olan brilliant qaşlı bilərzik və üzükdən ibarət uşaq dəsti - 600 AZN; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 18 qram “silsilə” formalı boyunbağı - 1000 AZN; İtalya istehsalı olan “tısbağa” formalı, 750 əyarlı, çəkisi 12 qr olan üzük - 900 AZN; cəmi 30.650 AZN. 1 ədəd “Samsung” markalı, istifadə olunmuş, 82 dioqanallı televizor - 580 AZN; 1 ədəd “beko” markalı, istifafə olunmuş, böyük ölçülü soyuducu - 700 AZN; 1 ədəd “beko” markalı, iki qapılı, istifadə olunmuş qabyuyan - 500 AZN; 1 ədəd “beko” markalı, istifafə olunmuş paltaryuyan - 500 AZN; 1 ədəd güzgülü kamod, 1 ədəd 4 qapılı servant, 1 ədəd künc şkafından, 8 nəfərlik stol-stul dəstindən ibarət, qəhvəyi rəngli, taxtadan oyulma əl işləməsi olan, Malayziya istehsalı qonaq dəsti - 12.000 AZN; Malayziya istehsalı olan qonaq dəsti ilə eynilik təşkil edən yataq dəsti - 7000 AZN; Polşa istehsalı olan qəhvəyi rəngli, 3 metr uzunluğu olan mətbəx mebeli - 1200 AZN; 1 ədəd qəhvəyi rəngli dəhliz şkafı - 600 AZN. Krem rəngli 1 ədəd divan, 2 ədəd kreslodan ibarət yumuşaq dəst - 1200 AZN; 1 ədəd “bohema” markalı, əmtəə nişanlı, böyük ölçülü zal üçün nəzərdə tutulmuş büllur çilçıraq - 1200 AZN; 1 ədəd “bohema” markalı, əmtəə nişanlı, yataq otağı üçün nəzərdə tutulmuş büllur çilçıraq - 300 AZN; 1 ədəd Türkiyə istehsalı olan mətbəx üçün çilçıraq - 70 AZN; qonaq, yataq otaqları və mətbəx üçün “capsella” firmasının pərdələri - 1100 AZN; 2 ədəd yumru, balaca “kaşmir” xalçaları - 300 AZN; 2 ədəd 2.5x5.5 ölçülü “kaşmir” xalçaları - 600 AZN; 2 ədəd 3x5 ölçülü “merinos” firmasının xalçaları - 700 AZN; 2 ədəd 2x3 ölçülü “imperial” firmasının xalçaları - 400 AZN; 1 ədəd böyük ölçülü sandıq - 130 AZN; Çexiya istehsalı, 12 nəfərlik yemək, çay, qəhvə dəstləri - 700 AZN; 4 ədəd “bohema” markalı büllur qənd qabı - 300 AZN; 4 ədəd “bohema” markalı büllur mürəbbə qabı - 300 AZN; 2 dəst 6 nəfərlik büllur bokal böyük və balaca - 250 AZN; 6 ədəd büllur ləpə qabları - 180 AZN; 1 ədəd böyük saat - 150 AZN; 4 ədəd “bohema” markalı büllur meyvə qabları - 200 AZN; Türkiyə istehsalı, qırmızı rəngli, “tefal” markalı qazan-tava dəsti - 200 AZN; 1 ədəd aliminium materiallı aş qazanı - 80 AZN; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş ətçəkən maşın - 180 AZN; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş tozsoran - 200 AZN; 1 ədəd Türkiyə istehsalı olan buxarlı qazan - 150 AZN; 1 ədəd Türkiyə istehsalı olan jurnal stolu - 250 AZN; 1 ədəd “beko” markalı, istifadə olunmuş şirəçəkən maşın - 120 AZN; 1 ədəd “beko” markalı mətbəx elektrik dəsti (kombayn) - 170 AZN; Çexiya istehsalı, 6 stəkan və 1 qrafindən ibarət kampot dəsti - 200 AZN; 1 ədəd “tefal” markalı, istifadə olunmuş çaydan - 80 AZN; 1 ədəd “beko” markalı, istifadə olunmuş toster - 60 AZN; 1 ədəd Çexiya istehsalı, basma naxışlı büllur güldan - 160 AZN; 1 ədəd qara rəngli, az istifadə olunmuş xəz dəri materialdan tikilmiş üst geyimi (şuba) - 1500 AZN; cəmi 34.310 AZN. “Hyundai Veloster” minik markalı, ** CG *** qeydiyyat nişanlı avtomobil - 20.000 AZN-dir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 08 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2-ci maddələrinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinin və Azərbaycan Respublikası MPM-nin 9.3, 14.2, 77.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 08 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X22 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili X10 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətinə etiraz etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməli və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia ərizəsi hissəsində qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli 2(012)-2472/2018 saylı qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında 22 dekabr 2006-cı il tarixdə bağlanılmış nikah pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş 26 yanvar 2007-ci il təvəllüdlü X16 və 24 avqust 2010-cu il təvəllüdlü X1 Günel İslam qızının himayəsində saxlanılmışlar, İddiaçı həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 19 mart 2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 154 manat, cəmi 308 manat məbləğində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 2(012)-4609/2018 saylı qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 3köhnə sıralamada 30 nömrəli) mənzilində İddiaçı və Cavabdeh hər birinin pay haqqı ½ hissədə müəyyən edilmiş, qətnamənin icrası "xxxx" ASC-yə həvalə edilmiş, Cavabdeh İddiaçı qarşı “mənzilin ona aid olması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir; Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2019-cu il tarixli, 2(105)-1158/2019 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli 2(012)-4609/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 sentyabr 2019-cu il tarixli, 2(102)5539/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 03 aprel 2019-cu il tarixli 2(105)-1158/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(012)-26/2019 saylı qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair (zərərçəkmiş şəxs Cavabdeh dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurma) cinayət işi üzrə icraata həmin Məcələnin 73.2-ci maddəsinə əsasən (zərərçəkmiş şəxslə barışdıqda) xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Ucar rayon İcra və probasiya şöbəsinin rəisi X13 tərəfindən, icra məmuru X17, tələbkar Cavabdeh və borclunun anası X3 iştirakları ilə tərtib olunmuş 03 fevral 2020-ci il tarixli aktın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli 2(012)- 4983/2019 nömrəli icra sənədinin icrası ilə əlaqədar aşağıda adları qeyd olunan əmlaklara həbs qoyulması və həmin əşyalardan istifadə edilməsi cavabdeh və başqalarına qadağan edilməsi təmin edilmişdir: 1 ədəd “Samsung” markalı televizor; 1 ədəd “Beko” markalı soyuducu; 1 ədəd “Samsung” markalı tozsoran; 1 ədəd lüstur xrustal “Bagema”; 1 ədəd yataq otağı üçün lüstur “Bagema”; qonaq, yataq və mətbəx üçün “Kapsella” pərdələri; 2 ədəd yumru-balaca “Kaşmir” xalçaları; 2 ədəd 2.5x5.5 ölçüdə “Kaşmir” xalçaları; 2 ədəd 2x3 ölçüdə “İmperial” xalçaları; 1 ədəd iri sandıq; 1 ədəd böyük saat; 1 ədəd Türkiyə istehsalı olan jurnal stolu; 1 ədəd “Tefal” çaydan; 12 dəst 6 nəfərlik xrustal bakal böyüklü-balacalı-burada 3 böyük bakal və 5 balaca bakal. İcra sənədində göstərilən digər cehiz əşyaları Ucar rayonunun Gəraybəyli kəndində yerləşən evdə aşkar edilməmişdir. Abşeron Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(012)-3714/2019 saylı qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı əmlak tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iddiaçıya iddia ərizəsində göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada təkrar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli, 2(105)-3964/2019 saylı qərardadı ilə iddiaçı Cavabdeh verdiyi şikayət təmin edilməmiş və Abşeron Rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(012)-3714/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC-nin 03 noyabr 2021-ci il tarixli, 03-01/921 saylı məktubundan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 3köhnə sıralamada 30 nömrəli) mənzilə dair Cavabdeh ilə 9528 saylı, 13 aprel 2009-cu il tarixli müqavilə bağlanmışdır. Qeyd olunan mənzil hal-hazırda Cavabdeh adınadır. “X6” tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli, 258 nömrəli rəydən görünür ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində iddia ərizəsinə əlavədə göstərilən qızıl-zinət, cehiz, geyim əşyaları və avtomobilin orta bazar qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: Türkiyənin “Altınbaşaq” firmasına məxsus 750 əyarlı, çəkisi 35 qr olan brilliant qaşlı kolye və qolbağ dəsti - 2625 AZN; zümrüd və brilliant qaşlarla bəzədilmiş 583 əyarlı, çəkisi 32 qr olan “fantaziya” üzük və sırğa dəsti - 1920 AZN; “Badam” formalı 583 əyarlı, çəkisi 26 qr olan brilliant qaşlı sırğa və üzük dəsti - 1560 AZN; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 70 qr olan boyunbağı, qolbağ, sırğa və üzük dəsti - 4900 AZN; İtalya istehsalı olan ağ qızıldan 750 əyarlı, çəkisi 25 qr olan sırğa, üzük və klon dəsti - 1750 AZN; Rusiya istehsalı olan “moruq” formalı 750 əyarlı, çəkisi 55 qr olan boyunbağı 3850 AZN; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 20 qr olan boyunbağı, qolbağ, sırğa və üzük dəsti - 1400 AZN; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan “sonsuzluq” formalı sırğa və üzük dəsti - 1050 AZN; Rusiya istehsalı olan “Rekert” formalı, 583 əyarlı, çəkisi 25 qr olan boyunbağı, 7 qr, 583 əyarlı klonla birlikdə - 1760 AZN; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 22 qr olan boyunbağı, 583 əyarlı 12 qr-lıq qolbaqla birlikdə (dəst) - 1870 AZN; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan brilliant qaşlı nişan üzüyü - 1125 AZN; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 12 qr olan sırğa, üzük, boyunbağı və klondan ibarət brilliant qaşlı uşaq dəsti - 720 AZN; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 10 qr olan brilliant qaşlı bilərzik və üzük dəsti - 600 AZN; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 18 qram “silsilə” formalı boyunbağı - 990 AZN; İtalya istehsalı olan “tısbağa” formalı, 750 əyarlı, çəkisi 12 qr olan üzük - 840 AZN; cəmi 29.960 AZN. Qeyd: qızıl-zinət əşyaları üzrə orta bazar qiyməti müəyyən edilərkən brilliant qaşların ölçüsü, sayı, keyfiyyət göstəriciləri barədə iddia ərizəsinə əlavədə heç bir məlumat göstərilmədiyi üçün brilliant qaşlar üzrə qiymətləndirmə aparılmamışdır. Cehiz və geyim əşyaları üzrə: 1 ədəd “Samsung” markalı, istifadə olunmuş, 82 dioqanailı televizor - 70 AZN; 1 ədəd “ beko” markalı, istifafə olunmuş, böyük ölçülü soyuducu - 300 AZN; 1 ədəd “beko” markalı, iki qapılı, istifadə olunmuş qabyuyan - 150 AZN; 1 ədəd “beko” markalı, istifadə olunmuş paltaryuyan - 150 AZN; 1 ədəd güzgülü kamod, 1 ədəd 4 qapılı servant, 1 ədəd künc şkafından, 8 nəfərlik stolstul dəstindən ibarət, qəhvəyi rəngli, taxtadan oyulma əl işləməsi olan, Malayziya istehsalı qonaq dəsti - 3000 AZN; Malayziya İstehsalı olan qonaq dəsti ilə eynilik təşkil edən yataq dəsti - 2000 AZN; Polşa istehsalı olan qəhvəyi rəngli, 3 metr uzunluğu olan mətbəx mebeli - 500 AZN; 1 ədəd qəhvəyi rəngli dəhliz şkafı - 300 AZN; Krem rəngli 1 ədəd divan, 2 ədəd kreslodan ibarət yumuşaq dəst - 500 AZN; 1 ədəd “bohema” markalı, əmtəə nişanlı, böyük ölçülü zal üçün nəzərdə tutulmuş büllur çilçıraq 1200 AZN; 1 ədəd bohema” markalı, əmtəə nişanlı, yataq otağı üçün nəzərdə tutulmuş büllur çilçıraq - 300 AZN; 1 ədəd Türkiyə istehsalı olan mətbəx üçün çilçıraq - 70 AZN; qonaq, yataq otaqları və mətbəx üçün “capsella” firmasının pərdələri - 1100 AZN; 2 ədəd yumru, balaca “kaşmir” xalçaları - 300 AZN; 2 ədəd 2.5x5.5 ölçülü “kaşmir” xalçaları - 600 AZN; 2 ədəd 3x5 ölçülü “merinos” firmasının xalçaları - 700 AZN; 2 ədəd 2x3 ölçülü “imperial” firmasının xalçaları - 400 AZN; 1 ədəd böyük ölçülü sandıq - 130 AZN; Çexiya istehsalı, 12 nəfərlik yemək, çay, qəhvə dəstləri - 700 AZN; 4 ədəd “bohema” markalı büllur qənd qabı - 300 AZN; 4 ədəd “bohema” markalı büllur mürəbbə qabı - 300 AZN; 2 dəst 6 nəfərlik büllur bokal böyük və balaca - 250 AZN; 6 ədəd büllur ləpə qabları - 180 AZN; 1 ədəd böyük saat - 150 AZN; 4 ədəd “bohema” markalı büllur meyvə qabları - 200 AZN; Türkiyə istehsalı, qırmızı rəngli, “tefal” markalı qazan-tava dəsti - 200 AZN; 1 ədəd aliminium materiallı aş qazanı - 80 AZN; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş ətçəkən maşın - 80 AZN; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş tozsoran - 50 AZN; 1 ədəd Türkiyə istehsalı olan buxarlı qazan -100 AZN; 1 ədəd Türkiyə istehsalı olan jurnal stolu - 250 AZN; 1 ədəd “beko” markalı, istifadə olunmuş şirəçəkən maşın - 30 AZN; 1 ədəd “beko” markalı mətbəx elektrik dəsti (kombayn) - 50 AZN; Çexiya istehsalı, 6 stəkan və 1 qrafindən ibarət kampot dəsti - 200 AZN; 1 ədəd “tefal” markalı, istifadə olunmuş çaydan - 20 AZN; 1 ədəd “beko” markalı, istifadə olunmuş toster - 30 AZN; 1 ədəd Çexiya istehsalı, basma naxışlı büllur güldan - 160 AZN; 1 ədəd qara rəngli, az istifadə olunmuş xəz dəri materialdan tikilmiş üst geyimi (şuba) - 1500 AZN, cəmi: 16.600 AZN; “Hyundai” markalı, “Veloster” modelli, 2012ci il buraxılışlı avtomobil - 17000 AZN. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, iddia ərizəsinə əlavədə göstərilən qızıl-zinət əşyalarının orta bazar qiyməti 26.960 AZN, cehiz, geyim əşyalarının orta bazar qiyməti 16.600 AZN və 2012-ci il buraxılışlı “Hyundai Veioster” minik markalı avtomobilin orta bazar qiyməti 17.000 AZN məbləğində müəyyən edilir; Nəqliyyat vasitəsinin alqı-satqısına dair 05 iyul 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı (Satıcı) özünə məxsus olan “Hyundai Veloster” minik markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobili DİN-nin BDYPi-nin Qeydiyyat-imtahan İdarəsində qeydiyyata alınmış müqaviləyə əsasən 1000 manata X14 (Alıcı) satmışdır. Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin 24 iyun 2020-ci il tarixli 016-54455-1220 nömrəli məktubuna əlavə edilmiş məlumatdan görünür ki, “Hyundai Veloster” minik markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobil 05 iyul 2019-cu il tarixdə verilmiş şəhadətnaməyə əsasən X11 adına qeydiyyata alınmışdır. Nəqliyyat vasitələrinə istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X18 14 sentyabr 2020-ci il tarixdə “Hyundai Veioster” minik markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobili 5 il 5 ay müddətinə idarə etmək üçün İddiaçı etibarnamə üzrə idarəçiliyinə vermiş, etibarnamənin 19 fevral 2026-cı il tarixədək qüvvədə olması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2021-ci il tarixli 10/3508 nömrəli rəyindən görünür ki, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 2 mənzilin zal otağı, mənzilə daxil olarkən ən sağda yerləşən yataq otağının yarısı bir payçının istifadəsinə, bir yataq otağı ilə digər yataq otağının yarısı, dəhlizin bir hissəsi digər payçının istifadəsinə, sanitar qovşaq, dəhliz və mətbəx otaqları ümumi istifadədə saxlanılmaqla həmin mənzildən payçıların paylarından kənara çıxmaqla istifadəsi mümkündür. Qeyd olunanlar ekspert rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. Məhkəmə kollegiysının araşdırması zamanı müəyyən olur ki, İddiaçı və Cavabdeh arasında 22 dekabr 2006-cı il tarixdə rəsmi nikah bağlanmışdır, tərəflərin birgə nikahından 26 yanvar 2007-ci il tarixdə X16, 24 avqust 2010-cu il tarixdə X7 adlı uşaqları doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli 2(012)-2472/2018 nömrəli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikah pozulmuş, hər iki uşaq anaları Cavabdeh himayəsində saxlanılmışlar, İddiaçı həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli 2(012)-4609/2018 nömrəli qətnaməsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 3köhnə sıralamada 30 nömrəli) mənzilində İddiaçı və Cavabdeh hər birinin pay haqqı ½ hissədə müəyyən edilmişdir. Hazırda İddiaçı həmin mənzilə köçürülməsi, mənzildən istifadə qaydasının müəyyən edilməsi və digər tələblərlə bağlı, Cavabdeh isə ona məxsus qızıl, cehiz və geyim və digər əşyaların qaytarılması və digər tələblərlə bağlı iddia qaldırmışlar. Birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı yaşayış hüququnun verilməsi, köçürülmə və əmlak bölgüsü tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyaları və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizələrinə hüquqi qiymət verərkən hesab etmişdir ki, əvvəlcə ilk iddia tələbinin “İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 2 (köhnə sıralamada 30 nömrəli) mənzilə köçürülməsi” ilə bağlı hissəsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 5.1 və 5.3-cü maddələrinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz; bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı Azərbaycan Respublikası Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” 27 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, o, təkcə fıziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və bu maddənin məqsədləri üçün “mülkiyyət” kimi qəbul edilə bilər. ...Mahiyyət etibarı ilə mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət, ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafıq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır, buna görə də onlar birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İlk iddiaçının köçürülməsini tələb etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 2 (köhnə sıralamada 30 nömrəli) mənzil mülkiyyət hüququ üzrə tərəflərin hər hansısa birinin adına mülkiyyət hüququ əsasında qeydiyyata alınmasa da, Abşeron Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 19 oktyabr 2018-ci il tarixli 2(012)-4609/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş haldır ki, mənzil tərəflərin birgə nikah dövründə əldə edilmişdir və mənzildə İddiaçı ilə Cavabdeh hər birinin ½ hissədə pay haqqı vardır, mülki qanunvericiliyə müvafiq olaraq mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da həmin əmlaka sahiblik edən şəxslərə də mənsubdur, bununla da tərəflər həmin əmlaka münasibətdə “qanuni gözləntiyə” malik şəxslər kimi qeyd olunan əmlakın sahibi hesab olunurlar. Belə olan halda, onların hər ikisi sözügedən mənzilə münasibətdə bərabər hüquq və vəzifələrə malikdirlər, Cavabdeh onunla eyni statusda olan İddiaçı qarşı törətdiyi məhrumetmə, yəni cavabdehin iddiaçının ½ hissədə pay haqqı müəyyən edilmiş mənzildə yaşamasına, ora köçməsinə mane olması qanunsuzdur. Ona görə məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin olunmaqla, o, mübahisələndirilən mənzilə köçürülməlidir. İlk iddia tələbinin “mənzildən birgə istifadə qaydalarının müəyyən edilməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, tərəflərin mənzilə olan ½ paylarına mütənasib olaraq istifadə qaydalarının müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 aprel 2021-ci il tarixli, 10/3508 nömrəli rəyə əsasən Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 2 mənzilin zal otağı, mənzilə daxil olarkən ən sağda yerləşən yataq otağının yarısı bir payçının istifadəsinə, bir yataq otağı ilə digər yataq otağının yarısı, dəhlizin bir hissəsi digər payçının istifadəsinə, sanitar qovşaq, dəhliz və mətbəx otaqları ümumi istifadədə saxlanılmaqla həmin mənzildən payçıların paylarından kənara çıxmaqla istifadəsinin mümkün olduğu müəyyən edilmişdir. Lakin rəyin verilməsində sonra ilkin İddiaçı məhkəməyə təqdim etdiyi 08 may 2021-ci il tarixli ərizəsində göstərmişdir ki, mənzilin 2,7m x 4,3m ölçüdə olan yataq otağının ona verilməsinə (yaşamaq üçün) və sanitar qovşaq, dəhliz və mətbəx otağından birgə istifadə etməyə etiraz etmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Belə olan halda İddiaçı köçürülməli olduğu mənzildən, onun müvafiq sahələrindən Cavabdeh ilə birlikdə istifadə etmək hüququ vardır, onun mənzildən və müvafiq sahələrindən qaydaları müəyyən edilməlidir. Bu zaman məhkəmə iddiaçının sonuncu ərizəsini iddia tələbinə dəqiqləşdirmə kimi qəbul edir, habelə tərəflərin mənzildə yaşayarkən eyni vaxtda mənzildən və müvafiq sahələrindən istifadə etmələrinin mümkünlüyü barədə ekspertiza rəyinin olmasını nəzərə alaraq, hesab edir ki, iddia həmin ərizədə göstərilən qaydada təmin edilməlidir. İlk iddianın “mənzildə yerləşən 8000 manat dəyərinə yaxın fərdi istifadə əşyalarının - 25 ədəd şalvar, 25 ədəd qısaqol köynək, 25 ədəd uzunqol köynək, 4 ədəd gödəkçə, 30 cüt ayaqqabı, 2 ədəd qiymətli nərd taxtası”nın Cavabdeh alınaraq İddiaçı verilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 2018-ci ilin mart ayında tərəflər arasında baş vermiş münaqişədən sonra Cavabdeh mənzili tərk edərək getmiş, mənzilin açarı İddiaçı qalmış, mənzildən istifadə etmişdir. Həmin şəraitdə İddiaçı aid həmin əşyaların Cavabdeh qalması, onun tərəfindən iddiaçıya verilməməsi barədə qənaətə gəlinməsi üçün hər hansı qanuni əsas yoxdur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia həmin hissədə təmin edilməməlidir. İlk iddia tələbinin “mənzildə olan birgə nikah dövründə alınmış 2500 manat dəyərində LG televizor, 2500 manat dəyərində soyuducu, 600 manat dəyərində Samsung televizor, 230 manat dəyərində LG televizor, mətbəx, dəhliz, qonaq və mebel dəstlərinin ½ nisbətdə olaraq bölünərək ona verilməsi, bu mümkün olmadığı təqdirdə sözügedən əmlakların satılaraq, əldə edilən pul məbləğinin cavabdehlə onun arasında bölünməsi”nə dair hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən əmlaklar Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 2 (köhnə sıralamada 30 nömrəli) mənzilində yerləşir, tərəflərin birgə nikah dövründə alınmışdır, ona görə onlar arasında bərabər şəkildə bölünməlidir. Məhkəmə hesab edir ki, ilkin iddiaçı həmin əmlakların hamısının qiymətini, eləcə də qiymətlərinə dair sübutlarını təqdim etmədiyinə görə sözügedən əmlaklar icra mərhələsində qiymətləndirilməklə əldə ediləcək pul vəsaiti tərəflər arasında ½ hissədə olmaqla bərabər payda bölünməlidir. İlk iddianın “ayı 350 manat olmaqla 1 il 6 ay müddətində yaşamaq hüququnun pozulması səbəbindən məcburi olaraq kirayədə qalma xərclərinin cavabdehdən tutulması”na dair hissəsinə münasibətdə qeyd edir ki, həmin tələbinin əsaslılığının yoxlanılması üçün müəyyən edilməlidir ki, şəxs kirayədə yaşayıbmı, qanunla müəyyən edilmiş qaydada kirayə müqaviləsi bağlanıbmı, kirayə haqqı olan pul məbləği real olaraq ödənilibmi və bütün bunlar məhz cavabdehin təqsiri üzündən baş veribmi? Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl isə şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır (MM-nin 1096, 1097, 1115, 21-ci maddələri) Konkret halda burada sübutetmə yükü məhz iddia edənin üzərinə düşməsinə baxmayaraq, İddiaçı kirayədə yaşamasına, aylıq kirayə haqqı ödəməsinə, bunun məbləğinə, xüsusən isə kirayədə yaşayaraq belə xərcə məruz qalmasının məhz Cavabdeh təqsirinin olmasına, buna cavabdehlik daşımasının əsaslarına, bununla məhz mülki hüquq pozuntusu (delikt) törətməsinə dair hər hansı sübutunu təqdim etməmişdir, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdehin iddiaçıya həmin qaydada ziyan vurması, bu ziyanın vurulmasında təqsirli olması, habelə bu əməlin qanuna zidd olması müəyyən edilməmişdir. Belə sübutlar olmadığı üçün məhkəmə hesab edir ki, ilkin iddia həmin hissədə də təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Cavabdeh həmin tələbində, qızıl-zinət əşyalarının və cehiz əmlaklarının cavabdeh İddiaçı alınaraq ona verilməsini, bu mümkün olmadıqda onların dəyərinin ona ödənilməsini, birgə nikah dövründə alınmış “Hyundai Veloster” markalı avtomobilin hazırki dəyərinin ½ hissədə payının müəyyən edilərək ona ödənilməsini xahiş etmişdir. Məhkəmə tədqiqi ilə müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı ilə nikaha daxil olarkən ona hədiyyə şəklində qızıl-zinət əşyaları alınıb verilmişdir, habelə cehiz əşyaları alınmışdır. Cavabdeh İddiaçı göstərmişdir ki, sözügedən qızıl zinət əşyaları özlərinin razılığı ilə lombarda qoyulmuş, lombard üzrə öhdəliklər yerinə yetirilə bilmədiyindən ödənişlər həmin zinət əşyalarına yönəldilmişdir, qalan zinət əşyaları isə cavabdehin öz üzərindədir. Mülki prosessual qanunvericiliyə görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Burada, cavabdeh İddiaçı qızıl-zinət əşyalarının mövcudluğunu və ya dəyərini mübahisələndirmir, onun mübahisələndirdiyi hal onunla bağlıdır ki, qızıl-zinət əşyaları lombarda qoyulmuşdur, lombard üzrə öhdəliklər yerinə yetirilə bilmədiyindən ödənişlər həmin qızıl zinət əşyalarına yönəldilmişdir, qalan qızıl zinət əşyaları isə cavabdehin öz üzərindədir. Lakin buna dair hər hansı sübut təqdim etməmişdir. Məlum olduğu kimi, ailə münaqişəsi və İddiaçı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurması nəticəsində Cavabdeh yaşadığı mənzili tərk edərək getmişdir, mənzilin açarı İddiaçı olmuş, o, sərbəst surətdə mənzilə daxil olmaq, oradan hansısa predmeti götürmək imkanında olmuşdur. Belə olan halda, cavabdehin tələbin əsassızlığı barədə dəlilləri kifayət qədər şübhə doğurmaqla onun gətirdiyi dəlillər əsassızdır. Buna baxmayaraq məhkəmə toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, belə nəticəyə gəlir ki, təqdim edilən fotoşəkillərin özünün tədqiqi ilə təsdiq olunur ki, tələbdə qeyd edilən qızıl-zinət əşyaları mövcud olmuşdur, onlardan yalnız İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 70 qram olan boyunbağı, qolbağ, sırğa və üzük dəsti; Rusiya istehsalı olan “Rekert” formalı 583 əyarlı, çəkisi 25 qram olan boyunbağı, 7 qram, 583 əyarlı klonla birlikdə; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 22 qram olan boyunbağı, 583 əyalı 12 qr-lıq qolbaqla birlikdə (dəst) və Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 10 qram olan brilliant qaşlı bilərzik və üzük dəstinin mövcudluğuna dair sübut təqdim edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, “İtaliya istehsalı olan 750 əyarlı, çəkisi 70 qram olan boyunbağı, qolbağ, sırğa və üzük dəsti; Rusiya istehsalı olan “Rekert” formalı 583 əyarlı, çəkisi 25 qram olan boyunbağı, 7 qram, 583 əyarlı klonla birlikdə; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 22 qram olan boyunbağı, 583 əyalı 12 qr-lıq qolbaqla birlikdə (dəst) və Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 10 qram olan brilliant qaşlı bilərzik və üzük dəsti” istisna olunmaqla digər qızıl-zinət əşyaları, özləri olmadıqda onların dəyəri cavabdehdən alınaraq qarşılıqlı iddiaçıya verilməlidir. Qızıl-zinət əşyalarının dəyəri müəyyən edilərkən isə məhkəmə hesab edir ki, təqdim edilmiş ekspertiza rəyi ilə müəyyən edilmiş qiymətlər mötəbər sübut qismində qəbul edilməli, qarşılıqlı iddiaçıya qaytarılmalı olan qızıl-zinət əşyaları naturada aşkar edilmədikdə, rəylə müəyyən edilmiş həddə dəyərləri cavabdehdən alınmalıdır. Qarşılıqlı iddia tələbinin digər hissəsi cehiz və geyim əşyalarının alınması ilə bağlıdır və cavabdeh İddiaçı Cavabdeh cehiz əşyalarını qardaşına verdiyini, bəzi əşyaların rayonda özünün yaşadığı evdə olduğunu, digər əşyaların istifadə müddəti ərzində istifadəyə yararsız vəziyyətə düşdüyünü, bəzilərinin isə qırıldığını göstərmişdir. Buradan da məlum olur ki, cavabdeh ümumilikdə cehiz əşyalarının ilkin mövcudluğunu və ya onların dəyərini mübahisələndirmir, irəli sürdüyü dəlillərə dair isə hər hansı sübut təqdim etməmişdir. Məhkəmədə işə baxılarkən iddianı təmin etmə haqqında qərardadın icrası zamanı icra məmuru tərəfindən müvafiq əşyalar müəyyən edilərək üzərinə həbs qoyulmuşdur. Lakin məhkəmə ümumilikdə toplanmış sübutlara əsasən belə qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi cehiz və geyim əşyaları ilə bağlı hissədə təmin edilməlidir. Qarşılıqlı iddia tələbinin “Hyundai Veloster” minik markalı ** CG *** qeydiyyat nişanlı avtomobilin dəyəri olan 20.000 AZN pulun ½ hissədə ona ödənilməsinə dair hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh İddiaçı izahatı və nəqliyyat vasitəsinin alqı-satqısına dair 05 iyul 2019-cu il tarixli müqavilə ilə müəyyən olunur ki, sözügedən nəqliyyat vasitəsi yolnəqliyyat hadisəsi zamanı əzilərək yararsız hala düşmüşdür, İddiaçı həmin avtomobili DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsində qeydiyyata alınmış müqaviləyə əsasən 1000 manata X2, avtomobil 05 iyul 2019-cu il tarixdə verilmiş şəhadətnaməyə əsasən həmin şəxsin adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinin tələblərinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə: onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s. maddə 32.2.1) və ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir (maddə 32.2.2). Ailə Məcəlləsinin 32.3-cü maddəsinə görə isə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, avtomobil qəzalı vəziyyətdə olduğundan məhz 1000 manat məbləğinə satılmışdır, avtomobilin dəyərinin 20.000 manat məbləğində olmasına, həmin məbləğdə pula satılmasına dair sübut mövcud deyildir, ona görə qarşılıqlı iddia həmin hissədə qismən təmin olunaraq “Hyundai Veloster” minik markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 1000 manat pulun ½ hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası qeyd olunan hissədə birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbləri üzrə gəldiy nəticə ilə razılaşsa da, «“Hyundai Veloster” minik markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 1000 manat pulun ½ hissəsi İddiaçı alınıb, Cavabdeh ödənilsin» hissəsində gəldiyi nəticəyə tənqidi yanaşaraq hesab edir ki, “X6” tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli, 258 nömrəli rəyə əsasən “Hyundai Veloster” minik markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin orta bazar qiyməti 17.000 AZN məbləğində müəyyən edilir. Birinci instansiya məhkəməsi tərəfindən sözügedən avtomobilin yararsız vəziyyətə düşmüş kimi qəbul edilməsi işin araşdırılan halları ilə təkzib edilmiş və bu barədə iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Avtomobilin satış dəyərinin 1000 manat qiymətləndirilməsi inandırıcı olmayıb, həqiqəti özündə əks etdirmir, reallıqdan tam uzaq olub, avtomobilin hazıkı dəyərinə cavab vermir. Yuxarıda qeyd edilən normaların tələblərindən də görünür ki, nikah dövründə əldə olunmuş əmlak ər-arvadın ümumi əmlakı hesab olunur və nikah pozulduqdan sonra ümumi əmlak qanunvericiliyin tələbləri nəzərə alınmaqla onlar arasında bərabər paylarda bölünür. Ona görə də, “X6” tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli, 258 nömrəli rəyi maddi sübut kimi qəbul edilib, tərəflər arasında yaranmış mübahisə üzrə qiymətləndirilməli və “Hyundai Veloster” minik markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı satış dəyəri 17.000 manat məbləğində müəyyən edilərək, həmin pulun ½ hissəsi İddiaçı alınıb Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməldir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməli və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - “Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyaları və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia “Hyundai Veloster” minik markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 17.000 manat pulun ½ hissəsi-8500 manat məbləğində pul vəsaiti İddiaçı alınıb, Cavabdeh ödənilməli və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 2(012)-111/2021 saylı qətnaməsi qismən ləğv edilsin. Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyaları və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair qarşılıqlı iddia qismən təmin edilsin. “Hyundai Veloster” minik markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilin satış dəyəri olan 17.000 manat pulun ½ hissəsi– 8500 manat məbləğində pul vəsaiti İddiaçı alınıb Cavabdeh ödənilsin. Qətnamə - «İddiaçı Cavabdeh qarşı yaşayış hüququnun verilməsi, köçürülmə və əmlak bölgüsü tələbinə dair ilk iddia qismən təmin edilsin, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 2 (köhnə sıralamada 30 nömrəli) mənzilə köçürülsün, mənzilin 2,7m x 4,3m ölçüdə olan yataq otağı yaşamaq üçün İddiaçı istifadəsinə verilməklə, mənzilin sanitar qovşağı, dəhliz və mətbəx otağı birgə istifadədə saxlanılsın, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci kilometr ünvanında yerləşən “ünvan 2 (köhnə sıralamada 30 nömrəli) mənzildə olan birgə nikah dövründə alınmış iki ədəd LG televizor, bir ədəd soyuducu, bir ədəd Samsung televizor, mətbəx, dəhliz, qonaq və mebel dəstləri icra mərhələsində qiymətləndirilərək satılsın, əldə ediləcək pul vəsaitinin ½ hissəsi İddiaçı ilə Cavabdeh arasında bölünərək onlara verilsin, ilk iddia tələbi qalan hissədə təmin edilməsin, qarşılıqlı iddia tələbi qismən təmin edilsin, Türkiyənin “Altınbaşaq” firmasına məxsus 750 əyarlı, çəkisi 35 qr olan brilliant qaşlı kolye və qolbağ dəsti - 2000 AZN dəyərində; zümrüd və brilliant qaşlarla bəzədilmiş 583 əyarlı, çəkisi 32 qr olan “fantaziya” üzük və sirqa dəsti - 1920 AZN dəyərində; “Badam” formalı 583 əyarlı, çəkisi 26 qr olan brilliant qaşlı sırğa və üzük dəsti - 1560 AZN dəyərində; İtalya istehsalı olan ağ qızıldan 750 əyarlı, çəkisi 25 qr olan sırğa, üzük və klon dəsti - 1750 AZN dəyərində; Rusiya istehsalı olan “moruq” formalı 750 əyarlı, çəkisi 55 qr olan boyunbağı 3850 AZN dəyərində; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 20 qr olan boyunbağı, qolbağ, sırğa və üzük dəsti - 1400 AZN dəyərində; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan “sonsuzluq” formalı sırğa və üzük dəsti - 1050 AZN dəyərində; İtalya istehsalı olan 750 əyarlı, çəkisi 15 qr olan brilliant qaşlı nişan üzüyü - 1125 AZN dəyərində; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 12 qr olan sırğa, üzük, boyunbağı və klondan ibarət brilliant qaşlı uşaq dəsti - 720 AZN dəyərində; Rusiya istehsalı olan 583 əyarlı, çəkisi 18 qram “silsilə” formalı boyunbağı - 990 AZN dəyərində; İtalya istehsalı olan “tısbağa” formalı, 750 əyarlı, çəkisi 12 qr olan üzük - 840 AZN dəyərində; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş, 82 diaqonallı televizor - 70 AZN dəyərində; 1 ədəd “beko” markalı, istifadə olunmuş, böyük ölçülü soyuducu - 300 AZN dəyərində; 1 ədəd “beko” markalı, iki qapılı, istifadə olunmuş qabyuyan - 150 AZN; 1 ədəd “beko” markalı, istifafə olunmuş paltaryuyan - 150 AZN dəyərində; 1 ədəd güzgülü kamod, 1 ədəd 4 qapılı servant, 1 ədəd künc şkafından, 8 nəfərlik stol-stul dəstindən ibarət, qəhvəyi rəngli, taxtadan oyulma əl işləməsi olan, Malayziya istehsalı qonaq dəsti - 3000 AZN dəyərində; Malayziya istehsalı olan qonaq dəsti ilə eynilik təşkil edən yataq dəsti - 2000 AZN dəyərində; Polşa istehsalı olan qəhvəyi rəngli, 3 metr uzunluğu olan mətbəx mebeli - 500 AZN dəyərində; 1 ədəd qəhvəyi rəngli dəhliz şkafı - 300 AZN dəyərində, Krem rəngli 1 ədəd divan, 2 ədəd kreslodan ibarət yumuşaq dəst - 500 AZN dəyərində; 1 ədəd “bohema” markalı, əmtəə nişanlı, böyük ölçülü zal üçün nəzərdə tutulmuş büllur çilçıraq 300 AZN dəyərində; 1 ədəd “bohema” markalı, əmtəə nişanlı, yataq otağı üçün nəzərdə tutulmuş büllur çilçıraq - 300 AZN dəyərində; 1 ədəd Türkiyə istehsalı olan mətbəx üçün çilçıraq - 70 AZN dəyərində; qonaq, yataq otaqları və mətbəx üçün “capsella” firmasının pərdələri - 1100 AZN dəyərində; 2 ədəd yumru, balaca “kaşmir” xalçaları - 300 AZN dəyərində; 2 ədəd 2.5x5.5 ölçülü “kaşmir” xalçaları - 600 AZN dəyərində; 2 ədəd 3x5 ölçülü “merinos” firmasının xalçaları - 700 AZN dəyərində; 2 ədəd 2x3 ölçülü “imperial” firmasının xalçaları - 400 AZN dəyərində; 1 ədəd böyük ölçülü sandıq - 130 AZN dəyərində; Çexiya istehsalı, 12 nəfərlik yemək, çay, qəhvə dəstləri - 700 AZN dəyərində; 4 ədəd “bohema” markalı büllur qənd qabı - 300 AZN dəyərində; 4 ədəd “bohema” markalı büllur mürəbbə qabı - 300 AZN dəyərində; 2 dəst 6 nəfərlik büllur bokal böyük və balaca 250 AZN dəyərində; 6 ədəd büllur ləpə qabları - 180 AZN dəyərində; 1 ədəd böyük saat 150 AZN dəyərində; 4 ədəd “bohema” markalı büllur meyvə qabları - 200 AZN dəyərində; Türkiyə istehsalı, qırmızı rəngli, “tefal” markalı qazantava dəsti - 200 AZN dəyərində; 1 ədəd aliminium materiallı aş qazanı - 80 AZN dəyərində; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş ətçəkən maşın - 80 AZN dəyərində; 1 ədəd “Samsung” markalı, istifadə olunmuş tozsoran - 50 AZN dəyərində; 1 ədəd Türkiyə istehsalı olan buxarlı qazan - 100 AZN dəyərində; 1 ədəd Türkiyə istehsalı olan jurnal stolu - 250 AZN dəyərində; 1 ədəd “beko” markalı, istifadə olunmuş şirəçəkən maşın - 30 AZN dəyərində; 1 ədəd “beko” markalı mətbəx elektrik dəsti (kombayn) - 50 AZN dəyərində; Çexiya istehsalı, 6 stəkan və 1 qrafindən ibarət kampot dəsti - 200 AZN dəyərində; 1 ədəd “tefal” markalı, istifadə olunmuş çaydan - 20 AZN dəyərində; 1 ədəd “beko” markalı, istifadə olunmuş toster - 30 AZN dəyərində; 1 ədəd Çexiya istehsalı, basma naxışlı büllur güldan - 160 AZN dəyərində; 1 ədəd qara rəngli, az istifadə olunmuş xəz dəri materialdan tikilmiş üst geyimi (şuba) - 1500 AZN dəyərində - olan qızıl-zinət əşyaları, cehiz və geyim əşyaları, onlar naturada aşkar olunmadıqda, hər birinin qeyd edilən məbləğdə pul dəyəri X5 alınıb, Cavabdeh verilsin, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin, ilk və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin və məhkəmə tikinti-texniki ekspertizalarının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində pul Cavabdeh tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin» hissələrində dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2849/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2849/2021
03.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver