Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-286/2021 27.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fİkrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, cavabdehlər X7, X9, cavabdehlər X4 və Cavabdeh1 nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdehlər X11, Cavabdeh1, X13 və X10, 3-cü şəxslər Şamaxı rayonu Qəleybuğrd Bələdiyyəsi, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaqdan qanunsuz istifadəyə son qoyulması və torpağın onun istifadəsinə qaytarılmasına dair” mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-34/2020 saylı, 23 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaqdan qanunsuz istifadəyə son qoyulması və torpağın onun istifadəsinə qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X5 JN-067 saylı 41010005 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən, onlara məxsus olan, 67 Q konturunda yerləşən 0,50 ha sahəni boşaltmaları, çəpərin sökülməsi və torpağın onların istifadəsinə qaytarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-34/2020 saylı, 23 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, İddiaçı 121,60 manat pulun alınıb Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Kapitalbankın 1 saylı Xətai filialına, kod 200071VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2Z, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN **********, hesab № AZ 23AİİB******************** hesabına və 100 manat ekspertiza xərci alınıb X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir (hakim Etibar Hümbətov ) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, iddia tələbindən imtina etdiyini, iddiadan imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu, iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X11 iddiaçının iddiadan imtina etdiyini, iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X13 iddiaçının iddiadan imtina etdiyini, iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər X4 və Cavabdeh1 nümayəndəsi X12 iddiaçının iddiadan imtina etdiyini, iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə 3-cü şəxslər Şamaxı rayonu Qəleybuğrd Bələdiyyəsi, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası MPMnin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası verilmiş ərizəni, iddiaçını və cavadbehlərin izahatını nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiadan imtina etmə barədə ərizəsi təmin edilməli, iddiadan imtina qəbul edilməklə Şamaxı Rayon Məhkəməsinin 2(074)-34/2020 saylı, 23 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçının hüquqi varisi iddia tələbindən imtina etdiyi və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Şamaxı Rayon Məhkəməsinin 2(074)-34/2020 saylı, 23 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 263-264, 267- 268, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı X1 hüquqi varisi X6 nümayəndəsi və vəkili X2 iddiadan imtinası qəbul edilsin. İddiaçı iddiadan imtinası qəbul edilsin. Şamaxı Rayon Məhkəməsinin 2(074)-34/2020 saylı, 23 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər X11, Cavabdeh1, X13 və X10, 3-cü şəxslər Şamaxı rayonu Qəleybuğrd Bələdiyyəsi, DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaqdan qanunsuz istifadəyə son qoyulması və torpağın onun istifadəsinə qaytarılmasına dair” mülki iş üzrə icraata xitam verilsin. İddiaçı 121,60 manat pul alınıb Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Kapitalbankın 1 saylı Xətai filialına, kod 200071VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ******************** SWİFT AİİBAZ2Z, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC VÖEN **********, hesab № AZ 23AİİB******************** hesabına və 100 manat ekspertiza xərci alınıb X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qərardaddan, rəsmi alındığı vaxtdan hesablanmaqla, 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-286/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-286/2021
27.04.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver