Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-287/2020 15.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı1 və Cavabdeh1 nümayəndəsi X5 iştirakları ilə açıq məhkəmə iclasında, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(031)-12/2015 saylı qətnaməsindən maraqlı şəxs Abasova (Nuriyeva) Məhluğa Valeh qızının apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(031)-12/2015 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Teymur Qurbanov) İddiaçı1 Cavabdeh1 qarşı mirasın bölüşdürülməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Şabran rayonu Gəndab kəndində Nuriyev Valeh Mövlud oğlundan miras qalan bir mərtəbəli, iki otaqlı, bir mətbəx və bir eyvandan ibarət yaşayış evinin 3/5 hissəsinə İddiaçı1, JN:259 saylı dövlət aktına əsasən 0.708 ha pay torpaq sahəsinə, torpağın mülkiyyətə verilməsinə dair JN:547A saylı şəhadətnaməyə əsasən 0.016 ha həyətyanı torpaq sahəsinə və bir mərtəbəli, iki otaqlı, bir mətbəx və bir eyvandan ibarət yaşayış evinin 2/5 hissəsinə Cavabdeh1 vərəsəlik hüququnun tanınması və mülkiyyət hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi qət edilmiş, maraqlı şəxs Abasova (Nuriyeva) Mahluğa Valeh qızı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 Cavabdeh1 qarşı iddia ilə məhkəməyə müraciət edərək Şabran rayonunun Gəndab kəndində yerləşən, mərhum atasına məxsus mülkiyyətin varis kimi ona çatacaq miras payının müəyyənləşdirilərək, üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Dəvəçi (indiki Şabran) Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli, 2-22/2004 saylı qətnaməsi ilə X28 Mövlud oğlu ilə anası X2 birgə nikahları dövründə əldə etdikləri əmlak bölünərək hər birinin ayrı-ayrılıqda əmlakı müəyyən edilmişdir. Bu nikahdan ondan başqa digər uşaqlar, xx.xx.1993-cü il təvəllüdlü X14 və xx.xx.1995-ci il təvəllüdlü X15 anadan olmuşlar. X28 Mövlud oğlu sonradan Cavabdeh1 ilə ailə həyatı qurmuş və ikinci nikahdan xx.xx.2005-ci ildə anadan olmuş X17 dünyaya gəlmişdir. X28 Mövlud oğlu xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. O, Cavabdeh1 və X17 ilə birlikdə atasına məxsus Şabran rayonu, Gəndab kəndindəki evində yaşayır. Son vaxtlar aralarında əmlaklarla bağlı mübahisə yarandığından miras payından istifadə edə bilmir. Miras əmlakda vərəsələrin payı müəyyən edilməmişdir. xx.xx.1993-cü il təvəllüdlü X14 və xx.xx.1995-ci il təvəllüdlü X15 öz miras paylarının onun adına keçirilməsinə etiraz etmirlər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Maraqlı şəxs Abasova (Nuriyeva) Məhluğa Valeh qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi maraqlı şəxs kimi ona göndərilməmişdir. Qətnaməni Şabran Rayon Məhkəməsinə ərizə ilə müraciət etdikdən sonra xx xxxxx 2019-cu il tarixdə almışdır. Qətnamə onun və digər vərəsələrin hüquqlarının kobudcasına pozularaq çıxarıldığına görə qətnamədən narazıdır. Cavabdehin sübut kimi istinad etdiyi Dəvəçi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 2-22/2004 saylı qətnaməsi bu günə kimi icra edilməmişdir, icra sənədi verilməmişdir. Məhkəmə işə baxarkən sübutları araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, bununla da maddi və prosessual hüquq normalarının pozulmasına və düzgün tətbiq edilməməsinə yol vermişdir. Maraqlı şəxsAbasova (Nuriyeva) Məhluğa Valeh qızı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, Abasova (Nuriyeva) Məhluğa Valeh qızı ərindən ayrılmışdır və buna görə də qətnamədən şikayət vermişdir.Hazırki işə baxılarkən Abasova (Nuriyeva) Məhluğa Valeh qızı imzası notariat kontorunda təsdiq edilmiş ərizə ilə müraciət edərək atalarından miras qalmış əmlakdan ona çatası payı faktiki qəbul etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X13 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Maraqlı şəxs Abasova (Nuriyeva) Məhluğa Valeh qızı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, maraqlı şəxs məhkəmə iclasına gəlmədiyindən, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasındaiştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onlarıniştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxsin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan X7 imzası xx xxxxxx 2014-cü il tarixdə Şabran rayon dövlət notariat kontorunda təsdiq edilmiş ərizəsindən görünür ki, xx xxxx 2010-cu il tarixdə vəfat etmiş X28 Mövlud oğlunun vərəsəlik işi ilə əlaqədar miras əmlakdan ona çatası payı faktiki qəbul etməmiş, qəbul etmək fikrində də deyildir, mirası qəbul etmək üçün buraxılmış müddətin bərpası barədə də məhkəməyə müraciət etmək niyyəti yoxdur, mərhum Nuriyev Valeh Mövlud oğlundan qalan miras əmlakın İddiaçı1 adına keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan X8 imzası xx xxxxxx 2014-cü il tarixdə Şabran rayon dövlət notariat kontorunda təsdiq edilmiş ərizəsindən görünür ki, xx xxxx 2010-cu il tarixdə vəfat etmiş X28 Mövlud oğlunun vərəsəlik işi ilə əlaqədar miras əmlakdan ona çatası payı faktiki qəbul etməmiş, qəbul etmək fikrində də deyildir, mirası qəbul etmək üçün buraxılmış müddətin bərpası barədə də məhkəməyə müraciət etmək niyyəti yoxdur, mərhum Nuriyev Valeh Mövlud oğlundan qalan miras əmlakın İddiaçı1 adına keçirilməsinə etiraz etməmişdir. İş materiallarında olan Şabran rayonu İcra Hakimiyyəti başçısının Gəndov İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli, 721 saylı arayışdan görünür ki, Cavabdeh1 Şabran rayonu Gəndov kəndində İddiaçı1 və X17 ilə birlikdə yaşayır. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair kodu 30404018 olan, 259 saylı dövlət aktının surətindən görünür ki, Dəvəçi rayonu X12 xx xxxxxx 1998-ci il tarixli, 08 saylı qərarı ilə Dəvəçi rayonu Gəndov kənd sakinləri Nuriyev Valeh Mövlud oğlunun, X3, İddiaçı1, X7 və X9 mülkiyyətlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 3,54 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair kodu 30404018 olan, 247A saylı şəhadətnamənin surətindən görünür ki, Dəvəçi rayonu X12 xx xxxxxx 1998-ci il tarixli, 08 saylı qərarı ilə Dəvəçi rayonu Gəndov kənd sakinləri Nuriyev Valeh Mövlud oğlunun, X3, İddiaçı1, X7 və X9 mülkiyyətlərinə 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nuriyev Valeh Mövlud oğlu ilə Cavabdeh1 xx xxxx 2007-ci ildə nikahlarını bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nuriyev Valeh Mövlud oğlu ilə Cavabdeh1 nikahlarından xx xxxxxx 2005-ci il tarixdə X17 anadan olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nuriyev Valeh Mövlud oğlu xx xxxx 2010-cu il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, iddiaçı X4 Nuriyev Valeh Mövlud oğluna qarşı aliment, birgə nikah dövründə tikilmiş evin bölünməsi və torpaq payı tələbinə dair iddiası Dəvəçi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 2-22/2004 saylı qətnaməsi ilə təmin edilmiş, xx xxxxxx 1993-cü ildə doğulmuş Məlahətin, xx xxxxx 1995-ci il ildə doğulmuş Məxluqənin saxlanması üçün cavabdeh Nuriyev Valeh Mövlud oğlundan aylıq qazancının üçdə bir hissəsi miqdarında hər uşağa görə ayda 15 min manat alimentin alınıb iddiaçı X6 verilməsi, dövlət aktı ilə cavabdeh V.Nuriyevə verilmiş pay torpağın 1,94 ha sualtı torpaq sahəsinin iddiaçı Şanisə Bədəlovaya iki uşağı, Məlahət və Məxluqəyə verilməsi, 0,84 ha üzüm bağı və 0,75 ha dəmyə torpağı isə cavabdeh V.Nuriyevə bir uşağı ilə verilməsi, Dəvəçi rayon Qəndab kəndində tikilmiş bir mərtəbəli, iki otaqlı, bir mətbəx, bir eyvandan ibarət evdən iddiaçıya düşən hissəsinə görə aralarında olan razılaşmaya görə cavabdeh V.Nuriyevdən 1.250.000 manatın alınıb iddiaçı Şanisə Bədəlovaya verilməsi qət edilmişdir. İş materiallarında olan boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, Nuriyev Valeh Mövlud oğlu ilə X11 arasında olan nikahın pozulması xx xxxx 1997-ci il tarixdə Dəvəçi rayonu VVAQ şöbəsində 10 sayla qeyd edilmişdir. İş materiallarında olan Dəvəçi rayon MN və MİQ üzrə böyük məhkəmə icraçısının xx xxxxxx 2004-cü il tarixli qərarının surətindən görünür ki, Dəvəçi Rayon Məhkəməsinin xx xxxxxx 2004-cü il tarixli, 2-22/2004 saylı qətnaməsi üzrə verilmiş xx xxxx 2004-cü il tarixli icra vərəqəsi icra olunduğundan Dəvəçi Rayon Məhkəməsinə qaytarılmışdır. İşin mübahisə edilməyən hallarından görünür ki, Nuriyev Valeh Mövlud oğlu xx xxxx 2010cu il tarixdə ölmüş, onun qanun üzrə birinci növbədə vərəsələri arvadı Cavabdeh1, uşaqları İddiaçı1, X14, X15 və X17 olmuşlar. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin mübahisə edilməyən hallarından görünür ki, miras açıldığı vaxt İddiaçı1, Cavabdeh1 və X17 miras evdə yaşamış, mirasa sahiblik etməyə və əmlakı idarə etməyə başlamış, bununla da mirası qəbul etmişlər. Azərbaycan Respublikası MM-nin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1268.1-ci maddəsinə görə vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. İş materiallarında olan X8 imzası xx xxxxxx 2014-cü il tarixdə Şabran rayon dövlət notariat kontorunda təsdiq edilmiş ərizəsindən görünür ki, xx xxxx 2010-cu il tarixdə vəfat etmiş X28 Mövlud oğlunun vərəsəlik işi ilə əlaqədar miras əmlakdan ona çatası payı faktiki qəbul etməmiş, qəbul etmək fikrində də deyildir, mirası qəbul etmək üçün buraxılmış müddətin bərpası barədə də məhkəməyə müraciət etmək niyyəti yoxdur. Göründüyü kimi, X15 X28 Mövlud oğlundan miras qalmış əmlakı qəbul etməkdən imtina etməkdir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası maraqlı şəxsun apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qətnaməsi maraqlı şəxs X8 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Maraqlı şəxs Abasova (Nuriyeva) Məhluğa Valeh qızının apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(031)-12/2015 saylı qətnaməsi maraqlı şəxs Abasova (Nuriyeva) Məhluğa Valeh qızının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-287/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-287/2020
15.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver