Məhkəmə qərarları › İş №2(105)-2877/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2877/2021

20.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2877/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(027)-812/2021 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(027)-812/2021 saylı qətnaməsi ilə (hakim İ.A.Aslanov) İddiaçı Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair ilk iddia təmin edilib, Cavabdeh 998 (doqquz yüz doxsan səkkiz) manat 60 qəpik debitor borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaitinin tutulub İddiaçı hesabına ödənilməsi və Cavabdeh İddiaçınə qarşı maddi və mənəvi zərərin əvəzi olaraq kompensasiya tələbinə dair qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(027)-812/2021 saylı qətnaməsinin ləğv edilib, ilk iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 917.10 (doqquz yüz on yeddi) manat 10 qəpik məbləğində əsas borcun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış debitor borcun artdığına görə Cavabdeh 998 (doqquz yüz doxsan səkkiz) manat 60 qəpik borcun və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı İB-nin Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsində abonent kimi qeydiyyatdadır və onunla bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nə əsasən yaşadığı Quba rayonunun Alekseyevka kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə edilir. Abonent üçün Elster G-4T DİAFRAQMA tipli 12519691 №-li mexaniki qaz sayğacı quraşdırılmışdır. Abonentin istifadə etdiyi qazın dəyəri sayğac göstəricilərinə əsasən hesablanaraq hər ay ünvanına bildiriş təqdim olunur. Lakin, Cavabdeh istehlak etdiyi qazın dəyərini tam ödəmədiyinə görə 01.05.2021-ci il tarixinə 998,60 (doqquz yüz doxsan səkkiz manat 60 qəpik) manat debitor borcu yaranmışdır. Onun bu borcu elektron qaydada qeydiyyat aparılan abonent saldosu ilə təsdiq edilir. Abonent Cavabdeh ilə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 2.3.1-ci bəndində “qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək” istehlakçıların vəzifələri kimi təsdiq edilmişdir. İstehlakçının istifadə etdiyi təbii qazın dəyərinin ödənilməsi vəzifəsi həm “Qaydalar”da, həm də “Müqavilə”də öz əksini tapmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1.000.000 (bir milyon) manat məbləğində ona vurulan fiziki, maddi və mənəvi zərərin əvəzi olaraq kompensasiyanın İddiaçındən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini, İddiaçı əməkdaşlarının əməllərində cinayət tərkibi əlamətlərinin mövcudluğunu nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı İB-nin iddia ərizəsində onun istifadə etdiyi qaza görə 988.60 manat ödənilməmiş borcunun olduğu və onlar tərəfindən rəsmi xəbərdarlıq olunmasına baxmayaraq abonent tərəfindən borcun hələ də ödənilməməsi bildirilərək, bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi göstərilir. İddiaçı burada “Abonentin istifadə etdiyi təbii qazın haqqının ödənilməsi, borclu kimi onun mübahisə edilməyən vəzifəsidir” kimi absurd şablonlu frazasını da istifadə etməklə bu əsassız fikrə istinad etməkdən çəkinmir. Son illərdə statiskada qaz idarəsinin işçiləri öz işlərini vicdanla yerinə yetirmirlər, qaz sayğacları ilə əlaqədar vətəndaşların şikayətlər çoxalıb. İddiaçının ona qarşı iddia tələbi əsassızdır, bu iddia üzrə iddiaçı ona vurduğu maddi, fiziki və mənəvi zərərə görə əvəz ödəməyə, bütün Azərbaycan xalqının təbii sərvəti olan təbii qazdan əldə etdiyi gəlirlər barədə şəffaf məlumatlılığı təmin etməyə, gəlrlərdən kompensasiya ödəməyə borcludur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 11 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, ilk iddia tələbinin təmin olunmaması və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh B.M.Seyfullayev apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə işttirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh və İddiaçı İB arasında bağlanmış 16.10.2017ci il tarixli 21762-10-17 saylı qaz paylayıcısı və məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı satqı müqaviləsi iş materiallarına əlavə edilmişdir. İddiaçı İB-yi Xaçmaz RQİİ-nin 08.05.2021-ci il tarixli, 01-HŞ/06QBSŞ-562 nömrəli arayışdan görünür ki, Quba rayonu Alekseyevka kənd sakini Cavabdeh təbii qazdan istifadəyə görə 01.05.2021-ci il tarixinə 3506 m3 qaz sərfiyyatı olmaqla, 988.60 manat debitor borcu vardır. **********03030 nömrəli abonent saldosundan görünür ki, abonent Cavabdeh 01.05.2021-ci il tarixinə cəmi 998.60 manat məbləğində debitor borcu vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırlması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Cavabdeh və İddiaçı İB arasında bağlanmış 16.10.2017-ci il tarixli 21762-10-17 saylı qaz paylayıcısı və məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı satqı müqaviləsinin 2.3.2-ci bəndinə əsasən istehlakçı «Qazdan istifadə Qaydaları»nın tələblərinə əməl etməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsində əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, Cavabdeh İddiaçı İB-nin Xaçmaz RQİİ-nin Quba Xidmət Sahəsində abonent kimi qeydiyyatda olmaqla, onunla bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nə əsasən yaşadığı Quba rayonunun Alekseyevka kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə etmiş, lakin istifadə etdiyi təbii qazın haqqının ödənilməsini təmin etməyərək üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Ona görə də ilk iddia qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı öz tələbinin qanuni və əsaslı olmasını sübuta tetirə bilməmiş və bu barədə heç bir sübut təqdim etmədiyinə görə təmin edilə bilməz. Ona görə də məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməklə və qarşılıqlı iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(027)-812/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar