Məhkəmə qərarları › İş №2(105)-2883/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2883/2021

12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2883/2021 12.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X7 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X3, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh5 qarşı kreditin qaytarılması və tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli qərardadı ilə (hakim Ə.Q.Ələkbərov) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh5 qarşı kreditin qaytarılması və tələbi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, ərizəçiyə ərizənin qaytarılmasının nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmamasının izah edilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5, Cavabdeh8, Cavabdeh7 və Cavabdeh5 qarşı kreditin qaytarılması və tələbi ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi M.M.Mürsəlov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə qərardadı belə əsaslandırmışdır ki, hal-hazırkı tələbə uyğun dövlət rüsumunun ödənilməsinə dair qəbz iddia ərizəsinə əlavə olunmamışdır. Bir qəbzdən yalnız bir iş üzrə istifadə etmək mümkündür. İstifadə edilmiş qəbzi yenidən elektron ərizə göndərilən zaman elektron-məhkəmə sistemində qeydiyyatdan keçirmək mümkün deyil. ********* nömrəli qəbzdən isə 2(060)-6119/2021 saylı iş üzrə iddia ərizəsi göndərilənə qədər istifadə edilməmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 iyul 2021-ci il tarixli 2(060)- 6119/2021 saylı qərardadını ləğv edib, iddia ərizəsiin icraata götürülməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi V.N.İsgəndərov şikayəti müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 şikayətin dəlillərini qəbul etmədi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehlər Cavabdeh2 və qeyriləri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, ********* nömrəli qəbzə əsasən İddiaçı ASC tərəfindən dövlət büdcəsinə 22 dekabr 2020-ci ildə Sumqayıt Şəhər Məhkəməsinə 30 manat dövlət rüsumu ödənilmişdir. Həmin qəbz ərizə nömrəsi Eİ(060)-13382 olan, İE(060)-13178/2021 saylı və iş nömrəsi e-2(060)- 1567/2021, e-2(060)-2085/2021 və 2(060)-6119/2021 saylı işlərdə istifadə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təstiq edən sənəd təqdim edilmədikdə hakim iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsini qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçının nümayəndəsi X1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 05 iyul 2021-ci il tarixli 2(060)-6119/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar