Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2895/2020 24.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilk iddia üzrə İddiaçı İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu və ilk iddia üzrə Cavabdeh işirakı ilə, İddiaçı İstehsalat Birliyinin Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair ilk, Cavabdeh İddiaçı İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(027)-757/2018 saylı qətnaməsindən iş üzrə ilk iddia üzrə İddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(027)-757/2018 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh 60,4 (altmış manat qırx qəpik) manat məbləğində pulun alınaraq abonentin **********03120 nömrəli hesabına, 3 (üç) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı-nin AZ69İBAZ******************** nömrəli hesabına ödənilməsi, əlavə olaraq İddiaçıdən 10 (on) manat məbləğində dövlət rüsumununu tutularaq Dövlət Büdcəsinə ödənilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş xx xxxx 2017-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi, iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evinə dair xx xxxx 2017-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 574,20 (beş yüz yetmiş dörd manat iyirmi qəpik) manat məbləğində pulun silinməsi qət edilmişdir (hakim Fərid Yaqubov) Qətnamədən narazı qalan ilk iddia üzrə İddiaçı İstehsalat Birliyi apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(027)-757/2018 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı İstehsalat Birliyi Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 634,60 manat məbləğində pulun alınaraq abonentin **********03120 nömrəli hesabına, 20,4 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı-nin AZ69İBAZ******************** nömrəli hesablaşma hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı» İstehsalat Birliyinə qarşı “aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı X2 Xidmət Sahəsinin xx xxxx 2017-ci il tarixli, ******* nömrəli aktının qanunsuz hesab olunaraq etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 2871 kub/metr, yəni 574,2 manat məbləğində pulun və “xəbərdarlıq məktubu” əsasında ona sayğacın dəyəri olaraq banka ödətdirmək istədikləri 91,21 manat məbləğində pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu izahatında apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, “ İddiaçı “ X1 RQİİ-si ilə Cavabdeh arasında bağlanmış “Qaz xxxxsı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında o təbii qazdan istifadə edir. Abonent üçün quraşdırılmış qaz sayğacına xx.xx.2017-ci il tarixdə baxış keçirilmiş, sayğacın zavod plombu şübhəli olduğu üçün sayğac növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. Bu barədə tərtib olunan xx.xx.2017-ci il tarixli ******* saylı akta Cavabdeh heç bir irad bildirmədən imza etmişdir. İTRİ-nin rəyinə əsasən abonentin sayğacına müdaxilə olunduğu müəyyən edilmiş, “təbii qazıdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* saylı akt tərtib edilərək abonentin hesabına 2871 m3 itirilmiş qazın bərpası hesablanmışdır. 2015-ci ilin avqust ayında 574 manat 20 qəpik məbləğində itirilmiş qazın dəyəri Cavabdeh saldosuna daxil edilmişdir. Sayğacın qorunmasına və ona müdaxiləyə yol verilməməsinə Cavabdeh məsuliyyət daşımış, onun həmin məsuliyyəti qaz istehlakçısı kimi müqavilə öhdəliklərindən əmələ gəlir. Bu zaman sayğaca müdaxilənin bilavasitə abonent və ya onun səhlənkarlığı nəticəsində başqası tərəfindən törədilməsinin əhəmiyyəti yoxdur. Əgər qaz xxxxsı qaz sayğacına müdaxilə olunduğunu sübut edirsə, bu müdaxilənin abonentin təqsiri üzündən baş verdiyi sübut olunur. Buna görə də həmin sayğaca müdaxilə olunmasının abonentin təqsirli hərəkətləri nəticısində baş verdiyini təsdiqləmək üçün tam əsas vardır. Tərəflər arasında bağlanmış “ Qaz xxxxsı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə “ müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞ-i Şurasının xx xxxx 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq tənzimlənir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(027)- 757/2018 saylı qətnaməsinin ilkin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilərək ilkin iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilərək qarşılıqlı iddanın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(027)-757/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(027)-757/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “Qaz xxxxsı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx xxxxx 2017-ci il tarixli müqavilədən müəyyən olunur ki, xxxx (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı X1 X4 İdarəsi) bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını (Cavabdeh) keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq xxxx tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.Həmin müqavilənin 2.3.1-ci bəndində göstərilmişdir ki, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və xxxx tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməlidir. Həmin müqavilənin 2.3.6-cı bəndinə əsasən Müqavilə ilə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə istehlakçı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət daşıyır. İş materiallarında olan **********03120 nömrəli abonentin saldosundan görünür ki, Quba rayonu, Vladimirovka kəndində yaşayan Cavabdeh Rüştü oğunun mənzilinə xx xxxxxx 2015-ci il tarixdə G-4T markalı, 10343999 nömrəli sayğac quraşdırılmışdır. Ailə tərkibi 4 nəfərdən ibarətdir. PQ-4 markalı 4 gözlü qaz plitələri olmaqla təbii qazdan istifadə edir, 2017-ci ilin iyul ayına Cavabdeh Rüştü oğunun adına 574,2 manat məbləğində qalıq və aktlar üzrə borc hesablanmış və Cavabdeh 2018-ci ilin yanvar ayına 634,60 manat məbləğində borcu vardır. İş materiallarında olan xx xxxxx 2017-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, Quba rayonu, Vladimirovka kəndində yaşayan Cavabdeh mənzilində olan G4T markalı, ******* nömrəli sayğac çıxarılmış və həmin mənzilə 10343999 nömrəli yeni sayğac quraşdırılmışdır. Quraşdırılan qaz sayğacının texniki qaydalara cavab verdiyi, qaz sayğacının abonentə təhvil verildiyi, sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxsin İsmayıl Musayev olduğu qeyd edilmişdir. İş materiallarında olan İddiaçı İstehsalat Birliyinin əməkdaşları tərəfindən xx xxxx 2017-ci il tarixdə tərtib edilmiş ******* nömrəli aktdan görünür ki, istehlakçı Cavabdeh məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən mənzildə təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış, ARDNŞ-nin İT və Rİ-nin 29/1710-00510-2 nömrəli rəyinə əsasən ******* nömrəli sayğacın zavod qurğuşun plombu kəsici alətlə kəsildiyindən dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı X1 X4 İdarəsinin rəisi tərəfindən xx xxxx 2017-ci il tarixdə təsdiq edilmiş hesabatdan görünür ki, Cavabdeh məxsus Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evində qaz işlədicilərindən 2 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0,4 m3/saat, orta günlük iş rejimi-6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, radiator sobasının maksimal saatlıq qaz sərfi 0,75 m3/saat, orta günlük iş rejimi-18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə, 16 litrlik su qızdırıcının maksimal saatlıq qaz sərfi 1,6 m3/saat, orta günlük iş rejimi-10 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin, cəmi 2871 kub metr olmaqla ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən Cavabdeh yaşadığı Quba rayonu, Vladimirovka kəndində yerləşən evə xx xxxxx 2017-ci il tarixdə qaz sayğacı quraşdırılmasını, tərəflər arasında “Qaz xxxxsı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx xxxxx 2017-ci il tarixli müqavilə bağlanmasını, həmin müqavilə üzrə “xxxx” (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı X1 X5) istehlakçını (Cavabdeh) keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq xxxx tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürməsini, lakin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iddiaçı təşkilata təbii qazdan istifadəyə görə 634,60 manat məbləğində borcu yaranmasını, həmin borcun 574,2 manat məbləğində hissəsinin xx xxxx 2017-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmasını müəyyən edərək ilk iddianı 60,4manat hissəsində təmin etmiş, qarşılıqlı iddianı istə tam təmin etmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, iş materiallarından görünür ki,**********03120 nömrəli abonentin saldosundan görünür ki, Cavabdeh 634,60 manat borcu vardır, həmin borcun 574,2 manat hissəsi xx xxxx 2017ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmışdır. İş materiallarından görünür ki, ilk iddia üzrə Cavabdeh Rüşti oğlu qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək xx xxxx 2017-ci il tarixli, ******* nömrəli aktının qanunsuz hesab olunaraq etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 2871 kub/metr, yəni 574,2 manat məbləğində pulun və “xəbərdarlıq məktubu” əsasında ona sayğacın dəyəri olaraq banka ödətdirmək istədikləri 91,21 manat məbləğində pulun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80№-li qərarı ilə təsdiq olunmuş “X3”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz xxxxsı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz xxxxsı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki işdə də işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının evində deyil, hasarın küçəyə baxan hissəsində quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz xxxxsı özü daşıyır. Qaz Sayğacının yerləşdiyi yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin İsmayıl Musayev tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Bu isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan, xx xxxx 2017-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 2871 kub/metr, yəni 574,2 manat məbləğində borcun hesablanması əsassız olduğu üçün həmin borcun silinməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgündür. Məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia tələbində cavabdehdən 634,60 manat borc tələb edilsə də, birinci instansiya məhkəməsi həmin borc məbləğinin 574,2 manat hissəsinin əsassız hesablanması nəticəsinə gəldiyindən cavabdehdən təbii qazın istifadəsiunə görə yaranmış 60,4 manat məbləğində pulun tutulması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, ilk iddia ərizəsi üçün ödənilmiş 20 manat dövlət rüsumundan 3 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, eləcə də əlavə olaraq 10 manat dövlət rüsumunun iddiaçı təşkilatdan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı “İddiaçı" İB əmr icraatı qaydasında məhkəməyə müraciət etmiş və 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdehin məhkəmə əmrindən verdiyi etiraz təmin olunaraq, işə iddia icraatı qaydasında baxılmışdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda, iddia ərizəsi verilərkən 30 manat məbləğində dövlət rüsumu tutulur. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yeni qaz sayğacına görə iddiaçının ödədiyi 91,21 manatın cavabdeh təşkilatdan alınaraq iddiaçıya qaytarılması barədə gəldiyi nəticədə də haqlı olmuşdur. “X3”nın 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz xxxxsının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cü bəndinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz xxxxsı tərəfindən həyata keçirilir. Göründüyü kimi, “X3”-nın 4.9-cu bəndinə görə qaz sayğacının dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) o halda istehlakçının vəsaiti hesabına həyata keçirilir ki, sayğacdakı zədələnmə istehlakçının təqsiri üzündən baş vermiş olsun. Əks halda, qeyd edilən Qaydaların 4.2-ci bəndinə görə məişət qaz sayğacı qaz xxxxsının vəsaiti hesabına dəyişilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(027)-757/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı İstehsalat Birliyinin apelyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(027)-757/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2895/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2895/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver