Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2898/2021 07.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(060)- 4759/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhəri 3 saylı notariat ofisinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. İşin məhkəmə baxışında İddiaçı vəkili X8 iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək işə mahiyyəti üzrə baxılıb həll edilənədək şəhid X3 şəhid olmasına görə ayrılmış təqaüd və müavinətlərin Cavabdeh1 ödənilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(060)-4759/2021 saylı qərardadı ilə İddiaçı vəkili X5 iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməmişdir (hakim T.C.Tanrıverdiyeva). Qərardaddan İddiaçı şikayət vermişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, 03 oktyabr 1992-ci il tarixdə oğlu X1 gedən şiddətli döyüşlər zamanı şəhid olmuş və şəhidlik zirvəsinə yüksəlmişdir. Bu illər ərzində Cavabdeh1 ilə hər hansı bir münasibəti olmamışdır. Sonradan məlum olmuşdur ki, o, başqa şəxslə ailə həyatı qurub və həmin şəxsdən də bir oğlan övladı da dünyaya gətirmişdir. Bu yaxınlarda məlum olmuşdur ki, Cavabdeh1 Sumqayıt şəhər 3 saylı notariat ofisinə müraciət edərək 03.10.1992-ci il tarixdə vəfat etmiş X6 22.01.2021-ci il tarixdə vərəsəlik işi açdırmış və miras əmlakın 1/3 hissəsinə dair 27.01.2021-ci il tarixdə Cavabdeh1, 18.02.2021-ci il tarixdə 1/3 hissəsinə dair anası İddiaçı və digər 1/3 hissəsinə dair atası-31.0.3.1983-cü il tarixdə vəfat etmiş X2 vərəsəsi arvadı İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Bu müddəanın geniş təfsiri ondan ibarətdir ki, həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsəyə keçən əmlak heç bir halda vərəsədən alına bilməz. Vərəsəlik hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları ilə daha ətraflı şəkildə qorunmaqdadır. Qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 mərhum oğlu Əvəz Sadıqovla rəsmi nikaha daxil olaraq ailə həyatı qursa da oğlu vəfat edən zaman yas mərasiminə gəlib iştirak etməmiş, nə də ondan sonra bir dəfə də olsun onlarla maraqlanmamışdır. Lakin buna baxmayaraq Sumqayıt şəhəri 3 saylı notariat ofisi bunları nəzərə almamış və mərhum oğlu X3 adına olan miras əmlakına dair Cavabdeh1 Vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. İddianın təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə sözügedən iddia tələbi üzrə məhkəmə qətnaməsi qəbul edilənədək, şəhid X3 şəhid olmasına görə ayrılmış təqaüd və müavinətlərin Cavabdeh1 ödənilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etməyinə baxmayaraq məhkəmə hazırki vəziyyətdə iş üzrə iddianı təmin etmə tədbirinin görülməsini zəruri hesab etməmişdir. Mübahisələndirilən 24 iyun 2021-ci il tarixli qərardaddan görünür ki, məhkəmə sadəcə olaraq qanunun normalarını sadalamış, lakin hazırkı hala onların tətbiqini heç cür izah etməmiş və mövqeyini əsaslandırmamışdır. Bu baxımdan hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı məhkəmə aktının qanuni və əsaslı olması ilə bağlı tələblərə də cavab verməməklə, tətbiq edilməli olan hüquq normasını düzgün müəyyənləşdirməmişdir, həm də mülki mühakimə icraatının fundamental və başlanğıc prinsiplərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 24 iyun 2021 -ci il tarixli, 2(060)- 4759/2021 saylı qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılıb həll edilənədək şəhid X3 şəhid olmasına görə ayrılmış təqaüd və müavinətlərin Cavabdeh1 ödənilməsinin qadağan edilməsi barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(060)-4759/2021 saylı qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 24.06.2021ci il tarixli, 2(060)-4759/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, iş üzrə İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(060)-4759/2021 saylı qərardadından verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər, eləcə də onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(060)-4759/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən 03.10.1992-ci il tarixdə vəfat etmiş X6 məxsus miras əmlakının 1/3 hissəsinə dair 27.01.2021-ci il tarixdə Cavabdeh1 verilmiş vərəsəlik hüququ haqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Ona görə də məhkəmə hazırki vəziyyətdə iş üzrə iddianı təmin etmə tədbirinin görülməsini zəruri hesab etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanunvericiliyə uyğun hesab edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə prosessual qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətlənirərək hesab edir ki, şikayətin dəlillərini birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(060)-4759/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Sumqayıt Şəhər Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(060)-4759/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2898/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2898/2021
07.09.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver