Məhkəmə qərarları › İş №2(105)-2919/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2919/2020

30.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2919/2020 30.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X5, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh, üçüncü şəxslər Quba rayonu Timiryəzev Bələdiyyəsinə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 5 saylı X4rşı torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddianın təmin edilməsi, Cavabdeh Quba rayonu Zizik kəndində yerləşən İddiaçı məxsus Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 485 nömrəli, xx xxxx 2018-ci il tarixli arxiv arayışında və Quba rayonu Timiryazev bələdiyyəsinin “X1 adlı siyahısı”nın 22-ci səhifəsində 286 nömrə qeyd edilmiş 0,10 ha torpaq sahəsində çıxarılması və həmin torpaq sahəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh, üçüncü şəxslər Quba rayonu Timiryazev Bələdiyyəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Quba rayonu Zizik kəndində yerləşən ona məxsus 0,10 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh Quba rayonu Zizik kəndində yerləşən ona məxsus Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 485 nömrəli, xx xxxx 2018-ci il tarixli arxiv arayışında və Quba rayonu Timiryazev bələdiyyəsinin “X1 adlı siyahısı”nın 22-ci səhifəsində 286 nömrə qeyd edilmiş 0,10 ha torpaq sahəsində çıxarılmasını və həmin torpaq sahəsinə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-ci il tarixdə Quba rayonu Zizik kəndində anadan olmuşdur. Quba rayonunda Aqrar İslahat keçirilən zaman torpaq sahəsi verilməmişdir. Bunun səbəbini öyrənmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edən zaman adına 0,10 ha həyətyanı torpaq sahəsinin olduğunu bildirmişlər. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 485 nömrəli, xx xxxx 2018-ci il tarixli arxiv arayışına əsasən 1991-1995, 1996- 2000-ci illərə aid təsərrüfatbaşına kitabdan çıxarışa əsasən adında 0,10 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə çıxarış alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X8 rayon şöbəsinə müraciət etmişdir. Şöbədən ona torpaq sahəsinə dair xəritədən çıxarış etdikdən sonra Hüquqların dövlət reyestrindən çıxarış verəcəyini bildirdilər. Timiryazev bələdiyyəsinə qeyd edilən torpaq sahəsinə dair xəritədən çıxarış verilməsini xahiş etsə də, bələdiyyə həmin torpaq sahəsini Cavabdeh tərəfindən istifadə edildiyini bildirmişdir. Qeyd edilən torpaq sahəsinin onun adına olmasında dair bələdiyənin adlı siyahısında da adı vardır. Quba rayonu Zizik kəndində yerləşən 0,10 ha torpaq sahəsinə dair adına çıxarış alınması üçün Cavabdeh qeyd edilən torpaq sahəsindən çıxarılması lazımdır ki, bunun üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı tələb etdiyi 0,10 ha torpaq sahəsi onun istifadəsində olan torpaq sahəsinə aid deyil, 1996-2000-ci illərdə islahat aparılarkən öz adına şəhadətnamə alaraq həmin torpaq sahəsini satmışdır. İddiaçı tələb etdiyi 0,10 ha torpaq sahəsi Quba rayonu Timiryazev bələdiyyəsi tərəfindən ona ayrılmış və Timiryazev bələdiyyəsinin həyətyanı torpaq sahəsinin adlı siyahısında 22-ci səhifəsində 286 saylı ilə qeyd edilmişdir. İddiaçı isə heç bir sübuta əsaslanmayan sənədlərə əsasən ona məxsus torpaqı mənimsəyərək satmaq fikrinə düşmüşdür. Əgər iddiaçının tələb etdiyi 0,10 ha torpağı onun tərəfindən zəbt etmişdirsə 20 il müddətində məhkəməyə müraciət edib həmin torpağı ondan tələb edərdi. Məhkəmə tərəfindən ona məxsus torpağın iddiaçının istinad etdiyi torpaq olmasını təstiq edən heç bir sənəd olmadığı halda məhkəmə qanunsuz və ədalətsiz qətnamə qəbul edərək onun adına arxiv arayışı və bələdiyyə sənədlərindən çıxararaq onun qanunla qorunan mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə tərəfindən aidiyyət məsələsinə diqqət yetirilməmişdir. Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi E.İ.Əlixanlı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iddia ərizəsinə uyğun izahat verib, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinin qanunsuz tutulmasına və könüllü çıxmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyildir, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx xxxx 2018-ci il tarixli, 485 nömrəli arayışından görünür ki, Quba RİHB-nın X3 Vahidi üzrə nümayəndəliyinin 1991-1995-ci illərə aid Zizik kəndi üzrə 12/1 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş İddiaçı 811/47 saylı təsərrüfatın başçısı olub, onun şəxsi istifadəsində 1994-cü ildə 0,10 həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin icra nümayəndəliyinin 1996-2000-ci illərə aid Zizik kəndi üzrə 14 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş İddiaçı 1274 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində, istifadəsində 1996-2000-ci illərə aid 0,10 ha torpaq sahəsi olduğu qeyd edilmişdir. İşə əlavə olunmuş Quba rayonu Timiryazev bələdiyyəsinin Quba rayon Vəkil Bürosuna ünvanlanmış xx xxxxx 2019-cu il tarixli 32 nömrəli məktubundan görünür ki, islahat zamanı Bələdiyyəyə təqdim olunmuş “X1 adlı siyahısı”nın 22-ci səhifəsində 286 nömrə ilə Zizik kənd sakini İddiaçı adına 0,0987 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Vətəndaş həmin torpağın kəndinə hansı hissəsində yerləşdiyini bilməmiş və torpaqdan heç vaxt istifadə etməmişdir. İndi isə onun göstərdiyi torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Ona görə də vətəndaş İddiaçı iddia etdiyi həyətyanı torpaq sahəsinə xəritədən çıxarış verilməsi mümkün olmamışdır. Həmin məktuba əlavə edilmiş “X1 adlı siyahısı”nın 22-ci səhifəsində 266 nömrə ilə İddiaçı adı qeyd olunmuş, ölçüsü isə 0,0987 hektardır. İşdə olan Quba RİHB-nın Alekseyevka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 1422 nömrəli arayışdan görünür ki, İddiaçı Quba rayonu Zizik kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx xxxxxxxx 2019-cu il tarixli, 1396 nömrəli arayışından görünür ki, Quba RİHBnın X3 Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Zizik kəndi üzrə 14 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş İddiaçı 1274 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 0,10 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Alekseyevka icra nümayəndəliyinin 2001-2005-ci illərə aid Zizik kəndi üzrə 16 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş İddiaçı 1403 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində, 0,10 ha torpaq sahəsi həyətyanı torpaq sahəsi olduğu yazılmışdır. Həmin icra nümayəndəliyinin 2006-2010-cu illərə aid Zizik kəndi üzrə 17 nömrəli təsərrüfatbaşına kitabda vətəndaş İddiaçı 1543 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində 0,10 ha həyətyanı torpaq sahəsi olduğu yazılmışdır. Quba RİHBnın Alekseyevka İƏD-si üzrə nümayəndəliyinin Zizik kəndinə aid 1996-2010-cu illər üzrə təsərrüfatbaşına kitablarda vətəndaş Cavabdeh adı aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Quba rayonu Timiryazev bələdiyyəsinin Quba Rayon Məhkəməsinə ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli 126 nömrəli məktubundan görünür ki, “X1 adlı siyahısı”nın 22-ci səhifəsində 286 nömrə ilə Zizik kənd sakini İddiaçı adı qeyd olunmuş, xəritədə 1237BB nömrəsi ilə göstərilmiş 0,0987 ha həyətyanı torpaq sahəsinin və qonşu torpaq sahələrinin də göstərildiyi xəritədən çıxarış göndərilmişdir. Həmin məktuba əlavə edilmiş “X1 adlı siyahısı”nın 22-ci səhifəsində 266 nömrə ilə İddiaçı adına qeyd olunmuş, xəritədə 1237BB nömrəsi ilə göstərilmiş 0,0987 ha həyətyanı torpaq sahəsinin və qonşu torpaq sahələrini xəritədən çıxarışı göstərilmişdir. Həmin çıxarışda 1237BB adı ilə işarələnmiş torpaq sahəsinin qonşu sərhədlərində 287A və 288A ilə işarələnmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X6 xx xxxx 2019-cu il tarixli məktubunda Cavabdeh adına Quba rayonu Zizik kəndində 0,23 ha JN- 1xx xxx 30304028 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Dövlət Aktı və Quba rayonu Zizik kəndində 0,10 ha JN-287A KOD 30304028 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə qeydə alındığı göstərilmişdir. Həmin məktuba əlavə olunmuş JN-287A KOD 30304028 nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin torpaq sahəsinin planı və ölçüsü adlı xəritəsində 287A ilə işarələnmiş sahənin qonşuluğunda 1237BB ilə işarələnmiş torpaq sahəsinin olması qeyd edilmişdir. İşə əlavə olunmuş “Fame PRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2019cu il tarixli 01/887 nömrəli mütəxəssis rəyindən görünür ki, “X1 Siyahısı”-nın 22-ci səhifəsində 286 nömrə ilə Zizik kənd sakini İddiaçı adına qeyd olunmuş, xəritədə 1237BB nömrəsi ilə göstərilmiş 0,0987 ha həyətyanı torpaq sahəsinin və qonşu torpaq sahələrinin xəritədən Çıxarışında torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələri elektron xəritə üzərində yoxlanılmış, adı çəkilən torpaq sahəsinin tam olaraq Cavabdeh tərəfindən hal-hazırda faktiki olaraq istifadə etdiyi müəyyən olunmuşdur. İddiaçı məxsus olan Quba rayonu Zizik kəndində yerləşən 0,0987 ha torpaq sahəsi tam olaraq Cavabdeh tərəfindən hal-hazırda faktiki olaraq istifadə edilir və bununla bağlı ekspertlərə heç bir sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, İddiaçı heç bir sübuta əsaslanmayan sənədlərə əsasən cavabdehə məxsus torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh ğlunun apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin bu iş üzrə xx xxx 2020-ci il tarixli 2(027)-171/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh, üçüncü şəxslər Quba rayonu Timiryəzev Bələdiyyəsinə və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 5 saylı X4rşı torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar