Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2922/2021 04.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X8 Tağızadənin sədrliyi və məruzəsi, X4 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçılar: İddiaçı və X3, Cavabdeh: X1 iştirakları ilə, İddiaçı və X2 Cavabdeh Agazada oğluna qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçı M.Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddia təmin edilməsi, iddiaçılar İddiaçı və X5 uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən Cavabdeh Ağazada oğlunun evinə köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı və X5 məhkəmədə iddia qaldıraraq onun həyat yoldaşı və uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən Cavabdeh Ağazada oğlunun evinə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar, X5 ilə 16.08.2013-cü ildə rəsmi nikahla ailə qurmuşlar və o, cavabdehin Şabran şəhəri 20 yanvar küçəsi 74 ünvanında yerləşən evinə gəlin köçmüşdür. Ər-arvad münasibətindən 07.02.2019-cu ildə Ürfan və 05.01.2021-ci ildə Zeynəbxanım adlı uşaqları olmuşdur. Qaynatası və qaynanası onu yola vermədikləri üçün aralarında münaqişələr olmuşdur və onlar onu evdən qovmuşdur. O, həyat yoldaşı və uşaqları ilə birlikdə kirayələrdə yaşayır. Başqa yaşayış yeri də yoxdur. Ona görə də o, həyat yoldaşı və uşaqları ilə birlikdə ünvan 2 ünvanında yerləşən Cavabdehn evinə köçürülməyi barədə məhkəmədə iddia qaldırmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı M.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsindən beş gün sonra ailədə olmuş söz-söhbətlə əlaqədar olaraq düşündü ki, məhkəməyə etdiyi müraciət artıqdır və həmən evə ailəsi ilə birlikdə köçməyə məhkəmə qaydasında yox, öz aralarında həll edilməli idi. Atası onların evdə yaşamasına etiraz etmir. Şabran Rayon Məhkəməsinin 2(031)-537/2021 saylı qətnaməsini ləğv olunması barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı M.Cavabdeh məhkəməyə ərizə verərək bildirdi ki, hazırda Şabran Rayon Məhkəməsinin qətnaməsindən razı olduğunu göstərmiş, verilmiş şikayətindən imtina etdiyi üçün geri qaytarılmasını və apellyasiya icraatına xitam verilməsini xahiş etdi. İddiaçı və Cavabdeh iş üzrə apellyasiya icraatına xitam verilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, şikayətdən imtina edilməsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi, iddiaçı M.Cavabdeh şikayətdən imtina etməsi qanuna zidd deyildir, digər şəxslərin maraqlarına toxunmur və buna görə də, onun şikayətdən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatı xitam olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 263, 369.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı X2 mənzilə köçürmə tələbinə dair iş üzrə apellyasiya icraatı xitam olunsun. Qərardad elan edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2922/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2922/2021
04.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver