Məhkəmə qərarları › İş №2(105)-2929/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2929/2021

03.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2929/2021 03.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı həyətyanı torpaq sahəsinin boşaldılıb özgənin qanunsuz sahibliyindən geri qaytarılması və tikintinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(027)-57/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2 və İddiaçı1 iddia ilə məhkəməyə müraciət edərək Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli qərarı əsasında JN-424F, KOD 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyət hüququ əsasında onların və X3 adına Quba rayonu, İ Nügədi kəndi ərazisində verilmiş 0,20 ha həyətyanı torpaq sahələrində Cavabdeh tikdiyi yaşayış evinin cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(027)-57/2020 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı həyətyanı torpaq sahəsinin boşaldılıb özgənin qanunsuz sahibliyindən geri qaytarılması və tikintinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, JN-424F, KOD 30319018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətində olan Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz olaraq özbaşına inşa edilmiş yaşayış evinin Cavabdehnın hesabına sökülməsi və iddiaçılara məxsus torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq iddiaçılara verilməsi qət edilmişdir (sədrlik edən, hakim Rahim Həsənov). Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2750/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Quba Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(027)-57/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2021-ci il tarixli, 2(102)-2969/2021 saylı qərarı ilə Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2750/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 izahatında göstərmişdir ki, iddiadan imtina edir, İddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh göstərdi ki, iddiaçı iddiadan imtina edir. Odur ki, iddiadna imtinanın qəbul edilərək işə xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası verilmiş ərizələri, iddiaçının və cavabdehin izahatını nəzərə alaraq, hesab edir ki, iddiaçının iddiadan imtina etmə barədə ərizəsi təmin edilməli, iddiadan imtina qəbul edilməklə Quba Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(027)-57/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Təqdim edilmiş ərizədən görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ərizədə göstərmişdir ki, iddiadan imtina edirlər. İddiadna imtinanın hüquqi nəticələri onlara aydındır. Odur ki, işə xitam verilməsini xahiş edirlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiadan imtina edildiyindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin müzakirəsinə zərurət qalmamışdır. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçının hüquqi varisi iddia tələbindən imtina etdiyi və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Quba Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(027)-57/2020 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 263-264, 267- 268, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı X1 hüquqi varisi X4 nümayəndəsi və vəkili X2 iddiadan imtinası qəbul edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddiadan imtinası qəbul edilsin. Quba Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(027)-57/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı həyətyanı torpaq sahəsinin boşaldılıb özgənin qanunsuz sahibliyindən geri qaytarılması və tikintinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi alındığı vaxtdan hesablanmaqla, 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar