Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2931/2021 21.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X12 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(012)-1173/2021 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X12 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən mənzilə onların istifadə hüququnun tanınması və mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-1173/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X12 məxsus Abşeron rayonu, Məmmədli kəndi ərazisindəki torpaq sahəsindəki evə köçürülməsi qət edilmiş,iddia tələbi iddiaçılar İddiaçı1 və İddiaçı2 Abşeron rayonu, Məmmədli kəndində yerləşən evə istifadə hüquqlarının tanınması hissəsində rədd edilmişdir. Hazırda maraqlarına toxunan şəxs X8 tərəfindən Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-1173/2021 saylı qətnaməsindən apellyasiya şikayətinə dair ərizəsi daxil olmuşdur. Eyni zamanda apellyasiya şikayətində göstərilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-1173/2021 saylı qətnaməsi onun maraqlarına toxunmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-1173/2021 saylı, 02.07.2021-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-1173/2021 saylı qətnaməsi X3 maraqlarına və hüquqlarına toxunduğu üçün onun tərəfindən maraqlı şəxs kimi həmin qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1173/2021 saylı, 02.07.2021-ci il tarixli qərardadının ləğv edilməsi və X8 tərəfindən verilən apellyasiya şikayətinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1173/2021 saylı, 26.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı1 şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinə mənzilə köçürülmə ilə bağlı iddia ərizəsi verərək göstərmişdir ki, 16 fevral 1998-ci il tarixli dövlət aktına əsasən onlara ümumilikdə 1,89 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq üzərində onun da hüququ olmuşdur. O, Daşkəsən rayonunda yaxın qohumunun qəyyumluğunda olmuş və bu yaxınlarda bilmişdir ki, atası İddiaçı1 16 fevral 1998-ci il tarixli dövlət aktına əsasən verilmiş torpağa dair çıxarış alaraq öz adına rəsmiləşdirmiş və sonradan 22 dekabr 2015-ci il tarixli X15 ilə X10 arasında bağlanmış AN-İN-0532676 nömrəli alğı-satqı müqaviləsinə əsasən 05.01.2016-cı il tarixdə DƏDRX tərəfindən verilən X10 adına çıxarış verilməklə satmışdır. O, 23.08.2015-ci il tarixdə ailə qurmuş və İddiaçı2 atasına məxsus Abşeron rayonu Məhəmmədi kəndində yerləşən 4 otaqlı mənzilə atasının razılığı ilə gəlin gətirmiş, özü isə həmin mənzildə doğulmuş və həmin mənzildə böyümüş, son 3 aya qədər də ailəsi ilə birlikdə həmin mənzildə yaşamış, hal-hazırda yoldaşının cehiz əşyaları da həmin mənzildə qalmaqdadır. Lakin atası cavabdeh tərəfindən o və ailə üzvü olan arvadı İddiaçı2, oğlu X11 həmin mənzildən qovaraq evdən çıxarmışdır. Bildirir ki, həmin mənzilin təmirinə onun qaynı X16 həm maddi, həmdə usta kimi kömək etmişdir. Atası onları qovandan sonra o, azyaşlı övladı ilə küçələrdə qalmışdır, qalmağa yeri yoxdur. Sosial vəziyyəti günü-gündən pisləşir. Qeyd edir ki, onun və ailə üzvlərinin həmin mənzilə yaşamaq, istifadə və həmin torpağa istifadə hüququ yaranmışdır. Həmin mənzilin yerləşdiyi torpaqda o öz qazancı ilə ev tikmiş, lakin yarımçıq qalmışdır, amma atası onu ümumiyyətcə həyətə yaxın buraxmır. Həmin mənzilin tikintisində işləmiş ustalar X17, X13, X18 şahid qismində məhkəmədə ifadə verməyə hazırdırlar. Qeyd edir ki, məhkəmə tərəfindən 3 mart 2021-ci il tarixli qətnamə ilə iddia tələbi qismən təmin olunaraq mənzilə köçürülmə hissəsində təmin olunmuşdur. X7 tərəfindən həmin qətnamə ilə bağlı apellyasiya şikayəti verilmişdir. Qeyd edir ki, həmin mənzilə X4 heç bir aidiyyatı olmadığına görə onun apellyasiya şikayəti geri qaytarılmalı idi. Hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli qərardadı əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Odur ki, o, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1173/2021 saylı, 02.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,50 ha torpaq sahəsini 22.12.2015-ci il tarixdə Abşeron rayonu 1 saylı Notariat Kontorunda alqı-satqı müqaviləsinə əsasən X2 Oktay Eldar oğlunundan almış, torpaq sahəsini Tamilla Nəhmətova Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmış və sonuncuya mülkiyyəti təstiq edən RX № ******* saylı çıxarış verilmiş, lakin 2(012)1173/2021 saylı mülki işə baxılan zaman iddiaçılar və cavabdeh tərəfindən bu hallar məhkəmədən gizlədilmiş, bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. X8 isə Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-1173/2021 saylı qətnaməsindən xəbər tutan kimi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X12 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən mənzilə onların istifadə hüququnun tanınması və mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Abşeron Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(012)-1173/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X12 məxsus Abşeron rayonu, Məmmədli kəndi ərazisindəki torpaq sahəsindəki evə köçürülməsi qət edilmiş, iddia tələbi iddiaçılar İddiaçı1 və İddiaçı2 Abşeron rayonu, Məmmədli kəndində yerləşən evə istifadə hüquqlarının tanınması hissəsində rədd edilmişdir. Qeyd edilən fərdi yaşayış evinin yerləşdiyi Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,50 ha torpaq sahəsi X15 tərəfindən 22.12.2015-ci il tarixdə, Abşeron rayonu 1 saylı Notariat Kontorunda alqı-satqı müqaviləsi əsasında X1, torpaq sahəsi Tamilla Nəhmətovanın adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və sonuncuya mülkiyyəti təstiq edən RX № ******* saylı çıxarış verilmişdir. Göründüyü kimi, qəbul edilmiş qətnamə ilə Tamilla Nəhmətovanın mülkiyyətində olan torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə iddiaçılar köçürüldüyündən qətnamə onun maraqlarına toxunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. AR MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(012)-1173/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 02 iyul 2021-ci il tarixli, 2(012)-1173/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı1 şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2931/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2931/2021
21.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver