Məhkəmə qərarları › İş №2(105)-2944/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2944/2020

13.11.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2944/2020 13.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh Xaçmaz şəhər X13 Mərkəzinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Xaçmaz şəhər X3rşı əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1650/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Xaçmaz şəhər X13 Mərkəzi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1650/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Xaçmaz şəhər X13 Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 07 saylı əmrinin ləğv edilməsi, İddiaçı Xaçmaz şəhər X13 Mərkəzinə “qazanxana maşinisti” vəzifəsinə bərpa olunması, məcburi iş buraxma müddəti üçün xx xxxx 2020-ci il tarixdən hesablanmaqla İddiaçı işə bərpa edildiyi günədək hər ay üçün əmək haqqının ödənilməsi qət qət edilmişdir. (hakim A.Sadıqov) Qətnamədən cavabdeh Xaçmaz şəhər X13 Mərkəzi apelyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz şəhər X13 Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 07 saylı əmrini ləğv edib onun Xaçmaz şəhər X1xana maşinisti vəzifəsinə bərpa olunması, məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il tarixdən Xaçmaz şəhər X6xana maşinisti vəzifəsinə qəbul olunmuşdur. Mərkəzin xx.xx.2020-ci il tarixli əmri ilə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Bu əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçı əlavə olaraq bildirmişdir ki, hazırda onun 65 yaşının tamam olmasına bir neçə ay qalmışdır və karantin dövründə onun Bakı şəhərinə getməsi mümkün deyildi. Bundan əlavə, ona rəhbərliyin qeyd olunan məruzəsi təqdim olunmayıb. Təqaüd yaşının tamam olmasına bir neçə ay qalmış onun işdən bu qaydada çıxarılması qanunsuz və əsassızdır. Əslində isə uzun müddətdir ki, idarələri təmirlə əlaqədar olaraq işləmir və iş fəaliyyətlərinin dayandırıldığı bir dövrdə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması əsassızdır. İşdən çıxarılan vaxta kimi onunla rəhbərlik arasında heç bir münaqişə olmamış, peşə fəaliyyətində həe hansı intizam tədbirinə məruz qalmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə cavabdeh Xaçmaz şəhər X13 Mərkəzi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassızdır. Birinci instansiya məhkəməsi işin faktiki hallarını, tərəflər arasında qarşılıqlı münasibətləri aydınlaşdırmadan, qətnamə çıxarmışdır. X8 (Xaçmaz rayon X13 Mərkəzi) Həmkarlar Təşkilatının xx xxxx 2020-ci il tarixli, 01 saylı protokolundan və qərardan müəyyən olunur ki, X4xana maşinisti vəzifəsində işləyən 2-ci qrup əlil İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbərliyinin 'müraciətinə məhəl qoymayaraq dəfələrlə əyani müayinəyə çağırılsa da, o heç bir səbəb göstərmədən getməkdən imtina etmiş, Mərkəzin nizam-intizam Qaydalarını pozduğuna görə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən öhdəsinə düşən vəzifələri yerinə yetirməmişdir. X8 xx xxxx 2020-ci il tarixli, 07 saylı əmridən çıxarışdan görünür ki, öhdəsinə düşən vəzifələri yerinə yetirmədiyinə görə X4xana maşinisti vəzifəsində çalışan İddiaçı xx xxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla xx xxxxxx 2009-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X8 19, 20, 21, xx xxx 2020-ci il tarixli aktlardan müəyyən olunur ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbərliyinin müraciətlərinə məhəl qoymayaraq əyani müayinəyə çağırılsa da, getməkdən imtina etmişdir. Bundan əlavə, iddiaçının işdən çıxması barədə əmr verilməsinə əsas səbəb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daxili nəzarət şöbəsinin xx xxxx 2020-ci il tarixli, **********9 saylı yazılı müraciəti olmuşdur. Sadalananlardan göründüyü kimi, iddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək vəzifələrini kobud surətdə pozmuşdur. Ona görə də iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-72-ci maddələrinə əsasən işdən çıxarılmışdır. Onun işdən çıxmasına kifayət qədər əsaslar olmuşdur və iddiaçı əmək funksiyalarını qəsdən pozmuşdur. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv olunmalı, iddia rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Xaçmaz şəhər X13 Mərkəzinin nümayəndəsi X12 şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Xaçmaz şəhəri X14 Həmkarlar Təşkilatının xx xxxx 2020-ci il tarixli, 01 saylı protokolundan və qərarından görünür ki, Xaçmaz rayon X1xana maşinisti vəzifəsində işləyən 2-ci qrup əlil İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbərliyinin müraciətinə məhəl qoymayaraq, dəfələrlə əyani müayinəyə çağırılsa da, o heç bir səbəb göstərmədən getməkdən imtina etdiyinə, Mərkəzin nizamintizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən öhdəsinə düşən vəzifələri yerinə yetirmədiyinə görə işdən azad edilməlidir. Yenə iş materiallarında olan Xaçmaz şəhər X13 Mərkəzi üzrə xx xxxx 2020-ci il tarixli, 07 saylı əmrdən çıxarışdan görünür ki, öhdəsinə düşən vəzifələri yerinə yetirmədiyinə görə Xaçmaz şəhər X1xana maşinisti vəzifəsində çalışan İddiaçı xx xxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla xx xxxxxx 2009-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Yenə də iş materiallarında olan Xaçmaz şəhər X13 Mərkəzinin 19, 20, 21, xx xxx 2020-ci il tarixli aktlarından görünür ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbərliyinin müraciətlərinə məhəl qoymayaraq əyani müayinəyə çağırılsa da, getməkdən imtina etmişdir. İşdə olan yazılı məruzədən görünür ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbərliyinin müraciətinə məhəl qoymayaraq dəfələrlə əyani müayinəyə çağırılsa da, o, heç bir izahat vermədən getməkdən imtina etmişdir. Yenə işdə olan əmək müqaviləsinin surətindən və digər sənədlərdən görünür ki, İddiaçı xx xxxxxx 2009-cu il tarixdə Xaçmaz şəhər X2xana maşinisti vəzifəsinə işə qəbul olunmuşdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Xaçmaz şəhər X13 Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 07 saylı əmrinə əsasən Xaçmaz şəhər X1xana maşinisti vəzifəsində çalışan İddiaçı ilə xx xxxxxx 2009-cu il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Buna əsas isə, onun əyani müayinəyə çağırılsa da, heç bir səbəb göstərmədən getməkdən imtina etməsi, bununla da guya Mərkəzin nizam-intizam qaydalarını pozması olmuşdur. Məhkəmə isə belə hesab etmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əsassız hesab edilməlidir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər. Eyni Məcəllənin 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. İstinad olunan maddənin dispozisiyasından göründüyü kimi, iddiaçının əyani müayinəyə getməkdən imtina etməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndində qeyd olunan hallara aid deyildir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, hazırda onun 65 yaşının tamam olmasına bir neçə ay qalıb və karantin dövrü onun Bakı şəhərinə getməsi mümkün deyildir. Bundan əlavə, ona rəhbərliyin qeyd olunan məruzəsi də təqdim olunmamışdır. Digər tərəfdən, qeyd olunan sənədlərdə işəgötürən orqan İddiaçı Mərkəzin nizamintizam qaydalarını pozduğunu qeyd etsə də, bu pozuntunun nədən ibarət olmasını göstərməmiş, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan hər hansı bir hüquq pozuntusuna yol verildiyi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Buna görə də həmin əsasla onun işdən çıxarılması barədə mübahisəli qərar ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə işə bərpa olunmalı və məcburi işburaxma müddəti üçün ona əmək haqqı ödənilməlidir. Başqa sözlə, İddiaçı iddiası əsaslıdır və bu iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına, habelə Əmək qanunvericiliyinin müddəalarına uyğundur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitutsiyasının 36-cı maddəsinin 3-ci hissəsinə əsasən fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq Paktın 6-cı maddəsinin 1ci bəndinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımlar atacaqlar. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Xaçmaz şəhər X3rşı əmrin ləğv edilməsi, işə bərpaolunma və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası tamamilə əsaslıdır və bu iddianın təmin edilməsi barədə məhkəmənin gıldiyi nəticə işin faktiki hallarına, o cümlədən əmək qanunvericiliyinin tələblərinə uyğundur. AR MPM-nin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, sübut edə bilmiş, cavabdeh təşkilat isə apelyasiya şikayətinə dair halları sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, qanunsuz əsaslarla işdən azad olunmuş iddiaçının əvvəlki iş yerinə bərpa edilməsinə dair qanuni qərar qəbul etmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X15 Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X16rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə də, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrəXaçmaz Rayon Məhkəməsinin 2(067)-1650/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1650/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar