Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2949/2020 18.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, X1, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-837/2020 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-837/2020 saylı qətnaməsi ilə (hakim E.A.Abdullayev) X1nun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilib, 15400 manat məbləğində əsas borc və həmin blorcu hesablanmış 1193,5 manat faiz borcu olmaqla, cəmi 16593 (on altı min beş yüz doxsan üç) manat pul, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidmət haqqı Cavabdeh tutularaq X1na verilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-837/2020 saylı qətnaməsinin qismən ləğv edilib, borc məbləğinin 7000 (yeddi min) manat olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2014-cü ilin əvvəllərindən kommersiya işləri ilə əlaqədar tanış olmuşdur. Cavabdeh özünü mebel sexinin sahibi kimi tanıtmışdır. Bir müddət sonra o, özünə məxsus olan obyektində mebelin yığılması, quraşdırılması ilə bağlı sifariş qəbul etdiyini bildirmişdir. xx xxxxxxx 2017-ci il tarixdə cavabdeh tərəfindən onun mənzilinə mebellərin quraşdırılması ilə bağlı razılığa gəlmişlər. Həmin gün cavabdeh beh alıb işə başlamışdır. Üst-üstə xx xxxxxxx 2017-ci il tarixdən 2018-ci ilin mart ayının ortalarına kimi cavabdeh ondan kreslo üçün – 1200 manat, stul və stol üçün 4400 manat, mətbəx mebeli üçün – ilkin olaraq 5000 manat, sonradan əlavə olaraq 2000 manat, yataq mebeli üçün 1800 manat pul almışdır. Sonuncu dəfə 2018-ci iln avqust ayında cavabdeh onun yanına gələrək guya 10 günə (avqust aynının axırına) işi tamamlayıb təhvil verəcəyini bildirmiş və son olaraq 4000 manat pul alaraq yoxa çıxmışdır. O, cavabdehin iş adamı olaraq səmimiliyinə inanaraq xx xxxxxxx 2017-ci il tarixdən 2018-ci ilin avqust ayının ortalarına kimi ona 18400 manat pul vermiş, cavabdeh isə söz vermişdir ki, mebelləri quraşdırıb saz vəziyyətdə ona təhvil verəcəkdir. Lakin, üzün müddət keçməsinə baxmayaraq o, bunu etməmişdir. Cavabdeh telefon zənglərinə cavab verməmiş və hal-hazırda onun harada olduğu ona məlum deyildir. O, müxtəlif bəhanələrlə öz işini görməkdən və ya onun verdiyi pulları geri qaytarmaqdan imtina edir. Göstərilən səbəbədən ağır vəziyyətə düşmüşdür. Ona görə də, cavabdehdən 18400 manat məbləğində əsas borcun, həmin ödənilməmiş əsas borca Azərbaycan Respublikası Mərkəzi bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə əsasən hesablanmış 1901 manat faizlərin, 30 manat ödənilmiş dövlət rüsumunun və 1 manat bank xidməti haqqının, cəmi 20332 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq noromalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, iddiaçıya 4500 manat pul qaytarmış və haz-hazırda onun iddiaçıya 7000 manat borcu qalmışdır. Həmin borcun ödənilməsinə etiraz etmir. Bu barədə o, məhkəməyə və iddiaçıya məlumat vermişdir. Lakin məhkəmə bunları nəzərə almamışdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, borc məbləğinin 7000 (yeddi min) manat olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək qətnamənin qismən ləğv edilib, borc məbləğinin 7000 (yeddi min) manat məbləğində müəyyən edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, tərəflərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, o, iddiaçının həyat yoldaşıdır. Cavabdeh özünü onlara mebel sexinin sahibi kimi təqdim etmişdir. Cavabdeh onun həyat yoldaşından müxtədlif vaxtlarda ümumilikdə, 18400 manat pul almışdır. Lakin aldığı pulun qarşılığında görməli olduğu işi tam olaraq yerinə yetirməmişdir. Cavabed söz verdiyi işdən yalnız yarımçıq mətbəx mebeli gətirmişdir. Digər işlərin heç biri görülməmişdir. Sonradan cavabdeh onun yoldaşına işlə əlaqədar Rusiyaya gedəcəyini biljdirmişdir. Onlar cavabdehlə əlaqə saxlaya bilmirdilər. Öncə qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 52.1, 1912.1 və 191.3-cü maddələrinə əsasən cavabdeh bu bapədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi cavabdeh məhkəmə iclasında yazılı ərizə təqdim edərək iddianı etiraf etmişdir. Mübahisənin mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, tərəflər arasında olan münasibətlər podrat münasibətləridir. Bu səbəbdən mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublkası Mülki Məcəlləsinin 752.1 və 752.2-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə veriri. Əgər əvəz edilən əşya hazırlanmışdırsa alqı-satqı qaydaları tətbiq edilir. Göründüyü kimi tərəflər arasında şifahi razılaşmaya əsasən cavabdeh iddiaçının mənzilinə mebellərin quraşdırılması, iddiaçı isə ona buna görə müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşlər. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 18400 manat pul ödənilmişdir. Cavabdeh isə işin cüzi qismini yerinə yetirmiş, qvalan hissə isə yerinə yetirilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 442, 445.2.2-ci maddələrində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditlorun isə borcludan vəzifəsinin icraasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Hazırda iddiaçı görülmüş işin məbləğini ödədiyi məbləğdən çıxaraq, qalan pulu cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsatini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi X1nun Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilib, 15400 manat məbləğində əsas borc və həmin blorcu hesablanmış 1193,5 manat faiz borcu olmaqla, cəmi 16593 (on altı min beş yüz doxsan üç) manat pul, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 1 manat bank xidmət hpaqqı Cavabdeh tutularaq X1na verilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-837/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-2949/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2949/2020
18.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver