Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2966/2021 06.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Lətifə Məhyəddin qızı Məmmədova və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə katibi X3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı cavabdehlərin özbaşına hərəkətlərinin qadağan edilməsi və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə məhkəmə ərazi aidiyyatının müəyyən edilməsi məsələsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ona qarşı özbaşına hərəkətlərinin qadağan edilməsi və Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsindəki 73 saylı evə uşaqları ilə birlikdə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2021-ci il tarixli, 2(004)- 3335/2021 saylı qərardadı ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı cavabdehlərin özbaşına hərəkətlərinin qadağan edilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin tələbinin təsiri altına düşdüyünə istinad olunaraq mülki iş aidiyyat üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin hakimi 29 iyun 2021-ci il tarixli, 2(060)-5614/2021 saylı qərardadı ilə digər məhkəmənin gəldiyi nəticə ilə razılaşmamış, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin tələbinin təsiri altına düşmədiyini və qeyd olunan maddədə evə köçürülmə barədə tələbin nəzərdə tutulmadığını göstərərək, mülki işin aidiyyat üzrə göndərilməsi üzrə gəlinmiş nəticəni əsaslı hesab etməmişdir. Hər iki məhkəmənin gəldiyi nəticələrdən müəyyən edilir ki, işə ərazi aidiyyatı üzrə hansı məhkəmə tərəfindən baxılması barədə fikir ayrılığı vardır. Azərbaycan Respublikası MPM-nin aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 32.3-cü madəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcələnin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, iddia cavabdehin rəsmi qeydə alındığı yerinə məhkəməsinə verilir. Göründüyü kimi, qanunvericilik iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi qaydasını müəyyən etmiş, eləcə də bu qaydadan kənara çıxan müstəsna aidiyyət qaydasını da nəzərdə tutmuşdur. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə görə də tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə predmeti mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulması ilə bağlı deyildir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Abdul qızı, Cavabdeh3 Abdül qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X2 ona qarşı özbaşına hərəkətlərinin qadağan edilməsi və Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsindəki 73 saylı evə uşaqları ilə birlikdə köçürülmələrindən ibarətdir. Sadalanan prosessual hüquq normaların tələblərindən göründüyü kimi iddia tələbi Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398- 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ona qarşı özbaşına hərəkətlərinin qadağan edilməsi və Hacı Zeynalabdin qəsəbəsi, Hacıbəyov küçəsindəki 73 saylı evə uşaqları ilə birlikdə köçürülmələrinə dair mülki iş aidiyyat üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2966/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2966/2021
06.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver