Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2985/2020 23.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçı: İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh1 azyaşlı övladları- Rəhimova Töfə Abdulla qızı və X3 ilə birgə onun mülkiyyətində olan ünvan 1 ünvanından (keçmiş R.Axundov küçəsi, ev 32) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Cavabdeh1 azyaşlı övladları- Rəhimova Töfə Abdulla qızı və X3 ilə birgə onun mülkiyyətində olan ünvan 1 ünvanından (keçmiş R.Axundov küçəsi, ev 32) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında (keçmiş R.Axundov küçəsi, ev 32) daimi pasport qeydiyyatındadır və faktiki olaraq orada yaşayır. Həmin ev AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin **********68- 10301 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış ilə onun xüsusi mülkiyyətindədir. Həmin evdə onunla birgə oğlu- X4 daimi pasport qeydiyyatındadır və faktiki olaraq orada yaşayır. xx xxxxxx 2000-ci il tarixdə Cavabdeh1 A.A.Rəhimov ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşdur, birgə nikahlarından xx.xx.2002-ci il təvəllüdlü X2, xx.xx.2005-ci il təvəllüdlü Rəhimova Töfə Abdulla qızı, xx.xx.2014-cü il təvəllüdlü X3 anadan olmuşdurlar. Cavabdeh1 və övladları - iş üzrə digər cavabdeh X2, Rəhimova Töfə Abdulla qızı, X3 onun evində qeydiyyatdadırlar. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(012)-170/2019 saylı qətnaməsi ilə Cavabdeh1 ilə A.A.Rəhimov arasında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh1 onun oğluna xəyanət etmişdir. Cavabdeh1 evdən çıxdıqdan sonra anasıgilə getmişdir. Hal-hazırda Cavabdeh1 və övladlarının ona məxsus olan evdə qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq həmin evdə yaşamırlar və Cavabdeh1 ilə övladlarının qeydiyyatı formal xarakter daşıyır. O, dəfələrlə cavabdehlərdən qeydiyyatdan çıxmalarını xahiş etsə də cavabdehlər israrla qeydiyyatdan çıxmaq istəməmişlər. Bundan əlavə Cavabdeh1 faktiki yaşadığı ünvanı barəsində də məlumat vermir, o, cavabdehin sadəcə olaraq kirayədə yaşadığını bilir. Mübahisə predmeti olan ev əvvəllər onun həyat yoldaşının adına olmuşdur. Hazırda Cavabdeh1 ilə övladlarının onun mülkiyyətində olan evdə qeydiyyatda olmaları mülkiyyətçi kimi onun hüquqlarını pozur. Bu səbəbdən o, Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət edib cavabdehlərin pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir. Abşeron rayon Polis İdarəsinin e28-32193R320 saylı xx.xx.2020-ci il tarixli cavab məktubu ilə onun xahişi təmin edilməmiş və bildirilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılmaları Polis İdarəsinin səlahiyyətinə aid olmadığından ərizənin müsbət həlli mümkün deyildir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəni həll edən norma Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarı ilə həll olunmalı idi. Ona görə ki, cavabdeh onun evinə 2000-ci ilin 25 noyabr tarixində gəlin gəlmişdir. Məhkəmə isə qətnamədə qeyd edir ki, həmin normaya istinad etmək olmaz və bu əsaslandıra bilməmişdir. Məhkəmə onun mülkiyyətçi kimi hüquqlarını pozmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(012)-2913/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, tərəflərin münasibətlərinin xx xxxxxxx 2009-cu il tarixdən yaranmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2019cu il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər X6 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 638 №-li arayışdan görünür ki, Cavabdeh2 həqiqətən Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsi, ev 138 ünvanında yerləşən evdə qeydiyyatdadır. İşə əlavə olan Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Xırdalan şəhər X6 üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-cü il tarixli, 662 №-li arayışdan görünür ki, Cavabdeh1 həqiqətən Xırdalan şəhəri, Əbdüləli Mürsəlov küçəsi, ev 138 ünvanında yerləşən evdə qeydiyyatdadır. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh1 xx xxxxxx 2000-ci il tarixdə iddiaçının oğlu A.A.Rəhimov ilə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş, ailə qurduğu gündən mübahisəli evə gəlin gəlmiş, iddiaçı tərəf cavabdehin həmin evdə yaşamasına və əşyalarını yerləşdirməsinə, onlarla birgə təsərrüfat idarə etməsinə şərait yaratmış, birgə nikah dövründə qaraj formasında olan tikili cavabdehin də əməyi sayəsində yaşayış evinə düzəldilmiş, bu hal məhkəmə iddiaçı tərəfindən də qəbul edilmiş, cavabdehin həmin evdə xx.xx.2002-ci il təvəllüdlü Hüsniyyə, xx.xx.2005-ci il təvəllüdlü Töfə və xx.xx.2014-cü il təvəllüdlü Murad adlı 3 övladı dünyaya gəlmiş, ki, həmin uşaqlardan yetkinlik yaşına çatmış xx.xx.2002-ci il təvəllüdlü X2 da cavabdeh qismində göstərilmiş və iddiaçıya məxsus bütün cehiz və digər əşyalar əvvəllər qaraj formasında olmuş, sonradan cavabdehin də əməyi sayəsində yaşayış evinə düzəldilmiş mübahisəli evdədir. Həmçinin, işin faktiki hallarından görünür ki, cavabdehlər Cavabdeh1 ilə A.A.Rəhimov arasında olan nikah xx xxxxxx 2019-cu il tarixdə pozulduqdan sonra Cavabdeh1 3 övladı ilə birlikdə mübahisli evi məcburi olaraq tərk edərək kirayə köçmüş və cavabdehlərin özlərinə məxsus yaşayış yeri yoxdur. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin iddaçıya məxsus mülkiyyət hüququnu təstiq edən xx.xx.2019-cu il tarixli çıxarışda göstərilən evdə qeydiyyatda olmalarına baxmayaraq, mübahisəli həyətdə bir neçə evin mövcud olması, cavabdehlər həmin həyətdə əvvəllər qaraj formasında olmuş, sonradan cavabdehin də əməyi sayəsində yaşayış evinə düzəldilmiş bir tikilidə uzun illər yaşaması tərəflər arasında yaranmış bu mübahisənin həllinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx xxxx 2001-ci il tarixli Qərarının tələbləri baxımından yanaşılması işin faktiki halları ilə uzlaşmır və bu cür yanaşma cavabdehlərin Azərbaycan Respublikası Konstitusiyası ilə qorunan mənzil hüquqlarının pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Cavabdehlərin mübahisəli mənzillə bağlı mülki hüquq münasibətəri xx xxxxxxx 2009-cu ildən əvvəl yarandığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinin tələbinə görə cavabdehlərin mübahisəli mənzillə bağlı hüququ xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 118 və 123-cü maddələrinin tələbləri baxımından qiymətləndirilməlidir. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 118ci maddəsinə əsasən xüsusi mülkiyyətində yaşayış evi (evin bir hissəsi) olan vətəndaşlar ondan şəxsən yaşamaq üçün və ailə üzvlərinin yaşaması üçün istifadə edirlər. Onlar həmin evə (evin bir hissəsinə), başqa vətəndaşları köçürmək, habelə onu icarəyə vermək hüququna malikdirlər. Vətəndaşa xüsusi mülkiyyət hüququ ilə məxsus olan yaşayış evinin (evin bir hissəsinin) sahəsi, otaqlarının və mərtəbələrinin sayı, habelə yardımçı xidmət binalarının (zirzəmi, anbar, hamam, mətbəx və s.) sahəsi məhdudlaşdırıla bilməz. xx xxxxxxx 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən çıxarılması Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarındakı hüquqi mövqe nəzərə alınmaqla həyata keçirilə bilər. Odur ki, məhkəmə kollegiyası iddiaçının məhkəmə tərəfindən maddi normanın düzgün tətbiq edilməməsinə dair gətirdiyi dəlili qəbul etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında təkrarən təstiq edir ki, xx.xx.2001-ci il tarixli qərarında olduğu kimi Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə etmək və mülkiyyət hüquqularının qanuni baxımdan hərtərəfli həllinə təminat verir. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ondan ibarətdir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Bu baxımdan Mülki Məcəlləsinin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən biri – mülki hüququ subyektlərinin hüquqularının və qanuni mənafelərinin müdafiə edilməsi mühüm əhəmiyyət kəsb edir. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli 2(012)-2913/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2985/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2985/2020
23.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver