Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3012/2020 25.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, Ərizəçi iştirak ilə Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(031)-956/2018 saylı qətnaməsindən iş üzrə maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 5 saylı X4 rəisi E.Hacıyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(031)-956/2018 saylı qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X3rşı hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi təmin olunub, Maraqlı şəxs1 aldığı ona Pirəbədil bələdiyyəsinin xx xxxxxx 2014-cü il tarixli, 02 saylı qərarı ilə Qorğan kəndində fərdi yaşayış evi tikmək üçün satılmış 0.10 hektar torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli yaşayış evinə Ərizəçi mülkiyyət hüququ üzrə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 5 saylı X4 rəisi E.Hacıyev apelyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(031)-956/2018 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildə Maraqlı şəxs1 ilə danışıb razılığa gəlməklə ona Pirəbədil bələdiyyəsinin xx xxxxx 2014-cü il tarixli 02 saylı qərarı ilə Qorğan kəndində fərdi yaşayış evi tikmək üçün satılmış 0.10 hektar torpaq sahəsini almışdır. Həmin vaxtdan torpaq sahəsi faktiki mülkiyyətində və istifadəsində olmaqla, həmin torpaq sahəsində bir mərtəbəli yaşayış evi tikmişdir. Alqı-satqıdan sonra mülkiyyət sənədi ala bilməmiş, hazırda da aldığı daşınmaz əmlakı mülkiyyətnə sənədləşdirə bilmir. Ona görə də Maraqlı şəxs1 aldığı ona Pirəbədil bələdiyyəsinin xx xxxxxx 2014-cü il tarixli, 02 saylı qərarı ilə Qorğan kəndində fərdi yaşayış evi tikmək üçün satılmış 0.10 hektar torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli yaşayış evinə onun mülkiyyət hüququ üzrə sahiblik, istifadə və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 5 saylı X4 rəisi E.Hacıyev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi xx xxxxxxx 2018-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 146.2, 178.1, 180.1, 180.2, 180.3, 240.1, 240.2 və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.3, 67.4, 68-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, qətnamədə göstərilən torpaq sahəsi üzərində Maraqlı şəxs1 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmadığından o sərəncam hüququna malik deyildir. Belə olan halda satıcı tərəf daşınmaz əmlak üzərində mülkiyət hüququna malik olmadığından həmin daşınmaz əmlaka sərəncam verə bilməzdi və bununla da üzərində mülkiyyət hüququ tanınmayan daşınmaz əmlak alqı-satqı predmeti ola bilməzdi. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi apelyasiya şikayətinə etiraz edib, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Xaçmaz 5 saylı Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən ərizəçinin izahatını dinləyib və iş materialları araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Pirəbədil bələdiyyəsinin xx xxxxxx 2014-cü il tarixli 02 saylı qərarından görünür ki, Maraqlı şəxs1 Şabran rayonu Qorğan kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün 0.10 hektar torpaq sahəsi verilmişdir. Şabran Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsinin xx xxxxx 2014-cü il tarixli rəydən görünür ki, Şabran Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq Şöbəsindən Şabran rayon Qorğan kənd sakini Hacıyev X2 bələdiyyəsinə məxsus torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair sənədlərə baxılmış və sənədlərə əlavə olunmuş situasiya sxeminə uyğun sahədən 1000 kvm torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon Şöbəsi tərəfindən verilmiş xx xxxxx 2014-cü il tarixli 136 saylı rəydən görünür ki, Pirəbədil bələdiyyəsinin mülkiyyətinə aid 1000 kvmvə ya 0.10 hektar torpaq sahəsinin Qorğan kənd sakini Maraqlı şəxs1 satılması ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi bildirir ki, həmin torpaq sahəsi Qorğan kəndi üzrə perspektiv inkişafı fondu torpağına aiddir və alqı-satqı predimeti olmaqla, İkeyfiyyət qruplu, 100 ballı torpaq sahəsidir. İş materiallarından görünür ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X3rşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə hüquqi faktın müəyyən edilməsi barədə məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmişdir. Apelyasiya şikayətindən məlum olur ki, maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 5 saylı X6 Pirəbədil bələdiyyəsinin xx xxxxxx 2014-cü il tarixli 02 saylı qərarı ilə Maraqlı şəxs1 Şabran rayonu Qorğan kəndi ərazisindən fərdi yaşayış evi tikmək üçün ayrılmış 0.10 hektar torpaq sahəsinin sonuncunun adına Dövlət qeydiyyatına alınmadığından alqı-satqı predmeti ola bilməməsini və üzərində sərəncam verə bilmək hüququnun olmamasını mübahisələndirmişdir. Göründüyü kimi hazırki iş üzrə xüsusi icraat qaydasında baxılan faktın müəyyən edilməsi tələbi ilə bağlı hüquq haqqında mübahisə var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi ilə bağlı tərəflər arasında mübahisə mövcud olması məhkəmə prosesində açıq-aşkar göründüyü halda, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq işə xüsusi icraat qaydasında baxmış və ərizənin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 259.0.10 və 306.4-cü maddələrinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı və maraqlı şəxslərə ümumi əsaslarla (iddia icraatı qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 263-264, 357, 362, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 5 saylı X4 rəisi E.Hacıyevin verdiyi apelyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(031)-956/2018 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X3rşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-3012/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3012/2020
25.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver