Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3014/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X14 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, Cavabdeh: Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsi ilə (hakim X.İ.Quliyev) iddianın təmin edilməsi, İddiaçı və bir nəfər ailə üzvü X3 mülkiyyətinə aid, 31 may 2019-cu il tarixli, **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və 31 may 2019-cu il tarixli, A seriyalı, 376205 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən Xaçmaz rayonunun Rəhimoba kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin Cavabdeh2 tərəfindən zəbt olunmuş 0,18 ha hissəsinin onun qanunsuz sahibliyindən alınaraq İddiaçı və bir nəfər ailə üzvünün istifadəsinə qaytarılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 may 2019-cu il tarixli, **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda və 31 may 2019-cu il tarixli, A 376205 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən Xaçmaz rayonunun Rəhimoba kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmuş 0,18 ha hissəsinin onların qanunsuz sahibliyindən alınaraq qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun və 1 nəfər ailə üzvünün mülkiyyətində yaşadığı Xaçmaz rayonunun Rəhimoba kəndi ərazisində 0,60 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə mülkiyyət hüququ 31 may 2019-cu il tarixdə ********** qeydiyyat nömrəli, **********43 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi ilə rəsmiləşdirilmişdir. Torpaq sahəsinin plan və cizgiləri 31 may 2019-cu il tarixli, A 376205 nömrəli sənədlə müəyyən edilmişdir. Onun torpaq sahəsi ilə qonşuluqda Cavabdeh1, habelə Cavabdeh2 və ailə üzvlərinin torpaq sahələri yerləşir. Onun və ailə üzvünün mülkiyyətinə aid cəmi 0,60 ha torpaq sahəsindən 0,24 ha hissəsi çatışmadığından o, 2017-ci ildə Xaçmaz Rayon Məhkəməsində qonşu torpaq sahəsinin mülkiyyətçiləri X17, X11 və X4rşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair iddia qaldırmış, həmin iddia tələbi Xaçmaz Rayon Məhkəməsinin 23 fevral 2018-ci il tarixli, 2(067)-30/2018 nömrəli qətnaməsi ilə qismən təmin olunaraq onun və oğlu Əziz Ridvanovun mülkiyyətində olan 0,60 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olan 592 kv.metr hissəsinin X17, X11 və X1suz istifadəsindən alınaraq ona və oğlu X5 qaytarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra, qətnamənin icrası zamanı müəyyən olunmuşdur ki, ona və ailə üzvünə məxsus 0,60 ha torpaq sahəsinin 0,18 ha hissəsindən həmin iş üzrə cavabdehlərin digər ailə üzvü olan hazırkı iş üzrə Cavabdeh2 qanunsuz istifadə edir. Belə ki, Velayevlər ailəsinə verilmiş Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən torpaq sahəsi 1,89 ha təşkil edir və həmin torpaq sahəsinə dair onların adına JN0021 seriyalı, 30207048 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Qeyd olunan torpaq sahəsi Cavabdeh2 və onun digər ailə üzvləri Yaşa, Dənaxan, Şəmistan, Şaxvələt və Aslan Velayevlərin ümumi mülkiyyətinə aid əmlak olsa da, hər bir mülkiyyətçi ayrı-ayrılıqda ümumi mülkiyyətlərinə aid torpaq sahəsini natura şəklində öz aralarında bölmüş və hər biri ayrı-ayrı həmin hissələrdən istifadə edirlər. Cavabdeh öz payına düşən hissə ilə birlikdə onun və ailə üzvünün mülkiyyətinə aid 0,18 ha torpaq sahəsini zəbt etmişdir. Cavabdeh2 könüllü olaraq onlara məxsus 0,18 ha torpaq sahəsindən çıxmadığına görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə bir sıra maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq olunmamaqla çıxarıldığından həmin qətnamə qanunsuzdur. Belə ki, İddiaçı ona və A.K.Məmmədova qarşı zəbt olunmuş torpaq sahəsinin geri alınması tələbinə dair iddiasına məhkəmədə baxılmalı deyil və iş üzrə icraata xitam verilməlidir. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli, 15 nömrəli qərarına əsasən ailə başçısı olan atası X10, onun və digər ailə üzvlərinin paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Rəhimoba kəndi ərazisindən 1,89 ha torpaq sahəsi verilmişdir. Həmin pay torpaq sahəsinə onların mülkiyyət hüquqları torpağa mülkiyyət hüququna dair JN-0021 seriyalı, 30207048 kodlu dövlət aktı ilə rəsmiləşdirilmişdir. Onların pay torpaq sahələri iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşsə də o, öz torpaq sahəsindən istifadə edir, iddiaçının torpaq sahəsini tutmamışdır. İddiaçı 2017-ci ildə məhkəmədə atası Y.Velayevə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırmış, iddia qismən təmin edilməklə 592 kv.metr torpaq sahəsinin atasi Y.Velayev, digər ailə üzvləri Ş.Velayev və Ş.Velayevin qanunsuz sahibliyindən alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməməklə Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 30.04.2019-cu il tarixli aktı ilə qanuni qüvvəyə minmiş qətnamə icra edilmiş və qətnamədə göstərilən torpaq sahəsi İddiaçı qaytarılmışdır. Məhkəmə eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təstiq olunması ilə əlaqədar iş üzrə icraatı xitam verilməlidir. Lakin birinci instansiya məhkəməsi bunu etməmişdir. Xaçmaz Rayon Məhkəməsinin bui ş üzrə çıxardıgı 21 may 2020-ci il tarixli 2(067)-163/2020 saylı qətnaməsini ləğv edib, iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, cavabdeh tərəfindən iddiaçıya məxsus olan torpağın qanunsuz istifadə və zəbt edilməsinin ekspert rəyi ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh S.Y.Velayevanın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-30/2018 saylı, 23 fevral 2018-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər X15, X6 və X1suz istifadəsində olan 592 kv.metr torpaq sahəsinin alınaraq İddiaçı və X5 qaytarılması qət edilmişdir. Məhkəmənin bu nəticəyə gəlməsinə səbəb Məhkəmə Ekspertizası Mərkəzinn 05 dekabr 2017-ci il tarixli, 24158 saylı rəyi olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(105)-2318/2018 saylı qətnaməsilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-30/2018 saylı, 23 fevral 2018-ci il tarixli qətnaməsi, AR Ali Məhkəməsinin isə 18 dekabr 2018-ci il tarixli, 2(102)-8454/2018 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli, 2(105)-2318/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan 31 may 2019-cu il tarixli, **********43 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı və oğlu X3 adına qeydiyyata alınmışdır. Yenə iş materiallarında olan 31 may 2019-cu il tarixli, A seriyalı, 376205 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair texniki göstəriciləri müəyyən edən sənəddən görünür ki, İddiaçı və oğlu Ə.İddiaçı mülkiyyətinə verilmiş, Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin plan və ölçüləri müəyyən edilmişdir. İşə əlavə olan torpağa mülkiyyət hüququna dair JN-0021 seriyalı, 30207048 kodlu dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 05 dekabr 1997-ci il tarixli, 15 saylı qərarına əsasən X15, X7, X6, X8, Cavabdeh2 Yaşayeviçin və X13 paylı olaraq mülkiyyətlərinə yaşadıqları Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisindən cəmi 1,89 ha pay torpaq sahəsi verilmişdir. İstinad dövlət aktının plan cizgisindən müəyyən olunur ki, 108 sayla qeyd edilmiş qonşu mülkiyyətçi İddiaçıdur və iddiaçı ilə cavabdehin və ailə üzvlərinin torpaq sahələri qonşu sərhədlərdə yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Xəyyam İsgəndərovun 24 fevral 2020-ci il tarixli, 30579 saylı rəyinin nəticə hissəsindən görünür ki, "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 31 may 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış sənədinə əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin zəbt edildiyi iddia olunan 0,18 ha hissəsi mülkiyyət sənədində və texniki göstəriciləri müəyyən edən sənəddə göstərilən ölçülər və cizgilər daxilində naturada mövcud olduğu müəyyən olunur. "xxxx" MMC-nin mütəxəssis rəyi ilə torpağa mülkiyyət hüququna dair JN-0021 seriyalı, 30207048 kodlu dövlət aktına əsasən Cavabdeh2 və ailə üzvlərinin mülkiyyətində olan Xaçmaz rayonunun Rəhimoba kəndi ərazisində yerləşən cəmi 1,89 ha torpaq sahəsi həmin torpaq sahəsinin mülkiyyət sənədində göstərilən ölçülər və cizgilər daxilində naturada mövcud olduğu müəyyən edilir. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası Əmalk Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 02.04.1999-cu il tarixli, AN 376205 nömrəli torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan əsas döngə nöqtələrinin koordinatları elektron xəritə üzərində yoxlanılmış, qeyd olunan koordinatların faktiki sahədən sürüşdüyü müşahidə edilmişdir. Qeyd olunanları nəzərə alaraq yuxarıda göstərilən torpaq sahəsinin sənəd üzrə göstərilən konfiqurasiyalarına uyğun konturları faktiki elektron xəritə üzərində otuzdurulmuş, bölgü layihəsinə əsasən İddiaçı məxsus 0,60 ha torpaq sahəsinin 0,18 ha hissəsinin faktiki olaraq Cavabdeh2 istifadəsində olduğu müəyyənləşdirilmişdir. Cavabdeh2 apellyasiya şikayətində bildirmişdir ki, İddiaçı 2017-ci ildə məhkəmədə atası Y.Velayevə qarşı zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması və dəymiş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırmış, iddia qismən təmin edilməklə 592 kv.m torpaq sahəsinin atası və digər ailə üzvləri qanunsuz sahibliyindən alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Xaçmaz rayon İcra və Probasiya şöbəsinin 30 aprel 2019-cu il tarixli aktı ilə qətnamə icra edilmiş və qətnamədə göstərilən torpaq sahəsi İddiaçı qaytarılmışdır. Odur ki, iddiaçının hazırkı iddia tələbinə məhkəmədə baxılmalı deyildir və iş üzrə icraata ona aid hissədə xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təstiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 İddiaçı cavabdehlər Y.S.Velayevə və qeyrisinə qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki iş üzrə çıxarılmış 23 fevral 2018-ci il tarixli 2(067)-30/2018 saylı qətnamədə tərəf olmamışdır, həmin qətnamədə Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsini zəbt edib-etməməsi məsələsinə baxılmamış və işə baxılarkən bu məsələ mübahisə predmeti olmamışdır. Odur ki, məhkəmə kollegiyası bu hissədə hazırkı iş üzrə icraata xitam verməsi üçün əsasın olmaması barədə birinci instansiya məhkəməsi gəldiyi nəticəni düzgün hesab edir. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə araşdırma zamanı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 özünün və bir nəfər ailə üzvünün mülkiyyətinə aid Xaçmaz rayonunun Rəhimoba kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin 0,18 ha hissəsini qanunsuz olaraq zəbt edərək istifadə etməsi və həmin torpaq sahəsini könüllü olaraq qaytarmır. Cavabdeh2 öz etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus torpaq sahəsini hər hansı ölçüdə tutmamış, onun və ailə üzvlərinin pay torpaq sahələri iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşsə də o, öz torpaq sahəsindən istifadə edir. Göründüyü kimi, bu zaman İddiaçı üzərinə Cavabdeh2 özünün və bir nəfər ailə üzvünün mülkiyyətinə aid Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin 0,18 ha hissəsini qanunsuz olaraq zəbt edərək istifadə etməsi və həmin torpaq sahəsini könüllü olaraq qaytarmamasını sübutetmə yükü düşür. Əksinə olaraq Cavabdeh2 üzərinə İddiaçı məxsus torpaq sahəsini hər hansı ölçüdə tutmaması, onun və ailə üzvlərinin pay torpaq sahələri iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşsə də o, öz torpaq sahəsindən istifadə etməsini sübutetmə yükü düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq «affirmanti, non neganti» incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uygun qənaətlərin həmmövcudlugundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (68). Eyni zamanda «Qazarov Bolqarıstana qarşı iş üzrə» 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (93). İddiaçının izahatı və iş materiallarında olan ekspert rəyi ilə müəyyən olunmuşdur ki, iddiaçıya və bir nəfər ailə üzvünə məxsus Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində yerləşən 0,60 ha torpaq sahəsinin 0,18 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə olunur. Məhkəmə tədqiqatı zamanı Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsini hər hansı ölçüdə tutmadıgını, onun və ailə üzvlərinin pay torpaq sahələri iddiaçının torpaq sahəsi ilə qonşuluqda yerləşsə də öz torpaq sahəsindən istifadə etdiyini göstərsə də öz etirazının əsası kimi istinad etdiyi halları sübut edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və həmin hallar aparılmış məhkəmə tədqiqatı zamanı öz təstiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutuldugu hallar istisna olmaqla, paylı mükiyyətdir. Həmin Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələb irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Xaçmaz rayonunun Rəhim-oba kəndi ərazisində 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 31 may 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla iddiaçıya məxsus olması işin mübahisəsiz halıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat sənədlərinə əsasən İddiaçı məxsus olan torpaq sahəsinin bir qismindən Cavabdeh2 tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Odur ki, iddiaçı belə bir iddia sürməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 21 may 2020-ci il tarixli 2(067)-163/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3014/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3014/2021
15.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver