Məhkəmə qərarları › İş №2(105)-3018/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3018/2020

20.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3018/2020 20.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan maraqlı şəxslər X12 və X6, X6 vəkili X3 iştirakı ilə, Ərizəçi mərhum atası X16 miras qalmış Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi, 25 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evinə münasibətdə mirasın onun tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə 0,06 ha həyətyanı torpaq sahəsinə və 1962-ci ildə tikilmiş yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə ərizəsinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 355/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan maraqlı şəxslər X12 və X13 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-355/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) ərizə təmin olunmuş, X16 miras qalmış Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi, 24 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evinə münasibətdə mirasın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş, qətnamənin X16 miras qalmış Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi, 24 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evinə Ərizəçi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona müvafiq mülkiyyət və texniki sənədlərin verilməsi üçün əsas olması qət edilmişdir. Qətnamədən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunanmaraqlı şəxslər X12 və X13 apelyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və mübahisəli əmlakların miras kimi onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi, 24 ünvanda yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən yaşayış evi mərhum atası X23 məxsus olmuş, onun xx.xx.1995-ci ildə vəfatından sonar, həmin mülk miras qalmışdır. Qeyd olunan əmlakın mərhum atasına məxsus olması Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının verdiyi xx.xx.2016-cı il tarixli, 953 saylı arxiv arayışı və DƏDRX-nin xx.xx.2018-ci il tarixli məktubu ilə təsdiq olunur. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının verdiyi xx.xx.2016-cı il tarixli, 953 saylı arxiv arayışından görünür ki, Böyük Vətən Müharibəsi əlili olan atası X23 Xaçmaz şəhər ZDS-nin İcrayə Komitəsinin xx.xx.1951-ci il tarixli, 05 nömrəli qərarı ilə torpaq sahəsi ayrılmışdır. Habelə, DƏDRX-nin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, ünvan 3 Sovxoz küçəsi) 24 ünvanda X23 məxsus həyətyanı torpaq sahəsi və 1962-ci ildə tikilmiş yaşayış evi vardır. X1 xx.xx.1994-cü ildə, yəni atasının vəfatından təxminən bir il əvvəl vəfat etmişdir. Valideynlərinin birgə nikahlarından Mirziyə, Məmmədşah, Gülşən və o, anadan olmuşlar. Mirziyə, Məmmədşah və Gülşən vəfat etmişlər və onlardan kimsə mirasa iddialı olmamışdır. O, atasının vəfatından sonra ondan miras qalmış mülkdə yaşamaqla faktiki olaraq mirası qəbul etmişdir. Yuxarıda göstərildiyi kimi miras onun tərəfindən faktiki olaraq qəbul edilmişdir və buna görə də bu fakt məhkəmə tərəfindən təsdiq edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunan maraqlı şəxslər X12 və X13 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, mübahisəli evdə doğulmuş və fasiləsiz burada yaşamışlar. Onlar qanun üzrə vərəsələr kimi işə cəlb edilməmişlər. Mübahisəli əmlak mərhum babaları X23 məxsus olmuşdur. O, 1995-ci ildə vəfat etdikdən sonra isə mirası oğlu-yəni onların ataları Məmmədşah Kərimov qəbul etmiş, evdə təmir-tikinti işləri aparmış, torpağa dair vergiləri və digər ödənişlər ödəmişdir. Dəfn xərclərini tək özü çəkmişdir. M.Kərimov 11 may 200-ci ildə vəfat etmiş, onun vəfatılndan sontra isə mirası onlar faktiki qəbul etmişlər. Bu miras əmlakın bibiləri Ərizəçi heç bir aidiyyatı yoxdur. Göstərilənlərə əsasən iddia rədd olunmalı olduğu halda, məhkəmə ərizəni qanunsuz olaraq təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə hüquq və vəzifələrinə toxunanmaraqlı şəxslər X12 və X13, o cümlədən X6 vəkili X9 apelyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin rədd olunması barədə qətnamə çıxarılmasını xahişetdilər. İş üzrə Ərizəçi, maraqlı şəxslər AR ƏMDK yanında DƏDRX-nin 5 saylı X31 və Xaçmaz rayon Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Ərizəçi məhkəmə kollegiyasına məktub göndərərək xəstə olması səbəbindən məhkəmə iclasına gələ bilmədiyini, onun iştirakı olmadan məhkəmə iclasının keçririlməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə ərizəçinin və adları qeyd olunan maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Xaçmaz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Xaçmaz şəhərində anadan olmuşdur və Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi ev 24-də qeydiyyatdadır. Onun atası X26, anası X5r. Yenə iş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, X26 ilə X10 xx.xx.1949-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Yenə də iş materiallarında olan Xaçmaz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, X10 xx.xx.1994-cü il tarixdə vəfat etmişdir. İşdə olan Xaçmaz rayon Qeydiyyat Şöbəsinin xx.xx.2016-cı il və xx.xx.2018-ci il tarixli arayışlardan görünür ki, X26 xx.xx.1995-ci il tarixdə, X17 xx.xx.2015-ci il tarixdə, X24 xx.xx.2017-ci il tarixdə, X18 xx.xx.2000-ci il tarixdə vəfat etmişlər. Yenə işdə olan yaşayış evinin texniki pasportun surətindən görünür ki, Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 24 X21 adına qeydə alınmışdır. Yenə də işdə olan Xaçmaz şəhər İƏD nümayəndəsinin xx.xx.2018-ci il tarixli, 308 saylı arayışından görünür ki, X11 şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 24-də yaşamış və xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ailə tərkibi olaraq Ərizəçi qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının verdiyi xx.xx.2016-cı il tarixli, 953 saylı arxiv arayışından müəyyən olunur ki, X23 Xaçmaz şəhər ZDS-nin İcrayə Komitəsinin xx.xx.1951-ci il tarixli, 05 nömrəli qərarı ilə torpaq sahəsi ayrılmışdır. Yenə iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Kərimov İslam xx xxxxxx 1985-ci ildə doğulmuşdur və atası X18, anası X4r. İşdə olan xx xxxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X2 şəhəri, Ü.Hacıbəyov küçəsi ev 24-də ailəsilə birlikdə (arvadı və iki uşağıyla) yaşayır. İşə əlavə olunmuş 446191 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx xxxx 1994-cü il tarixdə ölmüşdür. İşdə olan 717673 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 2015-ci il tarixdə ölmüşdür. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərinizahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, Ərizəçi mərhum atası X16 miras qalmış Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi, 25 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evinə münasibətdə mirasın onun tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə 0,06 ha həyətyanı torpaq sahəsinə və 1962-ci ildə tikilmiş yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə ərizəsi baxılmamış saxlanılmalıdır. İşdən görünür ki, Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək atasından miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsini, bu əmlak üzərində onun mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Məhkəmə Ərizəçi ərizəsini təmin edərkən işin hallarına, habelə Mülki Məcəllənin 1133.1, 1145, 1146, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1159.1.4, 1159.1.5, 1159.2, 1159.3, 1159.4, 1159.5, 1160, 1166, 1243.2, 1243.3 və 1255-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 306.4.-cü maddəsinə görə, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. İşdən göründüyü kimi, Ərizəçi miras qalmış və onun tərəfindən faktiki olaraq qəbul edilmiş mübahisəli evə və həyətyanı torpaq sahəsinə dair özünün mülkiyyət hüququnun müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmə də işə xüsusi icraat qaydasında baxaraq ərizəni təmin etmişdir. Bununla belə, işdən göründüyü kimi, iş üzrə maraqlı şəxslər, yəni mərhum X21 nəvələri (mərhumun övladı Kərimov Məmmədşahın oğulları)həmin qətnamədən apelyasiya şikayəti verərək, işə məhkəmədə düzgün baxılmamasını, mirasın ərizəçi tərəfindən deyil, onların mərhum ataları, ondan sonra isə özləri tərəfindən qəbul edilməsini, bununla da işə dair mübahisənin olduğunu göstərmişlər. Beləliklə də, işə məhkəmə kollegiyasında baxılarkən mübahisəli yaşayış evinin və həyətyanı torpaq sahəsinin miras kimi qəbul edilməsinə dair hüquq haqqında mübahisə olduğu müəyyən olundu və buna görə də məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən prosessual hüquq normasının tələbinə əsasən hazırkı işə xüsusi icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yenə həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-355/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, Ərizəçi qızının hazırkı ərizəsi baxılmamış saxlanılmalı, ona ümumi əsaslarla iddia vermək hüququnun olması izah edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264, 306, 384.0.4 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-355/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunsun. Ərizəçi mərhum atası X16 miras qalmış Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi, 25 ünvanında yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış evinə münasibətdə mirasın onun tərəfindən qəbul edilməsi faktını müəyyən etməklə 0,06 ha həyətyanı torpaq sahəsinə və 1962-ci ildə tikilmiş yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar