Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-302/2021 19.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İşə cəlb edilməyən, lakin qətnamə ilə hüquq vəvəzifələrinə toxunan şəxs Maraqlı şəxs vəkili və nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-3084/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən işə cəlb edilməyən, lakin qətnamə ilə hüquq vəvəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 2(027)-3084/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında xx xxxx 2004-cü il tarixdə 0,80 ha torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi qət edilmişdir. (hakim X.Tağıyev) Qətnamədən işə cəlb edilməyən, lakin qətnamə ilə hüquq vəvəzifələrinə toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)- 3084/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Vəliyev X4 Xavər Səttər qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xx xxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər onun yaxın tanışlarıdır. Söhbət əsnasında onlara Quba şəhərində boş torpaq sahəsi almaq istədiyini bildirmişdir. Onlar Quba şəhəri ərazisində 1,00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğunu, həmin torpaq sahəsinin 0,80 ha hissəsini satmaq istədiklərini ona bildirmişlər. Onlar birlikdə gedib həmin torpağa baxdıqda, o, həmin torpaq sahəsini bəyənib almağa razılıq vermiş, qiymətini razılaşıb, alqı-satqını rəsmiləşdirmək istədikdə vərəsəlik məsələsi ortaya çıxmışdır. Ona görə də, öz aralarında xx xxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsi yazıb 0,80 ha torpaq sahəsinin pulunu Zeynalovlara vermiş, cavabdehlər isə torpaq sahəsini ona təhvil vermişlər. Həmin vaxtdan hal-hazıra kimi o, torpaq sahəsindən təyinatı üzrə istifadə edir. O, torpağı cavabdehlərdən satın aldıqdan və bir müddət keçdikdən sonra, dəfələrlə müraciət edib alqı-satqını notariat qaydasında rəsmiləşdirməyi tələb etsə də, cavabdehlər hər dəfə şəxsiyyət vəsiqəsi ilə əlaqədar sənədlərində problem olduğunu bildirib alqı-satqını rəsmiləşdirməkdən yayınmışlar. O, cavabdehlərin bu əməliyyatdan yayınmasını araşdırıb onların 0,80 ha torpağa xx xxxxx 2016-cı il tarixdə mülkiyyətlərini təsdiq edən reyestrdən çıxarış aldıqlarını müəyyən etmiş, onlara alqı-satqı müqaviləsini rəsmiləşdirməyi yenidən təklif etmişdir. Onlar isə Rəşd Zeynalovun hara getdiyini bilmədikləri üçün vərəsəlik məsələsini həll edə bilmədiklərini göstərmiş, alqı-satqı müqaviləsini nötarial qaydada rəsmiləşdirməkdən boyun qaçırmışlar. Ona görə də, öz aralarında bağladıqları xx xxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır və bu iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Maraqlı şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işi araşdırarkən həqiqəti müəyyən etməmiş və işi hərtərəfli araşdırmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi bir sıra maddi və prosessual hüquqların pozulması ilə çıxarılmışdır. Belə ki, o, Quba rayon notariat kontorunda tərtib və təsdiq olunmuş xx xxxx 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quba rayon X5 xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı ilə JN 444 saylı, 30301004 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətinə verilmiş Quba şəhərindəki 1,0 ha torpaq sahəsini almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında öz adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar almışdır. 2014-cü ildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona qarşı məhkəmədə iddia qaldıraraq həmin alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsini xahiş etmişlər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsilə bu iddia təmin edilməmişdir. Həmin qətnamə qüvvədə olduğu halda, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanunsuz yolla 14 il əvvəlki tarixlə, yəni - xx xxxx 2004-cü il tarixlə həmin torpaq sahəsindən 0,80 ha hissəsinin İddiaçı satılması barədə saxta alqısatqı müqaviləsi yazaraq, həmin alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə X8 vasitəsilə 2018-ci ildə məhkəmədə iddia qaldırmışlar və məlum qətnamə ilə bu iddia təmin edilmişdir. Həmin qətnamə əsasında İddiaçı 0,80 ha torpaq sahəsinə dair öz adına reyestrdən çıxarış almışdır. Bu qətnamədən açıq-aşkar görünür ki, hər iki tərəf məhkəməni aldatmış və məhkəmədə yalan izahatlar vermiş, həmin torpaq sahəsi ilə əlaqədar Zeynalovlarla onun arasında olan əvvəlki məhkəmə qətnamə və qararlarının olmasını gizlətmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin son qətnaməsi ilə həmin torpaq sahəsinə dair mübahisənin sonda onun xeyrinə həll olunaraq həmin qətnamə qüvvədə olmaqla mübahisə edilən torpaq sahəsinin mülkiyyətçisi sonda o, olduğu halda, onu hazırkı iş üzrə tərəf kimi göstərməmişlər. Quba Rayon Məhkəməsinin ilkin və sonradan ləğv edilmiş xx xxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən mübahisəli torpaq sahəsinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 öz adlarına çıxarış aldıqları halda, xx xxxx 2004-cü il tarixli alqı- satqı müqaviləsinin məhkəmə qaydasında etibarlı hesab edilməsinə heç bir lüzum qalmırdı, tərəflər həmin torpaq sahəsini notariat kontorunda məhkəmədən kənar qaydada İddiaçı adına alqı-satqı qaydasında rəsmiləşdirə bilərdilər. Qətnamədən görünür ki, tərəflər arasında heç bir narazılıq olmamışdır. Bu faktlar onu təsdiq edir ki, İddiaçılə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında 0,80 ha torpaq sahəsinin satılmasına dair tərtib olunmuş əqd həmin tarixlə son illər onların arasındakı mübahisələr onun xeyrinə həll edildikdən sonra tərtib olunmuşdur. Bu barədə ekspertiza təyin edilərsə, bu faktı ekspertiza da təsdiq edə bilər. Həmin torpaq sahəsi 2005-ci ildən, yəni aldığı vaxtdan ona təhvil verilmişdir və hal-hazıra kimi onun istifadəsindədir. Orada əkin əkdirir və torpaq vergisini də o, ödəyir. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia təmin olunmamalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında işə cəlb edilməyən, lakin qətnamə ilə hüquq vəzifələrinə toxunan şəxs Maraqlı şəxs vəkili və nümayəndəsi X9 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İş üzrə İddiaçı, habelə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. İş üzrə Cavabdeh1 öldüyü üçün ona aid hissədə icraata xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan torpağa mülkiyyət hüququna dair JN-444 saylı, 30301004 kodlu dövlət aktının surətindən görünür ki, X1 və 4 nəfər ailə üzvünə (cavabdehlər) Quba rayon AİK-nin xx xxx 2000-ci il tarixli, 05 saylı qərarı ilə 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Yenə işdə olan AZ 070101 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx xxxxxx 2000-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş xx xxxx 2004-cü il tarixli əlyazma alqı-satqı müqaviləsindən görünür ki, Vəliyev X4 Xavər Səttər qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 JN- 444 saylı, 30301004 kodlu dövlət aktı ilə məxsus olan 1 ha torpaq sahəsinin 0,80 ha hissəsini dəyərini ödəməklə almışdır. Müqavilə adları qeyd edilən şəxslər tərəfindən imzalanmışdır. İş materiallarında olan RX ******* saylı, xx xxxxx 2015-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, Quba şəhərində 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyəti kimi qeydə alınmış, Cavabdeh2 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdır. Yenə iş materiallarında olan RX ******* saylı, xx xxxxxx 2019-cu il tarixli reyestrdən çıxarışdan görünür ki, Quba şəhərində 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin işdə olan xx xxxxxx 2016-cı il tarixli, 2(105)- 1657/2016 saylı qətnaməsindən görünür ki, cavabdeh Maraqlı şəxs apelyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(027)-1931/2014 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Maraqlı şəxs qızına qarşı alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab olunması barədə iddiaları təmin edilməmişdir. İşə əlavə olunmuş RX ******* saylı, xx xxxxx 2014-cü il tarixli reyestrdən çıxarışdan görünür ki, Quba şəhərində 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Maraqlı şəxs qızının adına qeydə alınmışdır. Yenə işə əlavə olunmuş RX ******* saylı, xx xxxxx 2014-cü il tarixli reyestrdən çıxarışdan görünür ki, Quba şəhərində 0,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Maraqlı şəxs qızının adına qeydə alınmışdır. İşdə olan xx xxxxxx 2020-ci il tarixli məlumatdan görünür ki, Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixdə ölmüşdür. Yenə də işdə olan xx xxxxxx 2021-ci il tarixli, 16 saylı arayışdan görünür ki, Cavabdeh1 ölümündən sonra, Quba Regional “ASAN Xidmət” mərkəzindəki notariat ofisində mərhumun adına hər hansı vərəsəlik işi açılmamışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia təmin olunmamalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, X1 və 4 nəfər ailə üzvünə (cavabdehlər) Quba rayon AİK-nin xx xxx 2000-ci il tarixli, 05 saylı qərarı ilə 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə torpağa mülkiyyət hüququna dair JN-444 saylı, 30301004 kodlu dövlət aktı tərtib edilmişdir. X3 xx xxxxxx 2000-ci il tarixdə ölmüşdür. xx xxxx 2004-cü il tarixdə hazırkı mülki iş üzrə tərəflər, yəni İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 sadə formada əlyazma alqı-satqı müqaviləsi tərtib etmişlər. Həmin əqddən görünür ki, Vəliyev X4 Xavər Səttər qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 JN-444 saylı, 30301004 kodlu dövlət aktı ilə məxsus olan 1.00 ha torpaq sahəsinin 0,80 ha hissəsini dəyərini ödəməklə almışdır. Müqavilə adları qeyd edilən şəxslər tərəfindən imzalanmışdır. RX ******* saylı, xx xxxxx 2015-ci il tarixli reyestrdən çıxarışla Quba şəhərində 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyəti kimi qeydə alınmış, Cavabdeh2 adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdır. Hazırda bu əqdə istinad edərək, Vəliyev X4 Xavər Səttər qızına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı xx xxxx 2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, yuxarıda göstərilmiş məhkəmə qətnaməsi qəbul edilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin işdə olan xx xxxxxx 2016-cı il tarixli, 2(105)- 1657/2016 saylı qətnaməsindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Zeynalov X2 Aybəniz Hüseyn qızına qarşı xx xxxx 2005-ci il tarixli, 4-ə-217 saylı alqı-satqı müqaviləsinin və xx xxxxx 2014-cü il tarixli reyestrdən çıxarışların etibarsız hesab olunması barədə iddia qaldırmışlar. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(027)-1931/2014 saylı qətnaməsilə bu iddia təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsilə bu qətnamə dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin xx xxxxx 2016-cı il tarixli qərarı ilə qeyd edilən qətnamə ləğv edilmiş və iş apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmış və nəhayət, Sumqayıt Apelyasiya Məhkəməsinin işdə olan xx xxxxxx 2016-cı il tarixli, 2(105)-1657/2016 saylı qətnaməsilə cavabdeh Maraqlı şəxs apelyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(027)-1931/2014 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Maraqlı şəxs qızına qarşı alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab olunması barədə iddiaları təmin edilməmişdir. Başqa sözlə, hazırda mübahisəli torpaq sahəsinə dair Maraqlı şəxs adına olan xx xxxxx 2014-cü il tarixli reyestrdən çıxarış qüvvədədir. Hazırkı iş üzrə cavabdehlər isə bu faktı bilə-bilə xx xxxxxx 2018-ci il tarixli məhkəmə iclasında İddiaçı onlara qarşı qaldırdığı iddianı qəbul etdiklərini bildirmiş, bu barədə ərizə yazmış, məhkəmə isə həm cavabdehlərin iddianı qəbul etdiklərinə görə, həm də tərəflər arasında tərtib edilmiş xx xxxx 2004-cü il tarixli alqı-satqı barədə əqdə istinad edərək iddianı təmin etmişdir. Lakin, yuxarıda da qeyd edildiyi kimi, hazırkı iş üzrə məhkəmə qətnaməsi qəbul edilərkən mübahisəli torpaq sahəsinə dair Maraqlı şəxs adına olan xx xxxxx 2014-cü il tarixli reyestrdən çıxarış qüvvədə idi və belə olan halda, onun mülkiyyətində olan torpaq sahəsinin bu şəkildə İddiaçı mülkiyyətinə verilməsi qüvvədə olan mülki qanunvericliyə tamamilə ziddir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Yuxarıda da qeyd edildiyi kimi, İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edən zaman mübahisəli torpaq sahəsi Maraqlı şəxs mülkiyyətində olmuşdur. Bu torpaq sahəsini o, cavabdehlərdən xx xxxx 2005-ci il tarixli, 4-ə-217 saylı alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir və belə olan halda, İddiaçı onlarla guya xx xxxx 2004-cü ildə bağladıqları əqdin etibarlı hesab edilməsi barədə tələbi əsassızdır. Mübahisəli torpaq sahəsi xx xxxx 2005-ci ildən özgəninkiləşdirildiyindən və həmin alqı-satqı müqaviləsi məhkəmə qaydasında qanuni hesab edildiyindən bu tarixdən əvvəlki tarixlə əmlaka dair əqd bağlanması və onun yenidən məhkəmə qaydasında etibarlı hesab edilməsi həm Maraqlı şəxs mülkiyyət hüquqlarının, həm də mülki dövriyyənin prinsiplərinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. İstinad olunan maddi hüququ normalarından da göründüyü kimi mülkiyyət hüququ hər bir mülkiyyətçiyə münasibətdə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Hazırkı halda da, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində Maraqlı şəxs mülkiyyət hüququ toxunulmazdır və bu torpaq sahəsilə bağlı İddiaçı qaldırdığı iddia təmin oluna bilməz. Sadalanan hallara məhkəmə düzgün qiymət verməmiş, heç bir əsas olmadan başqasının mülkiyyəində olan 0,80 ha torpaq sahəsinə dair tərəflər arasında imzalanmış əqdin etibarlı hesab edilməsi barədə qanunsuz nəticəyə gəlmişdir. Bundan əlavə, mübahisələndirilən qətnamədən görünür ki, iddianı təmin edərkən işə baxan məhkəmə əsas hüquq norması kimi AR Mülki Məcəlləsinin xx.xx.2005-ci il tarixinədək qüvvədə olan 335.2-ci maddəsində istinad etmişdir. Həmin maddəyə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Maddənin məzmunundan göründüyü kimi məhkəmənin əqdi etibarlı sayması üçün əsas dispozitiv şərt müqavilə üzrə tərəflərdən birinin əqdi tamamilə və ya qismən icra etməsi, digər tərəfin isə həmin əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırmasıdır. İşdən görünür ki, iş üzrə cavabdehlər məhkəmə baxışı zamanı iclasda iştirak edərək yazılı ərizə təqdim edib iddianı etiraf etmiş, təmin edilməsinə etiraz etməmişlər. Başqa sözlə, iddiaçı ilə cavabdehlər arasında əslində mübahisənin olması, onların əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırması işin faktiki hallarından görünmür. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iclasında iştirak edib(mərhum Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq iddianı qəbul etdiyini bildirmişdir) iddianı etiraf edənədək notariat kontoruna gedib əqdi bağlamaq üçün cavabdehlərə mane olan hallar mövcud olmamışdır. Belə olan halda, işə baxan məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığı kimi, maddi hüquq normasının pozulması ilə müşayət edildiyi üçün əsaslı hesab edilə bilməz. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs şikayətinin dəlillərini sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün Maraqlı şəxs tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumu İddiaçı onun xeyrinə tutulmalı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu isə onun özünə aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-3084/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı alqısatqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Apelyasiya şikayətinin verilməsi üçün Maraqlı şəxs tərəfindən ödənilmiş 10,40 manat dövlət rüsumu İddiaçı onun xeyrinə tutulsun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu isə İddiaçı özünə aid olunsun. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-302/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-302/2021
19.02.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver