Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-306/2022 01.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı «ABŞERON CİTY-2014» Mənzil Tikinti Koopertaivinin Cavabdeh qarşı “mənzil tikintisi haqqında müqavilənin və maliyyə arayışlarının ləğv edilməsi, ödənilmiş vəsaitin geri qaytarılması və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(012)-1110/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(012)-1110/2021 saylı qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia qismən təmin olunaraq, İddiaçı ilə Cavabdeh arasında mənzil tikintisi haqqında bağlanmış 16 noyabr 2018-ci il tarixli, 000728 nömrəli müqavilənin ləğv edilməsi, Cavabdeh İddiaçınə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi, 5-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 57,35 kv.metrdən ibarət, 2 (iki) otaqlı, 26 nömrəli mənzilindən çıxarılması, İddiaçınə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi, 5-ci binasının, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzili digər müştəriyə satıldıqdan sonra, Cavabdeh tərəfindən ödənilmiş 12.428 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən Cavabdeh geri qaytarılması qət edilmiş, iddia digər hissədə təmin edilməmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(012)-1110/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerləşən İddiaçı MTK-ya məxsus yaşayış kompleksinin 5-ci binasının 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzilə dair 16 noyabr 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin və bütün maliyyə arayışlarının ləğv edilməsi, Cavabdeh İddiaçınə məxsus yaşayış kompleksinin 5-ci binasının, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzildən çıxarılması, həmin mənzilin digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 12.428 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə Cavabdeh geri qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, İddiaçınə dəymiş 30.000 manat məbləğində maddi və 30.000 manat mənəvi ziyanın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə gedişatında İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerləşən İddiaçınə məxsus yaşayış kompleksinin 5-ci binasının, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzilə dair 16 noyabr 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin və bütün maliyyə arayışlarının ləğv edilməsi, Cavabdeh İddiaçınə məxsus yaşayış kompleksinin 5-ci binasının, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzildən çıxarılması, həmin mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş 12.428 manat məbləğində vəsaitin 10 faizi saxlanılmaq şərti ilə qalan hissəsinin Cavabdeh geri qaytarılması, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, İddiaçınə dəymiş 50.000 manat məbləğində maddi və 50.000 manat mənəvi ziyanın Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında Abşeron Rayon İcra Hakimiyyəti başçısının 495 saylı, 11.10.2014-cü il tarixli sərəncamına əsasən Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında inşa edilən iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus yaşayış kompleksinin 5-ci binasının, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzilə dair 16 noyabr 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə bağlanmışdır. Müqavilənin 3.3, 3.4. 3.5 və 3.6-cı bəndlərinə əsasən mənzilin ümumi dəyəri 39.005 manat, ilkin ödəniş 9.200 manat, aylıq ödəniş 828 manat, kreditin müddəti 36 ay təşkil edir. Müqavilənin 3.5-ci bəndində göstərilən öhdəlik Cavabdeh tərəfindən lazımınca yerinə yetirilmədiyi üçün cavabdehin 01.05.2021-ci il tarixə 21.610 manat məbləğində borcu yaranmışdır. Bununla yanaşı, müqavilənin 5.2-ci bəndinə əsasən cavabdehə 6.210 manat məbləğində dəbbə pulu hesablanmışdır. Borcun və dəbbə pulunun ödənilməsi məqsədi ilə cavabdehlə telefon vasitəsi ilə dəfələrlə əlaqə saxlanılmasına və cavabdehə MTK tərəfindən 19 saylı, 03 noyabr 2020-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, qeyd edilən borc məbləği və dəbbə pulu ödənilməmişdir. Bu səbəbdən 16 noyabr 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilə vaxtından əvvəl ləğv edilməlidir. Həmçinin cavabdehdə qalan bütün maliyyə arayışları ləğv edilməklə yanaşı ödənilmiş 12.428 manat məbləğində vəsait ona geri qaytarılmalıdır. İddiaçı yaşayış kompleksində çoxmərtəbəli binaların inşasının davam etdirilməsi - cavabdehin (payçıların) ödənişindən birbaşa asılıdır. Cavabdehdən (payçılardan) qrafik əsasında vəsait daxil olmadığı halda, lazımi mal-materialların alınması mümkün olmur. Nəticədə isə binalarda tikinti işləri iflic vəziyyətə düşür və Mənzil Tikinti Kooperativi maddi və mənəvi ziyana məruz qalır. Bundan başqa, müqavilə bağlandığı müddətdən bu günə qədər manatın iki dəfə devalvasiyası baş vermişdir. Göründüyü kimi, Cavabdeh öhdəliyini yerinə yetirmədiyindən Mənzil Tikinti Kooperativini maddi və mənəvi ziyan dəymişdir və onun əvəzi də cavabdehdən tutulmalıdır. Cavabdehin müqavilənin şərtini pozması əhəmiyyətli pozuntu sayılır ki, bunun da nəticəsində iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Buna görə də sözügedən müqavilə və bütün maliyyə arayışları vaxtından əvvəl ləğv edilməlidir. Həmçinin, qeyd edilən müqavilənin 5.5-ci bəndinə görə “payçı” tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirildikdə və ya aylıq ödəniş 2 ay ərzində ödənilmədikdə Mənzil Tikinti Kooperativinin “payçı”ya rəsmi xəbərdarlıq təqdim etmək şərti ilə bu müqaviləni vaxtından əvvəl ləğv etmək hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərti ilə “payçı”nın ödədiyi məbləğ ona qaytarılır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisəni düzgün araşdırmamışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2018-ci il tarixli, 000728 nömrəli mənzil tikintisi haqqında müqavilənin onun üzərinə düşən öhdəliyini daima yerinə yetirməyə çalışmış və buna qismən də olsa nail ola bilmişdir. Lakin sonradan “COVİD-19” pandemiyası başladıqdan sonra, ödəmələrdə gecikmələr baş vermiş və onun İddiaçı MTK-ya 2000 (iki min) manat borcu yaranmışdır. Həmin vaxt həm şirkətin sədrinə və şirkətin vəkilinə borcundan 1200 (min iki yüz) manat vermək istəmiş, lakin onlar pulu qəbul etməmişlər. Daha sonra, məhkəmədən əvvəl də, sonra da 4000 (dörd min) manat sözügedən şirkətin sədrinə və vəkilinə verməyi təklif etmiş, yenə də vəsait qəbul olunmamışdır. İddiaçı ona göndərdiyi 03.11.2020-ci il tarixli, 19 saylı xəbərdarlıq məktubundan sonra da o, şirkətə olam borcdan 4000 (dörd min) manat ödəmək istəmiş, lakin nəticəsi olmamışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2018-ci il tarixli, 000728 nömrəli mənzil tikintisi haqqında müqavilənin 4-cü maddəsinə əsasən müqavilə üzrə mübahisənin danışıq yolu ilə mövcud vəziyyəti nəzərə alaraq yaranmış borcu hissə-hissə də olsa qəbul etmələrini qarşı tərəfdən xahiş etsə də, bu da nəzərə alınmamışdır. Bundan əlavə, onun şirkətə son ödədiyi pul vəsaiti 11.08.2019-ci il tarixdə olmuşdur. Lakin müqavilənin 5.5-ci bəndində göstərilir ki, 2 ay ərzində problemlər həll olunmazsa “Şirkətin” “Payçıya” rəsmi bildiriş vermək şərti ilə bu müqaviləni vaxtından əvvəl pozmaq hüququ vardır. Hansı səbəbdənsə, şirkət müqavilə şərtlərini özü kobud surətdə pozaraq, təxminən iki il sonra, hazırkı tələblə 2021-ci ilin avqust ayında məhkəməyə müraciət etmişdir. Halbuki o, dəfələrlə yaranmış borcu sildirmək məqsədi ilə şirkətin rəhbərliyi ilə danışıqlara getmiş, borcunu verməyə çalışmışdır. Ona məlum olmayan səbəblərdən qarşı tərəf razılığa gəlməmiş və nəticədə ondan külli miqdrada pul vəsaiti qoparmaq, eyni zamanda artıq 20000 (iyirmi min) manata təmir etdiyi və hazırda yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 5-ci binasının, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzili əlindən almaq üçün məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, yarımçıq qətnamə çıxarmışdır. Buna görə də qətnamə ləğv edilməlidir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. Mülki işin materiallarından olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış AC 000728 nömrəli, 16 noyabr 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilədən görünür ki, İddiaçı inşa etdiyi Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şosesi, 5-ci blok, 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 57,35 kv.metr ibarət, 2 otaqlı 26 saylı mənzili Cavabdeh təhvil verməyi, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş mənzilin ümumi dəyəri olan 39.005 manat məbləğində pul vəsaitini İddiaçınə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.4, 3.5 və 3.6-cı bəndlərinə görə payçı ilkin ödəniş kimi 9.200 manat, hər ay 828 manat olmaqla 36 ay müddətinə mənzilin dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. Yenə iş materiallarında olan 7 ədəd maliyyə araşlarından müəyyən edilir ki, Cavabdeh tərəfindən 11.08.2019-cu il tarixinədək İddiaçınə cəmi 12.428 manat məbləğində ödəniş edilmişdir. Yenə də iş materiallarından olan, İddiaçı tərəfindən verilmiş 26 may 2021-ci il tarixli, 50 nömrəli arayışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi ünvanında yerləşən İddiaçınə məxsus yaşayış kompleksinin 5-ci binanın 4-cü mərtəbəsində yerləşən 2 otaqlı 26 saylı mənzilə dair 16 noyabr 2018-ci il tarixli mənzil tikintisi haqqında müqavilənin şərtlərinə əsasən Cavabdeh qeyd edilən mənzilə görə 01.05.2021-ci il tarixə 21.610 manat məbləğində kəsir borcu yaranmışdır. Eyni zamanda, Cavabdeh öhdəliklərini (aylıq borclarını tam və vaxtlı-vaxtında) yerinə yetirmədiyi üçün ona MTK tərəfindən 6.210 manat məbləğində dəbbə pulu hesablanmışdır. Belə ki, Cavabdeh tərəfindən sonuncu ödəniş (828 manat) 11.08.2019-cu il tarixdə edilmişdir. Mənzilin ümumi dəyəri 39.005 manat təşkil edir. Bu günə Cavabdeh tərəfindən 12.428 manat məbləğində ödəniş edilmişdir. MTK-ya ümumi borcu 26.577 manat təşkil edir. İşə əlavə edilmiş 03 noyabr 2020-ci il tarixli, 19 nömrəli xəbərdarlıq məktubunun surətindən və ona əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 16.641 manat məbləğində borcun ödənilməsi, əks təqdirdə aidiyyəti qurumlara müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6.-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmamış hissəsinin iddiaçı tərəfindən mübahisələndirilməməsini, cavabdehin apellyasiya şikayətinin dəlillərinin qətnamənin iddianın qismən təmin olunmuş hissəsinin ləğv edilməsinə yönəldiyini və mübahisə predmetinin bölünməz olmamasını nəzərə alıb, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, yəni cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(012)-1110/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 16 noyabr 2018-ci il tarixli, 000728 nömrəli mənzil tikintisi haqqında müqavilə bağlanmış, cavabdeh müqavilə ilə müəyyənləşdirilmiş məbləği iddiaçıya ödəməyi, iddiaçı isə müqavilədə müəyyən edilmiş mənzili cavabdehə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, cavabdeh müqavilə ilə mənzilin müəyyən edilmiş ümumi dəyəri olan 39.005 manatın 9.200 manat hissəsini ilkin olaraq nağd, qalan məbləği isə 36 ay müddətinə hər ay 828 manat hissə-hissə ödəməklə mənzilin tam dəyərini ödəməyi öhdəsinə götürsə də, 11.08.2019-cu il tarixinədək cəmi 12.428 manat məbləğində ödəniş etmişdir. Bundan sonra, iddiaçı MTK tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh müqavilənin şərtlərini pozmuş, aylıq ödənişləri tam ödəməmişdir. Hazırda İddiaçı müqavilə şərtləri cavabdeh tərəfindən pozulduğuna görə tərəflər arasında bağlanmış müqavilənin və maliyyə arayışlarının ləğv edilməsini, cavabdehin mənzildən çıxarılmasını, mənzil digər müştəriyə satıldıqdan sonra cavabdeh tərəfindən ödənilmiş məbləğin 10 faizi saxlanılmaqla qalan məbləğin cavabdehə ödənilməsini tələb edir. İşdən görünür ki, mübahisəli mənzil alıcıya təqdim edilmiş, Cavabdeh hətta orada təmir işləri apardığını qeyd etmişdir. Tərəflər arasında imzalanmış müqavilənin 6.1-ci maddəsinə görə müqavilə imzalandığı andan qüvvəyə minir və tərəflər öhdəliklərini yerinə yetirənə kimi qüvvədədir. İşin təhlili onu göstərir ki, tərəflər arasında yaranmış münasibətlər nisbətən də olsa podrat münasibətlərinə uyğun gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Yenə həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Mülki Məcəllənin 421.1-ci maddəsinin tələblərinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Yenə həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yenə də həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Qeyd olunan hüquq normalarının tələblərindən də görünür ki, müqavilənin ləğvinə onu bağlayan tərəflərin razılığı xaricində yalnız müqavilə əhəmiyyətli dərəcədə pozulduqda və ya şərait əhəmiyyətli dərəcədə dəyişdiyi halda yol verilir. İş materiallarından görünür ki, cavabdeh E.Z.Əlizadə müqavilə üzrə aylıq ödəmə barədə MTK qarşısında öz üzərinə öhdəlik götürmüş, lakin dövri olaraq ödəməli vəsaiti MTK-nın hesabına keçirməmişdir. Bununla da E.Z.Əlizadə tərəfindən müqavilə əhəmiyyətli dərəcədə pozulmuşdur. Mülki Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Yenə həmin Məcəllənin 424.4-cü maddəsinin tələblərinə görə əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə görə payçı aylıq ödənişi 5 gündən artıq gecikdirdikdə, mənzilin aylıq ödəniləcək məbləğindən hər gecikdirilmiş gün üçün 1% məbləğində cərimə tətbiq olunur. Həmin müqavilənin 5.5-ci bəndinə görə bu müqavilənin 5.1, 5.2 və 5.3-cü bəndlərində qeyd olunan hallar baş verərsə “payçı” mənzilin yeni qiymətlə almaqdan və cərimə ödəməkdən imtina edərsə, üzvlükdən çıxmaq istəyərsə və ya onun tərəfindən ardıcıl iki ay ərzində aylar üzrə müəyyən edilmiş ödəniş 10 gündən artıq müddətdə gecikdirilərsə və ya aylıq ödəniş 2 ay ərzində ödənilməzsə “şirkətin” “payçıya” rəsmi bildiriş vermək şərtilə bu müqavilənin vaxtından əvvəl pozmaq hüququ vardır. Bu halda müqavilə ilə sənədləşdirilmiş mənzil, digər müştəriyə satıldıqdan sonra ödənilmiş məbləğin 10 faizi saxlanılmaq şərti ilə “payçı”nın ödədiyi məbləğ ona qaytarılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh müqavilə ilə müəyyən edilmiş mənzilin dəyərini təşkil edən 39005 manat məbləğində pul vəsaitindən İddiaçınə cəmi 12428 manat ödəniş etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış mənzilin tikintisi barədə 16 noyabr 2018-ci il tarixli, 000728 saylı müqavilənin şərtləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan birinci instansiya məhkəməsinin, tərəflər arasında bağlnmış mənzilin tikintisi haqqında müqavilənin ləğv edilməsinə və İddiaçınə məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Masazır-Novxanı şossesi, 5-ci binasının, 4-cü mərtəbəsində yerləşən 2 otaqlı, 26 saylı mənzili digər müştəriyə satıldıqdan sonra, Cavabdeh tərəfindən ödənilmiş 12.428 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən Cavabdeh geri qaytarılmasına dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bundan başqa, işdən görünür ki, MTK mübahisəli mənzilin boşaldılması barədə də tələb irəli sürmüşdür. Tərəflər arasındakı 16 noyabr 2018-ci il tarixli müqavilə ləğv edildiyindən və müqavilə üzrə icra edilmiş ödənişlər Cavabdeh qaytarıldığından, mübahisəli mənzil də boşaldılaraq MTK-ya qaytarılmalıdır. İddianı bu hissədə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına və maddi hüquq normalarına tamamilə uyğundur. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Mənzilin təmirinə 20000 manat pul xərcləməsi barədə şikayətin dəlili əsassızdır, çünki bu hal, tərəflər arasındakı müqavilənin ləğv edilməməsi üçün əsas deyildir. Mənzilin dəyərini tam ödəmədən onun təmirinə külli miqdarda vəsait xərclənməsi məntiqsidir, digər tərəfdən cavabdehin bunu təsdiq edən sübutları əlavə etməklə məhkəmədə iddia qaldırmaq hüququ vardır. Müqavilənin şərtlərini pandemiya səbəbindən, yəni ondan asılı olmayan səbəblərdən pozması barədə də cavabdehin dəlilləri əsassızdır və iddianın rədd edilməsinə əsas yaratmır. Hazırki halda Cavabdeh apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, əksinə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apellyasiya şikayətinin təmin edilməsi, eyni zamanda iddianın bütünlüklə rədd edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(012)-1110/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli, 2(012)-1110/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-306/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-306/2022
01.02.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver