Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-307/2023 15.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa, əmək haqqının ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli e-2(060)-5574/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin mütəxəssisi N.E.Abbasovanın imzası ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, 06 nömrəli əmrin ləğv edilməsi, Cavabdeh MMC-də mühasibatlıq şöbəsinə kassir-inkassator vəzifəsinə bərpa edilməsi, mediasiyaya ödənilmiş 50 manat pulun Cavabdeh MMC-dən alınaraq ona ödənilməsi və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-nin drektorunun xx.xx.2019-cu il tarixli, 03 nömrəli əmri ilə "xxxx" MMC-nin X7 monitorinq əməkdaşı olaraq təyin edilmişdir. "xxxx" MMCnin 03 iyun 2020-ci il tarixli, 04 nömrəli əmri ilə Cavabdeh MMC adlandırılmışdır. Cavabdeh MMC-nin 04 avqust 2020-ci il tarixli, 05 nömrəli əmri ilə Cavabdeh MMC-də mühasibatlıq şöbəsinə kassir-inkassator vəzifəsinə keçirilmişdir. Bundan sonra Cavabdeh MMC-nin mütəxəssisi N.E.Abbasovanın imzası ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, 06 nömrəli əmri ilə işdən azad olunmuşdur. xx.xx.2022-ci il tarixli, 06 nömrəli əmri ona 30 may 2022-ci il tarixdə təqdim edilmişdir. O, bu əmri qanunsuz və əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilir ki, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Bu baxımdan hesab edir ki, Cavabdeh MMC-nin mütəxəssisi N.E.Abbasovanın imzası ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, 06 nömrəli əmri hüquqa və haqqa-ədalətə əsaslanmamışdır. Belə ki, o, xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi Cavabdeh MMC-də monitorinq əməkdaşı və kassir-inkassator vəzifələrində qüsursuz işləmiş, indiyə qədər heç bir intizam tənbehi almamış, işdən azad edildiyi tarixə kimi fasiləsiz işləmiş, işlədiyi müddət ərzində əmək vəzifələrini yerinə yetirərkən kiçik də olsa heç bir qanun pozuntusuna yol verməmiş, əksinə kollektivin və rəhbərliyin hörmətini, etimadını qazanmışdır. İşlədiyi iş onun yeganə qazanc mənbəyidir. Həmçinin ölkənin ərazi bötüvlüyü uğrunda gedən döyüşlərdə baş çavuş kimi iştirak etmiş, döyüşmüşdür. Yüksək döyüş hazırlığının, döyüş qabiliyyətinin təmin olunmasında, şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamın möhkəmləndirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində əldə etdiyi nailiyyətlərə görə N nömrəli hərbi hissənin komandiri tərəfindən təltif olunmuşdur. Bütün qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə qətnaməsi əsasında Cavabdeh MMC-nin mütəxəssisi N.E.Abbasovanın imzası ilə təsdiqlənmiş xx.xx.2022-ci il tarixli, 06 nömrəli əmri ləğv edilməli, o, Cavabdeh MMC-də mühasibatlıq şöbəsinə kassir-inkassator vəzifəsinə bərpa edilməli və ona məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Belə ki, o, müvəqqəti olaraq əmək qabiliyyətini itirmiş, müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyi vaxt işdən azad olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli e-2(060)-5574/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş məhkəmə xərcinin iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Almaz Süleymanova). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5, 42.1, 43.1, 43.1, 45, 68.2, 73.1, 79, 179.2, 296-cı maddələrinə istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)- 5574/2022-nömrəli, 03 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Məhkəmə hesab etmişdir ki, onun tərəfindən iddia müddəti ötürülmüşdür. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, o “Mediasiya Haqqında” Qanunun tələblərinə əməl etdikdən sonra məhkəməyə müraciət etmişdir. Bu səbəbdən hesab edir ki, tərəfindən hazırki mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddəti ötürülməmiş, məhkəmə tərəfindən (“Mediasiya Haqqında” Qanunun 21.6-cı, 21.7ci, 21.8-ci, 21.9-cu, 21.9.4-cü və 35.1-ci maddələrinin) maddi hüquq normalarının tətbiqində səhvə yol verilərək, qanunsuz qətnamə qəbul edilmişdir. Bundan başqa o, müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyi vaxt işdən azad olunmuşdur. Halbuki bu qanunvericiliyin tələblərinə ziddir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı xx.xx.2022-ci il tarixli, 6 saylı cavabdeh müəssisənin mütəxəssisinin imzaladığı əmrlə işdən azad edilmişdir. Həmin əmr ona xx.xx.2022-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Hesab edir ki, əmr qanunsuz və əsassızdır. Cavabdeh tərəfindən əmək qanunvericiliyinin normaları pozulmuş və iddiaçı əsassız olaraq işdən azad edilmişdir. İddiaçı cavabdeh müəssisədə 2019-cu ilin noyabr ayından monitorinq əməkdaşı kimi əmək fəaliyyətinə başlayıb və kassir-inkassator vəzifəsinə kimi qüsursuz çalışıb. Həmin günə qədər də heç bir qüsura yol verməmişdir. xx.xx.2022-ci ildə müvəqqəti olaraq əmək qabiliyyətini itirdiyi halda onun əmək müqaviləsinə xitam verilmişdir, bu da qanunsuzdur. Əmək Məcəlləsinin 12-ci maddəsinə görə əmək müqavilələri müddətli və müddətsiz bağlanıla bilər. Cavabdeh müqaviləyə xitam verərkən bunu müqavilənin müddətinin bitməsi ilə əsaslandırmışdır. İlk növbədə iddiaçı ilə müqavilənin 6 ay müddətə bağlanılması qanunsuzdur. Çünki işin xarakteri daimi xarakterlidir. Bu zaman müqavilə müddətsiz olmalı idi. İddiaçı müqaviləyə xitam verilərkən onunla müqaviləyə xitam verilməsi qanunla qadağan edilmiş şəxslər dairəsinə daxil olmuş, əmək qabiliyyətini müvəqqəti itirmişdir. Əmri imzalayan mütəxəssisin işçini işdən çıxarmaq səlahiyyəti olmayıb. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli e-2(060)-5574/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, birinci instansiya məhkəməsində istər iddiaçı, istərsə də cavabdeh tərəfindən təqdim olunmuş bütün sübutlara baxış keçirilmiş və münasibət bildirilmişdir. Hətta iddiaçı xəstəlik vərəqəsini onun iradından sonra məhkəməyə təqdim etmişdir. Əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərinə uyğun şəkildə xitam verilmişdir. İddiaçı Əmək Məcəlləsinin 79.1-ci maddəsi ilə şikayətini əsaslandırır. Yəni bildirir ki, müqaviləyə onun xəstəliklə əlaqədar müalicədə olduğu dövrdə xitam verilib. Lakin 79.1-ci maddədə göstərilən xüsusatlar 73.1-ci maddədə olan hallara aid deyil. Bu zaman hətta iddiaçı müalicədə olsa belə müqaviləyə xitam verilə bilər. İddiaçı ilə müqavilə onun razılığı əsasında 6 ay müddətə bağlanılıb. Müddət bitdikdən sonra tərəfə bildiriş göndərməklə, Əmək Məcəlləsinin tələbləri gözlənilməklə müqaviləyə xitam verilmişdir. İddia müddətinə dair isə birinci instansiya məhkəməsində heç bir mübahisə olmayıb. Məhkəmə bu hissəyə özü qiymət verib. Daha sonra göstərdi ki, işdən çıxarmaya dair əmr 24 may 2022-ci il tarixdə verilib. Cavabdeh işə 27 may 2022-ci il tarixdə çıxıb. İddiaçı xəstəliklə bağlı müalicədə olması barədə heç bir sənəd təqdim etməyib. Yalnız işdən çıxarıldıqdan sonra xəstəliklə əlaqədar müalicədə olması ilə bağlı sənəd gətirib. Əmək müqaviləsi bildirişindən də görünür ki, iddiaçı ilə müqavilə müddətli bağlanıb. İddiaçı müxtəlif vaxtlarda 2 müxtəlif vəzifədə işləyib. Hər iki vəzifəyə dair bağlanılan müqavilə müddətli olub. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, e-2(060)-5574/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 42-ci maddənin 1-ci bəndinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 43-ci maddənin 1-ci bəndinə əsasən Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68-ci maddəsinin 2-ci bəndinin «b» yarımbəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əmək müqaviləsinə xitam verilə bilər. 73-cü maddəsinin 1-ci bəndinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 35.1. X3 tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri: Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətindən görünür ki, iddiaçı qətnaməni bütövlükdə mübahisələndirir. Ona görə də məhkəmə kollegiyası qətnaməni bütövlükdə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegğyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarını tım, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv eilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC (işəgötürən) ilə İddiaçı (işçi) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli Əmək müqaviləsindən görünür ki, tərəflər, işçi 3 ay sınaq müddəti ilə “monitorinq əməkdaşı” vəzifəsinə, 420 manat əmək haqqı ödənilməsi ilə işəqəbul edilməsinə razılaşmışlar, əmək müqaviləsi müddətli, yəni 6 ay müddətə xx.xx.2020-ci il tarxədək bağlanılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 519-K saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı Cəmiyyətin X7 operativ nəzarət bölməsinə xx.xx.2019-cu il tarixdən “monitorinq əməkdaşı” vəzifəsinə qəbul edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 451 saylı «Vəzifə dəyişikliyi haqqında» əmrdən çıxarışdan görünür ki, İddiaçı Cəmiyyətin Maliyyə Departamentinin mühasibatlıq şöbəsinə xx.xx.2020-ci il tarixdən “kassa-inkassator” vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixli X5 görünür ki, Cavabdeh MMC (işəgötürən) ilə İddiaçı (işçi) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən Cəmiyyətin Maliyyə Departamentinin mühasibatlıq şöbəsinə “kassa-inkassator” vəzifəsinə keçirilir, razılaşdırılmış dəyişikliklər və əlavələr imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinin tərkib hissəsini təşkil edir. xx.xx.2022-ci il tarixli, 235 saylı əmrdən görünür ki, Maliyyə departamenti Mühasibatlıq şöbəsi bölməsində “kassa-inkassator” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400 №-li əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” - əmək müqaviləsinin müddətinin qurtarması” bəndinə əsasən xitam verilmişdir. X1 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli, №- MŞB/10-00082 saylı arayışdan görünür ki, tərəflər X1 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Mediasiya Şurası Bakı 10 saylı Mediasiya Təşkilatının məhkəmə sorğusuna cavabından görünür ki, İddiaçı Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X10 Filialı tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 289 nömrəli məlumatdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanladığı SS766066752AZ saylı sifarişli məktub Mediasiya Şurasına xx.xx.2022-ci il tarixdə çatdırılmışdır. «Bakı Baş Səhiyyə X9 Şəxsi» 10 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş Seriya SN 00007 № ******* Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xəstəliyi ilə bağlı 21 may 2022-ci tarixdən 27 may 2022-ci il tarixədək işdən azad olub. Məhkəmə hesab etmişdir ki, işin müəyyən edilmiş mübahisəsiz və faktiki hallarından göründüyü kimi İddiaçı Cavabdeh ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən “monitorinq əməkdaşı” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə Cəmiyyətin Maliyyə Departamentinin mühasibatlıq şöbəsinə “kassa-inkassator” vəzifəsinə keçirilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli, 6 ay müddətinə bağlanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia üç tələbdən ibarətdir: Cavabdeh xx.xx.2022-ci il tarixli, 235 nömrəli əmrinin ləğv olunması; Onun əvvəlki iş yerinə - Cəmiyyətin Maliyyə Departamentinin mühasibatlıq şöbəsinə “kassa-inkassator” vəzifəsinə bərpa olunması; məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi. Birinci tələb üzrə məhkəmə qeyd etmişdir ki, həmin tələb əsassızdır və təmin edilə bilməz. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi əmək münasibətləri əsasən, əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Əmək münasibətlərinin tərəfləri əmək müqavilələri bağlamaqda sərbəstdirlər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər qarşılıqlı razlaşmaya əsasən müddətli (6 ay müddətə) əmək müqaviləsi bağlamışlar. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Araşdırılan mübahisə üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmaqla, uzadılmış müqavilə müddəti 23 may 2022-ci il tarixdə bitmişdir. Cavabdeh müqavilə müddətinin uzadılması ilə bağlı iradəsini bildirməmiş, əksinə müqavilə müddəti bitdiyindən əmək müqaviləsinə xitam vermişdir. İddiaçının əmək müqaviləsinə xitam verildiyi dövrdə xəstəliyi ilə əlaqədar işdə olmaması və xəstə olduğu vaxt müqaviləyə xitam verilməsinin qanunsuz olması barədə dəlilinə dair məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsi işçinin müəyyən üzrlü səbəbdən (xəstəlik və s.) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra xitam verilə bilməsini nəzərdə tutsa da göründüyü kimi həmin hal imperativ norma kimi göstərilməmiş, «bilər» formasında ifadə olunmuşdur. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, həmin hal işəgötürənin diskresion səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Bundan başqa Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar təsbit edilmişdir. Həmin maddədə göstərilən hallara diqqət yetirilərsə görmək olar ki, əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə əmək müqaviləsinin ləğv edilməsi işəgötürənə qadağan edilsə də bu hal həmin Məcəllənin 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilməmişdir. Bu qeyd olunanlar bir daha 179-cu maddənin 2-ci hissəsində şərh olunan halların imperativ xarakter daşımadığı nəticəsinə gəlməyə əsas verir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini 30 may 2022-ci il tarixdə qəbul etmiş, 20 iyun 2022-ci il tarixdə (21-ci gündə) X3 ilə əlaqədar müraciət etmiş, 29 iyul 2022-ci il tarixdə ona mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmiş, xx.xx.2022-ci il tarixdə (10-cu gün) məhkəməyə müraciət etmişdir. Göründüyü kimi 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək müddəti ötürülmüşdür. Beləliklə məhkəmə sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq hesab etmişdir ki, əmrin ləğv olunması üçün əsaslar olmadığından iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə “tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” barədə tələbləri də əsassız hesab etmişdir. Belə ki, məhkəmə araşdırılan iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin "tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi" hissəsinin törəmə tələblər olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğvi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi “tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” hissələrində də təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsini iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, xx.xx.2022-ci il tarixli, 235 saylı əmrdən görünür ki, Maliyyə departamenti Mühasibatlıq şöbəsi bölməsində “kassa-inkassator” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000400 №-li əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” - əmək müqaviləsinin müddətinin qurtarması” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli (əmrdən bir gün sonra) bildiriş məktubundan görünür ki, iddiaçının nəzərinə çatdırılır ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə AR ƏM-nin 68-ci maddəsinin «b» bəndinə əsasən xitam veriləcəkdir. İş materiallarında olan qeyd edilən məktub poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə iddiaçıya çatdırılmışdır. Eləcə də müəyyən olunmuşdur ki, iddiaçı əmrin surətini xx.xx.2022-ci il tarixdə almışdır. Bundan başqa müəyyən edilmişdir ki, iddiaçı 06 iyun 2022-ci il tarixdə Cavabdeh MMC-nə poçt vasitəsi ilə “X3 Barədə” təklif göndərmiş, həmin təklif 09 iyun 2022-ci il tarixdə Cavabdeh MMC-nə təqdim edilmişdir. Bundan sonra iddiaçı 20 iyun 2022-ci il tarixdə X3 ilə əlaqədar Mediasiya Şurasına müraciət etmiş, 29 iyul 2022-ci il tarixdə ona mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən iddia müddətinin ötrülməsinə dair dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə poçt vasitəsilə Cavabdeh MMC-yə «X3 barədə» təklif göndərmişdir. İddiaçı «Mediasiya haqqında» Qanunun 21.6-cı maddəsinə uüğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilməsi və yaxud təklifin rədd edilməsi barədə rəsmi məlumat verilmədiyindən xx.xx.2022-ci il taixdə Mediasiya şurasına hazırkı mübahisə ilə əlaqədar mediator təyin edilməsini xahiş etmişdir. Mediasiya Şurası tərəfindən Bakı 10 saylı Mediasiya Təşkilatına müraciət etməyi təklif olunmuşdur. Bundan sonra tərəflər ilkin mediasiyasessiyasında iştirak etmiş, 29 iyul 2022-ci il tarixdə ona X1 sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qaunun 35.1. maddəsinə əsasən X3 tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2. maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunu 32.4.2. maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddəni birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ay ərzində məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinin müddətinin qurtarmasıdır. Həmin Məcəllənin 73-cü maddəsini 2-ci hissəsinə əsasən işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəlləi 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlanıldığı hallarda) iş yerində olmadığıdövrdə əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdğı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. İş materiallarında olan «Bakı Baş Səhiyyə X9 Şəxsi» 10 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş Seriya SN 00007 № ******* Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı xəstəliyi ilə bağlı 21 may 2022-ci tarixdən 27 may 2022-ci il tarixədək işdən azad olub. Yəni iş materiallarından görünür ki, iddiaçı xəstəliyi ilə bağlı 21 may 2022-ci tarixdən 27 may 2022-ci il tarixədək işdən azad olub. İddiaçının işdən azad olunması barədə əmr isə 24 may 2022-ci il tarixdə, yəni iddiaçının xəstəliyi ilə əlaqədar olaraq işdə olmadığı dövrdə verilmişdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Qeyd edilənlərə əsasən məhkəmə kolegiyası hesab edir ki, iddiaçının iddiaçı əmrin ləğv edilməsinə dair hissədə əsaslı olduğu üçün təmin edilməlilir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, bir-birilə əlaqəli olduğuna görə iddia tələbi əmrin ləğv olunmasına dair hissədə təmin olunduğuna digər hissələrdə də təmin olunmalıdır. Məhkəmə kollegyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamış, nəticədə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməklə işin hallarına uyğun olmayan qətnamə çıxarmışdır. Bu da qətnamənin ləğvi üçün əsasdır. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin qeyd edilən hissəsi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və yekunda səhv nəticəyə gəlmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli e-2(060)-5574/2022 saylı qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdehnə qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli əmri ləğvi edilməli, İddiaçı Cavabdehndə mühasibatlıq şöbəsinə kassir-inkassator vəzifəsinə bərpa edilməli, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməli, mediasiyaya ödənilmiş 50 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı X2 apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, e-2(060)-5574/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdehndə mühasibatlıq şöbəsinə kassir-inkassator vəzifəsinə bərpa edilsin, məcburi iş buraxmaya görə əmək haqqı iddiaçıya işə bərpa olunduğu günədək hesablanaraq ödənlsin. Mediasiyaya ödənilmiş 50 (əlli) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-307/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-307/2023
15.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver