Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3085/2020 23.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-710/2020 saylı qərardadından Ərizəçi şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-710/2020 saylı qərardadı ilə (sədrlik edən, hakim Rahim Həsənov) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizəsinə dair mülki iş üzrə ərizəçinin Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-710/2020 saylı qətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmış, ərizəçi qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)- 710/2020 saylı qətnaməsi ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair ərizəsinin təmin edilməsi, Ərizəçi xx.xx.1993-cü il tarixdə vəfat etmiş X1 mülkiyyətində olan ünvan 1 saylı ünvanda 322 kv.m həyətyanı torpaq sahəsində tikilmiş 1 mərtəbəli, iki otaqlı, ümümi sahəsi 269,5 kv.m, yaşayış sahəsi 52,5 kv.m olan yaşayış evinin vəsiyyətnamə üzrə vərəsəliyin açılma yerinin Quba şəhəri olmaqla Ərizəçi tərəfindən vərəsəlik qaydasında mirası qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(02)-10/2020 saylı qətnaməsində həyətyanı torpaq sahəsinin 0,311 kv.m olması barədə düzəlişin aparılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-710/2020 saylı qətnaməsi ilə xx.xx.1993-cü il tarixdə vəfat etmiş X1 mülkiyyətində olan ünvan 1 saylı ünvanda 322 kv.m həyətyanı torpaq sahəsində tikilmiş 1 mərtəbəli, iki otaqlı, ümümi sahəsi 269,5 kv.m, yaşayış sahəsi 52,5 kv.m olan yaşayış evinin vəsiyyətnamə üzrə vərəsəliyin açılma yerinin Quba şəhəri olmaqla onun tərəfindən vərəsəlik qaydasında mirası qəbul etməsi faktı müəyyən edilmişdir. Notariat kontorunun vərəsəlik arayışına əsasən evin çıxarışı və texniki pasportu hazırlanarkən müəyyən olunmuşdur ki, torpaq sahəsi sənəd üzrə 322 kv.m olduğu halda, faktiki 311 kv.m-dir. Qeyd edilən qanuni qüvvəsini almış qətnamədə köhnə tipli qeydiyyat vəsiqəsinə əsasən həyətyanı torpaq sahəsinin səhvən 322 kv.m olması müəyyən edildiyindən vərəsəlik şəhadətnaməsinin hazırlanması qeyri-mümkündür. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-710/2020 saylı qərardadı ilə ərizəçinin Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-710/2020 saylı qətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, qərardadla həyətyanı torpaq sahəsi ilə əlaqədar açıq hesab səhvinin düzəldilməsi barədə ərizəsi təmin edilməmişdir. Belə ki, məhkəmə ilkin köhnə tipli qeydiyyat vəsiqəsinə əsasən həyətyanı torpaq sahəsinin 322 kv.m olmasını müəyyən etmişdir. Hesab yanlışlığına DƏDRX-nin əməkdaşları tərəfindən yol verilmiş və sonradan müasir elektron cihazla həyətyanı torpaq sahəsinin ölçüsünün dəqiqləşdirilərək 311 kv.m olduğu müəyyən olunmuşdur. Şikayətdə qərardadın ləğv edilməsi və Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)- 710/2020 saylı qətnaməsində DƏDRX-nin hesab səhvi nəticəsində buraxılmış həyətyanı torpaq sahəsinin ölçüsü barəsində 322 kv.m səhvin sonradan dəqiqləşdirilmiş 311 kv.m olması barədə düzəlişin aparılmasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizəçi məhkəmə iclasında şikayətində göstərilənlərə uyğun izahat verdi. Maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ərizəçinin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 saylı ünvanda 322 kv.m həyətyanı torpaq sahəsində tikilmiş 1 mərtəbəli, iki otaqlı, ümümi sahəsi 269,5 kv.m, yaşayış sahəsi 52,5 kv.m olan yaşayış evinə və 322 kv.m torpaq sahəsinə vərəsəlik üzrə onun mülkiyyət hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-710/2020 saylı qətnaməsi ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair ərizəsinin təmin edilməsi, Ərizəçi xx.xx.1993cü il tarixdə vəfat etmiş X1 mülkiyyətində olan ünvan 1 saylı ünvanda 322 kv.m həyətyanı torpaq sahəsində tikilmiş 1 mərtəbəli, iki otaqlı, ümümi sahəsi 269,5 kv.m, yaşayış sahəsi 52,5 kv.m olan yaşayış evinin vəsiyyətnamə üzrə vərəsəliyin açılma yerinin Quba şəhəri olmaqla Ərizəçi tərəfindən vərəsəlik qaydasında mirası qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-710/2020 saylı qətnaməsi Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizəsinə uyğun qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi Ərizəçi ərizəsi üzrə qətnamə qəbul etmiş, Quba Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(027)-710/2020 saylı qətnaməsində hər hansı yanlışlıqlara yol verilməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan mülki prosessual hüquq normasının tələblərini əsas tutub, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, ərizəçinin şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-710/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-3085/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3085/2020
23.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver