Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-309/2021 26.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, ilk iddia üzrə Cavabdeh vəkili İsmayılov Ceyhun Zöhrab oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı əmlakın mənzildən məcburi çıxarılması barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(074)-454/2019 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(074)-454/2019 saylı qətnaməsi ilə ilkin iddia təmin edilmiş, ilkin iddia üzrə İddiaçı, övladı X2 ilə birlikdə Şamaxı rayonu Göylər kəndində 0,48 ha torpaq sahəsində yerləşən ilkin iddia üzrə iddiaçıya məxsus əşyaların olduğu fərdi yaşayış evinə köçürülməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əmlakın mənzildən məcburi çıxarılmasına dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir (hakim Etibar Hümbətov) Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(074)- 454/2019 saylı qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)3663/2019 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(074)-454/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)3663/2019 saylı qətnaməsinin ləğv edilib işin yerindən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-xi il tarixli, 2(102)3105/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(105)3663/2019 saylı qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İ Ş İ N H A L LA R İ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərərk, onun qızı Sevinclə birlikdə Şamaxı rayonu Göylər kəndində yerləşən təssərüfatbaşına kitabda Mustafayeva Şövkət Omar qızının adına yazılmış evə məcburi köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı əmlakın mənzildən məcburi çıxarılmasına dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd olunması, ona məxsus Şamaxı rayonu, Göylər kəndində olan ilkin iddia üzrə iddiaçıya məxsus cehiz əmlakın və şəxsi əşyaların 1 ədəd stenka, 1 ədəd taxt, 1 ədəd divan, 2 ədəd kreslo, 4 ədəd stul, 2 ədəd stol, 1 ədəd lüstür, 2 ədəd yorğan, 2 ədəd döşək, 4 dəst paltar, 1 ədəd qaz balonu, 20 ədəd boşqab, 10 ədəd stəkan, 10 ədəd nəlbəki, 5 ədəd servis, 2 ədəd xalça, 1 ədəd palaz, 10 ədəd çay qaşığı, 10 ədəd yemək qaşığı, 4 ədəd balışın mənzildən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh vəkili İsmayılov Ceyhun Zöhrab oğlu apelyasiya şikayətini müdafiə edirək göstərdi ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, mübahisəli yaşayış evinin altında yerləşən torpaq sahəsi mərhum anası Mustafayeva Şövkət Omar qızına məxsusdur və torpaq sahəsinin üzərində yerləşən valideynlərinə məxsus ev 2008-ci ildə sökülərək, yerində yeni fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı onun tikdiyi evdə 5 gün yaşamış, sonra çıxıb getmtiş, bir daha qayıtmamışdır. Bununla da müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinin mülkiyyətçiləri olan valideynlərinin hüquqi varisi olaraq o, həmin torpaq sahələrinin potensial mülkiyyətçisi hesab edilir. İlk iddia üzrə iddiaçı isə həmin fərdi yaşayış evi ilə bağlı hər hansı bir potensial hüquqa malik deyildir. Bundan başqa heç bir hüquqi statusu olmadığı iddia edilən bir fərdi yaşayış evi üzərində ilk iddia üzrə iddiaçının daimi istifadə hüququnun olduğunu da iddia etmək qanunlara ziddir. Mübahisəli ev üzərində iddiaçının heç bir hüququ yaranmamış və bunun üçün hər hansı bir hüquqi əsas mövcud deyildir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə niyyəti evdə heç kimin yaşamamasıdır və bu əsasla heç bir hüququnun mövcud olmadığı evə köçürülmə tələbinin irəli sürülməsi tamamilə qanunsuz və əsassızdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İlk iddia üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə ilk iddia üzrə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020ci il tarixli, 2(102)3105/2020 saylı qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(074)-454/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, X1 ilə İddiaçı xx.xx.2007-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü Sevinc adlı uşaqları doğulmuş, xx.xx.2014-cü il tarixdə nikahları pozulmuşdur. İş materiallarında olan Şamaxı rayon Göylər kənd Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 16 saylı arayışından görünür ki, mərhumə Mustafayeva Şövkət Omar qızının adında AN 225108 **********2286 nömrəli kadastr planı ilə 2912,77 kv.m və AN 223454 **********0633 nömrəli kadastr planı ilə 1861,69 kv.m torpaq sahəsi vardır. İş materiallarında olan Şamaxı rayon Göylər kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli 312 saylı arayışından görünür ki, Şamaxı rayon Göylər kənd sakini Cavabdeh mərhum valideyinlərinə məxsus olan yaşayış evi 2008-ci il tarixində sökülərək yenidən tikilmişdir. İş materiallarında olan Şamaxı rayon Göylər kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 127 saylı arayışından görünür ki, Mustafayeva Şövkət Omar qızı xx xxxxxx 2013-cü ildə vəfat etmişdir. İş materiallarında olan Şamaxı rayon Göylər kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 140 saylı arayışından görünür ki, Mustafayev Məhəmməd Soltan oğlu 1950-ci ildə öz həyətyanı torpaq sahəsində yaşayış evi tikmiş, lakin ev uzun müddət ötdükdən sonra yararsız vəztiyyətə düşmüş və köhnəlmişdir. Bu səbəbdən 2008-ci ildə Cavabdeh tərəfindən ev sökülərək yenidən inşa olunmuş, evin tikintisi 2012-ci ildə başa çatmışdır. İş materiallarında olan torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Şamaxı rayon X3 04 aprel 2001-ci il tarixli, 03 saylı qərarı ilə Şamaxı rayonu, Göylər kəndində 2921,77 kv.m həyətyanı torpaq sahəsi Cavabdeh ayrılmışdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, Azərbaycan Resrpublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Göylər kəndində 0,291277 ha torpaq sahəsində yerləşən 110,70 kv.m sahəsi olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli, Azərbaycan Resrpublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı rayonu, Göylər kəndində 0,186170 ha torpaq sahəsində yerləşən 216,40 kv.m sahəsi olan fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Birinci instansiya məhkəməsi ilk iddiaçının mərhum Şövkət Mustafayevaya məxsus torpaq sahəsində yerləşən mübahisəli evə gəlin köçməsi, orada yaşaması, sonradan köhnə evin sökülüb qardaşının və valideynlərinin köməyi ilə yenisinin tikilməsi, mübahisəli evdən ailədə yaranmış münaqişəli vəziyyət səbəbindən getməsini müəyyən edərək ilk iddianı təmin etmiş, qarşılıqlı iddianın təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-xi il tarixli, 2(102)3105/2020 saylı qərarında göstərilmişdir ki, hazırki mübahisə üzrə ilk növbədə həmin evin iddiaçının yaşayış yeri hesab edilib-edilməməsi müəyyənləşdirilməli, həmin hal öz təsdiqini tapdıqdan sonra iddiaçının həmin evdən məhrum edilməsinin qanuniliyinə qiymət verilməlidir. İddiaçının iddia ərizəsinin məzmunundan da görünür ki, o, hazırda köçürülməsini mübahisələndirdiyi yaşayış evindən 2010-cu ildən çıxmış və 2019cu ilin mart ayında hazırki iddianı qaldırmışdır. İddiaçı göstərilən müddət ərzində yaşayış yeri ilə bağlı heç bir tələb irəli sürməmişdir. Bu halda, 9 il ərzində başqa yaşayış yeri seçməklə əvvəlki yaşayış yerindən məhrum etmə ilə razılaşma həmin yaşayış yerindən imtina kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2007-ci il tarixdə X1 ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, Şamaxı rayonu, Göylər kəndində ərinin valideynlərinə məxsus olmuş evə köçərək orada yaşamış, həmin ev 2008-ci ildə sökülmüş, cavabdeh tərəfindən yeni ev tikilmiş və 2012-ci ildə tikintisi başa çatdırılmışdır. İddiaçı 2010-cu ildə övladı Sevinc doğulandan bir müddət sonra mübahisəli evdən çıxmışdır. Hazırki iddia ərizəsindən də görünür ki, iddiaçı evə köçürülmə barədə iddianı xx.xx.2019-cu il tarixdə, yəni 9 il sonra qaldırmışdır. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının gəlin köçdüyu ev artıq mövcud deyil, onun köçmək istədiyi ev cavabdehin xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı mübahisə üzrə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilməlidir. Həmin Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Həmin Məcəllənin 27-ci maddəsinin tələblərinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarının 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri daimi yaşamaq ücün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İddiaçının mübahisəli mənzildə 2010-ci ildən yaşamaması, evə köçürülmə ilə bağlı 2019-cu ildə məhkəməyə müraciət etməsi və həmin vaxtdan indiyədək ayrı yerlərdə yaşaması onun iddia ərizəsindəki ifadəsində təsdiqini tapmışdır. Məhkəmə kollegiyası iddiaçının 2010-cu ildə mübahisəli evi tərk etməsini, 9 ildən artıq bir müddətdə həmin evdə yaşamamasını və bu müddət ərzində evdən istifadə hüquqlarını həyata keçirmək üçün hər hansı cəhd etməməsini, bundan əlavə, bu müddət ərzində başqa yerdə yaşamasını onun qeyd olunan evdə istifadə hüququnu saxlamaq niyyətinin olmaması, onun evdən birdəfəlik getməsi kimi qiymətləndirir. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, iddiaçının köçmək istədiyi fərdi yaşayış evi sökülmüşdür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin edərkən qeyd edilən xüsusatları araşdırmamış, yekunda iddiaçının iddiası təmin etməklə səhv nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbi təmin edilməməlidir. Bundan əlavə məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə qiymət verərək qeyd edir ki, Cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əmlakın mənzildən məcburi çıxarılmasına dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Şamaxı rayonu Göylər kəndində olan ilkin iddia üzrə iddiaçıya məxsus cehiz əmlakın və şəxsi əşyaların 1 ədəd stenka, 1 ədəd taxt, 1 ədəd divan, 2 ədəd kreslo, 4 ədəd stul, 2 ədəd stol, 1 ədəd lüstür, 2 ədəd yorğan, 2 ədəd döşək, 4 dəst paltar, 1 ədəd qaz balonu, 20 ədəd boşqab, 10 ədəd stəkan, 10 ədəd nəlbəki, 5 ədəd servis, 2 ədəd xalça, 1 ədəd palaz, 10 ədəd çay qaşığı, 10 ədəd yemək qaşığı, 4 ədəd balışın mənzildən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçıya məxsus əmlakların olduğu fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. Həmin evə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Hazırda iddiaçıya məxsus əmlakların cavabdehə məxsus evdə qalması Cavabdeh qanunla qorunan hüquqlarını pozur. Bundan başqa fərdi yaşayış evinin açarlarının Cavabdeh olmasını iddiaçı iddia ərizəsində də qeyd etmişdir. Bundan əlavə məhkəmə kollegiyası iddiaçının mübahisəli torpaq sahəsindəki fərdi yaşayış evinə köçürülmə ilə bağlı ilk iddiaçının tələbini təmin etmədiyindən ona məxsus əmlakların da cavabdehə məxsus torpaq sahəsində olan evdə qalmasını cavabdehin hüquqlarının pozulması kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə də əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bu baxımdan Cavabdeh qarşılıqlı iddia tələbi təmin edilməlidir. Bu səbəbdən də iddiaçıya məxsus əmlaklar cavabdehə aid torpaq sahəsindəki evdən çıxarılmalıdır. Bundan başqa məhkəmə kollegiyası iddiaçının mübahisəli evin qardaşı və valideynlərinin köməkliyi ilə tikildiyinə dair dəlilini əsassız hesab edir. Belə ki, o, buna dair dəlilini əsaslandıra bilməmiş, hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yuxarıda göstərilənlərə əsasən ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(074)-454/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh məxsus Şamaxı rayonu, Göylər kəndində olan ilkin iddia üzrə iddiaçıya məxsus cehiz əmlakın və şəxsi əşyaların 1 ədəd stenka, 1 ədəd taxt, 1 ədəd divan, 2 ədəd kreslo, 4 ədəd stul, 2 ədəd stol, 1 ədəd lüstür, 2 ədəd yorğan, 2 ədəd döşək, 4 dəst paltar, 1 ədəd qaz balonu, 20 ədəd boşqab, 10 ədəd stəkan, 10 ədəd nəlbəki, 5 ədəd servis, 2 ədəd xalça, 1 ədəd palaz, 10 ədəd çay qaşığı, 10 ədəd yemək qaşığı, 4 ədəd balışın fərdi yaşayış evindən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(074)-454/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia tələbi təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı əmlakın mənzildən məcburi çıxarılmasına dair qarşılıqlı iddia tələbi təmin edilsin. İlkin iddia üzrə İddiaçı məxsus cehiz əmlakı və şəxsi əşyaları - 1 ədəd stenka, 1 ədəd taxt, 1 ədəd divan, 2 ədəd kreslo, 4 ədəd stul, 2 ədəd stol, 1 ədəd lüstür, 2 ədəd yorğan, 2 ədəd döşək, 4 dəst paltar, 1 ədəd qaz balonu, 20 ədəd boşqab, 10 ədəd stəkan, 10 ədəd nəlbəki, 5 ədəd servis, 2 ədəd xalça, 1 ədəd palaz, 10 ədəd çay qaşığı, 10 ədəd yemək qaşığı, 4 ədəd balış Cavabdeh məxsus Şamaxı rayonu Göylər kəndində olan fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-309/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-309/2021
26.01.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver