Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3091/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2(060)-4082/2021 saylı qərardadından Cavabdeh şikayətinə əsasən işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2(060)-4082/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Elmir Hüseynov) İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4082/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmış, cavabdeh qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivi, 1 sayl evin 29 saylı mənzilindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4082/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh Sumqayıt şəhəri, H.Z Tağıyev qəsəbəsi, Dəmir yol yaşayış massivi, 1 sayl evin 29 saylı mənzilindən istifadə hüququ itirilmiş hesab edilmişdir. Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4082/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2(060)-4082/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4082/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh qərardaddan şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razı deyildir. “Dövlət rüsumu haqqında” qanunun 8.4.1-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu köçürülməlidir. Hazırki iddia tələbini qaldırmaq üçün iddiaçı 10 manat dövlət rüsumu köçürmüşdür. Belə olan təqdirdə onun tərəfindən dövlət rüsumu düzgün olaraq həmin məbləğin 50 faizi, yəni 5 manat məbləğində ödənilmişdir. Onun apellyasiya şikayəti və köçürdüyü dövlət rüsumu qəbul edilməlidir. Cavabdeh şikayətində qərardadın ləğv edilərək apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qərardadın dəyişdirilmədən, şikayətin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi Cavabdeh qızının apellyasiya şikayətini geri qaytararkən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün 5 manat dövlət rüsumu ödənilməsinə, “Dövlət rüsumu haqqında” qanunun müddəalarına əsasən isə hazırki iş üçün 10 manat məbləğində dövlət rüsumu ödənilməli olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası MPM-nin 108.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətləri verildikdə, dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” qanunun 8.4.11-ci maddəsinin mənasına görə məhkəməyə verilən qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat dövlət rüsumu tutulur. Həmin qanunun 8.4.1-ci maddəsində göstərilir ki, apellyasiya və kassasiya şikayətlərinə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu tutulur. İşdən görünür ki, İddiaçı iddia tələbi mənzildən istifadə hüququna xitam verilməsi barədədir, başqa sözlə qeyri-əmlak xarakterlidir. İddiaçı iddia ilə məhkəməyə müraciət edərkən qanunun tələbinə uyğun olaraq 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 108.1.4-cü maddəsinə görə apellyasiya şikayətləri verildikdə, dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” qanunun 8.4.1-ci maddəsində göstərilir ki, apellyasiya və kassasiya şikayətlərinə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu tutulur. Cavabdeh apellyasiya şikayətinin verilməsi ilə əlaqədar 5 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən dövlət rüsumu müəyyən edilmiş məbləğdə ödənildiyindən birinci instansiya məhkəməsi düzgün olmayaraq apellyasiya şikayətini geri qaytarmışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməli, iş üzrə məhkəmə qərardadı ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02.08.2021-ci il tarixli, 2(060)-4082/2021 saylı qərardadı ləğv edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3091/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3091/2021
09.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver