Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3119/2020 23.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Sadiq oğlunun Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim C.İ.Səfiyeva) Xızı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(068)-102/2019 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Sadiq oğlu Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və qanunsuz inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 0.05 ha torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması və qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(012)-244/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı qanuni icarəsində olan Abşeron rayonu, Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 0.05 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, həmin torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin onun hesabına sökülməsi, 10 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və ekspertiza ilə əlaqədar 50 manatın cavabdehdən alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(012)-244/2018 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(012)-244/2018 saylı qətnaməsinə düzəliş edilərək, qətnamənin qət etdi hissəsində «ekspertiza tədqiqatının dəyəri 50 manatın» ifadəsi, «ekspertiza tədqiqatının dəyəri 50 manat və mütəxəssis rəyinin xərci 300 manatın, cəmi 350 manatın» ifadəsi kimi oxunması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(012)-244/2018 saylı qətnaməsindən narazı qalan Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixdə apellyasiya şikayəti vermiş, həmin tarixdə də prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh R.S.Babayev verdiyi şikayəti onunla əsaslandırmışdır ki, onun hüquqi savadı yoxdur. Ümumiyyətlə ali savadı yoxdur. Qətnamədə söhbət torpaq sərhədlərin müəyyən edilməsindən gedir. Lakin qətnamənin mahiyyətini anlaya bilməmişdir. İcra məmuru qətnamənin mahiyyətini ona izah etmiş və qətnamədən şikayət vermək hüququnun olması yalnız ona icra şöbəsinə çağırılarkən icra məmuru tərəfindən izah edilmişdir. Məhkəmə müddət məsələsinə baxdıqda onun iştirakını təmin etməmişdir. Bununla da prosessual normaları pozmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və cavabdeh R.S.Babayev məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, cavabdeh qətnaməni xx xxxxxx 2019-cu il tarixdə qəbzə imza etməklə məhkəmədən əldə etmiş, qətnamədən verdiyi apellyasiya şikayəti xx xxxxxxxx 2020-ci il tarixdə poçta verilmişdir. Cavabdehin qətnamədən apellyasiya şikayəti vermə müddəti göründüyü kimi 8 ay 6 gün buraxılmışdır. Məhkəmə kollegiyası Cavabdeh savadsız olduğu üçün vaxtında apellyasiya şikayətinin verilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(012)-244/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-3119/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3119/2020
23.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver