Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3159/2021 22.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı Aqil oğlunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Aqil oğlunun cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın ləğv edilməsi, torpaq sahəsinə giriş-çıxışına yaranan maneələrə son qoyulması və mülkiyyətində olan torpaq sahəsində aparılmış tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-50/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-50/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 tərəfindən İddiaçı Aqil oğlunun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 31,23 kv.metr hissəsində aparılmış tikilinin cavabdehin hesabına sökülməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim H.Əhmədov) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-50/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv, iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Aqil oğlu Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,0648 ha torpaq sahəsinə dair Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və ona əlavə edilmiş torpaq sahəsinin planı və ölçü sənədlərinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Aqil oğlu tələbini onunla əsaslandırmışdır ki, X1 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN- 1972A saylı, 30800086 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətində olan 0,10 ha torpaq sahəsindən 0,03 ha hissəsini Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunun təsdiq etdiyi 24 noyabr 2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətinə keçirmişdir. Bundan sonra, həmin torpaq sahəsi DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən seriya MA ******* nömrəli, reyestr nömrəsi **********778 olan 21.12.2009-cu il tarixli çıxarışla onun adına qeydiyyata alınmış və hal-hazırda onun mülkiyyətindədir. Torpaq sahəsini alarkən sahə hər tərəfdən daş hasarla əhatə olunmuş, üzərində yaşayış evi olmaqla qonşu torpaqlarla həmsərhəd olmuşdur və yalnız cənub-qərb tərəfdən gediş-gəliş yolu mövcuddur. Həmin yoldan digər qonşular da istifadə edirlər. Lakin bir müddət əvvəl, Cavabdeh1 ona və Nümayəndə qarşı mülkiyyətə qanunsuz müdaxiləyə son qoyulması, tikililərin cavabdehin hesabına sökülməsi və əmlakın sahibliyinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin torpaq sahəsinin 0,0648 ha hissəsini Cavabdeh1 14.09.2010-cu il tarixli, 4Ə-04-645 nömrəli alqsatqı müqaviləsi əsasasən mülkiyyətinə keçirmişdir. Lakin ƏMDK yanında DƏDRX tərəfindən həmin torpaq sahəsinə dair plan və ölçü sənədi işlənilərkən səhvə yol verilərək, həmin sənəd onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi və evinə gələn gedişgəliş yolunun üzərinə işlənmişdir. Abşeron Rayon Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli, 2(012)- 8447/2016 saylı qərardadı ilə həmin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Qərardadın icrası ilə mütəxəssislər və ekspertlər tərəflərin iştirakı ilə mübahisəli əraziyə baxış keçirmiş, müvafiq ölçmə işləri aparılaraq araşdırma aparılmışıdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0648 ha torpaq sahəsinin ölçüsü yerində (naturada) üst-üstə düşmür, həmin torpaq sahəsinin 179 kv.metr hissəsi kənara işlənmişdir. Cavabdeh1 xüsusi mülkiyyətində olan torpaq sahəsi onun və Nümayəndə faktiki istifadələrində olan torpaq sahələri ilə üst-üstə düşmür, bitişik olmaqla həmsərhəddir. Cavabdeh1 mülkiyyətində olan 0,0648 ha torpaq sahəsinin çıxarışına əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə onlar tərəfindən həyətyanı sahələrinin giriş yolu və bu yol üzərində quraşdırdıqları 20 kv.metrlik talvar da işlənmişdir. Göründüyü kimi, cavabdehin torpaq sahəsinin plan və ölçüsü sənədi hazırlanarkən onun mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə və ümumi istifadədə olan gediş-gəliş yolunun üzərinə işlənilmişdir. Ona görə hesab edir ki, Cavabdeh1 adına işlənmiş çıxarış və plan-ölçü sənədi etibarsız hesab olunmalıdır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır və göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan İddiaçı Aqil oğlu iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, 016278 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv ediməsi və Cavabdeh1 tərəfindən torpaq sahəsinə giriş-çıxışına yaratdığı maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Aqil oğlu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinə ikinci dəfə əlavə verərək, Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, X3 tərəfindən torpaq sahəsinə giriş-çıxışına yaratdığı maneələrə son qoyulması və Cavabdeh1 tərəfindən onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 31,23 kv.metr hissəsində aparılmış tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İddianın təmin edilmiş hissəsində məhkəmə gəldiyi nəticəni əsaslandırmaq üçün yalnız keçirilmiş ekspertizanın rəyinə istinad etmişdir, halbuki ekspert rəyi məhkəmə üçün məcburi xarakter daşımır. Ekpsert rəyi həqiqəti əks etdirmir, çünki o, iddiaçıya məxsus heç bir sahəni zəbt etməmiş, onun mülkiyyətində olan torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada ölçülərək ona təhvil verilmişdir. O, tikinti işlərini yalnız mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində aparmışdır. İddiaçı Aqil oğlunun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 31,23 kv.metr hissəsində onun tərəfindən yardımçı tikili tikilməsi barədə qətnamədə göstərilənlər həqiqəti əks etdirmir. O, həyətyanı torpaq sahəsində heç bir yardımçı tikili tikməmiş, əksinə iddiaçı onun mülkiyyətində olan torpaq sahəsində qaraj inşa etmiş və ümumi sahəsi 98 kv metr olan torpaq sahəsini zəbt etmişdir. Əgər onun torpaq sahəsinə baxış keçirilərsə, orada yardımçı tikili olmadığı təsdiq ediləcəkdir. Ona görə də həm ekspert rəyi və onun əsasında qəbul edilmiş qətnamə kökündən səhvdir və ləğv edilməlidir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən, qətnamə iddianın təmin edilmiş hissəsində ləğv olunmalı, iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında cavabdeh Cavabdeh1 apelyasiya şikayətini müdafiə edib, onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı İddiaçı Aqil oğlunun nümayəndəsi Nümayəndə apelyasiya şikayətinə etiraz edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtə barədə bildiriş göndərilsə də, İdarənin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Аzərbаycаn Rеspublikаsı ƏMDK yаnındа DƏDRХ-nin 25.12.2009-cu il tarixli, MA ******* saylı hüquqlаrın dövlət qеydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət rеyеstrindən çıхаrışdаn görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət kimi İddiaçı Aqil oğlunun аdınа dаşınmаz əmlаkın dövlət rеyеstrində qеydiyyаtа аlınmışdır. Yenə iş materiallarında olan 24.12.2009-cu il tarixli torpaq sahəsinin plan və ölçüsü sənədindən görünür ki, İddiaçı Aqil oğlunun xüsusi mülkiyyətində olan Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,03 ha həyətyanı tоrpаq sаhəsinə dair texniki sənəd verilmişdir Yenə də iş materiallarında olan Аzərbаycаn Rеspublikаsı ƏMDK-nın yаnındа DƏDRХ tərəfindən verilmiş 02.04.2011-ci il tarixli, MA ******* saylı hüquqlаrın dövlət qеydiyyаtı hаqqındа dаşınmаz əmlаkın dövlət rеyеstrindən çıхаrışdаn görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0648 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət kimi Cavabdeh1 аdınа dаşınmаz əmlаkın dövlət rеyеstrində qеydiyyаtа аlınmışdır İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 26.04.2021-ci il tarixli, 10/1229 saylı rəyindən görünür ki, İddiaçı Aqil oğlunun mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən 0,026877 ha hissəsi iddiaçının istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı Aqil oğlunun mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 31,23 kv.metr hissəsindən Cavabdeh1 istifadə edilir. Cavabdeh1 adına 02.04.2011-ci il tarixdə **********779 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 0,0648 ha torpaq sahəsindən 0,0464 ha hissəsi cavabdehin istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.0648 ha torpaq sahəsinin 99,74 kv.metr hissəsindən İddiaçı Aqil oğlu tərəfindən istifadə edilir. Yerində (naturada) Cavabdeh1 mülkiyyətinə verilən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,0648 ha və İddiaçı Aqil oğlunun mülkiyyətinə verilən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.03 ha torpaq sahələrinin sənəd üzrə yerləşməsində (torpaq sahələrinin koordinatlarına əsasən) üst-üstə düşmə yoxdur. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarını rəhbər tutaraq hesab edir ki, hazırda həmin hissədə qətnamə apelyasiya baxışının predmeti ola bilməz. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-50/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədın sxalanılmaldıır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi iş üzrə İddiaçı Aqil oğlu iddia edir ki, Cavabdeh1 tərəfindən onun mülkiyyətindəki torpaq sahəsinə giriş-çıxışına maneə yaradılmışdır. Bu maneə isə onun mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 31.23 kv.metr hissəsində Cavabdeh1 tərəfindən inşa edilmiş tikilidən ibarətdir. Mübahisənin obyektiv həlli üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə ekspertizası təyin edilmiş və məlum ekspert rəyi ilə müəyyən edilmişdir ki, tərəflərin torpaq sahəsləri sənəd üzrə üst-üstə düşməsə də, faktiki olaraq onlar bir-birinə məxsus sahələrin bir hissəsindən istifadə edirlər. Belə ki, İddiaçı Aqil oğlunun mülkiyyətində olan 0,03 ha torpaq sahəsindən 0,026877 ha hissəsi iddiaçının istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı Aqil oğlunun mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinin 31,23 kv.metr hissəsindən Cavabdeh1 istifadə edir. Beləliklə də, ekspert rəyilə, iddiaçıya məxsus torpaq sahəsinə gedən yolun cavabdeh tərəfindən müəyyən hissədə tutulması faktı öz təsdiqini tapır. Mübahisə ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi işin tədqiq olunan faktiki hallarına və aşağıda istinad olunan normalara əsaslanır. Hər şeydən əvvəl qeyd olunmalıdır ki, hazırki mübahisə qonşuluq münasibətləri zəmnində mülkiyyətdən sərbəst istifadəyə əsassız müdaxilə və maneələrdən yaranmışdır. Bu hal isə qanunla yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Mülki Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. İşin yuxarıda şərh olunan faktiki hallarından göründüyü kimi, Cavabdeh1 daha əvvəllər mövcud olmuş yolu, əslində isə iddiaçının torpaq sahəsinin 31,23 kv metr hissəsində tikili inşa etməklə kəsmiş, bunun nəticəsində iddiaçıya məxsus torpaq sahəsinə zəruri yol bağlanmışdır. İş materialları ilə müəyyən olunur ki, cavabdehin inşa etdiyi tikili cavabdehin mülkiyyətindəki torpaq sahəsinin qeyd edilən hissəsinə düşür və belə olan halda, iddia məhz bu qaydada təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında tərəflərə qarşılıqlı razılaşma əsasında mübahisəyə son qoyulması təklif edilsə də, onlar arasında hər hansı razılaşma reallaşmamışdır. Daha öncə qeyd olunduğu kimi, ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının və cavabdehin mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə onlara DƏDRX tərəfindən verilmiş torpaq sahələrinin plan və ölçüsündə göstərilən koordinatları arasında uyğunsuzluq vardır. Məhkəmə kollegiyası hesab edir ki, bütün hallarda Cavabdeh1 iş üzrə İddiaçı torpaq sahəsinə gedən yolu müəyyən həcmdə bağlaması (əslində torpaq sahəsindən bir hissəsindən istifadə etməsi) fakti mövcuddur və torpaq sahələrindəki sürüşmələr cavabdehi zəbt etdiyi torpaq sahəsini boşaltmaq vəzifəsindən azad etmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X5rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolunun məlum ekspert rəyində və qətnamədə göstərilən qaydada bərpa edilməsi hər iki tərəfə münasibətdə ədalətlidir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda Cavabdeh1 apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmiş, əksinə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və həmin mülahizələr apelyasiya şikayətinin təmin edilməsi, eyni zamanda iddianın bütünlüklə rədd edilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-50/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş 5,40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-50/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş 5,40 manat dövlət rüsumu onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-3159/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3159/2021
22.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver