Məhkəmə qərarları › İş №2(105)-3161/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3161/2021

15.09.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3161/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X4, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi X2 və vəkili X6 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(012)-3278/2019 saylı qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən Binəqədi Gənclər Şəhərciyi yaşayış kompleksindəki 10 saylı binanın 77 nömrəli 2 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli, 2(012)-3278/2019 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Rayon Məhkəməsinin 13.09.2019-cu il tarixli, 2(012)-3278/2019 saylı qətnaməsindən 24.12.2019-cu il tarixdə apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(012)-3278/2019 saylı qərardadına əsasən, qətnamədən X7 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. X1 Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(012)-3278/2019 saylı qərardadından 13.01.2020-ci il tarixdə şikayət verərək Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(012)-3278/2019 saylı qərardadının ləğv edilməsi və onun apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(012)-3278/2019 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(012)- 3278/2019 saylı qərardadından X7 tərəfindən verilmiş şikayət əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ və TƏRƏFLƏRİN İZAHATLARİ : X7 şikayətini bununla əsaslandırmışdır ki, onun qətnamədən verdiyi apelyasiya şikayəti məhkəmə tərəfindən ona görə geri qaytarılmaışdır ki, guya qətnamə onun heç bir hüquq və mənafelərinə toxunmadığından onun şikayət vermə hüquq yoxdur. Mübahisə predmetini təşkil edən yaşayış sahəsi dövlət tərəfindən ona verilmişdir. Belə olan halda, həmin əmlakla bağlı olan məhkəmə qətnaməsi birbaşa onun hüquqlarına toxunur və ondan şikayət vermək hüququ vardır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməli, qətnamədən verdiyi apelyasiya şikayəti baxılması üçün icraata götürülməlidir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi X5 və vəkili X11 məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdeh nümayəndəsi X9 isə məhkəmə kollegiyasının iclasında şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. İş üzrə iddiaşı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Repatriasiya Departamentinin köçürmə vərəqələrindən görünür ki, Binəqədi rayonu ərazisində yerləşən 6 mərtəbəli, 10 saylı binanın 77 saylı mənzilində yaşama hüququ olan şəxslər-S.C.Babayeva, Cavabdeh, K.Ə.İsmayılova və M.Cavabdeh, 78 saylı mənzilində yaşama hüququ olan şəxslər- Z.M.İsmayılov, İ.T.İsmayılova, N.Z.İsmayılov və A.Z.İsmayılova adlı şəxslərdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakim məruzəsini dinləyib, iş materiallarını cavabdehin şikayəti ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(012)- 3278/2019 saylı qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. İşin tədqiq olunan hallarından görünür ki, hazırki iddia tələbinin predmetini Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən Binəqədi Gənclər Şəhərciyi yaşayış kompleksindəki 10 saylı binanın 77 nömrəli 2 otaqlı mənzilindən cavabdehlərin çıxarılması, mənzilin boşaldılması təşkil edir. İddia ərizəsindən görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti məcburi köçkünlərin həmin binada məskunlaşması üzrə yoxlamanı məhz X3 Komitəyə etdiyi müraciət əsasında aparmış və müəyyən edilmişdir ki, Cavabdeh ailəsilə birlikdə ona verilmiş 78 saylı mənzildə deyil, qardaşı Zahid İsmayılova verilmiş 77 saylı mənzildə yaşayır. 78 saylı mənzildə isə məvburi köçkün olmayan digər qardaş-Rafiq İsmayılov məskunlaşmışdır. İş üzrə çıxarılmış qətnamədən də göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı onun ailəsilə birlikdə 77 saylı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin Zahid İsmayılovun heç bir hüququna toxunmaması nəticəsinə gələrkən sadalanan halları tam araşdırmamış, məsələyə AR MPM-nin 357.1 və 357.2-ci maddələrinin tələblərinə uyğun qiymət verməmişdir. Belə ki, istinad olunan normalara əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qərardaddan şikayətə baxan birinci instansiya məhkəməsi də daha öncə sadalanan hallar üzrə heç bir araşdırma aparmadan şikayəti əsassız hesab edib baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. İşə yenidən baxılarkən məhkəmə sadalana halları bir daha araşdırmalı və uyğun qərar qəbul etməlidir. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.2-ci maddələrinə görə apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(012)- 3278/2019 saylı qərardadı ləğv edilməli və hazırkı mübahisəyə baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 398.0, 398.0.3 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X7 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(012)-3278/2019 saylı qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin Cavabdeh qarşı mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar